Eşitmə ilə sinxron tərcümə –
adətən, sinxron tərcümə adla-
nır; sinxron tərcümənin başlıca növlərindən biri. Xüsusi sinxron
tərcümədə ilkin mətn tərcüməçi tərəfindən qəbul edilir və o, ilkin
mətni tərcümə edir.
Eyni referenti ardıcıl göstərən markerlər –
özündə şəxs
əvəzliklərini (he, she, they), deyktik əvəzlikləri (this, that) və
sinonimləri (dog, animal, pet, puppy) birləşdirir.
Ə
Ədəbi kommunikasiya –
ekspedient və persipientin ədəbi
mətnin köməyi ilə kommunikativ əlaqəsi.
23
Ədəbiyyatdaxili tərcümə –
bu, əsas etibarı ilə qədim ədə-
biyyat kontekstində gedən tərcümədir. Ədəbiyyatdaxili tərcümə ori-
jinal mətnin müxtəlif səviyyələrində baş verən əvəzlənməni nəzərdə
tutur və buna görə də dillərarası tərcümə kimi ədəbi tərcümənin
bütün atributlarına malikdir. Ədəbiyyatdaxili tərcümə mətnyaratma
əməliyyatı nöqteyi-nəzərdən bilərəkdən köçürülmüş mətn və tərcü-
məyə bölünür. Ədəbiyyatdaxili tərcümənin praqmatik motivləşməsi
bədii mətnlərin kommunikativ tələbatı, müasir ədəbiyyatın klassik
irsə münasibəti və əvvəlki ədəbi mərhələlərə münasibəti, qədim
mətnlərin ədəbi savadlılıq sferasına qoşulması və ədəbiyyatın
ictimai dövriyyəsi (dövr etməsi) və eləcə də ədəbi prosesdə ədəbi
strukturların yeniləşməsidir.
Əks tərcümə –
tərcümə olunmuş mətnin əvvəlki dilə ekspe-
rimental tərcüməsi.
Əks transformasiya –
transformasiya modelində səthi struk-
turların nüvə (aparıcı) cümlələrlə əvəz olunması.
Əksinə (tərsinə) lüğət –
materialın əlifba, lakin sözlərin əv-
vəlinə yox, onların sonuna görə, daha doğrusu, sağdan sola ardı-
cıllığını qorunub saxlayan lüğət.
Əksinə tezlik lüğəti –
1. Bu, sözlərin sonundan başlayaraq
sözlərin əlifba sırasında düzülüşünü əks etdirən lüğətdir. Əksinə
(tərsinə) lüğətlərdən adətən ədəbiyyatşünaslıqda və qədim mətnlərin
oxunulmasında istifadə olunur. 2. Bu elə tezlik lüğətidir ki, burada
sözlər əlifba sırasında elə düzülür ki, iki sözün müqayisəsi əvvəlki
hərflərdən yox, sondakı hərflərdən başlayır və beləliklə, sözün so-
nundan əvvəlinə davam edir və ilk iki sözdən hansında sonuncu hərf
əlifbanın əvvəlinə yaxındırsa, eyni sonuncu hərflərdə ikinci, üçüncü
və s. hərflər müqayisə olunur.
Əksinə (tərsinə) tərcümə –
Tərcümə mətninin orijinalın
dilinə tərcüməsi.
Dil modeli –
bu, linqvistik hadisələrin cəmi, daha doğrusu,
elə mexanizmdir ki, o leksik vahidlər və qaydaların düzgün, zəncir-
vari qrammatik qaydalara uyğun olaraq mətn yaratmasına imkan ve-
rir. Bu mənada nəinki dilaltı modeli yazılı şəkildə realizə olunan
24
mətnləri, həm də potensial mövcud olan, daha doğrusu, yazıla bilə-
cək mətnləri də əhatə edir.
Dilin statistik modeli –
dilaltı alınmış funksional – kom-
munikativ modelin təşkil olunmuş strukturunda duran modeldir ki,
onun köməyi ilə tezlik lüğətləri seriyasının yaradılmasında nəticə
olan ehtimal-statistik korpusun səmərəli yolla aparılmasını göstərir.
Əl nitqi –
kinetik nitq.
Əl tərcüməsi –
bax. Ənənəvi tərcümə.
Əlaqəli informasiya –
sistemin təşkililiyinin sıralanmasını
xarakterizə tam obyektiv olaraq mövcuddur. Onun təhlili və hiss
olunub görülməsi üçün adi təbii-elmi aspektdən istifadə olunur.
Əlaqəli informasiya üçün nümunə kimi hüceyrələrin genetik apa-
ratının informasiyası, konstruktorunun texnikada mexanizmdə, tex-
niki quluşun ilkin informasiyası və s. üçün xidmət edə bilər. Təsa-
düfilik elementi yalnız onun yaranması zamını baş verir, lakin bu
kəmiyyət dəyərində özünü əks etdirir. Əlaqəli informasiyanı vermək
üçün statistik aparatdan istifadə tələb olunur. Əlaqəli informasiya
bir sıra hallarda kəmiyyət nöqteyi-nəzərdən daha dəqiq müasir ri-
yazi metodlar ilə tam şəkildə müəyyən oluna bilər. 2. Tərcümə
mətninin ilkin dilə tədrisi məqsədilə salınması.
Əlamət –
1. Hər hansı bir şeyin əlamətini müəyyən etmək
üçün işarə, göstərici. 2. Predmetin, prosesin və digər əlamətlərin
keyfiyyətini, kəmiyyətini və dərəcəsini bildirən semantik kateqoriy-
a.
Əlavələrin əsas məqsədi –
sənəd tam şəkildə oxunmazsa,
onun düzgün başa düşülməsi də çətinlik yarada biləcəyini diqqət
mərkəzinə çəkmək lazımdır. Bax: referatın həcmi.
Əməliyyat –
hərəkətin, yaxud onun komponentinin konkret
fəaliyyət şəraitinə uyğun üsulla yerinə yetirilməsi.
Ərazi dialekti –
bu, konkret ərazinin dialekti deməkdir.
Ərazi lüğəti –
bu, elə dialekt lüğəti deməkdir.
Əsas (kök) –
sözün formayaradıcı şəkilçisini götürərkən və
bu sözün leksik mənası ilə bağlanan söz formasının hissəsi.
25
Əsas məna –
müxtəlif şəkildə realizə olunan dil vahidinin in-
variant mənası.
Əsaslar lüğəti –
əsas və sonluqdan ibarət maşın lüğəti siyahı-
sı. Hər bir əsasa və hər bir sonluğa onların morfoloji sinfinə və
leksik-qrammatik informasiyasına kod verilir. Belə lüğətlə iş za-
manı sözlərin zəruri forması müvafiq sonluqların əsasa verilmiş
qaydalar əsasında birləşməsi yolu ilə gedir. Əsaslar lüğəti, xüsusən,
flektiv tipli dillər üçün əlverişlidir. Lakin belə lüğət üçün olduqca
qabarıq ağır morfoloji təhlil alqoritmi və dilaltının morfoloji təsviri
üçün böyük zəhmət sərf olunan iş tələb olunur.
Əsil (orijinal) –
1. Tərcümə yox, orijinal mətn. 2. Tərcümədə
ilkin mətn. 3. Əsil şey, kopiya yox, orijinal. 4. İlkin mətn, yaxud
sənəd (məqalə, kitab, əlyazma və s.) tərcümə olunmaq üçün nəzərdə
tutulan mətn.
Əsil ehtimalların əsil bölüşdürücüsü modeli –
bu, elə tezlik-
lər lüğəti deməkdir.
Əvəzetmə –
orijinalın və tərcümənin mümkün semantik-
struktur parallelizminə əsaslanan tərcümə üsulu.
F
Fasiləsiz ardıcıl tərcümə –
dinlənildikdən, daha doğrusu, na-
tiqin nitqi qurtardıqdan, radioməlumata qulaq asıldıqdan, həm-
söhbətin dediyi (danışdığı) tam sona çatdırıldıqdan və s. sonra
məlumatın bir dildən digər dilə şifahi şəkildə tərcüməsidir. Belə ol-
duğu halda natiq (danışan) öz çıxışının tərcüməyə görə arasını
kəsmir (fasilə vermir), nitqini tam şəkildə tələffüz edir (çatdırır) və
yalnız bundan sonra söz tərcüməçiyə verilir. Müqayisə et: abzas -
cümlə tərcüməsi, abzas-cümlənin ardıcıl tərcüməsi.
Fasiləsiz seçim –
bu, elə seçimdir ki, o zaman nəinki tezlik-
lərin özü, həm də dil elementlərinin fəaliyyəti və bu şəraitin fəaliy-
yət prosesinə təsiri nəzərə alınır; o, öyrənilən sistemaltının qanu-
nauyğunluqları haqqında etibarlı informasiya verir. Bəzi elementlər
buraxılmış seçimdə artıq tam hesab edilə bilməz. Seçimdə bütün
26
fəaliyyətdə olan elementlər rəqəm-hərf işarələri, formullar, xüsusi
adlar və ixtisarlar nəzərə alınmalıdır. Əgər xüsusi adlar və rəqəmlər
(o cümlədən, hərflər) cəm halda nəzərdən keçirilərsə, onda ixtisar
kimi (dilin vahidi hesab edilən) linqvistik vahidlər ümumi sayla
cəmlənməməli, eyni zamanda, həm də statistik təhlildən kənarda
qalmamalıdır. Bu xüsusi dilaltı sahələrinə daha çox aiddir ki, burada
ixtisarlar informasiya yükünün daha böyük payını daşıyır.
Felyeton tipli məqalələrin tərcüməsi –
burada ən mühümü
fikri verə bilməkdir, onun tərtibatının spesifik xüsusiyyətlərini ver-
mək o qədər də vacib deyil. Əksər hallarda xarici müəllifin oynaq
üslubunu həddən artıq sadələşdirmək tələb olunur, daha doğrusu,
oxucu üçün daha anlaşıqlı dildə jurnal-qəzet dili ilə sərbəst tərcümə-
yə, xüsusən onun başlıqlarını tərcümə etməyə çalışmaq zəruridir.
Fəaliyyət obyekti –
hərəkətin (fəaliyyətin) hansı predmetin,
əşyanın üzərinə istiqamətlənməsi.
Fəaliyyətin planlaşdırılması –
sinxron tərcümədə – burada
nəticənin əldə olunması ilə bağlı tərcüməçi konkret proseduru mü-
əyyənləşdirmir. O, burada yalnız özü üçün tərcümənin tələb olunan
dəqiqliyi və tamlığı dərəcəsini dəqiqləşdirir, öz şüurunda onu özü
düşündüyü kimi dil vasitələrini müəyyənləşdirir və fəallaşdırır ki, on-
lar tərcümə hərəkətlərinin yerinə yetirdiyi prosesdə lazım olur, öz
funksional sistemini fəallaşdırır və müvafiq zəruri hazırlıq aparır.
Fərdi yerdəyişmə –
üslubi zövq, tərcüməçinin subyektiv ob-
razlı hissi və idiolekti ilə motivləşmiş fərdi kənarlaşmalar sistemi.
Fərqləndirmə –
ümumi nitq axınından nitq vahidinin uzun-
müddətli yaddaşda saxlanılanla etalonlarla və sonrakı identifikasi-
yası üçün fərqləndirilməsi. Qavrayış zamanı nitq fəaliyyəti kimi
fərqləndirmə tanımaya, bilməyə kömək edir.
Fiksasiya olunmamış semasioloji əlaqələr –
denotatın ardın-
ca konkret dil işarəsini möhkəmləndirməyən semasioloji əlaqə; on-
lar dil işarəsinin birmənalı olmamasını, sinonimik sıra (cərgə) oldu-
ğunu göstərir.
Filtrlər metodu –
ekvivalentlərin seçimi və ikidillik şəraitinin
qarşıdurması zamanı istifadə olunur. İki filtr fərqləndirilir: seman-
27
tik-tezlik və semantik kompressiyaedici. Filtrin əsas alətləri tezlik
lüğətləri, birdilli izahlı lüğətlər, sahələr üzrə mövcud olan ikidilli
lüğətlərdir. Əlavə alətlər isə, informant - tərcüməçilərdir.
Fonem səviyyəsində tərcümə –
bax: fonem-fonem tərcümə.
Fonem – fonem tərcümə –
ayrı-ayrı fonem səviyyəsində ye-
rinə yetirilən tərcümə. Tərcümə vahidi kimi fonemin seçilməsi heç
də tez-tez müşahidə olunmur. Çünki fonem məna daşıyıcısı deyil, o
yalnız məna fərqləndirici rolu oynayır və bu əksər hallarda şəxs
adlarının tərcüməsində müşahidə olunur olur və eyni zamanda digər
ölkələrin sosial və mədəni-məişət həyatında uyğunluq olmayan
realilərin tərcüməsində rast gəlinir.
Fonematik tərcümə –
mətnin, əsasən, fonematik səviyyəsin-
də realizə olunan tərcümə.
Formal-işarə səviyyəsində əməliyyatlar –
denotatın identifi-
kasiyası həyata keçirilmədən bir vəziyyətdən başqasına keçid zama-
nı vərdiş əsasında aparılan tərcümə əməliyyatı.
Formulyar rekviziti –
1. Permanent vahid olmaqla, sənədin
öz daimi tərkibində olur. Onlar kommuniktiv funksiyanın daşıyıcısı,
kommunikativ vahidin daşıyıcısı rolunda çıxış edən məlum infor-
masiyanı verir. Funksional perspektiv baxımdan onlar konstant xa-
rakterə malikdir və sənədin mövzusu olub, onun elementinin rub-
rikasiyası və struktur formalizasiyasıdır. Sənədlər hər bir
kommunikativ kateqoriyası formulyar rekvizitlərinin (dil ştampları,
şərti işarələr, ixtisarlar) fiksasiya edilmiş çoxsaylı rekvizitlərinə
malikdir. 2 a) ümumi başlıq (ştamp) sənədin rəngarəngliyi adı, onun
nömrəsi, tarixi, müəllif (sənədi nəşr edən, orqan), nəşr yeri; b) pa-
raqraflara və bəndlərə bölünmüş, bir-birindən rəqəmlərlə (ərəb və
rum, eləcə də baş hərflərlə), yaxud abzaslarla; c) adresatın (orqanlar
və sənəddə yazılmışları icra etməyə borclu olan şəxslər), yaxud
yerlərə göndərilmə hesabı, sənədi nəşr edən vəzifəli şəxsin imzası
və rəyini özündə əks etdirir.
Frazeoloji tərcümə –
əsasən fraza səviyyəsində realizə olu-
nan tərcümə.
28
Frazeologizmlərin tərcüməsi –
frazeologizmlərin tərcüməsi
– 1) ekviavalentlərdən istifadə (mütləq və nisbi); 2) frazeoloji ana-
loqlardan (variantlardan) istifadə; 3) kalka yolu ilə; 4) təsviri tər-
cümə yolu ilə həyata keçirilir. Bax: həm də idiomların tərcüməsi.
Frazeologizmlərin təsviri tərcüməsi –
obrazlılıqdan imtina
edərək ilkin dildəki frazeoloji vahidin sərbəst söz birləşmələrinin
köməyi ilə verilməsi.
G
Generativ qrammatika –
1. Müasir dilçiliyin elə bir
istiqamətidir ki, burada linqvistik problem kimi dil strukturunun
daxili qanunauyğunluqlarının açılması, öyrənilməsi olmaqla o
müəyyən «mexanizm», yaxud «quruluş» kimi təqdim olunur ki, bu
nəinki dilin təbii fəaliyyəti prosesində müşahidə olunur, həm də onu
sünii yolla elmi təhlil üçün hərəkətə gətirmək olur. Bunun üçün
ilkin material almaqla bağlı, hər şeydən öncə, doğru-düzgün cüm-
lələr (müəyyənləşdirmək, inventarlaşdırmaq) modeli tapmaq və
onların hər biri üçün bir neçə struktur təsvir vermək lazımdır. 2.
Dilin fəaliyyət mexanizmi üzərində dayanan və ona söykənən cüm-
lənin nüvəsindəki məhdud sayda doğru elementar deyimlərə əsasla-
nan linqvistik model.
Genişləndirilmiş deyim –
konkret dilin semantik-sintaktik
modelinə uyğun şəkildə tam (qısaldılmış, elliptik deyil) qurulmuş
model.
Genişlənmə –
1. Tərcümə praktikasında ona müvafiq olan se-
mantik transformasiya. 2. Sayda, həcmdə və məzmunda artma, də-
yişmə.
Gerçəklik situasiyası –
real gerçəkliklə uyğunlaşan və sub-
yekt tərəfindən onun fərdi və ictimai təcrübəsi və biliklərin yığıl-
ması (zənginləşdirilməsi) kimi dərk olunan nitq əsərinin məzmunu.
Gerçəklik situasiyasına girə bilmə tərcüməçi üçün zəruridir, çünki
29
bunsuz translyantın orijinala adekvatlığını qarantlaşdırmaq mümkün
deyildir.
Gizli əlaqə –
protomətnin olduğunu bəyan etmədən metamətn
yaradılması, üslubi cəhətdən o mətnin idiodəyişkənliyinin artması
ilə səciyyələnir.
Gizli tərcümə –
bu, orijinal mətnin müvafiq seqmentlərinin
elə transformasiyasıdır ki, orada ekspediyent açılmır. Burada tərcü-
mənin tam realizasiyası getmir, əksinə, burada funksional olaraq
onun həyata keçirilməməsindən, onun müvafiq ədəbi strukturun ak-
tivləşməsi məqsədi ilə qırıq-qırıqlığından istifadə olunur.
Göndərən –
məlumat göndərən kommunikativ akt iştirakçısı;
yazılı tərcümə üçün tətbiq edilən məlumatı göndərən-ilkin mətn mü-
əllifi.
H
Heca kompressiyası –
bu, məlumatın heca həcminin ixtisar
olunması, yaxud tərcümə dilində məlumatdakı hecanın sayının
orijinal dilindəki məlumata nisbətən ixtisar olunması deməkdir.
Hipermətn
– ənənəvi yazı mətnindən fərqlənir. Bu anlayış
kompüterlərin işi ilə əlaqədar yaranmışdır. Hipermətnin tərifi saytda
(“Elektron labirint”) yerləşdirilib: “Hipermətn informasiya
təqdimidir. O müəlliflər çoxluğunu, müəllif və oxucu funksiya-
larının silinməsini, qeyri-dəqiq sərhədlərlə iş və oxu yollarının
çoxluğunu mümkün edir. Hipermətnin klassik nümunəsi Bibliyadır.
Hipertekstuallıq –
Hipermətnin səciyyəvi xüsusiyyətlərinin
məcmusu, informasiyaya girmənin təşkili və strukturudur.
Həddən artıq tərcümə ölçüsü –
bax, tərcümənin həddən ar-
tıq interpretasiyası.
Hərbi materialların tərcümə xüsusiyyətləri –
hərbi mate-
riallara sözün geniş mənasında tərcüməçi-referent, hərbi-bədii ma-
terialları, «hərbi-publisistik materialları» və «hərbi-siyasi mate-
rialları», hərbi-elmi və hərbi-texniki materialların, hərbi idarənin
30
aktlarının (müxtəlif hərbi sənədləri) tərcümə edilməsi zamanı
müraciət edir. Hərbi materiallara, adətən, elmi-texniki materialları
və idarəçilik aktlarını, ordunun və silahlı qüvvələrin hərbi müəssi-
sələrinin həyat və fəaliyyəti ilə bağlı materialları aid edirlər. Hərbi-
bədii ədəbiyyat, hərbi publisistika və hərbi-siyasi materiallar öz
məqsəd istiqamətinə və mövzusuna görə əsasən o xassələrə bütün
ictimai-siyasi, publisist və bədii mətnlərə xasdır. Hərbi-bədii ma-
terialların və hərbi-publisist materialların və siyasi istiqamətli ma-
terialların xarici dildə xüsusiyyətlərini təhlil etdikdə, hər şeydən ön-
cə, o məsələyə diqqət yetirilməlidir ki, militarist təbliğatla seçilən
xarici ədəbiyyat və mətbuatın adi metod və priyomlarından, öz
dövlətlərindəki ordunun hərbi doktrinasının tərifindən, hərb tarixi-
nin bilərəkdən təhrif olunmasından, xüsusən ikinci dünya müharibə-
sinin tarixinin təhrifindən. Bütün hərbi materiallar hər hansı digər
materiallardan özündə hərbi leksikanın dolğunluğu, elmi və hərbi
terminologiyanın geniş istifadəsi, hərbi sferada ünsiyyət üçün xa-
rakterik sabit söz birləşmələri, hərbi nomenklatura bolluğu və xü-
susi ixtisar və şərti işarələr (yalnız hərbi materiallarda istifadə edi-
lən), sintaksis nöqteyi-nəzərindən isə elliptik və klişe konstuksiyalar
elementindən, kasad feli zaman formalarından, müxtəsər formalı de-
yimlərdən, bir cümlə daxilində çoxsaylı parallel konstruksiyalardan,
infinitiv və feli sifətlərdən istifadə olunur. Bütün bunlar hərbi
sferadakı ünsiyyət üçün xarakterizə olunan müəyyən funksional
ağırlıq və çətinliklə bağlıdır: formulalarda müxtəsərlik, aydınlıq,
konkretlik, izahın dəqiqliyi və düzgünlüyü, fikrin şərhinin məntiqi
ardıcıllığını, cümlənin quruluşunun mükəmməlliyini, bir fikrin digər
fikirdən fərqləndirilməsini, veriləcək informasiyanın qavrayışının
yüngüllüyünü təmin edir. Tərcümənin və o cümlədən xüsusi
tərcümənin əsas prinsipi, üsul üçün də xarakterikdir. Lakin başqa
kommunikativ-funksional istiqamətdə tərcümənin bu növü üçün
xeyli spesifik xüsusiyyətlər xasdır ki, onlar xarici dilin üslubunun,
leksikasının və qrammatikanın hərbi materialları ilə bağlıdır. Hərbi
tərcümədə tərcümənin dəqiqliyi olduqca mühüm rol oynayır, çünki
tərcümə olunmuş material məhz mühüm qərarların qəbul edilməsi,
31
hərbi əməliyyatların aparılması və s. üçün əsas ola bilər. Odur ki,
hərbi materialların tərcüməsinin adekvatlığı nəinki materialın məz-
munun düzgün verilməsini, həm də onun struktur formasının tam
şəkildə verilməsini, onun hissələrindəki ardıcıllığı, materialın quru-
luşunu, şərhin ardıcıllığını və bir sıra digər amilləri verməlidir.
Çünki oradakı bəzi məqamlar digər mütəxəssislər üçün lazımsız
göründüyü halda, məhz hərbi mütəxəssis üçün böyük əhəmiyyət
kəsb edə bilər. Məsələn, hərbi sənədlərdə göstərilən məntəqələrin
verilməsi (ərəb rəqəmi və latın əlifbası hərfləri) zamanın, tarixin,
vaxtın, koordinatların, coğrafi adların, hərbi hissələrin və onun
bölükləri və digər məlumatlar (verilmişlər) əhəmiyyətlidir.
Hərbi materialların tərcüməsinin üslubi xüsusiyyətləri –
tərcümənin adekvatlığının əldə olunması üçün ən mühüm problem
əslin üslubunu vermək məsələsidir. Tərcümlənin üslubi aspekti
əslində ümumi funksional-kommunikativ istiqamətinin verilməsi
üçün leksik-qrammatik vasitələrin düzgün seçilməsini tərcümə olu-
nan dilin mövcud ədəbi dil normalarının köməyilə verməkdir. Hərbi
materialların üslubi heç də yekcins, (həmcins) deyildir. Hərbi
materiallar sırasında materialların şərhində iki mövcud meyl durur:
bu ya quru rəsmi-dəftərxana dilidir ki, burada arxaik tərkib və
konstruksiyalar, ya sadə danışıq, bəzən soyad dil ilə sonuncu
tendensiya siravi, unter zabit heyəti üçün əsasən hərbi və hərbi-tex-
niki materiallarda qeyd olunur. Bu meyl, ilk növbədə, ümumi və
texniki hazırlığın aşağı səviyyəsi ilə bağlıdır, deməli, həm də bu
quru rəsmi nizamnamə materiallarını və çətin texniki izahları hərbi
xidmətdən olanların əsas kütləsi üçün daha populyar və aydın etmək
üçün edilir. Elə bunun nəticəsidir ki, xeyli hərbi materiallar daim
izahedici illüstrasiyalar, cədvəllər, sxemlər və diaqromlarla
müşayiət olunur ki, onlar oxucuya izah edilən materialın
mahiyyətini çatdırmağa imkan verir. Tərcüməçi bütün hallarda əslin
materialını müvafiq materialların hərbi üslubundan istifadə etməklə,
bəzən əsldə ana dilində izafi obrazlılıq və familyar – danışıq və
jarqon elementlərinin neytrallaşdırılmasına diqqət yetirilməli olur
ki, onlar ana dili üçün qeyri-xarakterikdir. Azərbaycan dilində üslub
32
izahı, Azərbaycan hərbi dilində qəbul olunmuş müvafiq tipli ma-
terialların ruhuna uyğun olmalıdır.
Hərfi tərcümə –
transparant tərcümə, kalkalaşma, tərcümə
mətninin dil və tematik səviyyədə xətti əvəzlənməsidir ki, burada
orijinal və qəbuledən mətndə onların obrazlar sisteminə diqqət yeti-
rilmir.
X
Xarici (əcnəbi) sözlər lüğəti –
1. Əcnəbi dil mənşəli, az ya
çox, xüsusi və onların izahını özündə əks etdirən lüğət. 2. Xarici dil
mənşəli sözlərin siyahısını, onların izah və etimologiyasını göstərən
lüğət.
Xəbərdarlıq siqnalları –
təhlükə haqqında xəbər vermək
üçün nəzərdə tutulmuş xüsusi işarələr.
Xidməti siqnallar –
xidməti danışıqların aparılması, çevik və
inamlı əlaqələrin aparılması üçün nəzərdə tutulan xüsusi siqnallar.
Bu işarələr özündə: xidməti işarələr, köməkçi sözlər, köməkçi cüm-
lələri birləşdirir. Belə işarələr bir, iki və üçhərfli qrup, ayrı-ayrı
sözlər və söz birləşmələrindən ibarətdir ki, onların ardınca müəyyən
mənalar möhkəmlənməmişdir ki, onlar daha tez-tez istifadə olunan
göstəriş, sərəncam, sorğu və məlumatların daha müxtəsər formada
verilməsi üçün istifadə edilir. Xidməti siqnallar heç zaman adi fraza
və cümlələrlə dəyişdirilib, əvəzlənmir.
Xülasəedici əlaqə –
mətnin «düz olmayan nitq» prinsipi üzrə
istiqamətlənən mətnlərarası əməliyyat, daha doğrusu, mətnin xüla-
səsi, cəmlənməsi (adaptasiya), lap kiçik ölçülü olan mətnin uyğun-
luğu və kondensasiyası, məsələn, əsərin biblioqrafik titulu.
Dostları ilə paylaş: |