2.2. Qlobal iqtisadi böhran şəraitində ÜTT-nin beynəlxalq ticarət sistemindəki
mövqeyinin sistemli təhlili
Son dövrlərdə ümumdünya xarici ticarət dövriyyəsi sabit və yüksək templə
artır. Beynəlxalq ticarət nəzərdən keçirildikdə qeyd edilməlidir ki, dünya əmtəə
41
dövriyyəsinin belə üstün artımı beynəlxalq ticarətin müasir dövrdə başlıca
xüsusiyyəti olub, dünya bazarının həcminin artması ilə əlaqədardır. Xarici ticarətin
dinamikasının ən başlıca xüsusiyyəti son dövrlərdə xidmətlərin beynəlxalq
ticarətinin daha sürətlə artmasıdır. Dünya ticarət həcminin artırılmasında ÜTT-nin
rolu əvəzolunmazdır. Belə ki, ÜTT-nin fəaliyyəti nəticəsində dünya ticarətinin
genişlənməsi daha sürətlə baş verir
. Bu baxımdan ÜTT-nin müasir dünya
ticarətdəki rolunu qiymətləndirmək üçün bir neçə ÜTT-nin hesablamalarına nəzər
salaq.
Cə dvə l 2.3.
2013-cü il ÜTT hesabatına görə ölkə lə rin qlobal ticarə t sistemində yeri
(ixracda ilk 10 ölkə )
Mənbə: ÜTT-nin rəsmi saytı:www.wto.org
Dünya əmtəə ixracı üzrə bu göstəriciləri faizlə qeyd etsək uygun olaraq Çin
11.7%, ABS 8.4%, Almaniya 7.7%, Yaponiya3.8%, Niderland 3.5%, Fransa 3%,
Koreya Respublikası 2.9%, Böyük Britaniya 2.88%, Hon-Konq2.85%, Rusiya
2.78%, Italiya2.75%, Belçika 2.49%, Kanada 2.43%, Sinqapur 2.18%, Meksika
2% təskil edəcəkdir. Dünya ticarətində 2013-cü ilin birinci yarısında zəifləmə
meyilləri müşahidə olunsa da, ilin ikinci yarısında hətta BVF-nin proqnozlarından
daha yüksək artım qeydə alınmışdır. Bu artım əsasən EÖ-də və Çində tələbin
42
artması hesabına təmin olunmuşdur.
Dünya ticarətinin artım templəri, bir qayda olaraq, ÜDM-in artım templərini
üstələyərək beynəlxalq mübadilə və ixtisaslaşma proseslərinin dinamizminin
artmasından xəbər verir. Bu proseslərdə bir sıra qanunauyğunluqlar özünü birüzə
verir ki, onlardan biri də ölkələr və ölkə qrupları arasında ziddiyyətlərin
kəskinləşməsidir, o cümlədən sektorial səviyyədə.
Dünya ticarətinin artım tempi ilin ikinci yarısında mənfi zonadan çıxsa da,
ə
vvəlki dövrlərlə müqayisədə asagı olaraq qalmısdır.
Şə
kil 2.1.
2013-cü il ÜTT hesabatına görə qlobal ixrac (%-lə )
Mənbə: ÜTT-nin rəsmi saytı: www.wto.org
Hər şeydən öncə, dünya iqtisadiyyatının beynəlmiləlləşdirilməsi beynəlxalq
ticarətin və xaricdə kapital qoyuluşların yüksək sürətli artımında öz əksini tapır.
Ticarəti liberallaşdıran ölkələrdə fundamental makroiqtisadi göstəricilərin tarazlığı
ə
ldə olunmalı və liberallaşdırma bu tarazlığı pozmamalıdır. Təbii ki, fundamental
makroiqtisadi göstəricilərin tarazlığı dedikdə ölkə iqtisadiyyatının stabilliyi başa
düşülür. Stabilliyin meyarları kimi “mülayim inflyasiyanın” templərini, “məqbul
işsizlik” səviyyəsini və tədiyə balansının tarazlığını göstərmək olar. lk iki göstərici
daxili, sonuncu göstərici isə xarici tarazlığı əks etdirir. Bu səbəbdən milli
iqtisadiyyatın
tarazlaşdırılması
ölkənin
ixrac
potensialının
səmərəli
reallaşdırılmasının zəruri şərtidir.
43
Analoji olaraq qlobal idxala diqqət yetirdikdə burada da idxalın istər əmtəə
istərsə də coğrafi strukturunda əvvəlki illərə nisbətdə ciddi dəyişikliklərin
olmadığının şahidi ola bilərik. Belə ki, 2013-cü il etibarilə qlobal idxalın coğrafi
strukturu aşağıdakı konteksdə olmuşdur.
90-cı illərdən başlayaraq inkişaf etmiş ölkələrin maraqlarına uyğun olaraq
dünya təsərrüfatı sektorlarının əhəmiyyətli dərəcədə yenidən bölgüsü baş verir ki,
bu da milli iqtisadiyyatların və xüsusilə tranzitiviqtisadiyyatların parametrlərinə
təsir göstərir. ABŞ-ın hökmran mövqeniitirməsinin real ehtimalı, Avropa ttifaqı,
Yaponiya və Çinin iqtisadi imkanlarının artması - bütün bunlar dünya bazarının
inkişaf amilləridir. Bu amillər dünya bazarının maliyyə resursları ticarətindən
yüksək texnoloji əmtəələr və texnologiyalar ticarəti istiqamətində struktur
dəyiyişikliyi fonunda meydana çıxmışdır. Bütün bunlar dünya məcmu tələbinin
prioritet istiqamətlərini müəyyən edir.
Cə dvə l 2.4.
2013-cü il ÜTT hesabatına görə ölkə lə rin qlobal ticarə t sistemində yeri
(ixracda ilk 10 ölkə )
Mə nbə : ÜTT-nin rəsmi saytı: www.wto.org
Dünya bazarında tələbin strukturundan asılı olaraq ölkənin hansı şərtlər
ə
sasında beynəlxalq əmək bölgüsü sisteminə qoşulması, bunun müasir
44
texnologiyalara əsaslanan sahələrin inkişafına, ixrac strukturunun təkmilləşməsinə
və ya diversifikasiya səviyyəsinin yüksəlməsinə gətirib çıxaracağı müəyyən
olunur. Avrozonada resessiyanın davam etməsi bu regionun idxalına mənfi təsir
göstərmisdir. Almaniya, Hindistan, Braziliya, Fransa, Yaponiya kimi ölkələrdə
iqtisadi artımın xarici tələb kanalları daxili tələblə əvəzlənmisdir. Digər tərəfdən
daxili bazarları qorumaq meyilləri güclənmisdir. Belə ki, 2012-ci ildə ÜTT-də
mübahisəli məsələlərin sayı son on ilin ən yüksək səviyyəsinə çatmısdır.
ndiki şəraidə dünya ölkələri daha çox daxili bazarı qorumaq barədə düşünür,
ticarətin liberallaşdırılması isə arxa plana keçib. Transatlantik ticarət ittifaqında
birləşmiş ABŞ və Avropa ttifaqı (A ) isə vəziyyətin düzəlməsinə kömək
etməyəcək. ABŞ və A bu ay dünyanın ən böyük ticarət razılaşması ilə bağlı
görüşlərə başladığını elan edib. ABŞ prezidenti B.Obamanın və Böyük
Britaniyanın baş naziri D.Kemeronun apardığı danışıqların nəticəsi dünya
iqtisadiyyatının təxminən yarısını əhatə edir və A -yə 100 milyard funt sterlinq,
ABŞ-a 80 milyard funt sterlinq, digər ölkələrə isə 85 milyard funt sterlinq vəsait
daxil olmasını nəzərdə tutur. Ötən il ABŞ və A arasında ticarət dövriyyəsi 646,6
milyard dollar təşkil edib. Bunun 265,4 milyard dolları ABŞ-dan A ölkələrinə
ixracın, 381,2 milyard dolları isə qarşı tərəfdən ABŞ-a idxalın payına düşür. A
üçün ABŞ ən böyük satış bazarı və əmtəə təchizatı baxımından 3-cü ölkədir. ABŞ
üçün isə A bütün göstəricilər üzrə 2-ci ən böyük tərəfdaşdır. Avropa
Komissiyasının prezidenti J.M.Barozzo hesab edir ki, tərəflərin əldə etdiyi
razılaşma oyunun qlobal qaydalarını dəyişəcək.
Razılaşmanın nəticəsi olaraq, A ölkələrində istehsal edilən ümumi daxili
məhsulun (ÜDM) həcminin 2027-ci ilə qədər hər il 0,5% artacağı gözlənilir. ABŞ-
da isə illik artım 0,4% olacaq. Dünyanın ən böyük ticarət razılaşmasının Amerika
ş
irkətlərinə xeyri həm də o olacaq ki, onlar 6,4 milyard dollar vəsaitə qənaət edə
biləcək. Bununla belə, yeni razılaşmanın dünya ticarəti üzrə mövcud sistemə necə
təsir edəcəyi hələ ki, məlum deyil. ÜTT rəsmisi P.Laminin sözlərinə görə,
rəhbərlik etdiyi qurum artıq 5 ildir ki, 11 ölkəni birləşdirəcək Trans-Sakit okean
tərəfdaşlığının yaradılması üzərində iş aparır, amma hələ də buna nail olunmayıb.
45
Dünyada ÜTT-nin qaydaları əsasında mövcud olan uğurlu regional ittifaqlar
da var. Nümunə olaraq Asiya Sakit Okean qtisadi Əməkdaşlığı Təşkilatını
(ATEC) göstərmək olar. ATEC ölkələrində ticarət baryerlərinin azaldılması ilə
bağlı görülən tədbirlər 2002-2010-cu illərdə əməliyyat xərclərini 10% azaltmağa
və təxminən 60 milyard dollar vəsaitə qənaət etməyə imkan verib. 2015-ci ilə
qədər bu məbləğ daha 6 milyard dollar artacaq. Ümumi regional məhsulun
həcmində artım isə 21 milyard dollar təşkil edəcək. Əldə olunan nailiyyətlər
gömrük rəsmiləşdirilməsi prosedurlarının sadəliyi və yüklərin elektron qaydada
qeydiyyatı ilə izah olunur. Amma bu cür ikitərəfli və regional sazişlər
subsidiyaların azalmasına heç bir təsir göstərməyib və gələcəkdə də
göstərməyəcək. P.Lami hesab edir ki, subsidiyalar beynəlxalq ticarətdə başlıca
problem olaraq qalmaqdadır və gömrükdəki maneələrin azaldılması bu baxımdan
heç bir effekt verə bilməz.
Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, təkcə yanacaqla bağlı
subsidiyaların məbləği 1,9 trilyon dollardır. Bu, qlobal dövlət xərclərinin 8%-i,
dünya ÜDM-nin isə 2,5%-i qədərdir.Yanacaq subsidiyasından istifadəyə görə, 1-ci
yeri 502 milyard dollarlıq məbləğlə ABŞ tutur. qtisadi böhran və inzibati tədbirlər
isə dünya ticarət dövriyyəsində sözügedən xərclərin 10% artmasına səbəb olub.
Avropa Komissiyasının məlumatına görə, ötən il dünya ticarətində artım
5,2%-dən 2%-ə enib və əmtəə ixracının həcmi isə 18,3 trilyon dollar təşkil edib.
ÜTT-də hesab edirlər ki, geriləməyə səbəb iqtisadiyyatın vacib sahələrində
mövcud olan problemlərlə bağlıdır.Söhbət o problemlərdən gedir ki, onları iqtisadi
böhrandan sonra hələ də, həll etmək mümkün olmayıb.
Bu il də dünya ticarətinin həcmində ciddi artım olmayacaq. 2,1%-lik artım
gözlənilir ki, bu da son 20 ilin orta göstəricisindən (5,3%) və böhranaqədərki
səviyyədən (6% - 1990-2008-ci illər) əhəmiyyətli dərəcədə azdır.
IEÖ-in dövlət borcu II dünya müharibəsindən sonra ən yüksək həddə
çatmısdır (ÜDM-in 110%-i).Fiskal konsolidasiya tədbirləri dövlət gəlirləri və
xərcləri istiqamətində davam etdirilmisdir.IƏIT ölkələrində vergi yükünün agırlıq
mərkəzi istehsaldan istehlaka keçirilmisdir.
46
Xərc restrukturizasiyası isə dövlət sektorunda əmək haqqının azaldılması
(Avstriya, Fransa, Yunanıstan, Çexiya, Estoniya, Slovakiya və s.), pensiya
islahatları (Macarıstan, Rumıniya və s.) və dövlət sektorunda məsgulluga hüquqi
məhdudiyyətlərin qoyulması (Belçika, Yunanıstan, Rumıniya və s.) formasında
həyata keçirilmisdir.
BVF-nin proqnozlarına görə 2013-cü ildə qlobal iqtisadi aktivlik bir qədər
mülayim, 2014-cü ildə isə daha dinamik olacagı gözlənilir. Qlobal tələbin zəif
artımı ərzaq bazarlarında ucuzlasma ilə nəticələnə bilər. ABS-da dasınmaz əmlak
bazarının stabilləsməsi, istehlakçı inamının yaxsılasması və ucuz daxili enerji
tutumlu istehsalın genislənməsi 2013 və 2014-cü illər üçün iqtisadi artım
gözləntilərini yaxsılasdırmısdır. Çində isə infrastruktura 157 mlrd.ABS dolları
həcmində investisiyaların qoyulması haqqında qərar bu ölkənin iqtisadiyyatında da
sərt enis ehtimalını azaltmısdır.
Manpower Group tərəfindən 42 ölkədə 65 min müəssisə arasında aparılmıs
sorgunun nəticələrinə görə 2013-cü ilin ilk rübündə sirkətlərin isəgötürmə ilə baglı
planları orta hesabla neqativdir. Belə ki, 29 ölkədə (Yunanıstan, Italiya, Ispaniya,
Slovakiya, Niderland, və s.) biznes strukturları is yerlərini ixtisar edəcəyini, cəmi
13 ölkədə (Tayvan, Hindistan, Braziliya, Meksika və s.) sabit saxlayacagını və ya
genisləndirəcəyini bildirmisdir.
Eyni zamanda Beynəlxalq Əmək Təskilatı 2014 və 2015-ci illərdə qlobal
issizlərin sayını artacagını və əvvəlki illərdəki səviyyəsini əhəmiyyətli
üstələyəcəyini proqnozlasdırır.
UNCTAD-ın proqnozlarına görə BXI-axınları qısamüddətli dövrdə “tənbəl”
dinamika nümayis etdirəcək.2011-ci ilin səviyyəsi yalnız 2015-ci ildə bərpa
olunacaq. Böhrandan əvvəlki səviyyənin bərpası gözləntiləri isə uzunmüddətli
dövrə təxirə salınmısdır.Bir sıra IEÖ-də isə pul çapı hesabına stimullasdırma
tədbirlərinin görülməsi valyuta bazarlarına mənfi təsir edəcək və məzənnə
volatilliyini artıracaqdır.
47
Cədvəl 2.5.
Dünya iqtisadiyyatında iqtisadi artım və ixrac dinamikası üzrə ölkə
qruplarının inkiş af proqnozları
Beləliklə, iqtisadiyyatın dəstəklənməsi üçün müxtəlif ölkələrdə həyata
keçirilmis nəhəng stimullasdırma tədbirləri davam etmisdir. Əvvəlki təcrübələrdə
analoji nümunənin olmaması yekun nəticə haqqında birmənalı mühakimələrə
imkan vermir.
2.3. ÜTT çə rçivə sində ticarə t mübahisə lə rinin hə lli yolları
Ümumdünya Ticarət Təşkilatı fəaliyyətə başladığı gündən ticarətin
liberallaşmasına yönəlmiş bir təşkilat olmuşdur
. Amma, təşkilatın liberallaşma
yönümlü olması dünya bazarında öz payını artırmaq fikrində olan bir çox
şirkətlərin
, TMK-ların maraqları ilə üst-üstə düşmüşdür ki, bu da digər tərəfdən
dünya bazarına təsir etmək
, xarici bazarı zəbt etmək fikrində olmayan, yalnız daxili
48
bazarda inkişaf etmək strategiyasını əsas tutan və bunun üçün hökümətdən daxili
bazarı qorumaq istəyən şirkətlərin
maraqlarına ziddir.
Yerli istehsalçılar çalışırlar ki, ölkələrinin bazarları ucuz və yüksək keyfiyyətli
müxtəlif əmtəə və xidmətlərlə dolu olsun
. Belə şəraiti isə yalnız istehsalçıların,
şirkətlərin rəqabəti yarada bilər
. Həmçinin, nəzərə almaq lazımdır ki, ÜTT-kimi
prinsiplərə malik bir təşkilata üzv olmaqla bir çox ölkələr uduza da bilərlər
. Çünki,
yüksək texnologiya və intensiv inkişaf yolunu bitirmiş bir çox inkişaf etmiş
ölkələrə məxsus şirkətlər qeyd olunan yerli şirkətləri as
anlıqla bazardan çıxara
bilirlər və buna görə də hökümətlər təşkilata üzv olarkən çox dəqiq qərarlar
üzərində fikirləşməlidir
.
Qeyd olunanlardan əlavə
, nəzərə almaq lazımdır ki, ÜTT kimi beynəlxalq
təşkilatın hüquqi əsasları dəyişməz qalmır və daim yenilənir
. Bu yeni
dəyişikliklərdən də bir sıra dominant ölkələr həmçinin
, böyük şirkətlər
faydalanmağa çalışır. Buradan da ÜTT-nin müxtəlif normalarından bu və ya digər
vəziyyətdə istifadə edilməsi nəticəsində ticarət konfliktləri və mübahisələr yaranır.
Və nəticədə ÜTT çərçivəsində beynəlxalq mübahisələrin həlli problemi ortaya
çıxır.
Çoxtərəfli ticarət sisteminin lazımı qaydada və heç bir saxtakarlıq olmadan
fəaliyyət göstərməsi üçün
, razılaşdırılmış qaydalar toplusuna malik olmaq kifayət
deyil. Pozuntular baş verdikdə ölkələrə kompensasiya ödəmək hüququnu verən və
onlar arasında fərqləri və mübahisələri həll etmək üçün qaydalar digər qaydalar ilə
tamamlanmalıdır. Əvvəlki QATT sisteminin bəzi zəif cəhətlərini aradan götürən
üclü çoxtərəfli mübahisənin həlli mexanizminin yaradılması, buna görə də,
Uruqvay Raundunun danışıqlarının ən mühüm nailiyyətlərindən biridir
.
Mübahisələrin həlli üzrə orqan
: ÜTT Sazişi, onun hər hansı hüquqi aktları əsasında
ortaya çıxan mübahisələrə tətbiq oluna bilən qaydalar və prosedurların ümumi
sistemini təmin edir
. Bu qaydaları və prosedurları idarə etmək üçün əsas
məsuliyyət
, əvvəldə də qeyd olunduğu kimi, Mübahisələrin Həlli üzrə Orqan
(MHO) kimi fəaliyyət göstərən Ümumi Şuranın üzərinə düşür.
Məsləhətləşmələrin və barışıqların
ə hə miyyə ti: Prosedurların irəli sürdüyü
49
mühüm prinsiplərdən biri odur ki
, yalnız onu ikitərəfli qaydada məsləhətləşmələr
yolu ilə həll etmək cəhdləri baş tutmadıqda
, mübahisə üzv ölkənin höküməti
tərəfindən MHO-ya həll olunmaq üçün verilməlidir. Prosedurlar həmçinin təmin
edir ki, qarşılıqlı olaraq qəbul edilən həll yollarına nail olmaq üçün iki tərəf ÜTT-
nin Baş Direktorundan və ya digər şəxsdən onlar arasında barışıq və vasitəçilik
etmək üçün özünün vasitəçilik bacarıqlarından istifadə etməyi xahiş edə bilər.
Yalnız 60 gün ərzində məsləhətləşmələr və yaxud barışıq səyləri arzuedilən
nəticələr vermədikdə
, şikayət edən tərəf MHO-dan rəsmi olaraq şikayətə baxmaq
üçün ekspertlər qrupu yaratmaqla mübahisəni həll etmə mexanizminə başlamağı
xahiş edə bilər. Mübahisələrin həllini asanlaşdırmaq və ekspertlər qrupunun
yaradılmasının əleyhinə şikayət olunan ölkə tərəfindən təxirə salınmadığını təmin
etmək məqsədilə
, prosedurlar MHO-dan tələb edir ki, belə bir ekspert qrupunun
yaradılmasına qarşı konsensus olana qədər, şikayət edən ölkə tərəfindən tələb
olunduqda ekspertlər qrupunu yaratsın.
Ekspertlər Qrupu: Ekspertlər Qrupu normal olaraq üç nəfərdən ibarət olur, o
vaxta kimi mübahisə tərəfləri bunun beş üzvdən ibarət olmasına razılaşsın
.
Ekspertlər qrupuna təyin olunacaq şəxslərin adları ÜTT Katibliyi tərəfindən,
özündə saxladığı hökümət və qeyri
-hökümət ekspertlərinin siyahısından təklif
olunur. Siyahıda olan şəxslər üzv ölkələrin yüksək ixtisaslı məsul işçiləri, onların
ÜTT nümayəndə heyətlərinin üzvləri, Katiblikdə çalışmış məsul işçilər və
beynəlxalq ticarət hüququ və ya siyasəti üzrə təhsil almış şəxslərdir
.
Ekspertlər qrupuna üzvlük adətən mübahisə tərəfləri ilə məsləhətləşmələrdə
həll olunur. Ekspertlər qrupundan ümumilikdə tələb olunur ki, altı və ya doqquz ay
müddətində
, iş üzrə faktların və haqqında şikayət olunan tədbirlərin hüquqi aktların
müvafiq göstərişləri ilə uyğunluğunun obyektiv qiymətləndirilməsinin aparılması
haqqında tövsiyyələr daxil olan məruzələrini MHO-ya təqdim etsin.
Apellyasiya Orqanı: Apellyasiya məhkəməsi kimi Apellyasiya Orqanının
yaradılması mübahisənin həlli sisteminə yeni bir əlavədir
. Orqan, hüquq,
beynəlxalq ticarət və müxtəlif sazişlərin əhatə etdiyi movzularda təcrübəsi olan
tanınmış nüfuzlu orqanın yeddi nəfərdən ibarət heyəti olur. Onlar heç bir hökumətə
50
mənsub olmamalıdır
. Yeddi nəfərdən yalnız üç nəfəri hər hansı bir işdə fəaliyyət
göstərməyə çağrılır
. Müraciət mübahisə tərəflərinin hər hansı biri tərəfindən edilə
bilər. Ekspert qrupunun məruzələrindəki hüquqi məsələlərə və onun tərəfindən
hazırlanmış hüquqi anlayışlara qədər məhdudlaşdırılan Apellyasiya Orqanının
məruzəsi 60 gündən 90 günə kimi müddət ərzində MHO-ya təqdim olunmalıdır.
MHO tə rə fində n mə ruzə lə rə baxılması: Tərəflərdən birinin ekspertlər
qrupunun məruzəsinə qarşı müraciət etdiyi ekspertlər qrupunun və yaxud
Appellyasiya Orqanının məruzəsi qəbul olunmaq və müvafiq tövsiyyələr və
qərarlar üçün MHO- ya təqdim olunur. Mübahisələrin təcili həllini təmin etmək
məqsədilə, belə bir şərt qoyulur ki, “MHO tərəfindən qrupunun yaradılması
tarixindən” olan dövr və “onun ekspert qrupunun və ya apellyasiya orqanının
məruzəsini nəzərdən keçirdiyi” tarix, ekspert qrupunun məruzəsi, müraciət
olunmadıqda doqquz ayı və o müraciət olunduqda isə 12 ayı keçməməlidir. Ticarət
mübahisələrinin həlli sisteminin yaradılması ÜTT
-nin ən böyük nailiyyətidir. Onun
ünvanına çoxlu müsbət sözlər deyilir lakin bununla yanaşı onun effektivliyinə
münasibətdə mənfi fikirlər də söylənilir. Həqiqətən, ÜTT-nin ticarət
mübahisələrinin həlli sistemi mükəmməllikdən uzaqdır
. Bu isə ölkələrə mütəmadi
olaraq ÜTT-nin normalarını pozmağa imkan yaradır. Bunun müqabilində ölkələr
ya simvolik olaraq cəzalandırılır və ya ondan yayınır, təhqiqatı uzadır və yenisinə
başlanılır. Məsələn, AB ilə Hindistanın toxuculuq sənayesi mallarının idxalı ilə
bağlı yaranmış mübahisəli məsələyə baxaq
. şə 3 il baxıldı və qərar Hindistanın
xeyrinə qəbul edildi
. Buna baxmayaraq AB gecikmədən antidempinq təhqiqatına
başladı.
Beynəlxalq ticarətin liberallaşdırılması prosesinə sənayecə EÖ rəhbərlik
edirlər və bundan daha çox mənfəət götürürlər
. Beynəlxalq ticarət siyasəti
normalarını hazırlayarkən onlar qəbul olunmuş prinsiplərə əsaslandıqlarını
bildirsələr də öz maraqlarından çıxış edirlər. Əgər onlara hər hansı bazarı
liberallaşdırmaq maraqlı deyilsə
,onda onlar onu liberallaşdırmırlar. Əgər onlar öz
məhsullarının III ölkə bazarlarına daxil olmasına çalışırlarsa
, onda ticarət
maneələrinin aradan qaldırılmasına nail olurlar. Qərb ölkələri dünya
51
iqtisadiyyatında tutduqları hakim mövqeyə görə ÜTT normalarını istədikləri
istiqamətə yönəldə bilirlər.
Avropa dövlətləri ÜTT danışıqları zamanı kənd təsərrüfatını xüsusilə müdafiə
edirlər
. Bunu təkcə istehsalın subsidiyalaşdırılması vasitəsilə deyil,həm də yüksək
qadağan olunmuş idxal rüsumları vasitəsilə edirlər
. dxal rüsumları ayrı- ayrı ərzaq
məhsulları üzrə ABŞ
-da, Kanadada, AB və Yaponiyada 100,200 və hətta 300%-ə
çatır. Avropa və digər inkişaf etmiş dövlətlərin proteksionizm siyasəti hər il OÖ-ə
100 milyard dollara başa gəlir ki, bu da EÖ-in OÖ-ə etdiyi yardımı 2 dəfə ötür.
Dostları ilə paylaş: |