Tərcümə mətnində ifadənin substitusiyası (əvəzlənməsi) –
ifadənin tərcümə olunmamış elementlərinin ona təxminən yaxın
olan bədii mənasına görə funksional əvəzlənməsi.
Tərcümə mətnində kommunikativ mövqelərin konfron-
tasiyası –
kommunikativ əks əlaqə, daha doğrusu, tərcüməçinin
oxucu qavrayışı səviyyəsini nəzərə almağa cəhd etməsi. Bu, konkret
olaraq tərcüməçinin bədii priyomların tətbiqində, üslubi seçimlərin
müəyyənləşdirilməsində özünü büruzə verir.
Tərcümə mətnində kommunikativ situasiya
– kommunika-
siya prosesində tərcümədə yaradılmış münasibət: bu situasiyada iş-
tirak edənlər: tərcüməçi mətnin ekspediyenti rolunda və qəbuledici
126
– rolunda iştirak edir. Kommunikativ situasiya tərcümənin üslubi
quruluşunda özünü əks etdirir.
Tərcümə mətnində lokallaşma
– mətndə məkan kateqoriya-
sına aid olan orijinalın tematik elementlərinin işlənilib hazırlanması
(hərəkət yeri və onunla bağlı hər şey). Lokallaşma oxucu qavrayışı-
nın qəbuledicini yüngülləşdirməyə istiqamətlənmə.
Tərcümə mətnində mənaların invariantlığı –
invariant nüvə
mətnin semantik elementlərinin daimi, əsas, dəyişilməz hissələridir.
Onların mövcudluğunun mənaların qatlaşdırılma eksperimenti ilə
sübut etmək olar (semantik kondensasiya). Daimi mənaların əsas
nüvəsi əsasında oxucu, tərcüməçi (və digərləri) konkretləşməsi,
yaxud transformasiyası və onun variantları yaranır. Bu zaman məna
nüvəsi dəyişilmir, burada yalnız forma sahəsində və təsviri va-
sitələrdə dəyişikliklər baş verir.
Tərcümə mətnində mənaların qatılaşdırılması –
bax: tərcü-
mə zamanı semantik kondensasiya.
Tərcümə mətnində mövzu –
orijinalın və onu «məzmunu-
nun» tərcümə zamanı quruluşunun gerçəkləşdirilməsi. Mətnin te-
matik elementləri və onların təşkili (kompozisiya) orijinaldan o qə-
dər də böyük dəyişikliklər olmadan tərcüməyə köçür. Tərcümədə
baş verən tematik yerdəyişmələr orijinaldakı və tərcümədəki sosial-
psixoloji və mədəni fərqlərlə bağlı olur ki, burada tərcüməçi oxu-
cunun zövq maraqlarını (mövzunun adaptasiyası, lokalizasiyası, ak-
tualizasiyası) ödəməyə çalışır.
Tərcümə mətnində «yad» mədəniyyət –
orijinal mədəniyyə-
tin tanınmasını şərtləndirən mətndəki mövzu, dil və üslubi element-
lər. Burada söhbət mlli ədəbi struktur kontekstinə münasibətdə olan
yeni mətndən gedir.
Tərcümə mətnində tərcümə olunma və tərcümə olunma-
ma elementləri arasında münasibət
– bax, tərcümədə üslubi və
məzmun ekvivalentliyi.
Tərcümə mətnində üslub –
tərcümədə elementlərin üslubi
təşkili onun eyni üslub elementlərinə münasibətdə və onların ori-
127
jinalda dil və tematik korrespondensiyalarda təşkilinin nəzərə alın-
maması.
Tərcümə mətnində üslubi yerdəyişmə –
orijinalın və tər-
cümənin ayrı-ayrı elementlərinin ümumi məna və üslubda ekviva-
lentliyinin əldə edilməsi üçün funksional uyğunsuzluq
Tərcümə mətnində milli aspekt –
tərcüməçinin ədəbi və mə-
dəni məxsusluğunu xarakterizə edən dil və mövzu elementləri oxu-
cu vərdişləri və eləcə də oxucunun gözləmə stereotipi.
Tərcümə mətnində yeni üslubun tapılması
– bu, orijinalın
üslubi və semantik invariantının tərcümədə gerçəkləşməsi deməkdir
ki, onun nəticəsində milli ədəbiyyatın üslub ənənəsi yeni element-
lərlə zənginləşdirilir.
Tərcümə mətnində zaman aspekti –
bu, orjjinal mətnlə tər-
cümə mətni arasında zaman məsafəsi ilə şərtlənən kommunikativ
dəyişiklikdir. Zaman aspekti iki əsas səviyyədə proyeksiyalaşır:
mətnin maddi substratı səviyyəsində (qrammatik zaman) və mətnin
semiotik funksiyası səviyyəsində (zaman mədəniyyət fenomeni ki-
mi). Tərcüməçi üçün daha vacibi zaman proyeksiyasıdır ki, bu mət-
nin dərinləşdirilmiş ölçüsü olur. Tərcümədə isə bu ölçü orijinalın
zamanın yaxınlaşdırılması (tarixiləşmə), yaxud onun uzaqlaşması
(modernləşməsi) ilə ifadə olunur, bu isə tərcümənin kommunikativ
mövqeyindən asılıdır. Orijinal mətndə realizə olunmuş mədəni kod
tərcümə mətnində realizə olunan mədəni kodla öz intensivliyinə
görə üst-üstə düşə də bilər, düşməyə də bilər (ümumiyyətlə, əksər
hallarda üst-üstə düşmür). Belə ki, burada zamanın ya gecikməsi, ya
da qabaqlanması özünü büruzə verir.
Tərcümə mətnində zamanarası amil
– bu, orijinal və
tərcümə mətnləri arasındakı fərqdir ki, orijinalın və tərcümənin
yarandığı mədəni sistemlər nəticəsində özünü göstərir. Onlar
arasındakı gərginlik «özünün» və «özgənin» oppozisiyasını əks
etdirir (Y.M.Lotman). Mədəniyyətlərin bu ziddiyyətləri arasında
intensivlik mətnlər arasındakı tarixi, antropoloji və psixoloji
fərqlərlə ifadə olunur.
128
Tərcümə mətninin sistemli-obrazlı strukturu
– dil vasitələ-
rinin seçimi əsasında obrazlı sistemin tək, yaxud standartlaşmış təş-
kilidir ki, o tərcüməçinin kommunikativ mövqeyi ilə müəyyənləşir;
üslubun sintaqmatik aspekti.
Tərcümə mətninin tarixləşməsi –
tərcümə olunacaq bütün
mətnə, yaxud onun bir hissəsinə aid olunan və müəllifin orijinal
əsərinin semantik – üslubi kodundan (poetikasından) yaranan möv-
zu və dil işləməsi.
Tərcümə mətninin üslubi istiqamətliliyi
– tərcümə mətnin-
də orijinalın üslubi xüsusiyyətlərinin proyeksiyası və gerçəkləşməsi.
Üslubi istiqamətliliyin həyata keçirilməsi mətnarası invariantın sto-
xastik (həqiqətə uyğun) qorunub saxlanılmasında əhəmiyyətli olur.
Tərcümə modeli –
tərcüməçilik fəaliyyətinin modeli.
Tərcümə uyğunluğu –
bu, tərcüməyə ekvivalentlik demək-
dir.
Tərcümə nəzəriyyəsi –
tərcümənin sistemli şəkildə öyrənil-
məsi ilə məşğul olan elmi fənn. Məntiqi – sintaktik, semantik as-
pektləri ilə bərabər, həm də praqmatik cəhət onun tərkib hissəsini
təşkil edir. Tərcümə nəzəriyyəsinin ayrı-ayrı aspektləri tədqiqatın
sinxron və diaxron müvafiqliyində gedir.
Tərcümə nəzəriyyəsinin metadil problemi –
əslində bu va-
sitəçi dil - əlaqəli problemidir. Bir tərəfdən, linqvistikada mübadilə
dedikdə «ikinci sırada duran dil» başa düşülür, daha doğrusu, təbii
dil üzərində qurulan mülahizələr. Burada müəyyən anlayışlar
sisteminə müvafiq olan linqvistik nəzəriyyələr çoxluğundan söhbət
gedə bilər ki, dillərin mühüm əlamətlərini əks etdirən və onların
həm zahiri, formal, həm də daxili, məzmun tərəflərini təsvir etməyə
imkan verir. Digər tərəfdən, dilçilikdə metadil dedikdə bəzən
linqvistik təsvirin daha mücərrəd sxemi başa düşülür. Tərcümə
prosesinə tətbiqən belə sxem aşağıdakıları özündə əks etdirir: a)
elementar məna vahidləri cəmi; b) mətnin müvafiq parçasının ya-
ranması tarixi; c) onun üslubi xarakteristikasını. Bax: həm də tərcü-
mə metadili.
129
Tərcümə nəzəriyyəsinin predmeti –
onun predmeti
dillərarası kommunikasiyanın leypsiq məktəbi tərcümə nəzəriy-
yəsinin terminlərdə «dil vasitəçiliyi»nin spesifik növü.
Tərcümə oxucusu –
ədəbi metakommunikasiyanın iştirakçısı,
tərcümənin qəbuledən.
Tərcümə oluna bilməmə –
bu, orijinal və tərcümənin dil ele-
mentləri arasında arzu ediləcək dəyişikliklər baş vemədiyi
situasiyadır ki, burada nə struktur, nə xətti, nə də funksional
dəyişikliklər baş vermir. Bu, eyni zamanda elə situasiyadır ki,
yaradıcı subyektlə orijinalın dil ifadələri tərcümə olunan dildə öz
adekvat əksini tapmır.
Tərcümə olunan mətn –
bir dildən digərinə tərcümə olunan
mətn.
Tərcümə olunma –
1. İki dildən istifadə ilə kommunikasiya
şəraitində məlumatı obyektiv verə bilmək imkanı. 2. bax: həm də:
tərcümə olunma - tərcümə olunmama problemi.
Tərcümə –
bu, orijinal və tərcümənin dil elementləri arasında
və obrazlar sistemində struktur, yaxud funksional dəyişikliklərin
aparılma situasiyasıdır. Burada - tərcümədə funsional əvəzləmə üs-
lubi (yer dəyişmələrin) köməyi sayəsində əldə edilir.
Tərcümə və tərcümə olunmama problemi –
1. Tərcümə
olunma problemin - tərcümə probleminin ən köhnə nəzəriyyələrin-
dən biridir. Bu problem tərcüməyə tələbat yaranan və onu formalaş-
dırmağa cəhd olduğu bütün zamanlarda ortaya çıxır. Prinsipial
tərcümə olunma təxminən xalqlar eyni səviyyədə olanda (onların
elmi-texniki inkişafı bir-birinə uyğun olanda) gedə bilər. Belə ol-
duqda bir dildə ifadə olunan digər dildə ifadəsini tapa bilər, yəni
tərcümə mümkündür. Burada bir problemin iki tərəfi var. Tərcümə
informasiyanı elə şəkildə çatdırılmalıdır ki, orada hər hansı itki
getməməli, orijinalın məzmun və forması çatdırılmalı, bu zaman,
dəqiq şəkildə informasiyanın dəyişdirilməsi mümkün deyildir. Əgər
tərcüməni məlumatın verilməsi və qəbuluna istiqamətlənmiş nitq-dil
fəaliyyəti kimi nəzərdən keçiririksə, daha doğrusu, bu dillərarası
kommunikasiya üçün zəruridirsə, bu zaman tərcümə olunma
130
problemi müsbət həll olunur. Sonuncu halda mövcud
informasiyanın verilməsi şəraiti sanki ünvançıya onun çatdırılasını
deyir. Bədii tərcümədə oxucuya ilk növbədə əsərin müəllifinin
üslubunu çatdırmaq lazımdır. Sinxron və ardıcıl tərcümədə isə
yalnız məkanın verilməsi ilə məhdudlaşmaq olar. Lakin bunun özü
də əsilin adekvatlığını və tamlığını müstəsna etmir. 2. Əgər tər-
cüməni artıq hər hansı dildə ifadə olunmuş fikir kimi qiy-
mətləndiririksə, deməli, tərcümə olunmayan orijinal da yoxdur.
Belə ki, bir dildə ifadə olunanı digər dildə də ifadə etmək olar.
Deməli, belə olduqda biz çətin tərcümə olunan mətnlərdən danışa
bilərik. Tərcümə zamanı bu, ya orijinalın dilini mükəmməl bilmə-
mək ucbatından ortaya çıxan çətinliklərlə bağlıdır, yaxud predmetin
mahiyyətinin tam bilinməməsi, daha doğrusu, dərk olunmaması,
xüsusi biliklərin natammalığı ilə bağlı olur. Yaxud tərcümə edilən
dilin özünün zəif bilinməsi ilə bağlı olan çətinliklərlə, yaxud da
tərcümə dilində hazır ekvivalentlərin olmaması ilə əlaqədardır. 3.
Tərcümə olunma ilkin dildə və tərcümə dilindəki dildaxili üslubi,
semantik informasiyanın yenidən yaradılmasıdır.
Tərcümə olunmama –
1. Doğma dildə ideal ekvivalentin ol-
maması, yaxud orijinaldakı bu və ya digər sözə, yaxud anlayışa uy-
ğunsuzluq. Bu, tərcüməçinin tərcümənin bu və ya digər priyomla-
rında bacarıqla istifadə etmək yolu ilə verilir. 2. Bax: tərcümə olun-
ma - tərcümə olunmama problemi.
Tərcümə olunmuş mətn –
tərcümə prosesi nəticəsində alınan
mətn.
Tərcümə praktikası –
1. Tərcümə nəzəriyyəsi, metodikası və
texnikasının əsasında dayanan seçilmiş bilik və bacarıqların
tərcüməçilik fəaliyyətinin onun şifahi və yaxud yazılı prosesində
tərcüməçinin koqnitiv hərəkətləri və bu fəaliyyətlə sistemli məş-
ğuliyyət nəticəsi, daha doğrusu, ikidilli situasiyada informasiyanın
işlənməsi. 2. Tərcüməşünaslığın tədris prosesində nəzəri biliklərin
tətbiqi və möhkəmləndirilməsi. 3. Təcrübəyə əsaslanan ikidilli si-
tuasiyada yazılı və yaxud şifahi informasiyanın işlənib hazırlanma
131
bacarığı, məşğuliyyəti, işi. Bax: tərcümə metodikası, tərcümə
texnikası.
Tərcümə priyomu –
tərcümə prosesində ortaya çıxan tərcü-
məçinin fəaliyyəti, yaxud konkret əməliyyatlar.
Tərcümə prosesi –
1. Bir işarələr sistemindən digərinə keçid.
2. Orijinaldakı hər hansı ekvivalent vahidlərin əvəzinə tərcümə
dilində ekvivalent vahidlərin ardıcıl olaraq qoyulması prosesi. 3.
Tərcüməçinin ilkin mətndən qavradığını tərcümə mətnində yarat-
ması. İki dildən istifadə etməklə kommunikasiyanın əsas həlqəsini
və spesifikasını təşkil edir. 4. Bir dildə göndərəndən digər dildə
adresata (informasiyanın verilməsi yolu ilə (şifahi, yaxud yazılı) şə-
yata keçirilən kommunikasiya aktı, yəni, ikidilli kommunikasiya
aktı. 5. Üç hissədən ibarət məqsədyönlü, adekvat proses: a) hər han-
sı dildə görmə, yaxud eşitmə yolu ilə anlama məqsədilə qavrama; b)
başa düşülmüşün dildə təhlili məqsədilə məlumatın, yaxud orijinalın
öz şəxsi biliyinə çevrilməsinin dərk olunması; c) digər dildə yadda
saxlanılmışların yenidən səsləndirilməsi (əksər hallarda ana dilində)
öz biliyinin malına çevrilmişi digər şəxsə çatdırma. 6. Burada
sözlər, orijinalda digər dilin qrammatik konstruksiya və vasitələri
yox, orijinalın məzmunu, mənası tərcümə olunur. Məzmun bir daha
ifadə olunur. Bu dəfə tərcümədə, lakin öz qanunları olan digər
sistem işarələri yaradan başqa vasitələrin köməyi ilə gedir. 7. Ümu-
mi şəkildə desək, o, çoxsaylı funksional kriteriyalar arasında gedən
axtarış həlli prosesi kimi nəzərdən keçirilə bilər. Tərcümənin
nəticəsində təsir edən və eyni zamanda geniş perifraz (kontekstual
sinonimiya) tərcümə həllinin heç də yeganə həll olmadığını və
çoxsaylı dəyişkən həcmlər olduğunu göstərir. Başqa sözlə, deyim
çərçivəsində tərcümənin bir neçə «düzgün» variantı mümkündür. 8.
Fikir-nitq fəaliyyəti olmaqla, üç ardıcıl mərhələni özündə birləş-
dirir: ilkin dildə olan ifadələrin fikrinin başa düşülməsi; təfəkkürün
bir obyektdən digərinə qoşulması (bir dildən başqa dilə); tərcümə
dilinin vasitələri ilə fikrin ifadəsi. Buradan belə bir nəticə çıxır ki,
tərcümə nitq fəaliyyətindəki digər dörd növə nisbətən – şifahi nitq,
məruzəyə qulaq asanlar, yazılı nitq və özü-özünə oxuya nisbətən
132
ikincidir; tərcümənin hər hansı növü üzrə bacarıq və vərdişlərin nitq
fəaliyyətinin sadaladığımız iki növündən (audirovaniye – şifahi
nitq, audirovaniye – yazılı nitq, öz-özünə (ürəkdə) oxuma – yazılı
nitq) və bir dildən başqa dilə keçid təfəkkürünü tərcümənin hər
hansı növünü yuxarıda qeyd etdiyimiz nitq fəaliyyətinin iki növünə
bölmək mümkündür. 9. Hər hansı mətnin, yaxud şifahi nitqin digər
dilin köməyilə birincinin məzmun və formasının vahidliyini
yenidən yaratma prosesi. Adətən tərcümə dedikdə nəinki proses,
həm də tərcümə olunmuş mətn, bəzən isə tərcümə olunmuş sənəd
nəzərdə tutulur.
Tərcümə prosesində kommunikativ miqyaslar –
tərcümə
aktını iki kommunikativ zəncirin (Müəllif→Mətn→Oxucu/Tərcü-
məçi→Mətn→Tərcümə) asılılığı kimi nəzərdən keçirən konfron-
tasiyası kimi qəbul edən kommunikativ imkan diapazonudur ki,
onlar eyni zamanda eyni şəraitlərdə fəaliyyət göstərmir. Bu
konfrontasiya prosesində tərcüməçinin mətn səviyyəsində zaman və
məkan baxımından kənarlaşması gedir.
Tərcümə-referat –
bəzən tərcüməçiyə mətni ixtisar imkanı
verilir ki, oradan o, ikinci dərəcəli şeyləri kənara atıb, tərcümə olu-
nan işin məzmununu daha müxtəsər şəkildə öz sözləri ilə şərh etmə-
si nəzərdə tutulur. Tərcümə-referat orijinalın əsas fikrini əhatəli şə-
kildə işıqlandırmalı və referat öz lakonikliyi ilə seçilməlidir. Tərcü-
mə-referatda, xüsusən, yenini fərqləndirməyə ehtiyac vardır.
Tərcümə-reminissensiya –
orijinalın təsiri altında və onun
məzmunun və yaxud formasının komponentlərindən istifadə etmək-
lə, lakin müəllif əsərinin ilkin mənbəsi göstərilməməklə yaradılmış
bədii poetik mətn.
Tərcümə reseptoru
– bu, elə adresat, alıcı deməkdir.
Tərcümə tarixi –
diaxron aspektdə tərcümə prosesinin mo-
dernləşdirilməsi. Tərcümə tarixi ədəbi prosesin bir hissəsini təşkil
edir. Milli ədəbiyyat tarixinə məxsusdur. Tərcümə tarixi məhdud
mənada isə tərcüməçilik proqramlarının tarixi, tərcümə konsepsiya-
sını və tərcümə metodlarının inkişafını özündə ehtiva edir. O, ədəbi
əlaqələr tarixi və tarixi üslubiyyatla bağlı olur. Tərcümənin daxili
133
inkişafının tarixi poetika ilə çarpazlaşması tərcümə tədqiqatının
modelini əks etdirir.
Tərcümə tənqidi –
ədəbi tənqid tərəfindən tərcüməyə müna-
sibətdə irəli sürülən dləyərləndirmə meyarlarının cəmi. Tərcümənin
aksiologiyası – tərcümə mətninin aktual dəyər kriteriyasıdır. Dəyər
kriteriyasının qoyulmasında ədəbi tənqid praqmatik funksiyası ilə
iştirak edir. Adətən, praktikada tərcümə tənqidinə üç əsas mövqe
əks olunur: oxucu dəyəri tərcümənin tənqidi kimi, orijinalın ideya -
estetik dəyərinin tərcümə olunmuş mətndə reallaşması; tərcümə
olunmuş əsərin qəbuledici ədəbi kontekstində ideya – estetik əhə-
miyyəti
Tərcümə tipləri –
tərcümənin realizə tipinə uyğun olaraq ger-
çəkləşməsi (elmi, bədii, publisist və s.). Operativlik və ikoniklik ki-
mi ziddiyyətlər əsasında qurulan ilkin üslubun əsas sxemi anlaşma
və emosionallıq üzərində qurulmaqla, ilkin üslubların müvafiq qol-
larını təqdim edir.
Tərcümə transformasiyaları –
müvafiqliyin üçüncü kateqo-
riyasıdır ki, burada nitq vahidlərinin mənalarından asılı olan uyğun-
luğu tərcüməçinin özü yaradır. Belə olduğu halda, təsviri tərcümə
tərcüməçinin köməyinə çatır və məntiqi təfəkkürün mənanın konk-
retləşməsi ilə bağlı, mənanın generalizasiyası, anatomik tərcümə və
s. köməyə gələ bilir.
Tərcümə universaliləri –
1. Tərcümənin şəraitindən asılı ol-
mayaraq, mətnin janr xarakteristikasından, ünsiyyətə girən dillərdən
asılı olmayaraq tərcümənin anlayış və kateqoriyaları. Tərcümə uni-
versalilərinə invriant, məlumat, tərcümə üsulu, müvafiqlik, tərcümə
vahidi və s. aid etmək mümkündür. 2. Tərcüməçilik fəaliyyətinin
bütün müxtəlif növlərinə, hadisə və kateqoriyalarına xas olan xü-
susiyyətlər: tərcümə prosesinin sxemi, tərcümənin invariantı,
tərcümə vahidi və s. aiddir.
Tərcümə üçün mətn seçimi –
bax, tərcüməçi proqramı.
Tərcümə üsulu –
tərcümə haqqında elmin əsas kateqoriyala-
rından biri. Tərcümə üsulu obyektin mövcud olan tərcümə fəaliyyə-
134
tində bir dildən digərinə keçidin qanunauyğunluğu. Tərcümənin iki
üsulu məlumdur: işarə və məna.
Tərcümə vahidi –
ayrı-ayrı vahidlərin tərcüməsidir.
Tərcümədə semantik kondensasiya
– mətndə semantik seq-
mentlərin tədricən formalizə olunması zamanı gedir ki, onun kömə-
yi ilə mətnin əsas modelinin invariantına eksperimental yanaşma
mümkündür.
Tərcümədə bədii inversiya –
digər dildə tərcümə zamanı
özünü göstərən və tərcüməçinin maraqlarına uyğun olaraq transfor-
masiya.
Tərcümədə dilin kreolizasiyası –
tərcümə dilinin orijinal
dilinin elementləri ilə sistemsiz şəkildə doldurulması; iki dil
strukturunun tərcümədə qeyri-orqanik çarpazlaşması. Orijinal dil
strukturunun tərcümə dilinə, hər şeydən öncə, leksik, morfoloji və
sintaktik formalardan kalkalaşma yolu ilə gedir.
Tərcümədə
mədəniyyətin «kreolizasiyası»
– iki
mədəniyyətin çarpazlaşması; iki mədəniyyətə məxsusluq (tərcümə
«sənəd» kimi, yaxud orijinal mədəniyyətinin daşıyıcısı və vətən,
qəbul edən mədəniyyətinin özünəməxsus faktı).
Tərcümədə neqativ yerdəyişmə –
orijinalın dərk
olunmaması ilə şərtlənən üslubi informasiyanın qeyri-adekvat həlli.
Neqativ yerdəyişmə tərcümə mətnində dili bilməmək, yaxud orijinal
strukturunun səthi interpretasiyası ilə motivləşə bilər. Tərcümə
mətnində neqativ yerdəyişmə, belə demək mümkünsə,
«perevodizm»lərin, yaxud son dərəcə yüksək interpretasiyası
şəklində, orijinal mətnin interpretasiyasında özünü göstərir.
Tərcümədə orijinala sadiqlik –
bax, tərcümədə üslubi və
məzmun ekvivalentliyi.
Tərcümədə orijinalın kodlaşması
– bax, tərcüməçinin
metabədii fəaliyyəti.
Tərcümədə relyativ tarixiləşmə –
bu, əsərin bütün mətninə
yox, müxtəlif səviyyələrinə aid olan tematik və dil işləməsidir. O,
müəllif koduna (poetikasına) uyğun olaraq tərcüməçinin mövzu-üs-
lubi direktivlərindən irəli gəlir.
135
Tərcümədə tematik yerdəyişmə
– orijinalda və tərcümədə
tematik realilər arasında olan müxtəlifliklər. Tərcümə zamanı tema-
tik yerdəyişmə denotatların çatışmazlığı nəticəsində yaranır: kon-
notasiyaya üstünlük vermənin özü konnotasiyanın ziyanına ola
bilər.
Tərcümədə transformasiya –
tərcümə zamanı orijinalın dili-
nin, mövzusunun, üslubunun modifikasiyası, tərcümənin yaradılma-
sı şəraitində orijinalın invariant nüvəsi. Tərcümədə transformasiya
müəyyən dərəcədə ekvivalentlik dərəcəsi yaradır, daha doğrusu,
burada tərcümənin orijinala yaxınlaşdırılma dərəcəsi nəzərdə tutulur
Tərcümədə üslubi itkilər –
orijinalın bədii strukturunun tərc-
ümə mətnində bədii üslubi elementlərinin itirilməsi.
Tərcümədə üslubi kalkalaşma –
orijinaldan tərcüməyə
keçirilmiş, işlənilmiş hazır üslubi sxem və metodlar. Bu, mətnin
makro, yaxud mikroüslubi səviyyəsində həyata keçirilə bilər.
Tərcüməçi (1) -
1. Bir dildən digərinə çevirən, tərcümə üzrə
mütəxəssis. 2. Həm ilkin dildən alıcı rolunu da, həm də sonuncu dil-
dən, yəni tərcümə dili rolunda çıxış edən ikidilli kommunikativ akt
iştirakçısı. 3. Ünsiyyətdə əlavə; ona ehtiyac, zərurət o zaman yaranır
ki, mənbə ilə adresatın kodları üst-üstə düşmür. 4. Müəyyən mənada
onu linqvoölkəşünas da hesab etmək olar ki, o özü konkret mədə-
niyyət daşıyıcısı olsa da, digər mədəniyyət haqqında da eyni
dərəcədə müvafiq biliyə malik olmalıdır.
Tərcüməçi (2) -
yaddilli məlumatı (mətni) qəbul edən
məlumatın (mətnin) digər dildə yenidən kodlaşdırılmasıdır.
Dostları ilə paylaş: |