Rbaycan döVLƏt qt sad un vers tet mag stratura m



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə2/8
tarix05.03.2017
ölçüsü0,65 Mb.
#10134
1   2   3   4   5   6   7   8

Mallarlarla ticarətin həcmi, 1965-2009(illik %-lə)

1

 



 

dxalda isə vəziyyət fərqlidir. Belə ki, iki ən böyük azalma neft ixrac edən 

regionlarda  (MDB-də  -20,2%  və  Cənubi  və  Mərkəzi  Amerikada  –  16,5%) 

müşahidə  edilmişdir.  Eyni  zamanda  ABŞ  (-16,5%)  və  Avropa  Birliyində  (-14,5) 

idxalın  fiziki  həcmindəki  azalma  dünya  üzrə  orta  göstəricidən  (-12,9%)  yüksək, 

Yaponiyada (-12,8%) isə orta göstəriciyə yaxın qeydə alınmışdır.   

                                                 

1

Mənbə: ÜTT Katibliyi, www.wto.org 


 

12

2009-cu  ildə  neft  istehsal  edən  regionların  ixracında  fiziki  həcmcə 



azalmanın  dünya  üzrə  orta  göstəricidən  aşağı  olmasına  baxmayaraq,  ixracın  cari 

qiymətlərlə hesablanan dəyər həcmində azalma daha çox olmuşdur. Belə ki, Orta 

Şə

rq,  Afrika  və  MDB  ölkələrində  dollar  ifadəsində  cari  qiymətlərlərlə  ixracın 



dəyəri dünya üzrə 23% orta illik azalma ilə müqayisədə müvafiq olaraq 33%, 32% 

və  36%  azalmışdır  ki,  bu  da  ilk  növbədə  2008-2009-cu  illərdə  neftin  qiymətinin 

kəskin düşməsi ilə əlaqədardır (şəkil 1.2). 

Cədvəl 1.1. 

 

Regionlar üzrə ÜDM və mallarla ticarət, 2007-2009 

(illik %-lə, sabit qiymətlərlə (2005))

2

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Xüsusilə qeyd etmək lazımdır ki, 2014-cü ilin son rübünün ikinci yarısında 

dünya  neft  bazarlarında  neftin  qiymətində  kəskin  azalmalar  müşahidə  edilmişdir. 

Belə ki, 2014-cü ilin noyabr ayının sonu üçün dünya enerji bazarlarında bir barel 

neftin qiyməti təqribən 70 ABŞ dolları civarında olmuşdur. Bu gün isə yəni 2015-

ci  ilin  əvvəllərində dünya  enerji bazarlarında  bir  barel neftin qiyməti  təqribən 63 

dollardır. Bu da onu birmənalı şəkildə deməyimizə şərait yaradır ki, qlobal iqtisadi 

                                                 



2

Mənbə: ÜTT Katibliyi, www.wto.org 

Dünya 


Ş

imali Amerika 

ABŞ 

Cənubi və Mərkəzi Amerika  



        Avropa  

               Avropa Birliyi (27) 

        Müstəqil Dövlətlər Birliyi     

        ölkələri (MDB) 

        Afrika 

        Orta Şərq  

        Asiya  

               Çin 

               Yaponiya 

               Hindistan 

               Yeni Sənaye  

                     Ölkələri (4) (**) 

(*) Karib hövzəsi də daxil olmaqla 

(**) Honkqonk-Çin, Koreya Respublikası, Sinqapur və Çinin Tayvan əyaləti 



 

 

13

böhranın  yeni  çalarları  müşahidə  edilməkdədir  və  bu  tendensiya  bütövlükdə 



beynəlxalq  iqtisadi  münasibətlər  sisteminə  bu  və  ya  digər  şəkildə  cidditəsir 

göstərəcəkdir. Bununla yanaşı 2008-ci ildən dünya iqtisadiyyatını öz cənginə almış 

qlobal  iqtisadi  böhran  şəraitində  bəzi  zəruri  istehlak  mallarının  qiymətlərində 

aşağıdakı tendensiya müşahidə edilmişdir. 

Şə

kil 1.2. 

Bəzi mallar üzrə qiymətlər, 2000-ci il yanvar - 2010-cu il yanvar  

(2000-ci il = 100%)

3

 

 

 

 



 

 

 



 

 

 



 

 

2009-cu  ildə  dünya  ticarətinin  həcmində  azalmanın  digər  bir  xüsusiyyəti 



ondan  ibarətdir  ki,  bütün  ölkələrin  ixrac  və  idxalında  azalma  eyni  zamanda  baş 

vermişdir(şəkil 1.3.). 

Ekpertlər ticarətin belə kəskin azalmasını bəzi proteksionist tədbirlərin tətbiq 

edilməsi  də  daxil  olmaqla  bir  çox  səbəblərlə  izah  edirlər.  Lakin  əsas  səbəb  kimi 

qlobal tələbin azalması göstərilir. Bu, tələbin azalmasının əmtəə strukturu, qlobal 

təchizat zəncirinin iştirakı və ticarətin azalmasının ölkə və regionlarda eyni vaxtda 

baş verməsi faktı ilə əlaqələndirilir.  

Bu  qrup  mallara  olan  tələbin  azalması  onların  istehsalı  üçün  tələb  olunan 

təchizat  bazarlarına  təsir  göstərdi.  Xüsusilə  də,  dəmir  və  polada  olan  tələbin 

düşməsi  böhrandan  qabaq  əmlak  bazarlarının  sürətlə  böyüdüyü  ölkələrin  (ABŞ, 

                                                 

3

Mənbə: BVF, www.imf.org 

Enerji 


 

Metal 


 

Ə

rzaq 



 

14

Birləşmiş  Krallıq,  spaniya  və  s.)  tikinti  sektorunda  qiymətlərin  kəskin  aşağı 



düşməsini şərtləndirdi.  

Şə

kil. 1.3. 



Dünya əmtəə ixracının regionlar üzrə dinamikası, (illik faizlə)

4

 



 

2009-cu ildə mallar üzrə ixracın dəyər həcmi neft və digər əsas əmtəələrin 

qiymətlərinin  düşməsi  nəticəsində  23%  azalaraq  12,15  trln.  ABŞ  dollarına 

düşmüşdür. Ümumdünya kommersiya xidmətləri ixracı isə 1983-cu ildən bu yana 

ilk dəfə olaraq azalaraq(-13%) 3,31 trln. ABŞ dolları təşkil etmişdir (cədvəl 1.2).  

Cədvəl 1.2. 

Dünya üzrə mallar və xidmətlərin ixracı (trln. ABŞ dolları)

5

 



 

Həcmi 


llik faizlə 

llər 


2009 

2005-09 


2007 

2008 


2009 

Mallar 


12147 

16 



15 

-23 


Xidmətlər 

3312 


20 


12 

-13 


 

Xidmətlərlə ticarətin strukturunda daha çox azalma nəqliyyat xidmətlərində 

qeydə  alınmışdır  ki,  bu  da  xidmətlərin  bu  növünün  mallarla  ticarətlə  sıx  əlaqəli 

olması ilə bağlıdır (cədvəl 1.3.). 

                                                 

4

Mənbələr: BVF, Beynəlxalq Maliyyə Statistikası; Avrostat; Milli Statistikalar; Qlobal Ticarət Atlası 

5

Mənbə: ÜTT Katibliyi, www.wto.org 

 

Dünya  



 

Ş

imali Amerika 



 

Cənubi və Mərkəzi 

Amerika 

Avropa 


 

MDB ölkələri 

 

Asiya  


 

Digər  (Afrika və Orta) 

Şə

rq

 


 

15

Bildiyimiz  kimi  xidmətlər  iqtisadiyyatı  dünya  iqtisadiyyatının  inkişafı 



tarixində  keyfiyyət  dəyişiklikləri  dövrü  ilə  xarakterizə  olunmaqla  olduqca 

müstəsna  əhəmiyyət  kəsb  etmişdir.  Və  qlobal  iqtisadi  böhran  şəraitində  bu 

sektorun tədqiqi olduqca mühüm əhəmiyyət kəsb etmiş və gələcəkdə də edəcəkdir. 

Cədvəl 1.3. 

Ə

sas xidmət kateqoriyaları üzrə ixrac (trln. ABŞ dolları)

6

 

 

Həcmi 


llik faizlə 

llər 


2009 

2005-09 


2007 

2008 


2009 

Xidmətlər 

3312 



20 



12 

-13 


O cümlədən, 

Nəqliyyat 

704 



20 



16 

-21 


Turizm 

854 


15 


11 

-11 


Digər xidmətlər 

1754 


10 

23 


12 

-10 


 

ABŞ-ın  maliyyə  bazarlarında başlayan  böhran tezliklə  real  sektora keçərək 

dünya  iqtisadiyyatını  öz  əhatəsinə  aldı.  Ressesiya  şəraitində  gəlirlərin  sürətlə 

azalması ev təsərrüfatlarının və firmaların bütün mallar üzrə, xüsusilə də istehlak 

malları  (məs.  avtomobillər)  və  investisya  təyinatlı  mallar  üzrə  (məs.  sənaye 

avadanlıqları)  xərclərini  azaltmasına  səbəb  oldu  (cədvəl  1.4.).  Qeyd  olunan 

malların  alışına  təsir  göstərən  amillər  əsasən  onların  alınması  ilə  bağlı  qərarların 

daha dəyişkən iqtisadi şəraitdə asanlıqla təxirə salınması  mümkünlüyü və onların 

kredit şərtlərinə digər mal növlərinə nisbətən daha həssas olmasıdır.    

Ümumi  istehsalın  həcmindəki  payı  ilə  müqayisədə  dünya  ticarətinin 

strukturunda  daha  böyük  paya  malik  bəzi  məhsullar  müvafiq  olaraq  ümumdünya 

ÜDM-si  və  yaxud  da  ÜMM-i  müqayisədə  beynəlxalq  ticarətə  daha  çox  təsir 

göstərir.  Məsələn,  istehlak  məhsulları  və  istehsal  vasitələri  qlobal  buraxılışda  az 

paya  malik  olmalarına  baxmayaraq,  dünya  ticarətinin  böyük  bir  hissəsini  əhatə 

edir.  Nəticə  etibarilə  bu  əmtəələrə  tələbin  azalmağının  ÜDM-yə  nisbətən  ticarətə 

daha böyük təsiri müşahidə edilir.  



 

 

                                                 



6

Mənbə: ÜTT Katibliyi, www.wto.org 

 

16

Cədvəl 1.4.  



Mallar üzrə dünya ticarətinin dinamikası (ABŞ dolları ilə),  

2008-ci ilin I rübü – 2009-cu ilin III rübü (rüblük faizlə)

7

 



 

 

2008Q1 



2008Q2  2008Q3  2008Q4  2009Q1  2009Q2  2009Q3 

Mallar 

15.7 

18.6 

13.2 

-10.4 

-27.6 

-29.8 

-21.5 

Dəmir və polad 

14.6 

27.0 


42.7 

5.4 


-37.3 

-54.7 


-55.0 

Kimyəvi məmulatlar 

19.3 

24.5 


21.7 

-5.9 


-23.5 

-24.4 


-16.6 

Ofis və 


telekommunikasiya 

ləvazimatları 

10.0 

13.2 


7.2 

-13.9 


-28.4 

-22.2 


-15.3 

Avtomobil 

15.3 

15.8 


3.4 

-26.0 


-46.9 

-45.6 


-28.6 

Sənaye avadanlıqları 

21.9 

22.7 


15.7 

-7.3 


-28.8 

-36.0 


-31.9 

Tekstil 


10.3 

8.9 


3.4 

-12.8 


-26.9 

-26.8 


-17.3 

Geyim, paltar 

10.3 

11.4 


7.9 

-2.5 


-10.4 

-15.5 


-12.1 

 

ÜTT-nin  proqnozlarına  əsasən  2015-ci  ildə  dünya  ticarətində  artım  prosesi 



bərpa  olunacaq  və  ixracın  fiziki  həcminin  artımı  4,1%  təşkil  edəcəkdir.  Eyni 

zamanda  inkişaf  etmiş  ölkələrdə  ixracın  fiziki  həcminin  3,3%,  digər  ölkələrdə 

(inkişaf etməkdə olan və MDB ölkələri) isə 8% artacağı proqnozlaşdırılır.  

ÜTT analitiklərinin dəyərləndirmələrinə görə, 2014-cü ildə dünya ticarətinin 

artım həcmi daha öncə təşkilatın proqnozunda göstərildiyi kimi 4,7% deyil, 3,1% 

olmuşdur. 2015-ci ildə dünya ticarətinin artımı daha öncə gözlənildiyi kimi 5,3% 

deyil, 4,1% olacaq. ÜTT ekspertləri, dünya iqtisadiyyatına neqativ təsir göstərəcək 

riskin bir sıra əsas amillərini aşkar ediblər. 

“Ukrayna  üzündən  bir  tərəfdən  ABŞ  və  A   arasında,  digər  tərəfdən  isə 

Rusiya  ilə  geosiyasi  müzakirələr  bir  sıra  ərzaq  malları  üzrə  ticarət  sanksiyalarına 

gətirib  çıxarıb.  Bu  qarşıdurmanın  toxunduğu  bir  sıra  malların  siyahısı,  geosiyasi 

böhran davam edərsə, gələcəkdə artırıla bilər. 

Yaxın  Şərqdə  münaqişə  qeyri-müəyyənliyə  əlavə  elementdir  və  regiondan 

neft  çıxarılmasını  təhlükə  altına  atarsa,  neft  qiymətlərini  artırılmasına  təkan  ola 

bilər. 

                                                 



7

Mənbə: ÜTT-nin  hesablamaları, www.wto.org 

 

17

Və  nəhayət,  Qərbi  Afrikada  Ebola  virusunun  yayılması  da  neqativ  rol 



oynaya bilər.  ndiyə  qədər xəstəliyin yayılmasının qarşısını almaq çətin idi, onun 

yayılması ağır nəticələrə nail ola bilər. Bu, az ehtimal olan, amma potensial yüksək 

xərcli risklər, bu il dünya ticarətinin dinamikasının dəqiq dəyərləndirməsinin çətin 

olmasına açıqlıq gətirir”, - ÜTT-nin hesabatında deyilir. 

ÜTT-nın sonuncu hesabatındanda göründüyü kimi qlobal iqtisadi böhran və 

eləcə də dünya geosiyasi və  eləcə də geoiqtisadi münasibətlər fonunda beynəlxalq 

iqtisadi münasibətlər olduqca ciddi problemlərlə sınağa çəkilməkdədir. 

2013-cü  ildə  qlobal  iqtisadi  artım  3%  təşkil  etmişdir  ki,  bu  da  ötən  ilə 

nisbətən  cəmi  0.1%  bəndi  aşağıdır.  Bu  artımda  2013-cü  ilin  ikinci  yarısından 

etibarən  qabaqcıl  ölkələrdə  baş  verən  iqtisadi  aktivliyin  yüksəlməsi  mühüm  rol 

oynamışdır.  qtisadi  Əməkdaşlıq və  nkişaf  Təşkilatının  ( Ə T)  erkən  xəbərdarlıq 

indikatorları  2013-cü  ilin  iyul  ayını  iqtisadi  artım  trendində  dönüş  nöqtəsi  kimi 

xarakterizə edir. 

 

 



 

 

1.2 Qlobal iqtisadi sistem və ÜTT-nin digər beynəlxalq təşkilatlarla 



qarşılıqlı əlaqəsi 

 

Beynəlxalq  iqtisadi  münasibətlərin  inkişafı  beynəlxalq  ticarətin  milli 



səviyyədə tənzimlənməsi ilə yanaşı, son illərdə bu sahədə dövlətlərarası qarşılıqlı 

fəaliyyətin müxtəlif formalarının yaranması ilə müşaiyət olunur.Bu tendensiya bir 

neçə səbəblərlə şərtlənir: 

  təsərrüfat həyatının beynəlmiləlləşməsinin dərinləşməsi; 

  dünya əmtəə, xidmət, istehsal amilləri bazarlarının genişlənməsi; 

  transmilli şirkətlərin inkişafı; 

  çoxsaylı beynəlxalq təşkilatların yaranması. 

Nəticədə  bir  ölkənin  tənzimləmə  tədbirləri  digər  dövlətlərin  iqtisadiyyatına 



 

18

birbaşa  təsir  göstərir  ki,  bu  dövlətlər  də  öz  növbəsində  istehsalçılarını  və 



istehlakçılarını müdafiə etmək üçün cavab tədbirləri görürlər. Bu tənzimlənmənin 

dövlətlərarası  səviyyədə  həyata  keçirilməsi  zəruriliyini  ortaya  çıxarır.  Ticarətin 

dövlətlərarası tənzimlənməsi aşağıdakı əsaslarda həyata keçirilə bilər: 

  ikitərəfli müqavilələr; 

  regional  təşkilatlar  çərçivəsində  imzalanan  regional  xarakterli 

çoxtərəfli müqavilələr; 

  qlobal təşkilatlar tərəfindən dövriyyəyə daxil edilən qlobal xarakterli 

çoxtərəfli konvensiyalar. 

Dövlətlər  arasında  ikitərəfli  əsasda  qurulan  ticarət  münasibətləri  ticarət 

müqavilələri  və  sazişlərinin  köməyi  ilə  tənzimlənir  ki,  onlar  da  ölkələr  arasında 

icraedici  hakimiyyət  (hökumətlər  arasında)  səviyyəsində  bağlanır  və  qanunverici 

hakimiyyət (parlament) tərəfindən təsdiq edilir.  kitərəfli ticarətin prinsiplərini və 

rejimini  müəyyən  edən  bu  cür  müqavilələr  və  sazişlər  adətən  5-10  il  müddətinə 

imzalanır və dövri olaraq onlara yenidən baxılır və müddətləri uzadılır. 

Beynəlxalq  ticarətin  dövlətlərarası  tənzimlənməsinin  ikinci  əsasda 

aparılmasından  danışarkən  ilk  növbədə  gömrük  birliklərini  qeyd  etmək  lazımdır. 

Hazırda dünya üzrə sayı 20-ni keçən gömrük birlikləri hüquqi baxımdan iki və ya 

daha  artıq  dövlətin  bağladığı  sazişdir. Bu sazişə  görə,  birliyə  daxil olan dövlətlər 

bir-birlərinə və üçüncü ölkələrə münasibətdə vahid tarif siyasəti həyata keçirirlər. 

qtisadi 


nöqteyi-nəzərdən 

gömrük 


birlikləri 

vahid 


iqtisadi 

məkanın 


formalaşdırılmasını  nəzərdə  tutur  ki,  bu  da  həmin  məkanın  daxilində  gömrük 

sərhədlərinin ləğv edilməsi deməkdir. 

Beynəlxalq  ticarətin  tənzimlənməsi  ilə  məşğul  olan  təşkilatları  özünün 

masştabına və profilinə görə şərti olaraq iki qrupa bölmək olar: 

1)

 

ümumilikdə beynəlxalq ticarətin müxtəlif problemləri ilə məşğul olan 



beynəlxalq təşkilatlar; 

2)

 



bir  və  ya  bir  neçə  əlaqəli  əmtəələrlə  və  xidmətlərlə  ticarətin 

tənzimlənməsi ilə məşğul olan beynəlxalq təşkilatlar. 



 

19

Şə



kil 2.1. 

Qlobal ticarət sisteminin tənzimlənməsi xüsusiyyətləri  

konteksində əsas faktorlar 

 

 

 



 

MənbəSxem  müəllif tərəfindən tərtib edilmişdir 

Birinci  qrupa  QATT/ÜTT,  YUNKTAD,  YUNS TRAL,  Beynəlxalq  Ticarət 

Palatası daxildir. 

Ə

mtəələrlə,  o  cümlədən  xidmətlərlə  beynəlxalq  ticarətin  tənzimlənməsində 



aparıcı  rol  Ümumdünya  Ticarət  Təşkilatına  (ÜTT)  məxsusdur.Bu  təşkilatın 

formalaşmasına  qədər  üzun  bir  təkamül  yolu  keçilmişdir  ki,  onu  da  qısa  şəkildə 

nəzərdən keçirməyə çalışacayıq. 

XIX əsrin sonları XX əsrin əvvəllərində beynəlxalq iqtisadi münasibətlərin 

ə

hatə  dairəsinin  sürətlə  genişlənməsi  nəticəsində  nəinki  kəmiyyətcə,  həm  də 



keyfiyyətcə  fərqli  yeni  beynəlxalq  iqtisadi  sistem  yaranırdı.Formalaşmaqda  olan 

yeni sistem bir çox müsbət cəhətləri ilə yanaşı mənfi cəhətlərə də malik idi.Belə ki, 

ölkələr  arasında  tez-tez  iqtisadi  zəmində  ziddiyyətlər,  mübahisələr  baş  verir  və 

bütün  bunlar  ticarət  müharibələrinə  gətirib  çıxarırdı.Digər  tərəfdən  mütəmadi 

olaraq  baş  verən  iqtisadi  böhranlar  da  dünya  iqtisadi  sisteminə  güclü  ziyan 

vururdu. 

1929-1933-cü  illərdə  baş  verən  dünya  iqtisadi  böhranı  makroiqtisadi 

siyasətin  çoxtərəfli  tənzimlənməsinin  zəruriliyini  bir  daha  sübut  etdi.  II  dünya 

müharibəsindən əvvəlki illərdə beynəlxalq ticarətdə və valyuta-maliyyə sferasında 

«oyun  qaydalarını»  müəyyən  edən  təşkilatların  olmaması  bir  sıra  ölkələri  dünya 

iqtisadi  böhranını  daha  da  kəskinləşdirən  separat  hərəkətlərə  sövq  edirdi. 

Yaxınlaşan böhran şəraitində ABŞ-da Holi-Smut qanunu qəbul edildi ki, onunla da 

QLOBAL TICARƏT S STEM N N 

Ə

SAS AKTORLARI 



YUNKTAD

 

BMT-nin Ticarət və 



İnkişaf Konfransı 

  

ÜTT



 (ticarət) 

Ümumdünya Ticarət 

Təşkilatı 

  

BTP



 

Beynəlxalq Ticarət 

Palatası 

  


 

20

gömrük rüsumlarının orta dərəcəsi əvvəlcə 44,7%-ə qədər, daha sonra isə 1932-ci 



ildə 59,1%-ə qədər artırıldı. Bundan sonra əksər Qərb ölkələri də gömrük rüsumları 

dərəcələrini  əhəmiyyətli  şəkildə  artırdılar  ki,  bu  da  dünya  iqtisadiyyatı  üçün 

həddən  artıq  mənfi  nəticələndi:  1929-1932-ci  illərdə  dünya  ticarətinin  həcmi 

demək  olar  ki,  60%  azaldı.  Eyni  zamanda,  həmin  illərdə  beynəlxalq  ticarətin 

ə

sasını ikitərəfli ticarət müqavilələri təşkil edirdi ki, onların da çatışmazlığı təkcə 



məhdud  saydaəmtəələri  əhatə  etmələrində  deyildi.  Bağlanmış  ikitərəfli 

müqavilələrin  nəticəsi  bəzən  gözlənilməz  olurdu:  öz  tərəfindən  heç  bir  güzəştə 

getməmiş üçüncü tərəfin istehsalçıları bu müqavilədən mənfəət əldə edirdilər. 

Ticarət  münasibətlərinin  tənzimlənməsi  üçün  hələ  II  dünya  müharibəsinə 

qədər  bir  sıra  cəhdlər  edilmişdi.  Nümunə  kimi  Gömrük  Formallıqlarının 

Sadələşdirilməsi  haqqında  Konvensiyanı  (1923),  Beynəlxalq  Ticarət  Arbitrajı 

haqqında  Konvensiyanı  (1924)  və  s.-ni  göstərmək  olar.  1927-ci  ildə  ticarət  üzrə 

beynəlxalq  konfrans  çağıran  Millətlər  Liqası  beynəlxalq  ticarətin  qaydalarına  və 

təşkilinə  aid  sənədin  yaradılmasına  cəhdlər  edirdi.  Lakin  bu  cəhdlər 

müvəffəqiyyətlə nəticələnmədi. 

Buna  baxmayaraq,  dünya  iqtisadiyyatının,  xüsusilə  də  dünya  ticarətinin 

təşkilatlanması  yeni  yaradılan  Birləşmiş  Millətlər  Təşkilatının  (BMT)  əsas 

məqsədlərindən  birini  təşkil  etdiyindən,  o  bu  məsələ  üzrə  prinsipial  razılaşmalar 

ə

ldə  edə  bildi.  BMT-nin  qtisadi  və  Sosial    Şurasının  18  fevral  1946-cı  il  tarixli 



qətnaməsi ilə ticarət və  məşğulluq  üzrə beynəlxalq konfransın  çağrılmasına qərar 

verildi.  Konfrans  1947-ci  ilin  21  noyabrından  1948-ci  ilin  28  martına  qədər 

Havanada  keçirildi.  Orada  beynəlxalq  ticarətin  bir  sıra  ümumi  prinsiplərini 

müəyyən edən və Beynəlxalq Ticarət Təşkilatının (BTT) təsis olunmasını nəzərdə 

tutan  Havana  Xartiyasının  mətni  işlənilib  razılaşdırıldı.  Yaradılacaq  təşkilatın 

məqsədləri 3 bənddən ibarət idi: Havana Xartiyasını həyata keçirmək, beynəlxalq 

ticarətin  problemlərini  öyrənmək  və  Xartiyanı  imzalayan  dövlətlərin 

mübahisələrində «hakim» rolunu oynamaq. Artıq 1944-cü il Bretton-Vuds (ABŞ) 

konfransı  zamanı  beynəlxalq  valyuta-kredit  və  maliyyə  münasibətlərini 

tənzimləyən  Beynəlxalq  Valyuta  Fondu  və  Dünya  Bankı  yaradıldı.  Yaradılan 



 

21

sistemin üçüncü «sütunu» BTT olmalı idi. BTT ticarət, iqtisadi inkişaf, məşğulluq, 



investisiya siyasətlərini çoxtərəfli şəkildə tənzimləməklə məşğul olmalı idi. 

1947-ci  ilin  avqust-oktyabr  aylarında  keçirilən  Cenevrə  konfransı  zamanı 

Havana  Xartiyası  üzərində  iş  gedərkən  konfransda  təmsil  oluan  23  ölkə,  o 

cümlədən  ABŞ,  Kanada,  Böyük  Britaniya,  Fransa,  Hindistan,  Braziliya  və  digər, 

daha  az  zəif  inkişaf  etmiş  ölkələr  beynəlxalq  iqtisadi  əlaqələrin  inkişafına 

ə

həmiyyətli  dərəcədə  maneçilik  edən  gömrük  tariflərinin  səviyyəsini  qarşılıqlı 



şə

kildə aşağı salmaq haqqında danışıqlara başladılar. Nəticədə 23 ölkə ilkin olaraq 

“Tarif  və  ticarət  üzrə  baş  saziş”i  (QATT)  qəbul  etdilər  və  bu  saziş  1948-ci  il 

yanvarın  1-dən  fəaliyyətə  başladı.  QATT  BTT-nin  nizamnaməsinin  ratifikasiyası 

prosesi  başa  çatana  qədər    fəaliyyət  göstərməli  idi  və  bundan  sonra  onun  bir 

hissəsinə çevrilməli idi.  

Lakin bir neçə ölkənin, xüsusən ABŞ parlamentinin BTT-nin nizamnaməsini 

ratifikasiya etməməsi nəticəsində dünya ticarətini tənzimləyən təşkilatın yaranması 

47  il  ləngidi.    ABŞ  parlamentinin  nizamnaməni  ratifikasiya  etməməsinin  səbəbi 

səslərin bölüşdürülməsi prinsipi idi. ABŞ belə hesab edirdi ki, hər bir ölkə dünya 

ticarətində nə qədər paya malikdirsə, o qədər də səsi olmalıdır. Avropalılar isə «bir 

ölkə  –  bir  səs»  prinsipini  müdafiə  edirdilər.Bu  illər  ərzində  isə  dünya  ticarəti 

QATT  çərçivəsində  tənzimlənirdi  ki,  bu  zaman  da  keçirilən  ticarət  danışıqları 

raundları mühüm əhəmiyyət kəsb edirdi. Ümumiyyətlə, QATT çərçivəsində 1947-

1994-cü  illərdə  məqsədləri  beynəlxalq  ticarətin  liberallaşdırılması  və  ticarət 

maneələrinin  aradan  qaldırılması  olan  8  ticarət  danışıqları  raundu  keçirilmişdir 

(Cədvəl 2.1). 

Cenevrə raundu adlandırılan birinci raund nəticəsində dünya ticarətinin 1/5-nə 

toxunan  10  mlrd.  dollarlıq  45  min  tarif  güzəştləri  edildi.  Danışıqlar  zamanı 

həmçinin  razılıq  əldə  edildi  ki,  bu  güzəştlər  BTT-nin  nizamnamə  layihəsində 

göstərilən bir sıra ticarət qaydalarının qəbulu ilə müşaiyət olunmalıdır. 

Lakin, kəmiyyət məhdudiyyətlərinin yavaş-yavaş aradan qaldırılması gömrük 

tariflərinin əvvəlki əhəmiyyətini geri qaytarırdı. Buna görə də, 1949-cu il Annesi 

və  1951-ci  il  Torki  raundlarında  əsas  diqqət  ticarətin  gömrük  tarifləri  ilə 



 

22

tənzimlənməsini qaydaya salmağa yönəlmişdi. 



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin