Tərcüməçinin ümumi informasiya mənbələri –
1. Ümumi
təyinatlı lüğətlər: A. İkidilli lüğətlər; 1) xarici – Azərbaycan və
Azərbaycan- xarici qeyri-ixtisas lüğətləri; 2) frazeoloji lüğətlər. B.
Birdilli lüğətlər; 1) Azərbaycan dilinin izahlı lüğəti, xarici dilin və
əcnəbii söz lüğətləri; 2) köməkçi (yardımçı) lüğətlər (sinonimlər,
antonimlər, orfoqrafik); 3) ümumitəyinatlı ensiklopedik lüğətlər. II.
Ümumi ensiklopediyalar.
136
Tərcüməçi mövqeyi (ideoloji)
– tərcüməçinin orijinalın ide-
ya – estetik xüsusiyyətlərinə münasibəti, orijinal müəllifinin və
onun ədəbi aktivlik fəaliyyətinin dəyərlənirilməsi.
Tərcüməçi mövqeyi (üslubi) –
hakim ədəbi baxışlar çərçivə-
sində yaranan orijinalın üslubi xüsusiyyətlərinə münasibətdir ki, bu,
tərcüməçinin fərdi üslubi meyilləri ilə bağlıdır. Balsenjanın əsər-
lərinə uyğun olaraq biz bu, mövqenin üç realizasiyasını nəzərdə
tuturuq: sıfır tərcümə üslübi nöqteyi-nəzərdən ifadəli deyil, izafidir
– üslubi informasiya yalnız kəmiyyət baxımından qarantlaşdırılır;
tərcümədə yeni üslub.
Tərcüməçi mövqeyi (üslubi nuleveya)
– tərcüməçinin dil və
tematik ekvivalentlik səviyyəsindən qurtula bilməməsi və üslubi ek-
vivalentlik səviyyəsinə çıxması.
Tərcüməçi proqramı –
tərcümə üçün mətn seçimi. Tərcümə-
çinin proqramı, adətən, mədəni-ictimai situasiya, mədəni-ictimai
tələb və ədəbi səviyyədən ibarətdir. Tərcüməçi proqramı həm nor-
manı üstələyə, həm də fərdi zövqünə uyğun olaraq geri də qala bi-
lər.
Tərcüməçi-referent –
1. Xarici (ən azı iki) dillər üzrə
mütəxəssis; ali məktəblərin tərcümə fakültəsini bitirmiş məzunlara
verilən ixtisas; yeni dövlət standartı: «linqvistika və kulturoloji
dərəcə (ixtisaslaşdırma)» linqvist. Tərcüməçi. 2. Müqayisə et:
referent və tərcüməçi – referent.
Tərcüməçilər kollektivi
– tərcümə ilə bağlı bir neçə tərcümə-
çinin birliyi və ədəbi mətnlər toplusu. Adətən, tərcüməçi kollektivi
iri həcmli ədəbi əsərlərin tərcüməsi zamanı (çoxcildli) yaranır.
Tərcüməçilik fəaliyyətinin modeli
– o, özündə dörd səviyyə-
ni əks etdirir. Birinci səviyyəni mətninin ümumi strukturunda söz-
lərin ilkin mənasının başa düşülməsini və dərk edilməsini tərcümə-
nin realizəsi kimi qeyd etmək olar. Daha sonra tərcümənin sxem sə-
viyyəsində realizasiyasında mətnin ayrı-ayrı vahidlərinin (söz, söz
birləşməsi, frazoloji vahidlər), həm də daha iri seqmentlərin (cümlə,
cümlədən böyük vahidlərin, bütöv mətnin) mənasının daha dərindən
və dəqiq müəyyən edilməsi amili özünü göstərir. Bu, tərcüməçi
137
fəaliyyətinin ikinci səviyyəsidir. Burada tərcüməçinin fəaliyyət
kompleksinin orijinalın məna və üslubi informasiyasının tərcümə
dilinin köməyi ilə yaradılması göz qabağındadır. Bu kompleksi
ümumi sxemdə üçüncü səviyyəyə aid etmək olar. Dördüncü səviyyə
– bu, tərcüməçinin yekun - qiymətləndirici fəaliyyətidir. Onu
tərcüməçinin «nəzarət özünüredaktəsi» də adlandırmaq olar.
Nəzarət özünüredaktə xüsusən peşəkar tərcüməçi üçün vacibdir.
Lakin bununla belə, «məşq tərcümələr»in ali məktəb tələbələri ilə
təlimdə rolu danılmazdır. Bu model tərcüməçinin yaradıcılığı
prosesində əsas dönüş nöqtəsini (yeni mərhələsini) açır.
Tərcüməçilik həlli prosesi
– tərcümə fəaliyyəti zamanı bu və
ya digər üslubi xüsusiyyətlərin həddən artıq yüksək
qiymətləndirilməsi, yaxud qiymətlən-dirilməməsinin seçilməsini.
Qərarların həllinin həyata keçirilmə prosesi tərcüməçinin üslubi
repertuarına uyğun olaraq baş verir (üslubi idiolekt). Üslubi
priyomların seçimi imkanı orijinalın invariantının xarakteri,
tərcüməçinin üslubi hissiyyatı və kommunikativ vəziyyətlə bağlıdır.
Tərcüməçilik kompetensiyası –
1. Tərcümə prosesində
mühüm amil olmaqla, dərk etmək reseptiv kompetensiyasını eyni
zamanda qısa və dürüst ifadə etmənin daha məhsuldar
kompetensiyasını birləşdirir. Başqa sözlə, tərcüməçilik
kompetensiyası ilkin mətnin başa düşülmə bacarığını və mətnin
tərcümə dilində yaradılması bacarığını özündə birləşdirir. Belə ol-
duğu halda, tərcüməçinin həyat təcrübəsi onun biliklərinin fonu
kimi özünü əks etdirir. Tərcüməçilik kompetensiyasının
komponentləri arasında tərcümə dilinin idiomatik səviyyəsini
bilmək böyük əhəmiyyət kəsb edir. Bundan başqa, tərcüməçilik
kompetensiyası tərcümə prosesində iki mədəniyyətin, iki dilin
elementlərini birləşdirir. İlkin mətnə tam şəkildə iqtiqamətlənməklə,
tərcüməçi axtarış prosesinə qədər qəbul edərkən, o, orijinalı
tərcümədə necə ifadə edə bilməsi prosesinə qoşulur. 2. Onun
diferensiasiyası iki səviyyədə mövcuddur: 1) janra görə (elmi-
texniki mətn, bədii mətn və s.) və 2) istiqamət üzrə (ana dilindən
xarici dilə və xarici dildən ana dilinə). Bu kompetensiyalardan hər
138
biri, öz növbəsində, iki subkompetensiyanı (ilkin dildəki reseptiv
sferanı və tərcümə dilindəki produktiv sferanı) əhatə edir. Hər iki
subkompetensiya bir-birini qarşılıqlı şəkildə əvəzləyir və
tamamlayır. Burada mətnlərin tərcüməçi üçün məzmun və üslubi
cəhətdən zəruri dərəcədə kommunikativ ekvivalentliyi vacibdir.
Məhz tərcüməçilik kompetensiyasının bu tekstual xarakteri göstərir
ki, heç də hər iki dili mükəmməl bilən şəxslər yaxşı tərcüməçi ola
bilmir. 3. Tərcüməçi tərcümə olunan mətni necə başa düşür, o,
tərcümənin strategiyasını necə qurur və yenidən qurur, vəziyyətdən
asılı olaraq, deyim üçün hansı funksional perspektiv seçir, orijinal
əsasında mətni yenidən necə yaradır – bütün bunlar tərcüməçinin
dil, həm dildənkənar, həm də reseptiv, reproduktiv kompetensiyası
deməkdir. Bu kompetensiyanın bütün növləri bir-biri ilə üzvü
surətdə bağlıdır və ümumiləşərək tərcümə prosesinin əsasında duran
dəyişilmənin və kommunikativ nəzərdə tutulmanın və səmərəliliyin
lazimi dərəcəsini yaradır. 4. O elə bir çoxölçülü mürəkkəb
kateqoriyadır ki, tərcüməçinin ixtisas təsnifatının xarakteristikasını
dillərarası və mədəniyyətlərarası aktda həyata keçrməyə imkan
verir: iki dili tərcüməçinin minumum bilməsi (həm orijinalın, həm
tərcümənin) burada onların hər ikisi bir-biri ilə proyeksiya olunur,
orijinal mətnin tərcüməçi tərəfindən interpretasiya olunması
bacarığı ortaya çıxır, tərcümə texnologiyasına yiyələnilir, mətnin bu
üslubda və janrda normalarını bilmək tələb olunur; tərcümə dilinin
strategiyasını müəyyənləşdirən tərcümə normalarını bilmə; orijinal
mətnin doğru-dürüst inpretasiyası üçün zəruri ümumi biliklərin
müəyyən norması, xüsusən, uğurlu tərcümə üçün tərcüməçinin
ixtisas çərçivələrində predmeti bilməsi olduqca vacibdir.
Tərcuməçilik kompetensiyası anlayışı tərcümənin digər növlərinə
tətbiq edilməklə konkretləşdirilə bilər və o, məsələn, bədii, xüsusən
poetik tərcümə üçün zəruri olan yaradıcı bacarığı özündə əks etdirə
bilər.
Tərcüməçinin ədəbi savadlılığı –
tərcüməçinin əlində olan
orijinal haqqında informasiyanın cəmi. Buraya tərcüməçinin
qəbuledici ədəbiyyata münasibəti; orijinalda təsvir olunmuş
139
gerçəklik haqqında informasiya, tərcümə olunmuş ədəbi prosesdə
yeri və mövqeyi, müəllif kodu və oxucu kodu haqqında
informasiya, tərcüməçinin qəbuledici ədəbiyyat vətən kontekstinə
(ictimai reallıq, oxucunun ənənəsi və kodu) tərcüməçinin
münasibəti.
Tərcüməçinin istifadə etdiyi üsullar –
tərcümə mətnini əldə
etmək (hazırlamaq) məqsədilə orijinal mətn üzərində tərcüməçi
tərəfindən aparılan əməliyyatların növü.
Tərcüməçinin metabədii fəaliyyəti –
ikinci, əlavə ədəbi
yaradıcılıqdır ki, onun bilavasitə impuls verən artıq mövcud əsərdir.
Bu yaradıcılıqdan əvvəl, yaxud onu müşayiət edən yaradıcılıq onun
metadil (analitik) fəaliyyətidir. Metabədiilik mətnyaratma
prosesində tərcüməçilik həllinin sintezi olur.
Tərcüməçinin metadil mövqeyi –
tərcüməçinin analitik
əməliyyatı. Onun məqsədi – oricinalın öyrənilməsi və rasional
dəyər meyarının aydınlaşdırılmasına, obyektiv dəyərləndirilməsinə
və ədəbiyyatlararası kommunikasiyanın, faktların müəyyən-
ləşməsinə istiqamətlənmişdir. Bu əməliyyatda tərcüməçinin tərcümə
üçün növbəti qərarları gəlir.
Tərcüməçinin poetikası –
təsvir vasitələri planında realizə
olunan poetik idiolektdir ki, bu orijinaldan fərdi tərcüməçi
kənarlaşmaları sisteminə ədəbi normanın qəbul edilməsi, yaxud
tərcüməçilik metodudur. Bu sistemin elementi fərdi üslubi aktlardır
ki, onlar məhz tərcüməçinin fərdi yaradıcılığını səciyyələndirir.
Tərcüməçinin poetikası
– tənqidi məqalədə, «etiraf»da öz
əksini tapa bilər və s. Tərcüməçinin poetikası tərcümənin müvafiq
dövrdə olan nəzəri üstqurumu, yaxud da belə demək mümkünsə,
tərcümənin estetikasıdır. Daha geniş formalaşmış tərcüməçi
poetikası dövrün ədəbi savadlılığı hesab edilir.
Tərcüməçinin sürətli yazısı –
nitqin qavrayışı prosesində
şifahi tərcüməçinin yazısıdır ki, o sözlərin yox, fikirlərin fiksasiyası
üzərində qurulur. Bax: həm də: ardıcıl tərcümə yazısı.
Tərcümədə mədənyyət amili –
müəllif və tərcüməçinin
mədəni kontekstə münasibəti. Bu münasibətləri «özünün» və
140
özgənin oppozisiyası kimi ifadə etmək olar ki, bu, tərcümə
prosesində tərcüməçinin kommunikativ mövqeyindən asılı olaraq
əslə yaxınlaşma, yaxud ondan uşaqlaşma şəklində realizə olunur
(ekzotizasiya – naturalizasiya). Buna, həm də xeyli dərəcədə tərcü-
məçinin mədəni kodu və üslubi stereotipi təsir edir.
Tərcümədə prinsipial əhəmiyyəti olmayan səhvlər –
bu,
tərcümə prinsiplərinin pozulmasının nəticəsi olmayıb, digər dildə
ifadəsini tapmış, daha doğrusu, bu, üslubi səhvlərdir ki, onlar ya
orijinal müəllifinin dilinin təsirindən, ya ənənəvi yaradıcılıq
manerasının formasına yaxşı bələd olmamaqdan, ya da tərcümə
edilən dili mükəmməl səviyyədə bilməməkdən irəli gəlir.
Tərcümədə simulyasiya –
müəlliflər oxucuları özlərinə cəlb
etmək məqsədilə orijinalı tərcümə kimi təqdim edirlər. Tərcümənin
simulyasiyası zamanı müəllif tərcümə olunmuş əsərlərin
konyunkturasını istifadə etməyə çalışır. Mətn nəzəriyyəsi
aspektində bu fiktiv tərcümə artıq kvazimetamətn (yalançı mətn)
adlanır. Müəlliflərin psevdotərcümələrini bəzən subyektiv
motivlərlə əlaqələndirirlər. Bununla belə, şəxsi motivasiyadan başqa
psevdotərcümə ədəbi savadlılığın spesifik tələbatlarında yarana bilir
(yəni oxucu marağının ödənilməsi üçün tərcümə olunmuş müəllifin
populyarlığından istifadə etməklə, xüsusən populyar ədəbiyyat
sahəsində, naşirin kommersiya maraqları sahəsində və s.).
Tərcümədə tematik əməliyyatlar
– tərcümədə uyğun, yaxud
analoji tematik elementlərin axtarılması. Bu orijinalın müvafiq
mövzu - tematik xüsusiyyətlərini özündə əks etdirən, orijinalda və
tərcümədə denotativ dəyərlərin identifikasiyası, konnotativ
mənaların açılması, konnotatların denotatlarla əvəzlənməsidir.
Tərcümədə üslubi ekvivalentlik və məzmun –
orijinal və
tərcümənin elementlərinin funksional bərabərliyi. Tərcümə zamanı
orijinalın elementləri elə üsulla əvəzlənir ki, mənaların invariant
uyğunluğu və onların üslubi dəyəri bir-birinə identik olur.
Tərcümədə üslubi tipologiyanın dəyişilməsi
– üslubi
yerdəyişmələrə uyğun olaraq onların təsnifatı mikro və makroüslubi
tərcümə səviyyələrinə uyğun olaraq aparılır.
141
Tərcümənin adekvatlığı –
bax, tərcümədə üslubi və məzmun
ekvivalentliliyi.
Tərcümənin aksiologiyası –
bax, tərcümə tənqidi (dəyəri).
Tərcümənin eyniliyi, uyğunluğu –
bu, elə tərcümənin
adekvatlığı deməkdir.
Tərcümənin cəmiyyətdə yayılması
– tərcümənin kommuni-
kasiyaya və mədəni dəyərlər mübadiləsinə qoşulması. Bu tərcümə
prosesinin fərqli aspektlərinin ictimai asılılığı və onların mətndə
proeksiyası kimi başa düşülməlidir.
Tərcümənin dil səviyyəsi
– dil səviyyələrinin tərcümə mət-
nində fonematik (qrafomatik) səviyyədən başlayaraq morfematik,
leksik, sintaqmatik və sintaktik səviyyəyə qədər iyerarxik və funk-
sional prinsipə uyğun olaraq tabe olunmasıdır.
Tərcümənin «erudisiyalı» oxucusu –
bu, elə oxucudur ki, o,
orijinalın əslini yaxşı bilir, orijinal və tərcüməni bir-biri ilə tutuşdu-
ra bilir və orijinal əsasında tərcüməçinin bütün əməliyyatlarına nə-
zarət edə bilir və tərcümə onun üçün metamətndir.
Tərcümənin «erudisiyasız» oxucusu –
tərcümənin oxucu
üçün protomətn kimi mövcudluğu, daha doğrusu, bu elə oxucudur
ki, o yalnız tərcümədən istifadə edə bilir.
Tərcümənin əsas prinsipləri –
1. Tərcümə orijinalın (əslin)
ideya, məna və məzmununu mümkün qədər tam şəkildə ifadə etmə-
lidir. 2.Tərcümə orijinalın bədii-milli özünəməxsusluğunu yarada
bilməlidir. 3. Tərcümədə heç bir dəyişiklik, əlavələr, buraxılmalar,
müəllif sözünün təhrif olunması, əslə xələl gətirilməməlidir. 4.
Bədii tərcümə orijinala estetik cəhətdən bərabər tutulmalıdır. 5.
Tərcümə dili düzgün, aydın, canlı və zəngin olmalıdır. 6. Düzgün
tərcümə hərfi olmaya bilməz. 7. Tərcümədə dürüstlük yaradıcılıqla
uyğunlaşmalı, onu tamamlamalıdır. 8. Əsl tərcümə-istedadın və
yaradıcılığın nəticəsidir.
Tərcüməçinin fəaliyyət strukturu –
tərcüməçi işinin (fəaliy-
yətinin) ardıcıllığı, yaxud digər qruplaşması.
Tərcümənin funksiyası –
reasiyasiya üslubuna uyğun olaraq
tərcümənin aşağıdakı funksiyaları fərqlindirilir: tərcümə təhsil amili
142
kimi (qəbuledici mühitdə orijinal haqqında təsəvvür yaradan əvə-
zedici); tərcümə reseptor göstərici kimi; tərcümə ədəbi savadlılıq
amili kimi; tərcümə müxtəlif ölkələr arasında kommunikasiya amili
kimi (tərcümənin mədəni-ictimai funksiyası); tərcümə qəbuledici
ədəbiyyatın tələblərini nəzərə alan ədəbiyyatlararası münasibətlərin
təzahürü kimi (ədəbi funksiya).
Tərcümənin həddən artıq interpretasiyası –
orijinalın te-
matik və üslubi elementlərinin müvafiq səviyyələrinin arzuolunma-
dan yenidən kodlaşdırılmasıdır ki, o, orijinal üçün səciyyəvi deyil-
dir. Mətnin dərinləşdirilmiş strukturunun onun səthi səviyyəsinə
diqqətsizlik, daha doğrusu, mətnin faktik uyğunluğudur. Həddən ar-
tıq interpretasiyanı tərcümədə dil elementlərinin yüksək dərəcəliliyi
və mövzunun inkişafı xarakterizə edir.
Tərcümə həlli –
tərcümə vahidində sinonimik əvəzləmə
seçimi (adətən, digər dildə).
Tərcümənin inkişaf dəyəri –
tərcüməni ədəbi prosesə qoşan
tərcümə olunmuş mətnin xüsusiyyətlərini özündə birləşdirir. Qəbul
edən ədəbiyyatın kontekstinə görə tərcümə ya ədəbi inkişafı tezləş-
dirə, ya da gecikdirə, yaxud da qəbul edən ədəbiyyatın tələblərini
neytrallaşdıra bilər.
Tərcümənin interfenlər aspektləri –
linqvistika, stilistika,
ədəbiyyatşünaslıq, informasiya nəzəriyyəsi, semiotika, psixologiya,
sosiologiya, frazeologiya kimi elm sahələrini birləşdirir. Dar məna-
da bədii tərcümə nəzəriyyəsi dörd fənnin çarpazlaşmasında – müqa-
yisəli – linqvistika, müqayisəli üslubiyyat, ədəbi komparativistika
nəzəriyyəsi, ədəbiyyat nəzəriyyəsi (tarixi və təsviri poetika) istiqa-
mətindədir.
Tərcümənin interfənlərarası gerçəkləşməsi –
interfənlər-
arası komplekslik dedikdə biz bədii tərcümə nəzəriyyəsi yaradılması
zamanı, onun qohum fənlərin və onun metadilinin (spesifik ter-
minologiya) humanitar və dəqiq elmlərin arada iştirakı nəzərdə tu-
tulur.
143
Tərcümə intuisiyası (fəhmi) –
tərcümə prosesində üslubi va-
sitələri axtarıb tapa bilmək, interpretasiya (şərh) etmə və seçmə ba-
carığı.
Tərcümənin kommunikativ subyekti –
məlumat funksiyası-
nı tərcümədə yerinə yetirən kommunikasiya iştirakçısı (bax, tərcü-
mə).
Tərcümənin konkretləşməsi
– bax, tərcümə mətnində üslubi
interpretasiya(şərh).
Tərcümənin köhnəlməsi –
tərcümənin yaranması və qəbul
edilməsi çərçivələrində ədəbi qaydaların dəyişilməsi. Tərcümənin
köhnəlmə səbəbi- qəbuledən kommunikativ kontekstinin dəyişilmə-
si, dil və üslubun inkişafında dəyişikliklər. Tərcümənin təkrar reali-
zəsinin səbəbi – bu, ədəbi zövqlə bağlı tələbatdır. Yenidən tərcümə
etmək və müvafiq müəllifin üslubuna, poetikasına, ədəbi cərəyan və
s. öz şəxsi münasibətini konkretləşdirmək deməkdir (Bax,
tərcümənin təkrarlanması).
Tərcümənin linqvistikası –
linqvistik metodlar ilə tərcümə
strukturunun dil baxımdan tədqiqi.
Tərcümənin mexanikləşdirilmiş sistemi
– ikidillik (qoşadil-
lilik tərcümə) şəraitində informasiyanın işlənməsidir ki, o tərcümə-
nin mexanikləşdirilmiş sistemi parametrlərində uyğun gəlir və hər
hansı texniki vasitələrlə işlənib hazırlanmasını nəzərdə tutur.
Tərcümənin metadili –
Tərcümə prosesini kifayət qədər tam
təsvir etməyə imkan verən struktur-linqvistik səciyyəli kompleksdir.
Onun nəzəri-linqvistik əsasını generativ qrammatika təşkil edir ki,
onun terminlərlə tərcümə prosesinin qrammatik aspektləri təsvir
olunur və komponent təhlil nəzəriyyəsi bu prosesin bəzi leksik
aspektlərini anlamağa kömək edir. Göstərilən sxem orijinalın dili ilə
tərcümənin dilindəki vahidlər arasında «uyğunluq şəbəkəsi» qur-
mağa imkan verir və tərcümə prosesinin qanunauyğunluqlarını or-
taya çıxarmağa şərait yaradır. Əlavə bax: tərcümə nəzəriyyəsinin
metadil problemi.
Tərcümənin metakommunikativ konteksti –
orijinalın inva-
riant xüsusiyyətlərinin, yaxud tərcümədə modifikasiyanın funksi-
144
onal prinsipi (tərcümənin konfrontasiya – yaradıcı konteksti) həyata
keçirilən invariant reproduksiyanın həyata keçirilməsi. Ədəbi kom-
munikasiyanın ikinci fazası (kommunikasiya daxilində kommu-
nikasiya) orijinal əsərin tərcümədə yeni mətn və reproduktiv – mo-
difikasiya xarakterli kommunikativ kontekstini təqdim edir. Me-
takommunikativ kontekst orijinalı oxucular arasında orijinalla qar-
şılıqlı şəkildə vermə üsulu.
Tərcümənin məna üsulu –
digər, xarici dildə uyğunluğu nə-
zərdə tutan çıxarışda denotatın identifikasiyası, obyektiv olaraq bir
dildən o biri dilə qanunauyğun şəkildə mövcud keçidini nəzərdə
tutur.
Tərcümənin modernləşməsi –
tərcümə edilən mətnin, yaxud
onun hissələrinin tematik və dil işləmələridir ki, onlar orijinalın
ixtiyarında semantik-üslubi qəlibdən çıxır, yaxud mətni qə-
buledənlərin zövq tələbatları ilə müəyyənləşir.
Tərcümənin mükəmməlliyi –
bax: tərcümənin adekvatlığı.
Tərcümənin mürəkkəblikləri –
tərcümə intellektual fəaliy-
yət kimi nəinki özlüyündə mürəkkəbdir, onun mürəkkəbliyi aşağı-
dakılarla dərinləşir: ekstremal, stress situasiyanın qaçılmazlığı; eti-
barlı və praktiki yerinə yetiriləcək tərcümə nəzəriyyəsi və metodo-
logiyasının olmaması; tərcümə təcrübəsinin (lüğət və dərsliklər yal-
nız mütəmadi leksik və qrammatik uyğunluğu əks etdirir ki, bu da
açıq-aydın kifayət etmir) uçot mexanizmi və onun zənginləşməsinin
yoxluğu tərcümənin mürəkkəbliyidir.
Tərcümənin nəticəsinin qiyməti
– qiymətin əsasına funk-
sionallıq, yaxud dinamiklik ekvivalenti qoyula bilər. O tərcümənin
xarakteristikası kimi başa düşülür ki, burada ilkin mətndən gələn
məlumatın məzmunu elə şəkildə verilir ki, sonuncu məlumatın xa-
rici dil alıcısı tərəfindən qavrayışı bütün cəhətlərdə ilkin mətndən
məlumatı alan ünvançının mühüm xüsusiyyətlərinə uyğun olur. Bu-
nunla belə, məlumat mətnində həm semantik, həm də ekspressiv-
üslubi olan bütün informasiyanın qavrayışı nəzərdə tutulur.
145
Tərcümənin orijinaldan aralanması sistemi
– tərcüməçinin
üslubi xarakteri ilə bağlı olan üslubi kənarlaşmalar sistemi. Bu,
tərcüməçinin fərdi poetikasını yaradır (bax: tərcümənin poetikası).
Tərcümənin praqmatik aspekti –
1. Adresata, tərcüməni
alana yönəlmiş aspekt; 2. Orijinal və tərcümə ilə ortaya çıxan effek-
tik eyniliyinin nəzərə alınmasını tələb edir.
Tərcümənin praktikologiyası –
bu, elə bir fəndir ki, o tərcü-
məçilik praktikasının proqramlaşmasını obyektiv metodlarla (statis-
tika, sosiologiya, informasiya nəzəriyyəsi) tərcüməçilik praktikası-
nın tərcümə haqqında elm və ictimai-mədəni tələblər baxımdan təh-
lilidir. Praktikologiya – həm də tərcümələrin ictimai realizə nəzə-
riyyəsidir.
Tərcümənin praktikologiyası – 1) mədəni siyasətin tərcüməçi-
lik proqrammı və tərcüməçilik fəaliyyətinə təsirini; 2) kitab bazarı
nöqteyi-nəzərindən tərcüməçilik proqramlarının təhlilini; 3) bədii
tərcümənin tənqidinin spesifik funksiyalarını; 4) tərcümə mətninin
yaradılmasında redaktorun iştirakını; 5) tarixi-tərcüməçilik müəs-
sisələrini (təşkilatları və jurnalları) özündə birləşdirir.
Tərcümənin psixolinqvistik nəzəriyyəsi –
bu nəzəriyyə
Azərbaycanda geniş inkişaf etməsə də, Rusiya tərcüməşünaslığında
kommunikativ yanaşma – tərcümənin psixolinqvistik nəzəriyyəsinin
predmeti kimi dillərarası kommunikasiya tərcümənin psixoloji
psixolinqvistik aspektində araşdırılır. Bu istiqamətdə olan işləmələr-
dəki metodoloji və nəzəri əsaslar üzrə prioritet A.F.Şiryayevə məx-
susdur. Onun fikrincə predmeti, vasitələri, həyata keçirmə üsulları
ilə, məhsul və strukturu ilə tərcümə nitq fəaliyyətinin xüsusi
növüdür və məqsədli motivasiyaya malikdir. Tərcümənin məqsədi
düşüncədə real deyilmiş, yaxud yazılmış deyimin, yaxud müəyyən
dildə bir qrup deyimin söz şəklində məhsulunun yaradılmasıdır.
Yaradılacaq məhsulun əsas parametrləri tərcüməçiyə sosial sifariş
kimi verlir. Burada fəaliyyət obyekti ilkin dilin vasitələrindən
birindəki nitq fəaliyyətinin müxtəlif dilin kommunikantlarıdır.
Tərcüməçilik fəaliyyətinin vasitələri özündə heç də əksər nitq
fəaliyyəti növlərindəki kimi hər hansı dilin vasitələrini yox, iki dili
146
birləşdirir. Tərcümədə vasitələrin seçimi, hər şeydən əvvəl,
subyektin motiv və məqsədləri ilə yox, ilkin mətnin obyekt
fəaliyyəti ilə şərtlənir, buna görə də fəaliyyət məhsulunun
predmetləşməsi üçün dil vasitələrinin seçiminin determinasiyası
tərcümədə əksər fəaliyyət növlərindən fərqli olaraq daha ciddi xa-
rakter daşıyır. Tərcüməçilik fəaliyyətinin həyata keçirilməsi üsulları
üç qrupa bölünür. Birinci qrup – bu, nitq fəaliyyətinin eşitmə və
danışma məhsulunun predmetsiz hissələrə bölmə üsullarıdır. İkinci
qrup isə ekvivalentlərdən, variant və kontekstual uyğunluqlardan
istifadə etməklə tərcümə məsələlərinin yerinə yetirilmə prosesini
əhatə edir. Üçüncü qrup – danışma və yazı kimi nitq fəaliyyətinin
predmetləşməsinin (qeydə alınması) qlobal üsullarını birləşdirir.
Struktur baxımdan tərcümə fəaliyyəti qarşılıqlı əlaqəli və qarşılıqlı
şərtlənmiş tərcüməçi işlərinin ardıcıllığından ibarətdir. Fəaliyyət
prosesinin minimal vahidi mikrofəaliyyət olub, bütövlükdə bu
fəaliyyətin əsas cəhətlərini birləşdirir. Həm tərcümə fəaliyyəti
bütövlükdə, həm də ona daxil olan tərcüməçilik işi hər bir
intellektual akta xas olan üç fazalı strukturdan ibarətdir: fəaliyyət
şəraitinə yönəlmiş faza, fəaliyyət planının hazırlanması, yaxud hə-
rəkətin, işlənib hazırlanmış planın realizə fazası və nəzərdə tutulmuş
nəticənin müqayisə fazası. Tərcümə fəaliyyətinin məhsulu tər-
cüməçi tərəfindən aparılan tərcümə dilində olan mətndir. Tərcümə
fəaliyyətinin məhsulunda eyni zamanda həm adresatın, həm də
tərcüməçinin fəaliyyəti predmetləşdirilir və əyaniləşdirilir.
Dostları ilə paylaş: |