RaviNİt b əzələdaxili yeridilmə üçün məhlul ravinit b tərkibi



Yüklə 18,57 Kb.
Pdf görüntüsü
tarix25.03.2017
ölçüsü18,57 Kb.
#12641

Dərman vasitəsinin istifadəsi üzrə təlimat 

(xəstələr üçün) 



 

 

RAVİNİT B   əzələdaxili yeridilmə üçün məhlul 

RAVINIT B 

 

 

Tərkibi 



Təsiredici maddə: 1 ml məhlulun tərkibində 50 mq tiamin-xlorid, 50 mq piridoksin-hidroxlorid, 0,5 mq 

sianokobalamin, 10 mq lidokain-hidroxlorid vardır. 



Köməkçi maddələr: benzil spirti, natrium-polifosfat, kalium-heksasianofosfat, natrium-hidroksid, inyeksiya 

üçün su. 



 

Təsviri 

Xarakterik spesifik qoxulu, şəffaf qırmızı rəngli məhlul. 



 

Farmakoterapevtik qrupu 

Polivitamin 



ATC kodu: A11DB 

 

Farmakoloji xüsusiyyətləri 

Farmakoloji təsiri preparatın tərkibinə daxil olan komponentlərin xüsusiyyətləri ilə təyin olunur. B

1

, B


6

 və B


12

 

vitaminləri zülal, karbohidrat və yağ mübadiləsini nizama salır, onun normallaşmasına yardım edir, hərəki, 



hissi və vegetativ sinirlərin funksiyalarını yaxşılaşdırır. 

Tiamin (B

1

) zülalın qlikolizə  uğramasına mane olur, antioksidant aktivliyə malikdir, sinir impulslarının 



ötürülməsinin tənzimlənməsində iştirak edir. 

Piridoksin (B

6

) neyromediatorların (dofamin, noradrenalin və s.), sintezində dekarboksilləşmə 



reaksiyalarında, amin turşularının dez- və pereaminləşməsində iştirak edir, ammonyakın toplanmasına mane 

olur və sinir toxumasında regenerativ prosesləri gücləndirir. 

Sianokobalamin (B

12

) normal hemopoez üçün vacibdir, mielin toxumasının sintezində iştirak edir. 



 

İstifadəsinə göstərişlər 

Təsdiq edilmiş B

1

, B


6

 və B


12

 vitamin çatışmazlığı, nevroloji xəstəliklər. 

Sinir sisteminin müxtəlif mənşəli xəstəliklərinin simptomatik müalicəsində köməkçi maddə kimi: nevrit və 

polinevritlər (o cümlədən ağrı sindromu ilə müşayiət olunan), o cümlədən retrobulbar nevrit, periferik parez (o 

cümlədən üz sinirinin), nevralgiyalar, polineyropatiyalar (diabetik, alkoqollu və s). 

 

Əks göstərişlər 

Preparatın komponentlərinə qarşı yüksək həssaslıq; hamiləlik və laktasiya dövrü; tromboz və 

tromboemboliyalar; dekompensə olunmuş ürək çatışmazlığının ağır formaları; eritremiya; eritrositoz; ağır 

qanaxmalar; arterial hipotenziya; şok halları; uşaq yaş dövrü. 

 

Ehtiyat tədbirləri 

Vernike ensefalopatiyasında, qadınlarda klimaksdan əvvəl və sonrakı dövrlərdə, ağır stenokardiya, 

meqaloblast anemiya və  B

12

 vitamin çatışmazlığı ilə müşayiət olunan xoş  və  bədxassəli törəmələr, tromb 



əmələ gəlməyə meyllik, ahıl yaş dövrü (65 yaşdan yuxarı). 

 

Hamiləlik və laktasiya dövründə istifadəsi 

Hamiləlik və laktasiya dövründə istifadəsi əks göstərişdir. 

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri 

Tiamin tərkibində sulfidlər olan məhlullarda parçalanır. 

B

6



-nın terapevtik dozası levodopanın effektini azaldır. 

Mis ionları və pH-ın 3-dən yüksək olması tiaminin parçalanmasını gücləndirir. 

B

12

 vitamini ağır metal duzları ilə uyuşmur.Tərkibində tiamin və sianokobalamin olan məhlullarda (digər B 



qrupu vitaminləri kimi) tez dağılır (tərkibində olan kiçik konsentrasiyalı dəmir ionları bunun qarşısını ala bilər). 

 

İstifadə qaydası və dozası 

Ağır hallarda və  kəskin ağrılarda hər gün 2 ml əzələdaxili dərinə yeridilir. Kəskinləşmə dövrü keçdikdən 

sonra və ya yüngül formalı xəstəliklərdə həftədə 2-3 dəfə 2 ml yeridilir. 

 

 



Əlavə təsirləri 

Bəzi hallarda yüksək tərləmə, taxikardiya, çivzə  səpmələri baş verə bilər. Dərinin allergik reaksiyaları 

müşahidə oluna bilər (qaşınma, övrə  və s.), eləcə  də sistem reaksiyaları (çətin nəfəsalma, Kvinke ödemi, 

anafilaktik şok). 

Preparatın orqanizmə sürətlə yeridilməsi zamanı baş verə biləcək hallar: başgicəllənmə, başağrısı, qusma, 

taxikardiya və ya bradikardiya, aritmiya, qıcolmalar, oyanıqlıq, kardialgiya. 



 

Doza həddinin aşılması 

Doza həddinin aşılması zamanı preparatın  əlavə  təsirlərinin güclənməsi baş verir, bu zaman simptomatik 

müalicə aparılır. 

 

Buraxılış forması 

2 ml əzələdaxili yeridilmə üçün məhlul, ampullarda. 

5 ampul konturlu-yuvalı qablaşdırmada. 1 və ya 2 konturlu-yuvalı qablaşdırma içlik vərəqə və ampul bıçağı 

və ya ampul skarifikatoru ilə birlikdə karton qutuya qablaşdırılır. 

 

Saxlanma şəraiti 

15°C-dən yuxarı olmayan temperaturda, qaranlıqda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. 



 

Yararlılıq müddəti  

2 il. 


Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. 

 

Aptekdən buraxılma şərti 

Resept əsasında buraxılır. 



 

 

İstehsalçı 

«Brınsalov-A» QSC. 

117105, Rusiya, Moskva şəhəri, Naqatinskaya küçəsi, ev 1. 

 

 



Azərbaycanda rəsmi distribyutor 

«TETRADA» MMC - dir. 

AZ1102, 20Yanvar küçəsi, 14 

Bakı, Azərbaycan 

Tеl.: (+994 12) 431-59-24, 431-05-41 

Faks: (+994 12) 430-80-51 

Е-mail: info@tetrada-az.com 



www.tetrada-az.com 

 

Yüklə 18,57 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin