Cədvəl 2.1.
QAAT çərçivəsində keçirilmiş ticarət raundları və onların əsas nəticələri
Mənbə: ÜTT-nin rəsmi saytı:www.wto.org
Amma, həyata keçirilən tədbirlər nəticəsində gömrük rüsumlarının dərəcələri
böhran həddinə yaxınlaşırdı ki, bu da bəzi ölkələri narahat edirdi. Nəticədə 1951-
52-ci illərdə QATT çərçivəsində danışıqlar demək olar ki, dayandı. Danışıqları
bərpa etmək üçün 1953-cü ildə “Pflimlen planı”irəli sürüldü ki, onunla da 3 il
ə
rzində hər il 10% olmaqla tarif dərəcələrinin aşağı salınması nəzərdə tutulurdu.
Bu plan qəbul olunmadığından (əsasən də ABŞ-ın maraqları daha çox nəzərə
alındığından) 1955-ci ildə “Rendell planı” təklif olundu. Bu plana əsasən, ABŞ-ın
gömrük tarifləri 3 il ərzində hər il 5% olmaqla aşağı salınmalı idi. Bu dəfə plan
ABŞ tərəfindən etirazla qarşılandığından həyata keçirilə bilmədi. Məhz bu şəraitdə
1956-cı il Cenevrə raundu keçirildi və bu raund zamanı demək olar ki, əhəmiyyətli
heç bir qərarın qəbul olunmaması heç kim üçün sürpriz olmadı.
1958-ci ildə “Dillon təklifləri” adlandırılan yeni təkliflər irəli sürüldü. Bu
təkliflər əsasında 1960-61-ci illərdə QATT çərçivəsində Dillon-raund adlandırılan
Raundun
adı
Keçirildiyi il
və ya illər
Nəticələri
ş
tirakçı
dövlətlərin
sayı
Cenevrə
1947
Gömrük rüsumlarının dərəcələri aşağı salındı, qeyri-
tarif ticarət maneələri ixtisar edildi və qeyri-tarif
vasitələrinin tənzimlənməsi haqqında tədbirlərin
həyata keçirilməsinə başlanıldı
23
Annesi
1949
13
Torki
1951
38
Cenevrə
1956
26
Dillon-raund
1960-1961
26
Kennedi-
raund
1964-1967
Gömrük rüsumlarının səviyyəsinin 5 il ərzində orta
hesabla 35% aşağı salınması və antidempinq
tədbirlərinin həyata keçirilməsi qərara alındı
62
Tokio-raund
1973-1979
Gömrük rüsumları dərəcələrinin 1980-ci il yanvarın 1-
dən başlayaraq mərhələlərlə aşağı salınması (sənaye
məhsullarına təxminən 33%), qeyri-tarif maneələrinin
mülayimləşdirilməsi
və
çərçivə
sazişlərinin
bağlanması haqqında razılığa gəlindi
102
Uruqvay
raundu
1986-1994
Tariflər, qeyri-tarif tədbirləri, xidmətlərlə ticarət,
mübahisələrin tənzimlənməsi, intellektual mülkiyyət,
ticarət və ətraf mühit məsələlərinə aid mühüm qərarlar
qəbul olundu və ÜTT-nin yaradılması qərara alındı
123
23
ticarət danışıqları aparılsa da, onlar da muvəffəqiyyətlə nəticələnmədi. Qeyd edək
ki, “Dillon təklifləri”nə əsasən dərəcələrin birdən 20% aşağı salınması nəzərdə
tutulurdu.
1964-cü ildə ABŞ prezidenti Con Kennedinin 1962-ci ildə irəli sürdüyü
təkliflər əsasında Kennedi raunduna start verilir. Bu danışıqlar amerikanların
avropalıların ümumi bazar yaratmalarına reaksiyası idi. Danışıqlar nəticəsində 5 il
ə
rzində (1968-72-ci illər) tariflərin orta hesabla 35% aşağı salınması və
antidempinq tədbirlərinin həyata keçirilməsi qərara alındı.
1973-cü ildə Avropada inteqrasiya proseslərinin yeni vüsət alması (onun
üzvlərinin sayının 9-a qədər artması), ABŞ-ın ticarət balansının kəsirinə gətirib
çıxarmış beynəlxalq valyuta sisteminin dağılması, beynəlxalq əmək bölgüsündə
keyfiyyətcə yeni dəyişikliklərin baş verməsi QATT çərçivəsində müzakirələrin
bərpa olunmasına təkan verdi və 1973-79-cu illərdə keçirilmiş və Tokio raundu
kimi bəlli olan çoxtərəfli ticarət danışıqlarının əsasını qoydu. Danışıqlar çox
çətinliklə keçirdi və sənayecə inkişaf etmiş ölkələrlə üçüncü dünya ölkələrinin
arasındakı dialoqun bütün mürəkkəbliyini özündə əks etdirirdi.
Tokio raundu əvvəlki raundlardan bir çox əlamətlərinə görə fərqlənirdi. lk
növbədə qeyd edək ki, bu danışıqlarda o dövr üçün rekord sayda – 102 ölkə iştirak
edirdi. Digər tərəfdən, mütəxəssislər çox zaman bu raundu beynəlxalq ticarət
sisteminin islahatı istiqamətində edilən ilk cəhd kimi qiymətləndirirlər.
Bu raund zamanı QATT çərçivəsində tariflərin aşağı salınmasına yönəlmiş
cəhdlər davam etdirildi. Əldə edlimiş nəticələr arasında 9 iri dünya bazarlarında
gömrük rüsumlarının orta hesabla 1/3 dəfə aşağı salınmasını göstərmək olar ki,
nəticədə də sənaye məhsullarına olan tariflərin orta səviyyəsi QATT yaradılarkən
mövcud olan 40%-dən 4,7%-ə qədər azaldı. 8 il ərzində mərhələ-mərhələ aşağı
salınan tariflər özündə həmçinin harmonlaşdırmanı da əks etdirirdi ki, nəticədə də
yüksək tariflər aşağı tariflərə nisbətən daha sürətlə azaldılırdı.
Digər istiqamətlər üzrə Tokio raundunun nəticələri birmənalı deyildi. Belə
ki, raund iştirakçıları kənd təsərrüfatı məhsulları ilə ticarətin fundamental
24
problemlərini həll edə bilmədilər və “müdafiə tədbirləri haqqında” (fövqəladə
vəziyyətdə həyata keçirilən idxalı məhdudlaşdırma tədbirləri) yeni saziş üzrə
razılığa gələ bilmədilər.
Bununla yanaşı, danışıqlar nəticəsində qeyri-tarif tədbirləri haqqında bir sıra
razılaşmalar əldə olunmuşdu. Bu sazişlərdən bəziləri QATT-ın mövcud
qaydalarının interpretasiyası olsa da, digərləri tamamilə yeni istiqamətləri əhatə
edirdilər. Əksər hallarda bu sazişlərə QATTın üzv-ölkələrinin, əsasən də sənayecə
inkişaf etmiş ölkələrinin nisbətən kiçik bir qismi qoşulmuşdu. Bu sazişlər QATT-
ın bütün üzv ölkələri tərəfindən təsdiqlənmədiyindən onları çox zaman “kodekslər”
adlandırırlar. Onlara aşağıdakı sazişlər aiddir:
• subsidiyalar və kompensasiya tədbirləri üzrə saziş – QATT-ın VI, XVI və
XXIII maddələrinin interpretasiyası;
• ticarətdə texniki manelər üzrə saziş – bəzən standartlar üzrə kodeks
adlandırılır;
• idxalın lisenziyalaşdırılması prosedurası üzrə saziş;
• dövlət satınalmaları üzrə saziş;
• gömrük qiymətləndirməsi üzrə saziş – QATT-ın VII maddəsinin
interpretasiyası;
• antidempinq tədbirləri üzrə saziş – QATT-ın VI maddəsinin interpretasiyası
və Kennedi raundu zamanı qəbul olunmuş antidempinq kodeksinin əvəzlənməsi;
• mal əti üzrə saziş;
• süd məhsulları üzrə beynəlxalq saziş;
• mülki aviatexnika ilə ticarət üzrə saziş.
Artıq Tokio raundundan sonra QATT-ın beynəlxalq ticarət sisteminin
yaradılması istiqamətində gördüyü işlərin müsbət nəticələri özünü göstərməyə
başladı. Bu illər ərzində QATT-ın mövcudluğunun aşağıdakı müsbət nəticələrini
qeyd etmək olar. lk növbədə QATT-ın müəyyən zaman üçün və məhdud fəaliyyət
çərçivəsində yaradıldığını nəzərə alsaq, onun fəaliyyəti dövründə dünya ticarətinin
liberallaşdırılması, inkişafı və əldə olunmuş nəticələrin gücləndirilməsi sahəsində
25
görülən işləri və bu istiqamətlərdə əldə edilən uğurları danmaq olmaz. Belə ki,
təkcə tariflərin ardıcıl olaraq aşağı salınması nəticəsində 1950, 1960 və 1970-ci
illərdə dünya əmtəə ixracının hər il orta hesabla 8%-lik yüksək artım tempinə nail
olunmuşdu. Həmçinin, QATT-ın fəaliyyəti nəticəsində 1950-1975-ci illərdə dünya
ixracı cari qiymətlərdə 14,5 dəfə artmışdı.
Digər tərəfdən ticarətin liberallaşdırılmasına verilən impuls ona gətirib çıxardı
ki, “QATT erası” zamanı ticarətin artım templəri həmişə istehsalın artım templərini
üstələyirdi. QATT-a daim yeni üzvlərin qoşulması sübut edirdi ki, QATT
çərçivəsində yaradılan dünya ticarətinin çoxtərəfli sistemi dövlətlər tərəfindən
inkişaf, iqtisadiyyatın və ticarətin islah edilməsi vasitəsi kimi qəbul edilirdi.
Ümumilikdə 1970-ci illərin ortalarından bu və ya digər şəkildə mövcud olan
iqtisadi böhran şəraitində təbii olaraq artan proteksionist təzyiqlərə qarşı göstərilən
müqavimət də QATT-ın xidmətləri sırasına aid edilə bilər.
Bütün bunlarla yanaşı, QATT-ın fəaliyyətində mənfi cəhətlər də özünü
göstərirdi. Gömrük tariflərinin aşağı salınması, həmçinin 1970-ci illər və 1980-ci
illərin əvvəllərində baş verən iqtisadi böhranlar hökumətləri xarici rəqiblərin
ekspansiyasına məruz qalan iqtisadi sahələri qorumaq üçün yeni müdafiə
tədbirlərinə əl atmağa məcbur edirdi. şsizliyinyüksək səviyyəsi, fabriklərin və
zavodların bağlanmasının daha tezlikli xarakter alması Avropa və Şimali Amerika
hökumətlərini rəqibləri ilə bazarların bölünməsinə dair ikitərəfli sazişlər
bağlamağa və «subsidiyalar yarışına» başlamağa sövq etdi.
Bu dəyişikliklər QATT-a və onun səmərəliliyinə olan etibarı müəyyən
dərəcədə aşağı saldı. Dünya ticarəti sahəsində vəziyyətin pisləşməsindən başqa,
1980-ci illərin başlanğıcında aydın oldu ki, QATT 1940-cı illərdən fərqli olaraq
dünya ticarətinin reallıqlarını daha özündə əks etdirmir. Birincisi, dünya ticarəti 40
il əvvəllə müqayisədə daha mürəkkəb mexanizmə çevrilmişdi və daha vacib rol
oynamağa başlamışdı. kincisi, dünya ticarəti qloballaşma istiqaməti ilə inkişaf
edirdi, beynəlxalq investisiya qoyuluşları özünün zirvə nöqtəsinə gəlib çatmışdı.
Bu da investisiya siyasətinin ticarət aspektlərinə münasibətdə ümumi normaların
26
işlənməsi məsələsini aktuallaşdırırdı. Üçüncüsü, QATT-ın qaydaları ilə əhatə
olunmayan xidmətlərlə ticarət daha çox sayda ölkənin maraq dairəsinə daxil
olurdu. Digər tərəfdən xidmətlərlə ticarət sənaye əmtəələri ilə ticarətlə daha tez-tez
«qovuşurdu». Dördüncüsü, kənd təsərrüfatı sahəsində ticarətin liberallaşdırılması
öz nəticəsini vermirdi. Beşincisi, toxuculuq məhsulları və hazır paltarla ticarət üzrə
aparılan danışıqlar zamanı QATT-ın standart qaydalarından bəzi maddələrin
toxuculuq məhsulları ilə ticarət üzrə saziş formasında götürülməsi barədə razılığa
gəlinməsi də öz bəhrəsini vermirdi.Altıncısı, Tokio raundundan sonra inkişaf etmiş
ölkələrin idxal gömrük tarifinin orta çəki dərəcəsinin təxminən 55% təşkil
etməsinə baxmayaraq, orta göstəricilər heç də real vəziyyəti əks etdirmirdi. Belə
ki, Avropa Birliyi, Yaponiya və ABŞ-da 10%-dən çox olan gömrük tarifləri
dərəcələrinin payına ümumi tarif mövqelərinin uyğun olaraq 21,5, 17,1 və 16,0%-i
düşürdü. Özü də yüksək dərəcələr əsasən ərzaq, toxuculuq məhsulları və hazır
paltar idxalına tətbiq olunurdu. Bu məhsullar isə inkişaf etməkdə olan ölkələrin
ə
sas ixrac maddələrini təşkil edirdi. Yeddincisi, müəllif hüquqlarının qorunması
sahəsində mövcud problemlər intellektual mülkiyyət hüquqları ilə ticarətin
aspektləri haqqında məsələlərin müzakirəsini zəruri edirdi. Və nəhayət,
sə kkizincisi
, QATT-ın təşkilati strukturu və onun rəhbərliyi altında mübahisələrin
tənzimlənməsi sistemi şübhələr doğururdu. Yuxarıda qeyd olunan faktorlar və
digərləri gətirib ona çıxardı ki, QATT-ın üzvləri beynəlxalq ticarət sisteminin
gücləndirilməsi və daha da inkişaf etdirilməsi üçün yeni cəhdlərin edilməsinin
zəruriliyinə əmin oldular.
Belə bir şəraitdə 1986-cı ilin sentyabrında QATT çərçivəsində yeni çoxtərəfli
ticarət danışıqları başladı. Bu danışıqlar Uruqvayın Punta-del-Este şəhərində yeni
raundun başlanması haqqında Bəyannamə qəbul edilməklə açıldı və Uruqvay
raundu adını aldı.
Danışıqların əsas istiqamətləri aşağıdakılardan ibarət idi:
• gömrük maneələrinin aşağı salınması;
• QATT sisteminin təkmilləşdirilməsi (bir çox qeyri-tarif tədbirlərinin
27
azaldılması və aradan qaldırılması, QATT fəaliyyət sferasına toxuculuq, kənd
təsərrüfatı, təbii mənşəli məhsullarla ticarətin daxil edilməsi, QATT sisteminin
gücləndirilməsi);
• ÜTT-nin yaradılması haqqında Saziş;
• Xidmətlərlə Ticarət üzrə Baş Sazişin işlənməsi;
• intellektual mülkiyyət hüquqları ilə ticarətin aspektləri;
• investisiya siyasətinin ticarət aspektləri.
Uruqvay raundu çərçivəsində çoxtərəfli ticarət danışıqlarını həyata keçirmək
üçün təşkilati struktur yaradılmışdı. Belə ki, QATT-ın qaydalarına zidd olan
ticarət məhdudiyyətlərinin tətbiq edilməsinə yol verməməklə məşğul olan xüsusi
Nəzarət Komitəsi ilə yanaşı, 15işçi qrup da yaradılmışdı ki, onlar da aşağıdakılar
idi: gömrük tarifləri üzrə; qeyri-tarif tədbirləri üzrə; tropik əmtəələri üzrə; təbii
resurslar bazasında istehsal olunan məhsullar üzrə; toxuculuq məhsulları və hazır
paltar üzrə; kənd təsərrüfatı məhsulları üzrə;subsidiyalar və kompensasiya
tədbirləri üzrə; intellektual mülkiyyət hüquqları ilə ticarətin aspektləri üzrə;
müdafiə tədbirləri üzrə; QATT sisteminin fəaliyyətinin gücləndirilməsi üzrə;
investisiya siyasətinin ticarət aspektləri üzrə; QATT-ın maddələrinin yenidən
işlənməsi üzrə; əvvəlki raundlarda qəbul olunmuş sazişlər və razılaşmaların
yenidən işlənməsi üzrə; mübahisələrin tənzimlənməsi üzrə; xidmətlərlə ticarət
üzrə.Danışıqların əsas hissəsi Cenevrədə keçirilirdi. Danışıqlar zamanı 1500-dən
artıq təklif və işçi sənədlərin müzakirə olunduğu 500-dən artıq rəsmi iclas
olmuşdu.
1988-ci ildə danışıqlar «aralıq nəticələrin müəyyənləşdirilməsi» mərhələsinə
gəlib çatmışdı ki, bu mərhələ də nazirlərin Kanadanın Monreal şəhərində keçirilən
iclasında müzakirə olunmuşdu. Bu iclasda danışıqların mandatına yenidən baxıldı
və bu, raundun ikinci mərhələsinə keçməyə imkan verdi. Nazirlər tropik məhsullar
bazarına aidiyyatı olan güzəştlər (bu güzəştlər inkişaf etməkdə olan ölkələrə
köməyə istiqamətlənmişdi) də daxil olmaqla ilkin güzəştlər paketini, həmçinin
mübahisələrin tənzimlənməsi sisteminin yeni və daha dəqiq variantını və QATT-ın
bütün tarixi ərzində ilk dəfə olaraq, üzv-ölkələrin həyata keçirdiyi milli ticarət
28
siyasətinin və tədbirlərinin mütəmadi əsasda geniş və sistematik təhlilini nəzərdə
tutan ticarət siyasətinin icmalı mexanizmini razılaşdırdılar.
1990-cı ilin dekabrında Brüsseldə keçirilən nazirlərin növbəti iclası zamanı
kənd təsərrüfatı məhsulları ilə ticarətin islahatı üzrə götürüləcək öhdəliklər
barəsində ziddiyyətlər yarandığından raundun müddətinin uzaldılması haqqında
qərar qəbul olundu. 1991-ci ilindekabrına danışıqların Yekun aktının layihəsi
hazırlandı. Sonrakı 2 il ərzində danışıqların vəziyyəti müxtəlif olurdu: bu gün
danışıqların tam uğursuzluğa uğrayacağı bildirilirdi, sabah isə tam əminliklə qeyd
olunurdu ki, danışıqlar müvəffəqiyyətlə nəticələnəcək. Nümayəndələr dəfələrlə
raundun başa çatmasının son tarixini müəyyən etsələr də, qoyulan müddətə əməl
edilmirdi. Ziddiyyətlərin siyahısı isə artırdı: kənd təsərrüfatı məhsulları ilə
ticarətdən sonra ora xidmətlərlə ticarət, bazarlara daxil olma, antidempinq
qaydaları və nəhayət, yeni təşkilatın yaradılması haqqında təkliflər daxil olmuşdu.
Danışıqların uğuru ABŞ və Avropa Birliyi arasında olan ziddiyyətlərin nə cür həll
olunacağından asılı idi. Nəhayət, 1993-cü ilin 15 dekabrında bütün mübahisəli
məsələlər həll olundu və razılaşdırıldı. Elə o zaman da əmtəə və xidmət bazarlarına
daxil olmaq haqqında danışıqlar başa çatdırldı. Danışıqlarda iştirak etmiş 123
ölkənin nazirlərinin əksəriyyəti 1994-cü il aprelin 15-də Mərakeşdə keçirilən iclas
zamanı qəbul olunan Yekun aktının altında öz imzalarını qoydular.Uruqvay
raundunun rəsmi sona çatma müddəti də üzv-ölkələrin nazirlərinin Mərakeşdə
keçirilən iclası hesab olunur.
Danışıqların Yekun aktı özündə 28 sazişi (kənd təsərrüfatı məhsulları ilə,
xidmətlərlə, toxuculuq və hazır paltarla ticarət üzrə, subsidiyalar və kompensasiya
rüsumları üzrə, intellektual mülkiyyət hüquqları məsələləri üzrə və s.), həmçinin
beynəlxalq ticarətdə tarif və qeyri-tarif məhdudiyyətlərinin ixtisarına aid olan
razılaşmaları əks etdirirdi. Bundan başqa, akta QATT çərçivəsində bundan əvvəl
qəbul olunmuş razılaşma və sazişlərə əlavə və dəyişiklər edən 27 əsasnamə də
daxildir.
BMT-nin Ticarət və nkişaf üzrə Konfrans (YUNKTAD) təşkilatı 1962-ci ildə
29
BMT-nin qtisadi Şurasının qərarı ilə yaradılıb. Təşkilatın yaradılmasının
təşəbbüsçüləri kimi üçüncü dünya ölkələrinin ticarət problemlərinə diqqətin az
olması məsələsini önə çəkən bir sıra inkişaf etməkdə olan ölkələr, o cümlədən
sosialist ölkələri çıxış ediblər.
YUNKTAD-ın qarşısına qoyulan vəzifələr aşağıdakılardır:
1)
dünya ticarətinin inkişafına dəstək verilməsi, sabit dünyanın və bərabərhüquqlu
qarşılıqlı faydalı əməkdaşlığın təmin edilməsi;
2)
müasir beynəlxalq ticarətin səmərəli funksiya göstərməsi üçün təvsiyələrin,
prinsiplərin, təşkilati-hüquqi şəraitin və mexanizmlərin işlənib hazırlanması;
3)
BMT sisteminin iqtisadi inkişaf sahəsi üzrə təşkilatlarının fəaliyyətlərinin
koordinasiyasında iştirak etmək.
YUNKTAD-ın strukturunda 6 komitə mövcuddur ki, onlar da müxtəlif
istiqamətlər üzrə ixtisaslaşıblar:
1)
Xammal əmtəələri üzrə Komitə;
2)
Hazır məhsullar və yarımfabrikatlar üzrə Komitə;
3)
Dəniz daşımaları üzrə Komitə;
4)
Ticarətin “görünməyən” maddələri (xidmət) üzrə Komitə;
5)
Beynəlxalq ticarətin maliyyələşdirilməsi və kreditləşdirilməsi üzrə Komitə;
6)
Texnologiyaların kommersiya ötürülməsi üzrə Komitə.
YUNKTAD-ın xüsusi fəaliyyət sferası kimi beynəlxalq korporasiyaların
fəaliyyətinə nəzarət çıxış edir.
YUNKTAD ölkələri sosial-iqtisadi və coğrafi əlamətlərinə görə təsnifləşdirir
və öz iş prinsiplərinin də bu təsnifatdan çıxış edərək qurur. YUNKTAD-ın
təsnifatına görə, “A” qrupuna afroasiya ölkələri, “B” qrupuna sənayecə inkişaf
etmiş ölkələr, “C” qrupuna Latın Amerikası ölkələri, “D” qrupuna krçmiş sosialist
ölkələri (Avropada yerləşən) daxildir. “A” və “C” qrupuna daxil olan ölkələr,
həmçinin bir sıra sosialist ölkələri 1975-ci ildə “77”lər adı ilə məşhur olan qrup
yaratmışlar.
YUNKTAD-ın fəaliyyətində ən böyük aktivlik 1960-cı illərin sonunda və
1970-ci illərdə müşahidə edilmişdir. Bu zaman “77”lər qrupunun irəli sürdüyü yeni
30
beynəlxalq iqtisadi qayda konsepsiyası formalaşmışdır.
YUNKTAD-ın fəaliyyətinin ən səmərəli nəticəsi kimi “Xammal əmtəələri
üçün inteqrə olunmuş proqram”ın qəbul edilməsini göstərmək olar. Bu proqram
nəticəsində inkişaf etməkdə olan ölkələrin xarici ticarətində mühüm yer tutan 18
xammal əmtəəsi üzrə ticarət şəraiti yaxşılaşmışdır.
nkişaf etməkdə olan ölkələrin əmtəələri üçün inkişaf etmiş ölkələrin
bazarlarında imtiyazlar verilməsi rejiminin bərqərar olmasında da YUNKTAD-ın
rolu böyükdür. YUNKTAD-ın Dehlidə keçirilən II sessiyası zamanı “ nkişaf
etməkdə olan ölkələrdən hazır əmtəələrin idxalı zamanı ümumi imtiyaz sistemi”
qəbul edilmişdir ki, bu sistemə görə də sənayecə inkişaf etmiş ölkələr inkişaf
etməkdə olan ölkələrə bir sıra imtiyazlar təqdim edirlər.
Hazırda YUNKTAD beynəlxalq ticarətin tənzimlənməsində 15-20 il əvvəlki
kimi elə də böyük rol oynamır, lakin özünün potensialını hələ də qoruyur.
Beynəlxalq Ticarət Hüququ üzrə BMT Komissiyası (YUNS TRAL) 1964-cü
ildə beynəlxalq ticarət hüququnun razılaşdırılması və unifikasiyası məqsədilə
yaradılıb. Komissiyanın aktivinə BMT-nin Dəniz Yük Daşımaları üzrə
Konvensiyasının (“Hamburq qaydaları”), BMT-nin Əmtəələrin Alqı-satqısı üzrə
Beynəlxalq Müqavilələr haqqında Konvensiyasını (alqı-satqı üzrə Vyana
Konvensiyası) və s.-ni aid etmək olar.
Ümumilikdə komissiya əsasən əmtəələrin beynəlxalq alqı-satqısı, beynəlxalq
ödəmələr, beynəlxalq ticarət arbitrajı və dəniz yük daşımaları üzrə beynəlxalq
qanunvericilik sahələri üzrə müxtəlif hüquq normalarının hazırlanması ilə məşğul
olur.
Beynəlxalq Ticarət Palatası (BTP) 1922-ci ildə yaradılıb və ümumilikdə
yardımçı funksiyasını yerinə yetirir. O beynəlxalq kommersiya terminləri üzrə
təlimatlar (“INCOTERMS”) dərc edir, beynəlxalq ticarətin qaydalarını,
ə
nənələrini, normalarını yayır və müxtəlif ölkələrin tacirləri və sahibkarları,
həmçinin onların ticarət-sənaye palataları arasında əlaqələrinin qurulmasında
vasitəçilik missiyasını yerinə yetirir.
Bir sıra əmtəələrlə və xidmətlərlə beynəlxalq ticarətin tənzimlənməsində
31
ixtisaslaşan ikinci qrup təşkilatlara aşağıdakılar aiddir:
Neft ixrac edən Ölkələrin Təşkilatı (OPEK);
Dəmir filizi ixrac edən Ölkələrin Assosiasiyası (APEF);
Mis ixrac edən Ölkələrin Təşkilatı (C PEK);
Avropa daş kömür və polad Təşkilatı;
Kakao istehsalçılarının Alyansı;
Banan ixrac edən Ölkələrin Birliyi;
Beynəlxalq Mülki Aviasiya Təşkilatı;
Beynəlxalq Dəniz Təşkilatı;
Ümumdünya Turizm Təşkilatı.
Beləliklə, beynəlxalq ictimaiyyət əmtəələrlə və xidmətlərlə beynəlxalq
ticarətin daha yüksək artım dinamikasının təmin edilməsi üçün səy göstərir və bu
sahədən alınan mənfəətin bütün ölkələr üçün maksimumlaşdırılmasına çalışır.
|