Rbaycan döVLƏt qt sad un vers tet mag stratura m



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə4/8
tarix05.03.2017
ölçüsü0,65 Mb.
#10134
1   2   3   4   5   6   7   8

II FƏS L. ÜTT və onun beynəlxalq iqtisadi münasibətlər sistemindəki spesifik 

mövqeyinin sistemli təhlili 

 

2.1.ÜTT-nin əsas prinsip, funksiya və sazişləri 

 

Dövlətlər  arasında  iqtisadi  əlaqələrin,  ilk  növbədə  də  ticarət  əlaqələrinin 



beynəlxalq-hüquqi  tənzimlənməsi  qədim  zamanlarda  meydana  gəlmişdir.  Ticarət 

münasibətləri  qədimdən  beynəlxalq  müqavilələrin  əsas  predmetlərindən  biri  kimi 

çıxış etmiş, azad ticarət münasibətləri mənəvi və hüquqi prinsip kimi tanınmışdır. 

E.ə.  II  əsrdə  qədim  Roma  tarixçisi  Flor  qeyd  etmişdir:  “Ticarət  əlaqələrinin 



kəsilməsi  insan  nəsli  ittifaqının  pozulması  deməkdir”. 

Hüqo  Qrotsi  (XVII  əsr) 

göstərirdi  ki,  “istənilən  xalqın  digər  istənilən  xalqla  qarşılıqlı  ticarə

münasibətlərinə əngəl törətməyə heç kəsin ixtiyarı yoxdur”. 

Məhz bu prinsip, yəni 

azad ticarət hüququ (“ticarət” geniş mənada götürülür) beynəlxalq iqtisadi hüququn 

ə

sasını təşkil edir.  



Beynəlxalq  iqtisadi  əməkdaşlığın  və  onun  hüquqi  tənzimlənməsinin 

beynəlxalq  həyatda  müstəsna  rolu  vardır.  Təkcə  onu  göstərmək  kifayətdir  ki, 

bağlanan  bütün  beynəlxalq  müqavilələrin  və  fəaliyyət  göstərən  beynəlxalq 

təşkilatların böyük əksəriyyəti dövlətlərin qarşılıqlı münasibətlərinə aiddir. 

 

XXI 


ə

srdə 


beynəlxalq 

iqtisadi 

münasibətlərin 

makrosəviyyədə 

tənzimlənməsi,  yəni  çoxtərəfli  mexanizmlər  və  ya  razılaşdırılmış  hərəkətlər 

vasitəsilə  bütövlükdə  sistemin  və  ya  onun  az  və  ya  çox  iri  altsistemlərinin 

idarəedilməsi  daha  böyük  əhəmiyyət  kəsb  etməyə  başlamışdır.  Makrosəviyyədə 

problemlərin  obyektiv  həlli  ya  çoxtərəfli  (universal)    ya  da  üstmilli  tənzimlənmə 

mexanizmlərinin olmasını tələb edir. 

 

Beynəlxalq  iqtisadi  münasibətlər  iki  hüquqi  sistemin  tənzimlənmə  obyekti 



kimi  çıxış  edir.  Bunlardan  biri  dövlətlərin  daxili  hüquq,  digəri  isə  beynəlxalq 

iqtisadi hüquqdur. Daxili hüquqda beynəlxalq iqtisadi münasibətlər fərdi hüquqi və 

publik-hüquqi  sahələrin  (məsələn,  mülki  hüquq,  inzibati  hüquq)  vasitəsilə 

tənzimlənir. Beynəlxalq iqtisadi hüquq isə publik şəxslər (dövlətlər, dövlətlərarası 

təşkilatlar)  arasında  qarşılıqlı  münasibətləri  tənzimləyir.  Daxili  hüquq  və 


 

33

beynəlxalq iqtisadi hüquq bir-birləri ilə aktiv şəkildə qarşılıqlı fəaliyyətdə olurlar. 



Bu  qarşlıqlı  fəaliyyətdən  mərhələ-mərhələ  onların  keyfiyyətcə  yeni  vahidi 

formalaşır. Bu vahidi isə qlobal hüquqi sistem adlandırmaq olar. 

1947-48-ci  illərdə  Havanada  beynəlxalq  ticarətin  sərbəstləsdirilməsi 

məqsədilə 50-yə yaxın ölkə təmsilçisi toplanmıs və buna uygun olaraq Beynəlxalq 

Ticarət  Təskilatının  yaradılmasına  dair  Qanun  hazırlamısdır.Bu  müzakirələr 

zamanı  qəbul  edilmis  tarif  endirimlərinin  üzv  ölkələrin  parlamentləri  tərəfindən 

təsdiqlənməsinə  qədər  olan  dövr  ərzində  -  1947-ci  ilin  oktyabrında  “müvəqqəti 

olaraq”  Tariflər  və  Ticarət  haqqında  Ümumi  Sazis  (GATT  –  General  Agreement 

on Tariffs and Trade) yaradılmısdır.  

Beləliklə,müvəqqəti  bir  razılasma  olaraq  qəbul  edilən  Tariflər  və  Ticarət 

haqqında  Ümumi  Sazis  ÜTT-nin  yaranması  yolunda  daimi  bir  əsasa 

çevrilmisdir.GATT öz varlıgını 1994-cü ilə qədər qorumusdur.Aradan keçən 47 il 

ə

rzində  bir  sıra  vacib  hadisələr  bas  vermis,8  böyük  müzakirə  raundu  həyata 



keçirilmis  və  GATT  dünya  ticarətində  ümumi  qəbul  olunan  bir  çərçivə  yarada 

bilmisdir.GATT  beynəlxalq  ticarəti  qaydaya  salan  və  əhatəli  bir  beynəlxalq 

razılasma olmusdur. 

GATT yaradılarkən 4 əsas prinsip formalasdırılmısdır: 

 

Ə

n çox nəzarətdə saxlanılan ölkə qanunu (non-discirmination); 



 

Beynəlxalq təsir qanunu (national treatment); 

 

Gömrük vergilərinin endirilərək konsolidasiya edilməsi; 



 

Müdafiənin  sadəcə  gömrük  vergiləri  ilə  həyata  keçirilməsi  (tarifdənkənar 

tədbirlərin tarifə çevrilməsi). 

Bu  prinsiplər,bu  gün  dünya  ticarətini  nizamlayan  qlobal  sistemin  təməl 

daslarını və fəlsəfəsini təskil edir. 

ÜTT-nin  əsas  məqsədi  beynəlxalq  ticarətin  maksimum  dərəcədə 

liberallaşdırılması və onun möhkəm əsaslarının yaradılması və beləliklə də, iqtisadi 

inkişafın,  eyni  zamanda  insanların  həyat  səviyyəsinin  yüksəldilməsidir.  ÜTT-nin 

ə

sas  vəzifəsi  çoxtərəfli  ticarət  danışıqlarının  Uruqvay  raundu  (1986-1994) 



nəticəsində  formalaşmış  Sazişlər  Paketi  əsasında  üzv  ölkələr  arasında  ticarət-

 

34

iqtisadı münasibətlərin tənzimlənməsindən ibarətdir. 



ÜTT-nin əsas prinsipləri bilavasitə aşağıdakılardan ibarətdir: 

•  “ən  əlverişli  rejim”  prinsipi  (üzv  ölkələr  üçün  eyni  ticarət  şəraitinin 

yaradılması)”; 

•  “milli  rejim  prinsipi”  (idxal  olunmuş  əmtəə  və  xidmətlərlə  yerli  mal  və 

xidmətlər arasinda ayrı-seçkiliyə yol verilməməsi); 

•  ticarət tənzimlənməsində tarif metodlarına üstünlük verilməsi; 

•  ticarətdə kəmiyyət məhdudiyyətlərinin aradan qaldırılması; 

•  ticarət siyasətinin aydın və şəffaf olması; 

•  daxili bazarların ancaq ÜTT qaydaları əsasında qorunması; 

•  azad rəqabət üçün əlverişli şərait yaradılması; 

•  ticarət mübahisələrinin danışıqlar yolu ilə həll edilməsi; 

ÜTT-nin  əsas  funksiyası  isə  beynəlxalq  ticarət  sistemini  maksimum 

liberallaşdırmaqla  yanaşı  aşağıdakılarıda  bilavasitə  özündə  ehtiva 

etməkdədir: 

•  ÜTT-nin  hüquqi  əsasını  təşkil  edən  çoxrərəfli  ticarət  sazişlərinin  qəbul 

olunmasına  və  qəbul  olunan  sazişlərin  yerinə  yetirilməsinə  nəzarətin 

həyata keçirilməsi; 

•  üzv ölkələr arasında ticarət danışıqlarının təşkil edilməsi; 

•  üzv ölkələr tərəfindən həyata keçirilən ticarət siyasətinin müşahidə edilməsi; 

•  digər beynəlxalq təşkilatlarla əməkdaşlığın həyata keçirilməsi; 

•  üzv  ölkələr  arasında  ticarət  mübahisələrinin  həll  edilməsinə  köməklik 

göstərilməsi; 

•  beynəlxalq  ticarətə  və  ticarət  siyasətinə  dair  informasiyaların  toplanılması, 

öyrənilməsi və təqdim edilməsi; 

ÜTT  əslində  GATT  kimi  fəaliyyət  göstərsə  də  onun  predmetində  olan 

beynəlxalq  ticarət  məsələləri  daha  genisdir.  Bu  istiqamətdəki  fərqli  cəhətlərə 

xidmətlərin  ticarətindən  baslayaraq,  intellektual  mülkiyyət  hüququnun  ticarət 

aspektlərinə  qədər  davam  edən  çesidli  məsələlər  daxildir.ÜTT-nin  beynəlxalq 


 

35

ticarətin  tənzimlənməsindəəvəzedilməz  rola  malik  olması  danılmazdır.  Ilk  öncə 



ÜTT- nin asagıdakı prinsiplərinə nəzər salaq: 

 

 



“ən  əlverisli  rejim”  prinsipi  (üzv  ölkələr  üçün  eyni  ticarət  səraitinin 

yaradılması); 

 

Üzv  ölkələrdən  biri  hər  hansı  bir  ölkəyə  müəyyən  əlverisli  ticarət  səraiti 



yaratdıqda  bundan  sərtsiz  olaraq  digər  üzv  ölkələr  də  yararlanmalıdır.Ancaq  bu 

prinsipin bir sıra istisnaları mövcuddur.Söhbət ilk növbədə gömrük birlikləri, azad 

ticarət zonaları kimi regional ticarət sazislərindən və Ümumi Prefensiyalar Sistemi 

(GPS) kimi inkisafda olan ölkələrlə ticarətdə gömrük rüsumlarını azaltmaq və ya 

aradan qaldırmaqla müəyyən ayrıseçkilik tədbirlərinin tətbiqi, o cümlədən də, anti-

dempinq və kompensasiyaedici rüsumların tətbiqindən gedir. 

 

 

“milli rejim” prinsipi (idxal olunmus əmtəə və xidmətlərlə yerli mal və xidmətlər 



arasında ayrı-seçkiliyə yol verilməməsi);

 

   



Bu prinsip daxili bazarın tənzimlənməsinə istiqamətlənən təbirlərdə idxal və 

yerli  mallar  arasında  ayrı-  seçkiliyə  yol  verilməməsini  nəzərdə  tutur.  Milli  rejim 

prinsipi  müəyyən  bir  mal,  xidmət  və  əqli  mülkiyyət  bazara  daxil  olduqdan  sonra 

tətbiq  edilir.  Bununla  belə,  qeyd  etmək  lazımdır  ki,  yerli  istehsaldan  gömrük 

rüsumu  alınmadıgı  halda,  idxal  olunan  mallara  gömrük  rüsumlarının  tətbiqi  milli 

rejim prinsipinə zidd sayılmır. 

 

 

ticarətin tənzimlənməsində tarif metodlarına üstünlük verilməsi;



 

   


Ticarətdə səffaflıgın təmin edilməsinin ən effektiv yolu tənzimləmənin tarif 

metodları  ilə  həyata  keçirilməsidir.ÜTT-də  qeyri-tarif  tənzimləmə  vasitələrinin 

bəzi  istisnalar  (məsələn,  ÜTT  sazislərində  tədiyyə  balansı  kəsrli  olan  ölkələrin 

müvəqqəti  olaraq  idxal  kvotaları  tətbiq  etmək  hüquqları  nəzərdə  tutulmusdur) 

nəzərə alınmaqla tamamilə aradan qaldırılması, eyni zamanda da tariflərin getdikcə 

azaldılmasını nəzərdə tutmusdur.  

 ticarətdə kəmiyyət məhdudiyyətlərinin aradan qaldırılması;  

   


Xarici bazarlara sərbəst daxil olmanın təmin edilməsi üçün həm də kəmiyyət 

məhdudiyyətlərinin  aradan  qaldırılması  vacibdir.Bu  prinsipin  əsas  xüsusiyyəti 

ondan  ibarətdir  ki,  bir  tərəf  digər  tərəflərin  istehsal  olunmus  və  yaxud  ixrac 


 

36

olunmus mallarına qarsı kəmiyyət məhdudiyyətləri tətbiq etməyəcəklər. Bu da öz 



növbəsində həmin bazarlara asan daxil olmanı təmin edəcəkdir.  

 ticarət siyasətinin aydın və səffaf olması;  

 daxili bazarların yalnız ÜTT qaydaları əsasında qorunması; 

 azad rəqabət üçün əlverisli səraitin yaradılması; 

 ticarət mübahisələrinin danısıqlar yolu ilə həll edilməsi.  

ÜTT-nin nizamnaməsi olmadığından onun normativ-hüquqi bazasını ÜTT-nin 

təsis  edilməsi  haqqında  saziş  və  ona  edilmiş  dörd  əlavə  təşkil  edir  ki,  onların  da 

siyahısı və qısa şəkildə izahı Cədvəl 2.2.-də verilib. 

ÜTT çərçivəsində imzalanan sazişlər demək olar ki, bütün beynəlxalq ticarət 

siyasəti  sferasını  və  beynəlxalq  kommersiya  praktikasının  əhəmiyyətli  hissəsini 

ə

hatə edir ki, bunlar da aşağıdakılardır: 



-

 gömrük-tarif tənzimlənməsi; 

-

 antidempinq tənzimlənməsi və kompensasiya rüsumlarının tətbiqi; 



-

 subsidiyalardan və kompensasiya tədbirlərindən istifadə; 

-

 qeyri-tarif məhdudiyyətləri; 



-

 ixrac  və  idxalın  kəmiyyət  tənzimlənməsi  və  lisenziyalaşdırılması,  ixrac  və 

idxala qadağalar; 

-

 dövlət ticarət müəssisələrinin fəaliyyəti; 



-

 gömrük ittifaqları və azad ticarət zonaları; 

-

 gömrük formallıqları, yığımları, xarici ticarət sənədləşməsinə tələblər; 



-

 daxili vergilər, yığımlar, daxili ticarətə aid qaydalar; 

-

 ticarətdə müdafiə tədbirləri; 



-

 ticarətdə texniki maneələr; 

-

 sanitar və fitosanitar tədbirlər; 



-

 əmtəənin mənşəyi haqqında qaydalar; 

-

 xidmətlərlə ticarət; 



-

 saxta mallarla ticarət də daxil olmaqla, intellektual mülkiyyət hüquqlarının 

müdafiəsinin ticarət aspektləri; 

-

 toxuculuq məhsulları və hazır paltarla ticarət; 



 

37

-



 kənd təsərrüfatı məhsulları ilə ticarət; 

-

 dövlət satınalmalarının həyata keçirilməsi; 



-

 mülki aviatexnika ilə ticarət; 

-

 investisiya tədbirlərinin ticarət aspektləri; 



-

 beynəlxalq ticarət və ətraf mühitin müdafiəsi. 

Qeyd  edək  ki,  ÜTT  çərçivəsində  xidmətlərlə  beynəlxalq  ticarətin  çoxtərəfli 

tənzimlənməsi  “Xidmətlərlə  ticarət  üzrə  baş  saziş  (QATS)  əsasında  həyata 

keçirilir.  QATS  xidmətlərlə  beynəlxalq  ticarətin  tənzimlənməsinin  əsas 

prinsiplərini müəyyən etməklə, 3 əsas blokdan ibarətdir. Birinci blokda xidmətlərlə 

ticarət sahəsində üzv-ölkələrin qarşılıqlı öhdəlikləri müəyyən edilir. Sazişin ikinci 

və  üçüncü  blokları  özlərində  uyğun  olaraq  xidmət  bazarlarına  daxil  olmaq  üçün 

verilmiş  ilkin  qarşılıqlı  güzəştlərin  siyahısını  və  ayrı-ayrı  xidmətlər  sektorlarının 

(əsasən maliyyə və telekommunikasiya xidmətləri) xüsusi statusu haqqında əlavəni 

ə

ks etdirirlər. 



Cədvəl 2.2 

ÜTT-nin normativ-hüquqi bazasını təşkil edən çoxtərəfli ticarə

sazişlərinin siyahısı və onların qısa məzmunu 

 

Sazişin adı 



Qısa izahı 

ÜTT-nin 

yaradılması 

haqqında saziş 

Təşkilatın  məqsədini,  vəzifəsini,  fəaliyyət  sferasını,  funksiyalarını, 

təşkilati strukturunu, büdcəsinin formalaşdırılması qaydalarını, statusunu, 

qərarları  qəbul  etmə  qaydalarını,  yeni  üzvlərin  qəbulu  qaydalarını 

müəyyən edir 

ÜTT-nin təsis edilməsi haqqında sazişin əlavələri 

Ə

lavə 1A  

Ə

mtəələrlə ticarət üzrə çoxtərəfli sazişlə

Sazişin adı 

Qısa izahı 

Tarif və 

Ticarət haqqında 

Baş Saziş (QATT 

1994) 

Ə

mtəələrlə  ticarət  rejiminin  əsaslarını,  bu  sahədə  ÜTT  üzvlərinin 



hüquq və öhdəliklərini müəyyən edir 

Kənd 

təsərrüfatı 

məhsulları 

haqqında 

saziş 

Kəndtəsərrüfatı 

məhsulları 

ilə 


ticarətintənzimlənməsixüsusiyyətlərinivə 

busektordaistehsalınvə 

ticarətindövlətdəstəklənməsitədbirlərinintətbiqimexanizmlərinimüəyyəne

dir 


Toxuculuq 

məhsulları və hazır 

paltar haqqında 

saziş 

Toxuculuq  məhsulları  və  hazır  paltarla  ticarətin  tənzimlənməsi 

xüsusiyyətlərini müəyyən edir 

Sanitar və 

Sanitar və fitosanitar nəzarət tədbirlərinin tətbiqi şərtlərini müəyyən 



 

38

fitosanitar 



tədbirlərin tətbiqi 

haqqında saziş 

edir 


Ticarətdə 

texnikimaneələ

haqqında 

saziş (TBT) 

Standartların, 

texniki 

reqlamentlərin, 

sertifikatlaşdırma 

proseduralarının tətbiqi şərtlərini müəyyən edir 



nvestisiya 

siyasəti 

tədbirlərinin 

ticarət aspektləri 

haqqında saziş 

(TR MS) 

Kapital  qoyuluşuları  həyata  keçirilən  zaman  yerli  əmtəələrdən 

istifadəni  həvəsləndirən  tədbirlərin  tətbiqini  məhdudlaşdıran  qaydaları 

ə

ks etdirir 



QATT 1994-

ün VII maddəsinin 

tətbiq olunması 

haqqında saziş 

(əmtəələrin 

gömrük 

qiymətləndirilməsi) 

Ə

mtənin dəyərinin gömrük qiymətləndirilməsi qaydalarını müəyyən 



edir 

Yükləmədə

ə

vvəlyoxlama 



haqqında 

saziş 

Yükləmədən əvvəl həyata keçirilən  yoxlamanın şərtlərini müəyyən 

edir 

Mənşə 

qaydaları haqqında 

saziş 

Ə

mtənin mənşəyinin müəyyən edilməsi prinsiplərini əks etdirir 



dxal 

lisenziyalaşdırılmas

ı prosedurası 

haqqında saziş 

dxalın  lisenziyalaşdırılmasının  prosedura  və  formalarını  müəyyən 

edir 

Subsidiyalar 

və kompensasiya 

tədbirləri haqqında 

saziş 

Subsidiyalaşdırma  ilə  mübarizəyə  yönəldilmiş  tədbirlərin  tətbiqi 

şə

rtlərini və proseduralarını müəyyən edir 



QATT 1994-

ün VI maddəsinin 

tətbiq olunması 

haqqında saziş 

(Antidempinq 

kodeksi) 

Dempinqi aradan qaldırmaq üçün həyata keçirilən tədbirlərin tətbiqi 

şə

rtlərini və proseduralarını müəyyən edir 



Müdafiə 

tədbirləri haqqında 

saziş 

Artan  idxalın  qabağını  almaq  üçün  həyata  keçirilən  tədbirlərin 

tətbiqi şərtlərini və proseduralarını müəyyən edir 

Ə

lavə 1B 



Sazişin adı 

Qısa izahı 

Xidmətlərlə 

Ticarət haqqında 

Baş Saziş (QATS) 

Xidmətlərlə  ticarət  rejiminin  əsaslarını,  bu  sahədə  ÜTT  üzvlərinin 

hüquq və öhdəliklərini müəyyən edir 

Ə

lavə 1C 



Sazişin adı 

Qısa izahı 

ntellektual 

ntellektual  mülkiyyətin  qorunması  sahəsində  ÜTT  üzvlərinin 



 

39

mülkiyyə



hüquqlarının 

ticarət aspektləri 

haqqında saziş 

(TR PS) 

hüquq və öhdəliklərini müəyyən edir 

 

Ə

lavə 2 



Sazişin adı 

Qısa izahı 

Mübahisələri

n həll edilməsi 

qaydaları və 

proseduraları 

haqqında 

razılaşma 

ÜTT-nin üzv-ölkələri arasında ticarət mübahisələrinin həll edilməsi 

şə

rtlərini və proseduralarını müəyyən edir 



Ə

lavə 3 

Sazişin adı 

Qısa izahı 

Ticarə

siyasətinin icmalı 

mexanizmi 

ÜTT  üzvlərinin  ticarət  siyasəti  icmallarının  şərtlərini  və  ümumi 

parametrlərini müəyyən edir 

Ə

lavə 4  



ÜTT üzvləri üçüniştiraketməkməcburiolmayan çoxtərəfliticarətsazişləri 

Sazişin adı 

Qısa izahı 

Mülki 

aviatexnika ilə 

ticarət  

haqqında 

saziş 

Bu sektorda ticarətin liberallaşdırılması üzrə tərəflərin öhdəliklərini 

müəyyən edir 

Dövlə

satınalmaları 

haqqında saziş 

Xarici şirkətlərin dövlət ehtiyaclarını ödəmək üçün yaradılmış milli 

sistemlərdə iştirakı prosesini təmin edir 

Süd 

məhsulları 

haqqında  

beynəlxalq 

saziş 

Süd 


məhsulları 

ilə 


ticarətin 

genişləndirilməsini 

və 

liberallaşdırılmasını təmin edir 



Mal əti 

haqqında 

beynəlxalq saziş 

Ə

t  və  heyvandarlıq  məhsulları  ilə  ticarətin  genişləndirilməsinə, 



liberrallaşdırılmasına və sabitləşdirilməsinə yönəldilib 

 

MənbəÜTT-nin rəsmi saytı: www.wto.org 

 

QATS-ın əsas prinsipləri aşağıdakılardır: 



1.

 Daha  əlverişli şərait rejimi  prinsipi  (xidmətlərə və bu xidmətləri göstərən 

subyektlərə münasibətdə ayrı-seçkiliyi qadağan edir). ÜTT-yə üzv olduqdan sonra 

10 il ərzində bu rejimdən müəyyən kənara çıxmalar mümkündür. 

2.

 Tənzimləmənin şəffaflığı. Hər bir ölkənin digər ölkələrə xidmətlərlə ticarət 



sahəsində mövcud qanunvericilik haqqında informasiya verən xüsusi sorğu xidməti 

 

40

olmalıdır. 



3.

 Xidmət  istehsalçılarının  təsnifatının  qarşılıqlı  tanınması  (sertifikatlar, 

lisenziyalar və s.). 

4.

 Xidmətlər  sahəsində  rəqabəti  məhdudlaşdıran  məsələləri  tənzimləyən 



qaydalar. 

5.

 Xidmətlər bazarının liberallaşdırılması üzrə öhdəliklər: 



-

 bazarlara  daxil  olma;  ÜTT-nin  üzv-ölkəsi  xarici  iştirakın  payına,  yerli 

nümayəndəliklərin  sayına,  həyata  keçirilən  əməliyyatların  və  ya  göstərilən 

xidmətlərin sayına, sektorda məşğul olanların və ya bu bazarda fəaliyyət göstərən 

istehsalçıların sayına məhdudiyyət qoya bilər. 

-

 milli  rejim;  danışıqlar  zamanı  tərəflər  milli  rejim  prinsiplərinin  tətbiq 



ediləcəyi sahələri və bu zaman zəruri olan şərtləri müəyyən edirlər. 

Xidmətlər  bazarına  daxil  olma  üzrə  öhdəliklər  siyahısı  12  sektoru  və  155 

altsektoru əhatə edir ki, onların da hər birinin həyata keçirilməsi üçün 4 üsul var: 

• sərhəd vasitəsilə; 

• ixracatçı ölkədə; 

• idxalatçı ölkədə filial açmaq vasitəsilə; 

• əməkdaşların  xidmət  göstərmək  üçün  müəyyən  müddətə  idxalatçı  ölkəyə 

getmələri. 

Hər  bir  hal  üçün  xarici  şirkətlərin  bazarlara  girişini  təmin  edəcək  şərtlər 

müəyyənləşdirilir.  Razılaşdırılan  məhdudiyyətlər  bütün  xidmətlər  sektoruna 

(“üfüqi”) və ya konkret sahəyə və ya xidmətə (“spesifik”) aid ola bilər. 

 

 



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin