nkişaf etməkdə olan ölkə ( EOÖ) statusu
ÜTT üzvlərinin təxminən 2/3-sini EOÖ-lər təşkil edir ki, bu statusa malik
olmaq həmin ölkələr üçün xüsusi hüquqların verilməsini nəzərdə tutur. Belə ki,
ÜTT-nin əksər Sazişlərində EOÖ-lərə dair xüsusi yanaşmanı əsaslandıran
müddəalar vardır.
GATT 1994-ün 37-ci maddəsi və 4-cü hissəsi, GATS-ın IV maddəsi,
Diferensial və Daha Əlverişli Rejim haqqında ÜTT Sazişi (1979-cu il) nkişaf
etmiş ölkələr ( EÖ) tərəfindən EOÖ-lər üçün diferensial və daha əlverişli rejimin
(güzəştli tariflər və s.) təqdim olunmasını nəzərdə tutur.
“ nkişaf
etməkdə
olan
ölkə”
statusunun
üstünlükləri
- ÜTT Sazişlərinin tələblərinə cavab vermək və üzərlərinə götürdükləri öhdəlikləri
yerinə yetirmək üçün EOÖ-lərə daha uzun müddət və əlavə vaxt verilməsi (əksər
ÜTT Sazişlərində);
- ÜTT çərçivəsində müəyyən qərarlar (antidempinq, ticarətdə texniki
maneələr və s. üzrə) qəbul edilərkən EOÖ-lərə xüsusi yanaşmanın həyata
keçirilməsi;
- EOÖ-lərə müxtəlif xarakterli yardım və köməklərin (heyvan və bitki
sağlamlığı standartları, texniki standartlar, telekommunikasiya və s. ürzə)
göstərilməsi;
- Kənd təsərrüfatının subsidiyalaşdırılması üzrə məhdudiyyət limitini
müəyyən edən de minimis göstəricisinin EOÖ-lər üçün 10% müəyyən olunması
( EÖ-lər üçün 5 %);
- GATS-ın 12-ci maddəsinə əsasən EOÖ-lərin tədiyyə balansı ilə əlaqədər
problemlərin həllində xidmətlərlə ticarətin məhdudlaşdırılmasından istifadə etmək
imkanının verilməsi;
- GATT 1994-ün 13-cü maddəsinə əsasən xarici maliyyə vəziyyətini
yaxşılaşdırmaq və iqtisadi inkişaf proqramlarının reallaşdırmaq məqsədilə EOÖ-
lərin idxalı məhdudlaşdırmasına yol verilməsi;
66
- ÜTT-nin TBT və SPS Sazişlərində müvafiq olaraq texniki qaydalar,
standartlar, keyfiyyətin qiymətləndirilməsi prosedurları və sanitar və fito-sanitar
tədbirlərin hazırlanması və həyata keçirilməsi zamanı EOÖ-lərin xüsusi
ehtiyaclarının nəzərə alınmasınin vacibliyinin nəzərə alınması;
- Anti-Dempinq haqqında ÜTT Sazişində anti-dempinq tədbirləri həyata
keçirərkən EÖ-lərin EOÖ-lərdəki reallıqlara xüsusi diqqət yetirmələrinin nəzərdə
tutulması;
- ÜTT-nin SPS, TBT, TR PS və s. Sazişlərində EOÖ-lərə texniki yardımlar
göstərilməsinin nəzərdə tutulması və s.
Respublikamızda ÜDM-in ümumi həcmində neft sektorunun xüsusi
çəkisinin 53,1% olması, ixracın 84%-nin neft və neft məhsullarının payına
düşməsi, milli iqtisadiyyatın “Holland sindromu” xəstəliyinə tutulması ehtimalının
istisna olunmaması, torpaqlarımızın 20%-nin işğal altında olması, ölkədə hər
səkkiz nəfərdən birinin qaçqın olması ölkəmizin ÜTT-yə EOÖ statusu ilə üzv
qəbul olunmasını əsaslandıran arqumentlər kimi istifadə oluna bilər. Ən pis halda
uzunmüddətli keçid dövrü ərzində (10-15 il) respublikamıza bu statusun
verilməsinə nail olmaq lazımdır. Eyni zamanda bütövlükdə EOÖ statusunun
alınması mümkün olmadıqda, bir sıra mühüm sahələrdə (məsələn: kənd təsərrüfatı)
bu statusun əldə olunması tələb olunmalıdır. UNCTAD ekspertlərinin rəyinə görə
bu mümkün ola bilər. Eyni zamanda, bazar iqtisadiyyatı statusu araşdırılmalı, bu
statusun Azərbaycan üçün əhəmiyyəti tədqiq edilməlidir.
ÜTT-yə üzvolma danışıqları zamanı kənd təsərrüfatının ölkə iqtisadiyyatının
aparıcı sahəsi olması, aqrar sektorun yaxşı ənənələrinin olması, bu sahənin inkişafı
üçün əlverişli aqroiqlim ehtiyatlarının mövcudluğu, ölkə əhalisinin yarıdan
çoxunun kənd yerlərində yaşaması faktları xüsusi vurğulanmalıdır.
ÜTT leksikonunda kənd təsərrüfatında daxili yardım tədbirləri dedikdə
dövlət tərəfindən kənd təsərrüfatına və bu sahədə fəaliyyət göstərən təsərrüfat
subyektlərə subsidiyalar verilməsi və ya dəstək göstərilməsi başa düşülür. Lakin bu
tədbirlərin həyata keçirilməsində müəyyən məhdudiyyətlərin gözlənilməsi
vacibdir.
67
Danışıqlar zamanı Azərbaycanda yeni yaranmış fermer təsərrüfatlarının
bazar şərtlərinə uyğunlaşması zəruriliyi və daxili istehsalın stimullaşdırılması
baxımından kənd təsərrüfatına dövlət dəstəyinin göstərilməsinin vacibliyi nəzərə
alınmalıdır. Bu kənd təsərrüfatı məhsullarının rəqabət qabiliyyətinin artırılması və
daxili tələbatın mümkün qədər yerli istehsal hesabına ödənilməsi baxımından
mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan Respublikasının ÜTT-yə üzv olması prosesində kənd təsərrüfatı
üzrə aparılacaq gələcək danışıqlarda aşağıdakı prinsiplərin gözlənilməsi
məqsədəuyğun hesab edilir:
- Mümkün qədər ən yüksək de minimis hədd dərəcəsinin əldə edilməsinə
çalışmaq;
- 10%-lik de minimis həddinin əldə olunması mümkün olmadıqda, 5-10%
arasında hər hansı həddin əldə olunmasına səy göstərmək;
- Azərbaycana inkişaf etmiş ölkə kimi yanaşacaq üzv ölkələr presedent kimi
Moldova, Gürcüstan, Ermənistan və s. ölkələri nümunə gətirdikdə əsaslı
arqumentlər (bizim kənd təsərrüfatının spesifik olması, 5%-lik de minimislə üzv
olmuş keçmiş SSR respublikalarında kənd təsərrüfatına ciddi ziyan dəyməsi,
həmin ölkələrin vaxtilə əlverişsiz şərtlərlə üzv olmalarına dair ÜTT üzvləri
qarşısında birgə məsələ qaldırması, həmin ölkələrdə bizdən fərqli olaraq daxili
dəstək üçün maliyyə vəsaitlərinin olmamağı, həmin ölkələr üçün bizdən fərqli
olaraq Holland sindromu təhlükəsinin olmamağı və s.) irəli sürmək;
- nkişaf etməkdə olan ölkə statusunun əldə edilməsi ehtimalının az olmasını
nəzərə alaraq, danışıqların müəyyən mərhələsində ölkəmizin bütövlüklə deyil,
onun kənd təsərrüfatı sektorunun inkişaf etməkdə olduğu arqumentini irəli sürmək;
- Yaxın gələcəkdə sürətlə artması gözlənilən neft gəlirlərini əsas gətirməklə,
aqrar sektorun dəstəklənməsi üçün maliyyə vəsaitlərinin mövcud olacağını israrla
bildirmək;
- Holland sindromu təhlükəsini əsas gətirməklə, qeyd olunan sindromun
kənd təsərrüfatına göstərə biləcəyi mənfi təsiri neytrallaşdırmağın əsas
68
metodlarından birinin məhz aqrar sektorun dəstəklənməsi olmasını diqqətə
çatdırmaq.
16 iyul 1997-ci il tarixində ÜTT Katibliyində Azə rbaycan üzrə ş çi Qrupu
yaradılmış dır. Azə rbaycanın ÜTT-yə üzv olması üzrə ş çi Qrupunun
üzvlə rinin siyahısı aş ağ ıdakı ölkə lə rdə n ibarə tdir:
1. ABŞ
2. Argentina
3. Avropa Birliyi
4. Avstraliya
5. Braziliya
6. Çin
7. Dominikan Respublikası
8. Ekvador
9. Filippin
10. Gürcüstan
11. Haiti
12. Hindistan
13. Honduras
14. ordaniya
15. sveçrə
16. Kanada
17. Koreya Respublikası
18. Malayziya
19. Misir
20. Moldova
21. Norveç
22. Nigeriya
23. Oman
24. Panama
25. Pakistan
26. Paraqvay
27. Qırğızıstan
28. Rusiya Federasiyası
29. Seneqal
30. Səudiyyə Ərəbistanı
31. Şri-Lanka
32. Tacikistan
33. Tayland
34. Tayvan
35. Türkiyə
36. Ukrayna
37. Vyetnam
36. Yamayka
69
39. Yaponiya
40. Yəmən
ş
çi qrupuna rəhbərlik edir: Valter Levarter
3.2. ÜTT-yə üzvlük kontekstində ölkə statusu və güzəş tli müddə t mə sə lə lə ri
Dünya keçid iqtisadiyyatlı ölkələr ÜTT-yə üzvlük zamanı danışıqlarda digər
nkişaf Etmiş və ya daha sürətli nkişaf Etməkdə Olan Ölkələrdən fərqlilik təşkil
edən amillərdən birincisi təşkil etdikləri danışıq obyektləridir
. Keçid iqtisadiyyatlı
və ya aqrar ölkələrin əsas danışıq obyektini kənd təsərrüfatı təşkil edir
.
Ümumilikdə qeyd olunmasıvacib olan faktlardan biri odur ki
, hər hansı keçid
iqtisadiyyatlı ölkə ÜTT
-yə qəbul olunarkən digər üzv ölkələrindən asılı olaraq
müxtəlif şərtlərlə qəbul olunurlar
. llər ötdükcə həmin şərtlər mürəkkəbləşir və
çətinləşir
. QATT-nin ilk üzvü sayılan Polşa, Çexiya, Rumınya, Slovakiya,
Macarıstan və Sloveniya ÜTT yaradıldıqdan sonra ona üzv olan və ya danışıqlar
aparan ölkələrə nisbətən daha güzəştli hüquqlara malikdirlər
.
Bundan əlavə, ÜTT-yə hazırda daxil olmağa can atan ölkələr əvvəlki ölkələrlə
danışıqlar apararkən həmin ölkələrə daha çox idxal tariflərinin və ya aşağı idxal
kvotaları ilə rastlaşırlar ki
, buna da əsas səbəb həmin ölkələrin artıq ÜTT-yə üzv
olmaları ilə əlaqəlilidir. Ümumilikdə aşağıdakı cədvələ nəzər yetirək. Bunun
vasitəsilə ÜTT öncəsi QATT üzvlərinin və ya ÜTT öncəsi Raundarın iştirakçısı
olan ölkələrin digər
, sonradan üzv olan ölkələrlə müqayisədə nə qədər üstünlüklərə
malik olduğunu asanlıqla görə bilərik
.
ÜTT-daxilində kənd təsərrüfatına ayrılan subsidiyalar şərti üç qruпa bölünür:
yaşıl, sarı və qırmızı zənbil. Bu üç zənbil bir-birindən fərqlənir. Onlara nəzər
yetirək.
70
Yaşıl zənbil
: Bu zənbil digərlərindən fərqli olaraq heç bir məhdudiyyət
qoyulmayan subsidiyaların təmin olunmasını nəzərdə tutur. Və bu subsidiyalar
əsasən infrastrukturun qurulmasına
, elmi-tətqiqat işlərinin sürətlənməsinə ayrılan
subsidiyaları özündə cəmləşdirir
. Burada fərqli məqamlardan əsası odur ki, bu cür
subsidiyalar məhsulun qiymətinə birbaşa təsir göstərmir və buna görə də ÜTT
üzvlərinin bu zənbili seçərkən heç bir problemlə üzləşmirlər
. Bundan əlavə qeyd
etmək lazımdır ki, bu zənbil daxilində həyata keçirilən subsidiyalar ticarətə təsir
etməməlidir.
1995-ci ildə ÜTT-nin əsasının qoyulması ilə nkişaf Etmiş Ölkələr idxal
tariflərini aşağı salmaqda davam edirdilər
. Nəticədə aydın oldu ki, artıq dövlət tarif
faiz dərəcələri
40%-ə qədər enmişdir. Ümumi olaraq 6,3 faizdən 3,8-faizə qədər.
Bundan əlavə ümumi idxal olunan sənaye məhsullarının dəyəri ümumi idxal
mallarının tərkibində faizlə göstəricisi
20 faizdən 40 faizə qədər yüksəlmişdir.
Həm nkişaf Etmiş
, həm də nkişaf Etməkdə Olan Ölkələrdə tarif endirimləri ilə
yanaşı tariflərin hədlərinin tətbiq olunması qaydası da həyata keçirilmişdir
. Tariflər
üçün hədlərin müəyyənləşdirilməsi tendensiyası inkişaf etmiş və keçid ölkələrində
daha çox müşahidə edilməkdədir
. Əvvəlki iləərdə EÖ-də hədlənmiş tariflərin
ümumi tariflərdə çəkisi
78 faiz olduğu halda, hazırda eyni göstərici 99 faizdir.
Keçid iqtisadiyyatlı ölkələrdə isə bu faiz göstəriciləri uyğun olaraq
73 və 98 faiz
olmuşdur. Faiz dərəcələrinə diqqət yetirsən görərik ki, EÖ-lər və EOÖ-də bu
göstəricilər demək olar eynidir. Bəs tariflərin hədlərinin müəyyənləşdirilməsi nə
deməkdir
? Bu, tarif dərəcələrinin yüksək hədinin qoyulması və heç vaxt həmin
həddən yüksək tarifin qoyulmasının mümkün olmadığını göstərir
. Faktiki olaraq,
bu, digər məhsul idxalına maksimum tarifin müəyyənləşdirilməsi deməkdir və
burada söhbət yalnız tarif dərəcəsinin azaldılmasından gedə bilər, artırılmasından
yox. Misal üçün iki məhsul götürək. “X” məhsulunun tarif dərəcəsi 15% müəyyən
olunubsa, həmin məhsula hədd qoyulubsa, adı çəkilən məhsula əmtəə idxalı üçün
tarifin artırılması praktiki olaraq mümkün deyil. Yəni, heç vaxt həmin məhsul üzrə
faiz dərəcəsi
15%-dən yüksək ola bilməz. Qeyd edək ki, tariflərə hədlərin
qoyulması ilə bağlı göstərici inkişaf etməkdə olan ölkələrdə uyğun dövrdə
21
71
faizdən
73 faizədək yüksəlmişdir. ÜTT daxilində Avropa ttifaqı, ABŞ və Yaponiya
kimi bəzi inkişaf etmiş ölkələr yeni bir zənbilin yaradılma tərəfdarı olmuşlar
. Buna
uyğun olaraq, daha çox subsidiyaların işlədilməsini və daxili yardım edilməsini
mümkünlüyünü nəzərdə tutan “sarı zənbil” yaradılmışdır. Qeyd etmək lazımdır ki,
“sarı zənbil”
-in xüsusi çəkisi Avropa ttifaqı üzrə 54%, Yaponiya üzrə 53% və ABŞ
üzrə
10% təşkil etmişdir. Bəzi Avropa ölkələrində isə bu hissə daha da çoxdur.
Məsələn slandiya
(82%), sveçrə (55%), Hollandiya (48%) təşkil edir. Yeni
Zelandiya və Macarıstan kimi ölkələr isə “sarı zənbil” üzrə heç bir tədbiri
subsidiyalaşdırmayan ölkələrdir
. Maraqlı tərəflərdən biri də odur ki, Yeni
Zelandiya və Macarıstan kimi ölkələrdə kənd təsərrüfatında istehsal yüksək
həddədir. Hətta bu məhsulların emal və ixracı da dinamik olaraq artmaqdadır.
Əvvəlki sosialist ölkələri Çexoslovakiya və Polşa kimi ölkələrin kənd
təsərrüfatında daxili yardımın yeri də fərqlilik göstərir
. Belə ki, Polşa subsidiyanın
89%-i, Çexoslovakiya isə 79%-i “yaşıl zənbil” tədbirlərinə yönəltmişdir.
Bununla yanaşı, həyata keçirilən istənilən yardım hökumət tərəfindən
maliyyələşdirilməlidir
(məsələn, qiymətlərin artırılması hesabına istehlakçılar
tərəfindən ödənilməməlidir) və qiymət tənzimlənməsinə yönəldilməməlidir. Bu
zaman da fərdi məhsulların istehsalının dəstəklənməsi həyata keçirilməməlidir və
eyni zamanda birbaşa fermerlərin gəlirlərin artırılmasına da vəsait yönəldilə
bilməz
. Bununla yanaşı,yaşıl zənbil şərtləri daxilində razılaşma əldə edən dövlət
regional inkişaf proqramlarına və eləcə də ətraf mühitin qorunması istiqamətində
istənilən həcmdə subsidiya həyata keçirə bilər
. Bütövlükdə, yaşıl zənbil
subsidiyaların həcmi üçün limitlər müəyyənləşdirilməmişdir
. Qırmızı zənbil-
qırmızı zənbil ixrac yönümlü subsidiyalara istiqamətlənmiş bir zənbildir.
Göy zə nbil: Bu, həmçinin “nisbi qırmızı zənbil” də adlandırılır və burada
məqsəd təhriflərin azaldılmasından ibarətdir. Bu zənbil daxilində tətbiq edilən
subsidiyaların həcmi və mahiyyəti Kənd Təsərrüfatı ilə bağlı ÜTT Razılaşmasının
5 və 6-cı maddələri ilə müəyyənləşdirilir. Bu zaman istehsala subsidiyalar həyata
keçirilir və normal olaraq sarı zənbilə aid edilən subsidiyalar da göy zənbilə daxil
edilir. Hal-hazırda bu zənbilə daxil edilən subsidiyalar ilə bağlı xüsusi limitlər
72
yoxdur.
Sarı zə nbil: Bu zənbil üzrə normalar ÜTT çərçivəsində Kənd Təsərrüfatı ilə
bağlı ÜTT Razılaşmasının 6-cı maddəsi ilə tənzimlənir. Maddə də qeyd olunur ki,
aqrar sektoru maliyyələşdirmək üçün ÜTT anlaşmalarına bu zənbillə razılaşan
ölkələr aqrar sektorda qiymətləri müəyyən səviyyədə tənzimləmək və istehsal
həcminə subsidiyalar həyata keçirmək hüquqlarına malikdirlər.
Sarı zənbil qaydalarına uyğun olaraq subsidiyalar inkişaf etməkdə olan
ölkələr üçün illik kənd təsərrüfatı məhsul istehsalının 10 faizi həcmindədir. Bu
rəqəm EÖ
-lər üçün 5%-dən aşağıdır. Bu da EOÖ-lər üçün daha faydalı olması ilə
nəticələnir. Hazırda ÜTT-nin 30-a qədər ölkəsi kənd təsərrüfatında subsidiyalar
üzrə müəyyən üstün hüquqlar əldə etmişlər, lakin ÜTT-nin üzvlərinin sayı artdıqca
bu hüquqlar bir qədər azalmaqdadır.
Sarı zənbil qaydaları çərçivəsində ÜTT
-nin “Yardımla bağlı Ümumi Aqreqat
Tədbirlər” Razılaşmasında
, qeyd olunan subsidiyaların seçilmiş bir məhsula deyil,
bütövlükdə aqrar sektora yönəldilməsi göstərilir. Bu o deməkdir ki, ÜTT üzvü olan
ölkələr ixrac qabiliyyətli məhsulların istehsalını xüsusi qaydada dəstəkləyə bilmir
.
Hazırda ÜTT-nin 1-ci,3-cü və 4-cü maddələri vardır ki, bir çox danışıqlarda onlar
ə
trafında həmin maddələrin dəyişdirilməsi üzərində aparılır. Bu da son olaraq daha
çox məhdudlaşdırmaya meyillilik ilə nəticələnəcəkdir
.
Sarı zənbillə bağlı əsas məqamlardan biri də odur ki
, yaşıl zənbildən fərqli
olaraq burada subsidiyalar məhsulların qiymətinə birbaşa təsir edir. Son olaraq
bildirmək lazımdır ki
, bütün məhsullar ÜTT-daxilində rənglər üzrə ayrılmışdır.
Belə ki
, bu zənbillər yaşıl (subsidiyalara icazə verilir), sarı (subsidiyalar
limitləşdirilir
) və qırmızı (subsidiyalar qadağan edilir) rənglərlə “boyadılmışdır”.
Ümumdünya Ticarət Təşkilatına üzv ölkələr əsasən üç kateqoriya altında
cəmlənmişdir
: inkişaf etmiş, inkişafda olan və zəif inkişafda olan ölkələr (üçüncü
dünya ölkələri
). Ancaq üzvlüyə danışıqlar əsas iki status: inkişaf etmiş və inkişafda
olan ölkə statusu üzrəində aparılır. Hər iki statusun həmin ölkələr üçün öz müsbət
və mənfi xüsusiyyətləri vardır. Qeyd etmək lazımdır ki, hər hansı bir ölkənin ÜTT-
ə
bu statuslardan biri ilə qəbul olması həmin ölkənin tamamilə həmin statusu
73
daşıdığı mənasına gəlmir
. Yəni, ölkə ümumi iqtisadi göstəricilərinə görə inkişaf
etmiş olsa belə bu həmin ölkənin ÜTT
-də də inkişaf etmiş ölkə statusunda olması
demək deyildir
. ÜTT- nin öz prinsipləri və qaydaları vardır ki, onlara uyğun olaraq
status qəbul olunur
. Buna misal olaraq, kənd təsərrüfatından gələn gəlirlərin
Ümumi Daxili Məhsulda yeri
, ÜDM- in illik artım sürəti və s. göstərmək olar.
Yetərincə ölkələr vardır ki
, onların BVF və ya Dünya Bankı tərəfindən inkişaf
etmiş ölkə kimi qəbul olunmasına baxmayaraq ÜTT
-də danışıqlar yolu ilə
inkişafda olan ölkə statusunu ala bilmiş və bundan faydalanmaqdadırlar
.
nkişaf etməkdə olan ölkə
( EOÖ) statusu ÜTT üzvlərinin təxminən 2/3-sini
EOÖ-lər təşkil edir ki, bu statusa malik olmaq həmin ölkələr üçün xüsusi
hüquqların verilməsini nəzərdə tutur
. Belə ki, ÜTT-nin əksər Sazişlərində EOÖ-
lərə dair xüsusi yanaşmanı əsaslandıran müddəalar vardır
.
QATT 1994 sazişinin 37-ci maddəsi və 4-cü hissəsi, QATS-ın IV maddəsi,
Diferensial və Daha Əlverişli Rejim haqqında ÜTT Sazişi (1979-cu il) nkişaf
etmiş ölkələr
( EÖ) tərəfindən EOÖ-lər üçün diferensial və daha əlverişli rejimin
(güzəştli tariflər və s.) təqdim olunmasını nəzərdə tutur.
“ nkişaf etməkdə olan ölkə” statusunun üstünlükləri”
.
- ÜTT Sazişlərinin tələblərinə cavab vermək və üzərlərinə götürdükləri
öhdəlikləri yerinə yetirmək üçün EOÖ
-lərə daha uzun müddət və əlavə vaxt
verilməsi
(əksər ÜTT Sazişlərində);
- ÜTT çərçivəsində müəyyən qərarlar (antidempinq, ticarətdə texniki
maneələr və s
. üzrə) qəbul edilərkən EOÖ-lərə xüsusi yanaşmanın həyata
keçirilməsi;
- EOÖ-lərə müxtəlif xarakterli yardım və köməklərin (heyvan və bitki
sağlamlığı standartları, texniki standartlar, telekommunikasiya və s. ürzə)
göstərilməsi;
- Kənd təsərrüfatının subsidiyalaşdırılması üzrə məhdudiyyət limitini
müəyyən edən de minimum göstəricisinin EOÖ-lər üçün 10% müəyyən olunması
( EÖ-lər üçün 5 %);
ÜTT inkişaf edən ölkələr üçün ildə
100-ə qədər texniki əməkdaşlıq missiyası
74
təşkil edir
. Orta hesabla üç ticarət siyasəti kursu hər il
Cenevrəd
ə hökumət
rəsmiləri üçün təşkil
olunur. Xüsusi diqqət Afrika ölkələrinə yetirilməklə, regional
seminarlar mütəmadi olaraq dünyanın bütün regionlarında təşkil olunur
. Bununla
yanaşı, treninqlər mərkəzləşdirilmiş planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına
keçid dövründə olan dövlətlərin rəsmiləri üçün də Cenevrədə təşkil olunur. ÜTT
inkişaf edən və zəif inkişaf etmiş ölkələrin rəsmilərini ÜTT
-nin olduqca böyük
olan rəsmi sənədlərin və digər materialların məlumat bazası ilə onlayn əlaqə
vasitəsilə ÜTT-nin Cenevrədə keçirdiyi tədbirlər barədə dərhal məlumatla təmin
etmək məqsədilə həmin ölkələrin paytaxtlarında
100-dən artıq ticarət nazirliyi və
regional təşkilatlarda müvafiq mərkəzlər təşkil etmiş
, onları kompüter və internetlə
təmin etmişdir
.
nkişaf Etmiş Ölkə statusuna malik olan ÜTT üzvlərinin üstünlükləri də bir
çox iqtisadçılar tərəfindən müzakirə olunmuşdur
. Bu sahədə öz sərt fikirlərini
bildirən şəxslərdən biri də Martin Xor olmuşdur
. Onun fikrincə ÜTT-də nkişaf
Etmiş Ölkələrin
( EÖ) və bu əsnada Transmilli Korporasiyaların çox böyük
üstünlükləri vardır. Bunlara misal olaraq aşağıdakıları göstərmək olar.
nkişaf Etmiş Ölkələr müəyyən məhsullar ( məs. geyim məhsulları) üçün yüksək
qeyri- tarif bariyerləri və kvotaları qoymaqla inkişafda olan ölkələrdən idxalın
qarşısını asanlıqla ala bilirlər
. Bu da liberal bazar qaydalarına tam ziddir. Anti-
dempinq kimi qeyri-tarif barierlərində artım nkişafda Olan Ölkələrə icazə
verilmir. Bu da misal üçün hazırda Çin və Amerika kimi ölkələr arasında ÜTT
daxilində ziddiyətlərin yaranmasına gətirib çıxarıb.
EÖ kənd təsərrüfatının qorunması üçün yüksək proteksionist siyasətini
yürüdıə bildikləri halda
, EOÖ-lər bazarlarının açılmasına məcburdurlar və buna
görə təsir altındadırlar.
- Bir çox EOÖ-in Uruqvay Raundunda danışıqlarda aktiv şəkildə iştirakına
icazə verilmir.
- TR PS razılaşmasına uyğun olaraq EOÖ-lər bəzi tibbi və kənd təsərrüfatı
məhsulların hazırlanmasında xarici tecnologiyadan faydalanmasında limitlər
vardır. nkişafda Olan ÜTT ölkələri Uruqvay Raundundan faydalana bilmir və
75
buna görə də
, ÜTT ticarət sistemində dəyişikliklərin edilməsi vacibdir.
Dostları ilə paylaş: |