Nisbi bilinqvizm –
süni bilinqvizm nəticəsində iki dildə nis-
bətən sərbəst danışan şəxs; ikidilliliyin nisbi xarakteri, dillərdə da-
nışma xarakteri.
Nisbi sinonimlər –
quruluş və məna etibarı ilə uyğun olan se-
mantik konstruksiyalar.
Nisbi tezlik –
Bu, mətnin (korpusun) elə hissəsini lüğət
vahidinin faizlərlə təmin etməlidir və ödəməlidir ki, bununla onun
mühümlüyünü müəyyənləşdirmək olsun.
Nitq –
1. Prosesində dilin funksionallığının kommunikasiya
prosesində informasiyanın verilməsi verilməsi. 2. Dilin köməyi ilə
ünsiyyətin bu və ya digər növüdür ki, o, öz xassələrinə görə vəziy-
yətlə və kommunikasiyasının məqsədi ilə müəyyənləşir. 3.
Aktuallaşma və kontinuumla xarakterizə olunan çoxsaylı mə-
lumatlar arasında uyğunluq sistemi. 4. Nitqi, dili tətbiq edən da-
nışanın konkret dil kollektivində digər onun üzvləri ilə qarşılıqlı
fəaliyyəti. 5. Müxtəlif, rəngarəng, dil vasitələrinin mürəkkəb
məzmununu vermək üçün istifadə olunan danışıq prosesidir ki, o,
64
informasiyanın özü ilə bərabər (yanaşı), dinləyiciyə müraciət
(çağırış) deməkdir ki, onu (cavaba müvafiq) hərəkətə təhrik edir.
Nitq axının makroseqmentasiyası –
sintaqmların, frazaların,
yüksək fraza vahidlərinin nitq deyiminin seqmentasiyası.
Nitq dil vahidi –
bu elə nitqdə və dildə dil vahidlərinin və
nitq vahidlərinin birliyi deməkdir.
Nitqin əsəri –
sözlərdə ifadə edilmiş fikir, bu başlıca fikri ifa-
də edən sonuncu cümlə, cümlənin hissəsi, yaxud hər hansı bir fikri
açan cümlənin bəzi hissəsinin cəmi ola bilər. Nitq əsərində fikir
müəyyən bütövlüyə malik olur, buna görə də biz nitq əsərinin hər
hansı növünü fikrin dil ifadəsi vahidi kimi nəzərdən keçirməliyik.
Digər tərəfdən, nitq əsəri dil çərçivəsində olur və buna görə də dil
elementlərinin öyrənilməsi və onun üzərində müşahidə, daha
doğrusu, onun strukturu üzərində müşahidə də istifadə oluna bilər.
Bax: nitq əsəri.
Nitq janrı
– müvafiq məzmunun verilməsində diskursiv prak-
tikalardan istifadə ssenarisidir və konkret kommunikativ məqsədlə
əlaqədardır. Nitq janrları üslubiyyat çərçivəsində funksional üslub-
lar formalaşdırır.
Nitq fəaliyyəti –
1. Müxtəlif dilçilik, psixologiya, fiziologiya
və s. elmlərin predmeti kimi eyni zamanda çıxış edən (nitqin bir
əsər kimi təqdim olunmasından fərqli olaraq) nitq prosesi. 2. Dil
nitq bacarığının ictimai kollektiv tərəfindən mənimsənilən, bu baca-
rığın həyata keçirilməsi və nitq aktının iştirakçısı kimi dinləyicini
özündə birləşdirən zəruri şəraitlərin cəminin məcmuyu. 3. Fərdin
nitqi, fərdi nitq. 4. Hər hansı məqsədə çatmaq üçün istiqamətlənmiş
nitq fəaliyyəti və hərəkətlərin daha üstün sistemi. Tərcümə yazı,
oxu, danışıq və eşitmə ilə yanaşı nitq fəaliyyətinin növlərindən biri-
dir. 5. Dilin köməyilə həyata keçirilən fəaliyyət. Yalnız nitq hə-
rəkətlərini özündə birləşdirən fəaliyyət mövcud deyildir. Nitq hə-
rəkətləri bütün hallarda zehni, hərəkətedici və s. çarpazlaşır.
Nitq fəaliyyətinin müxtəlif növləri
– oxu, danışıq, tərcümə,
redaktə, referat çıxarma, korrektor işi və s. kimi ola bilər. Əgər nitq
fəaliyyətinin professional növlərini atsaq, o zaman dörd əsas nitq
65
fəaliyyəti növü - danışıq, qulaq asma (eşitmə), oxu və yazını fərq-
ləndirmək olar.
Nitq həlqəsi (zəngiri) –
ritmik-informasiya vasitələri ilə fərq-
ləndirilən cümlənin müxtəsər olan başlıca hissəsi. Ayrı-ayrı nitq
həlqələri qismində, adətən, sintaqma və ritmik qruplar çıxış edir.
Nitq hərəkəti –
nitq fəaliyyətinin elementini təşkil edən hərə-
kət.
Nitq işarəsinin mikroseqmentləşməsi –
nitq işarəsinin (siq-
nalının) minimal sahələrdə səsdən kiçik olan, həm də səslərin, bəzən
isə hərflərin seqmentləşməsi.
Nitq kommunikasiyası –
1. Ünsiyyətin şifahi forması. 2. Bu
və ya digər üslubun, dilin çərçivəsində ünsiyyət. 3. Söhbəti,
danışılanı bildirmək. 4. Kütləvi çıxış.
Nitq kompentensiyası –
bu, elə kommunikativ kompentensi-
ya deməkdir ki, toplanmış dil materiallarını ünsiyyət məqsədi ilə is-
tifadə etmək bacarığıdır.
Nitq kompressiyası –
1. İlkin mətnin heca həcminin ikinci
dərəcəli informasiyalara malik nitq vahidləri hesabına kiçildilməsi
və eyni zamanda leksik və qrammatik transformasiyalar hesabına
qısaldılması. 2. Vəzifəni yerinə yetirərkən danışanın qarşıda
qoyduğu məqsədə çatması üçün həcmi kiçiltmək bacarığı. Nitqin
kompressiyası sinonimik yolla, yaxud ona yaxın olan deyim hissələ-
rinin heca həcminin kiçildilməsinin, nitqin bəzi parçalarının
buraxılması yolu ilə, yaxud əvvəlki parçaların məna məzmununun
əvəz edilməsi, yaxud informasiyaya malik ünsiyyət situasiyasında
olan, yaxud kommunikasiyanın vəzifəsi nöqteyi-nəzərdən izafisi. 3.
Nitq kompressiyası sinonimik və ona yaxın söz birləşmələri və
cümlələrin daha müxtəsər sözlər və söz birləşmələri və cümlələrlə
əvəz edilməsi, nitq parçalarının buraxılmasıdır ki, o əvvəl verilmiş
informasiyanı və məna vahidlərinin buraxılmasını əvəz edir,
konkret ünsiyyət şəraitində ya izafidir, ya da kommunikativ və-
zifənin yerinə yetirilməsi nöqteyi-nəzərdən aparılır. Nitq
kompressiyası imkanı dilin izafi informasiyası ilə izah olunur.
66
Nitq kontaktorları
– nitq kontaktını həyata keçirməyə imkan
verən danışıq klişeləri.
Nitq konteksti –
Bu, elementin nitqdə istifadə olunma xüsu-
siyyətləri, şəraiti.
Nitq mədəniyyəti –
bax: mədəni nitq.
Nitq seqmenti
– nisbətən məna müstəqilliyi ilə xarakterizə
olunan nitqin minimal parçası və mətnin seqmentasiyası nəticəsinə
nitq zəncirinin fasiləsiz saxlanma qaydasında idarə olunan
komponentin idarə edən komponent ardıcıllığının alınması.
Nitq situasiyası –
1. Nitq ünsiyyəti həyata keçirilən situasiya.
2. Kommunikasiya həyata keçirilən real gerçəklik. Tərcümə ilə
kommunikasiyada N1 nitq situasiyası fərqləndirilir ki, bu zaman
məlumat tərcüməçi tərəfindən qəbul edilir və bir də N2 nitq
situasiyası vardır ki, o sonuncu ünvançı tərəfindən situasiyanın
qəbuludur. Bundan başqa tərcümə ilə kommunikasiya situasiyası
müsbət və mənfiyə bölünür. 3. Nitqə təhrik edən situasiya.
Nitq şəraiti –
bu elə situasiya konteksti deməkdir.
Nitq şüuru
– konkret nitq quruluşunda öz əksini tapmış nitq
situasiyası, nitq şəraiti, deyiminin məqsəd və vəzifəsi.
Nitq üslubu –
1. Konkret nitq sferasında dil üslubunun
tətbiqi. 2. Dil üslubunun (yaxud dil üslublarının kombinasiyasının)
konkret nitq sferasında tipik tətbiqindən biri.
Nitq ünsiyyəti –
təbii dilin köməyilə ünsiyyət.
Nitq zənciri –
nitqin sıra xətti, səslənmənin fasiləsiz ardıcıllı-
ğıdır ki, qəbul edən tərəfindən semantik səviyyəli vahidlərin təş-
kilinin ardıcıllığı kimi bölünür.
Nitqçilik (nitqşünaslıq) –
fonetika, psixologiya, fiziologiya,
akustika, sosiolinqvistika, kommunikativ linqvistika kimi biliklər
sahəsini özündə birləşdirir.
Nitqi eşitmə –
bu və ya digər dildə nitqi qavrayış üçün qəbul
etməyə hazırlanmış (hazır olan) eşitmə.
Nitqin başa düşülməsi –
dinləyicinin aktiv mürəkkəb fəa-
liyyətinin nəticəsi prosesi, nitq stimulunun passiv qəbul edilməsi ki-
mi başa düşülmür. Daxil olan akustik işarəyə əlavə olaraq qavrayış
67
prosesində və nitqin interpretasiyasında informasiyanın müxtəlif
mənbələrindən istifadə olunur. Bu mənbələr özündə situasiyanı,
konteksti, dilin strukturunu (fonologiyasında, leksikasında, sintaksi-
sində və s.), qulaq asmanı və əvvəlki cavabını qeyri-verbal oriyen-
tirləri özündə birləşdirə bilər.
Nitqin bitişikliyi, qovuşuqluğu və diskretliyi –
bu, kommu-
nikativlik kateqoriyasının özünü əks etdirməsindən biridir.
Nitq əsəri –
real deyilmiş, yaxud yazılmış cümlələr, yaxud
cümlələr cəmi, eyni zamanda hər hansı uzunluqda olan şifahi, yaxud
yazılı nitqin parçası; ədəbiləşən, şifahi yaradıcılıq ədəbiyyatı və s.
Nomenklatura –
1. Konkret elm sahəsində istifadə olunan
xüsusi termin-adların cəmi. 2. Konkret (mücərrəd anlayış və kateq-
oriyaları özündə birləşdirən terminologiyadan fərqli olaraq) elm ob-
yektlərinin tipik adı. 3. Müşahidənin ayrı-ayrı elementlərinin tam
cəmini bildirən siyahı.
Nominasiya
– 1. Ad proses kimi, sözün verilmiş konkret
referentə uyğunluğu. 2. Nominasiya dedikdə nominativ funksiya
başa düşülür. 3. Dilin köməyi ilə hər hansı predmet və hadisənin
təyin olunması, işarələnməsi.
Nominativ funksiya –
söz, yaxud söz birləşməsinin predme-
tin (əşyanın) adına uyğunluğu. Adlandırma funksiyası, ad verilmə
prosesi.
Nominativ məna –
predmet, hadisə və s. istiqamətlənmiş sö-
zün əsas birbaşa mənası.
Norma –
fərdin nitqində dil vasitələrinin qaydaya salınmış
halda işlədilməsinin qəbulu norma adlanır.
Normalaşma (normalaşdırma) –
norma qoyulması, normaya
salınma.
«Nümunə və səhvlər» modeli -
müəyyən seçim kriteriyasına
cavab verməyən variantların rədd edilməsi yolu ilə məsələnin ar-
dıcıl olaraq optimal həllinə gəlmə metodu.
«Nümunələr və səhvlər» metodu –
seçimin ayrı-ayrı müəy-
yən olunmuş ölçülərinə cavab verməyən variantlarının rədd edil-
68
məsi yolu ilə optimal həllə ardıcıl yaxınlaşma. Bax: həm də optimal
həllin axtarışı prosesi.
Nüvəyəyaxın səviyyə –
transformasiya edilmə səviyyəsinin
qeyd olunması. O nüvə cümlələr səviyyəsindən onunla fərqlənir ki,
cümlələr arasında məna əlaqələri üçün bağlayıcı və bağlayıcı söz-
lərdən istifadə edir. Bu səviyyədə sətirdən-sətrə keçirilir.
O
Oberton –
musiqi termini kimi işlənir, bu tərcümədə əsas
tona xüsusi rəng verən əlavə tondur. Əlavə, daha yüksək tondur ki,
onun yüksəkliyindən, gücündən və onların münasibətindən səs
tembrinin xarakterik əsası asılıdır.
Obrazı yadda saxlama –
qəbul edilmiş informasiyanı obraz-
ların, təsəvvürlərin, hisslərin köməyi (vasitəsi) ilə yadda saxlamaq
bacarığı.
Obrazlı ifadə –
məcazi mənada işlədilən nitq vahidləri. Tər-
cümədə adətən tərcümə üçün ayrıca həll tələb edir, daha doğrusu,
tərcümə vahidi kimi çıxış edir.
Obyekt
- o hadisə, əşya, şəxsi göstərir ki, kimin üzərinə hər
hansı fəaliyyət və ya diqqət yönəldilmişdir.
Okkazional –
ümumi qəbul olunmuş qaydaya müvafiq olma-
yan, fərdi zövqlə bağlı, spesifik kontekstlə şərtlənən; təsadüfi; nadir.
Okkazional uyğunluqlar –
tərcümə zamanı qeyri-mütəmadi
olaraq işarədən, yaxud strukturdan ilkin dilin vahidlərini müşayiət
edən hər hansı xüsusi şəraitlərlə bağlı təsadüfi olaraq işarə, yaxud
strukturdan istifadə.
Omofonlar –
eyni cür səslənib, müxtəlif cür yazılan müx söz-
lər.
Omoformalar –
tələffüzü zamanı yalnız ayrı-ayrı formalarda
uyğun gələn sözlər.
Omoqraflar –
tələffüzünə görə yox, yazılışına görə uyğun
gələn müxtəlif sözlər.
69
Omoqraflar lüğəti –
yazılışına görə bir-birinə uyğun gələn
müxtəlif mənalardan tərtib olunmuş lüğət.
Omomorfemlər –
leksikologiyanın omonimləri öyrənən böl-
məsi.
Omonimlər –
eyni nitq hissələrinə aid olub, eyni cür səslənib,
mənasına görə müxtəlif olanlar.
Omonimlər lüğəti –
qrammatik məlumatlarla və üslubi əla-
mətlə səciyyələnən omonim cütləri və eləcə də, omonimlərin – on-
ların yaranması, yaxud mənşəyi nöqteyi-nəzərdən təsnifatı.
Onomatopeya –
səs təqlidi. Təbiət səsləri, heyvan səsləri və
eləcə də digər səs təqlidi yolu ilə yaranan şərti səslər.
Operativ (əməli) yaddaş –
1. Müvafiq qurulma olduğu za-
man alınmış informasiyanın (ixtiyari) yadda saxlanılması. 2. Qav-
rayış (zamanı) prosesində verilən informasiyanın yadda saxlanılma-
sıdır ki, o aparılan fəaliyyət zamanı zərurətliyi ilə ortaya çıxır və
yalnız informasiya işlənən zaman fəaliyyətdə olur. Operativ (əməli)
yaddaş keçmiş təcrübə ilə bilavasitə bağlı deyil və o heç də biliklə-
rin toplanmasına istiqamətlənməmişdir. Bax: həm də: yaddaş.
Oppozisiya –
(müxalifət) dillər arasındakı fərqləri ortaya çı-
xarmaq üçün aparılan iki və daha artıq həmcins vahidlər arasında
aparılan qarşıdurma.
Optimal həll axtarışı prosesi –
tərcümə zamanı bu heç də
birdəfəlik akt deyildir (əgər sinxron tərcüməni hesaba almasaq). Bu
axtarış nitq fəaliyyətinin özü kimi adətən yoxlama, seçmə və səhv-
lər metodu ilə həyata keçirilir. Burada tərcümənin bir neçə mümkün
variantları saf-çürük edilməklə və optimal varianta əsaslanaraq ar-
dıcıl yaxınlaşma vasitəsilə müəyyən funksional kriteriyalara cavab
verməyənlərin rədd edilməsini nəzərdə tutur.
Orfoepik lüğət –
düzgün normativ ədəbi tələffüz sözləri olan
lüğət.
Orfoepiya –
1.Normativ ədəbi tələffüz məsələlərini öyrənən
dilçilik bölməsi. 2. Konkret dildə qəbul olunmuş tələffüz qaydala-
rına müvafiq vahidlərin tələffüz qaydalarının cəmi.
70
Orfoqrafik lüğət –
normativ ədəbi tələffüz və düzgün yazı-
lışlı sözlər lüğəti.
Orijinal –
1. Mətnindən tərcümə həyata keçirilən mənbə. 2.
Tərcümədə ilkin mətn. 3. Orijinal, həm də əsl deməkdir.
Orijinal və tərcümə arasındakı qavrayış arasında fərq –
faktdan gələn kommunikativ fərqdir ki, orijinal və tərcümənin kom-
munikativ aktı heç vaxt eyni anda gedə bilməz, yəni eyni mədəni
kodda baş verə bilməz, bu isə o deməkdir ki, onlar tamamilə müx-
təlif kommunikativ keyfiyyətə malikdir.
Orijinalda şeir motivi –
bu, poetik tərcümənin elə bir növü-
dür ki, bu zaman tərcümə mətnində əslin əsas motivi daha böyük
dəqiqliklə verilir, eyni zamanda mətnin qalan hissəsi isə tərcümədə
maksimal dərəcədə sərbəst şeirin bu motivinə uyğun olaraq
gercəkləşir.
Orijinalda və tərcümədə dil vasitələrinin üslubi identifika-
siyası –
üslubi-semantik interpretasiyanın obrazlı sistem çərçivəsin-
də bədii dəyərin qoyulması. Üslubi dəyər, eyni zamanda, empirik və
nəzəri şəkildə qoyulur; adətən, təsviri vasitələr tərcüməçinin
praktikasında intuitiv olaraq seçilir.
Orijinalda və tərcümədə sözün üslubi dəyəri –
leksik
vahidin onun quruluşunun müəyyən səviyyəsinə üslubi uyğunluğu.
Orijinalın semantik-üslubi instruksiyası
– tərcümənin yara-
dılması zamanı mütləq ədəbi kommunikantın təkrarolunmaz təş-
kilindən doğan orijinalın struktur xüsusiyyətləri.
Orijinalın tərcümədə mətnarası invariantı –
orijinala tərcü-
mə elementlərinin yaxınlıq (uyğunluq) mənası.
Orijinalın yenidən kodlaşması –
bax, tərcüməçinin metadil
mövqeyi.
Ortologiya –
nitqin düzgünlüyü, normativliyi haqqında təlim.
Ö
71
Ölüdil -
canlı ünsiyyətdən çıxıb yazılı abidələrin dilində əks
olunan dil; müstəsna hallarda həm də reqlamentləşmiş qədim (türk
dili, qədim slavyan, latın, skif, qotların və s. dili) dil.
Öyrədici linqvistik avtomat –
1. Xarici dil və tərcüməyə
kompüterlə (distant) təlim üçün nəzərdə tutulmuş elektron-hesab-
lama texniki vasitələri kompleksi. 2. EHM-nın köməyilə xarici dil
ünsiyyəti təlimi üçün nəzərdə tutulan xüsusi təyinatlı avtonom
(muxtar) sistemi. 3. TTV (təlimin texniki vasitələri) yüksək səviy-
yəli geniş spektrli təlimin mürəkkəb vəzifələrinin həllini elmi tədqi-
qatların birləşməsi ilə nəzərdə tutan avtomatlaşmış təlim sistemi.
Özbaşına formalaşma –
ayrı-ayrı leksik vahidlərin (EV) və
eləcə də bütöv cümlələrin və anlayışların müxtəlif, əvvəlcədən
şərtlənmiş rəqəm, hərf, yaxud qarışıq indekslərlə əvəz olunmasını
nəzərdə tutur.
Özbaşına yaddasaxlama –
xüsusi iradi qüvvə tələb edən
yaddaşa daxil olmuş informasiyanın yadda saxlanılmasına qurulma.
72
P
Panxronomiya –
həm ümumi linqvistik, həm də universal,
zamandankənar hadisələrin, daha doğrusu, insan dilinə xas olan ha-
disələrin nəzərdən keçirilməsi (başa düşülməsi)
Paradiqma –
eyni sözün (leksik vahidin) söz dəyişdirilmə
formalarının cəmi, konkret leksemin cəmini əks etdirən söz forması;
cümlə paradiqmi – sadə cümlənin struktur sxeminin forma sistemi.
Paradiqma sırası –
konkret leksik vahidin söz dəyişmə for-
masının cəmi, konkret təşkil edən, söz forması cəmi.
Paradiqma yuvası –
bax. Paradiqma
Paradiqmatik ekvivalentlik –
üslubi elementlərin paradiq-
matik üslubi oxu elementləri, daha doğrusu, elementar üslubi va-
hidlərin sistemi səviyyəsi. Buna uyğun olaraq əmin vahidlər öz ara-
larında bu sistemin çərçivəsində ekvivalent olmaqla, müəyyən
münasibətlərə daxil olur. Paradiqmatik ekvivalentlik heç də sintaq-
matik ekvivalenliyə uyğun deyildir.
Paradiqmatika –
dil vahidlərinin hər hansı əlamətə görə
qruplara (siniflərə) ayrılması və qarşılaşdırılmasını müəyyən edən
dilin sistemli öyrənilmə aspekti.
Parafrastik –
parafraz olan.
Parafraz (parafraza) –
1. Təsviri dövr, təsvir. 2. Digər ifadə,
yaxud sözün mənasının təsviri ilə ifadəsi. 3. Predmetlərin, yaxud
hadisələrin adlarının onların mühüm əlamətlərinin, yaxud onların
xarakterik xüsusiyyətlərinin dəyişilməsi şəkildə verilməsi. 4. Fikrin,
hərəkət işarəsinin onu əvvəlkindən fərqləndirən dil vasitələri ilə ve-
rilməsi. 5. Söz sırasının dəyişilməsi. Bax. Perifraz.
Parafrazlaşdırmaq
– parafraz formasında şərh etmək, iş-
ləmək.
Paralelilzm –
qonşu cümlələrin, deyimlərin, yaxud niqtin hər
hansı hissəsinin eyni sintaktik quruluşu.
Paralinqvistik kinesika (mimika, jestlər) –
verbal kommu-
nikasiyanın komponentinin təşkili kimi nəzərdən keçirilə bilər. De-
73
məli, paralinqvistik kinesika insan davranışının spesefik əlamətləri
ilə semiotik sistem olmaqla bilavasitə dil strukturu ilə bağlıdır.
Paralinqvistik vasitələr –
dil koduna, yaxud onu əvəz edənə
bərabər tutulan ünsiyyət vasitəsi. Burada söhbət, ilk növbədə, infor-
masiyadan, deyimdən, vurğunun qoyulması və pauzadan, jestikul-
yasiyadan, mimikadan gedir. Bəzi alimlərin fikrinə görə paralinq-
vistik vasitələr nitqdə verilmiş bütün məna informasiyasını 75%
təşkil edə bilər.
Paralinqvistika –
1. İnformasiyanın verilməsində iştirak edən
və nitq ünsiyyətini müşaiyət edən amillərin öyrənilməsi ilə məşğul
olan dilçilik fənni. 2. Şifahi niqti müşaiyət edən jestləri, mimikanı,
səslənmə həddini və s. öyrənən dilçiliyin bölməsi.
Parametr –
1. Hər hansı nəyin isə ölçüsü, sərhəddi; 2. Hər
hansı predmetin, hadisə və prosesin əsas xassələrini xarakterizə
edən həcm (yaxud həcmlər). 3. Hər hansı tapşırıq yerinə yetirilən
zaman öz daimi mənasını saxlayan və riyazi formulaya daxil olan
həcm.
Paremioloji lüğət –
atalar sözü, zərb-məsəllər lüğəti.
Parol və rəy
– əlaqə qurduğu və iş apardığı zaman müxbirlə-
rin əsl məxsusluğunu müəyyənləşdirən, imkan verən söz, yaxud
say.
Paronimlər –
1. Səslənməsinə görə yaxın, mənasına görə ya
qismən, ya da heç üst-üstə düşməyən eyniköklü sözlər. Məsələn, iş-
ləmək-çalışmaq, qalxmaq-durmaq, dramatik-dramtikli (Qeyd: bun-
lar paronim deyil). 2. Qismən səs və struktur uyğunluqlu eyniköklü
sözlər. Paronimlər problemi həm də «tərcüməçinin yalançı dostları»
ilə əlaqədardır. Dildə paronimlərin düzgün müəyyənləşdirilməməsi
mənanın təhrifinə gətirib çıxarır.
Paronimlər lüğəti –
hər bir sözün - paronimin izahı verilən
sözdür ki, burada cütə aid olan hər bir leksik vahidin kökü göstəri-
lir, sözlərin məna fərqlərini təsdiqləyən illüstrasiyalar gətirilir.
Parsinal tərcümə ölçüsü –
bax, tərcümənin subinterpreta-
siyası.
74
Passiv leksika –
elə reseptik leksika deməkdir ki, onu ilk növ-
bədə yazılı mətndə tanıyır və başa düşürlər.
Patent referatlar tərcüməsi –
patent informasiyası işarələri-
nin işlənib hazırlanması üçün nəzərdə tutulmuş texniki tərcümə nö-
vüdür ki, nəticədə xarici patent referatı tərcümə edilən dilə çevrilir.
Pauza –
nitq axınını müəyyən səbəblər üzündən bölən (kəsən)
müxtəlif funksiyalar yerinə yetirən səslənmənin müvəqqəti
dayandırılması.
Pauzasiya –
nitq axınında pauzanın yerləşdirilməsi.
Dostları ilə paylaş: |