Referat elmi rəhbər: Abdullayeva Nailə Tələbə: Hüseynova Aygün Bakı-2023 plan giriş


İntibah fəlsəfəsinin əsas cərəyanları: humanizm və antroposentrizm



Yüklə 30,89 Kb.
səhifə4/4
tarix21.05.2023
ölçüsü30,89 Kb.
#118900
növüReferat
1   2   3   4
Hüseynova Aygün Fəlsəfə

5. İntibah fəlsəfəsinin əsas cərəyanları: humanizm və antroposentrizm.
İntibah dövrünün fəlsəfəsi bəşəriyyətin ictimai fikir tarixinin inkişafında mühüm yer tutur. Bu fəlsəfə feodal ideologiyası, kilsə və sxolastikaya qarşı mübarizədə meydana gəlmişdir. Onun bərqərar olması feodalizm cəmiyyətinin içərisində kapitalist istehsal münasibətlərinin meydana gəlməsi ilə əlaqədar idi.
İntibah fəlsəfəsinin dünyagörüşüdə xüsusi yer tutan cərəyanlar aşağıdakılardır:

  1. Humanizm

  2. Antoposentrizm

Humanizm ideyalarının meydana gəlməsini təmin edən əsas amillərdən biri təbiətşünaslığın, təbiət elmlərinin inkişafı idi. Məlum olduğu kimi XV-XVI əsrlərdə təbiətşünaslığın əsl mənada elmə çevrilməsi prosesi başlandı. Bu dövrdə astronomiya, mexanika, riyaziyyat, bir qədər sonra isə fizika, kimya, biologiya kimi təbiət elmləri inkişaf etməyə başladı. İntibah dövrünün ideologiyası, fəlsəfəsi və bütövlükdə mədəniyyəti üçün həlledici meyllərdən biri teosentrik baxışdan antroposentrik dünyagörüşə keçid idi. Bu o deməkdir ki, feodalizmə və onun ideologiyasına qarşı mübarizədə insan haqqında təlim ön plana çəkilmiş və insan zəkasının qüdrətinə, əqlin gücünə inam artmışdır.
İntibah dövrünün ilk beşiyi İtalyadır. XV və XVI əsrlərdə İntibah dövrünün humanist təfəkkürü İngiltərə və Niderlandiyada, Almaniya və İsveçrədə, Polşa və Macarıstanda da geniş yayılmışdır. O dövrün görkəmli nümayəndələrindən Cordano Brunonun, Leonardo da Vinçinin, Nikolay Kopernikin, Qalileo Qalileyin adlarını qeyd etmək olar.
Leonardo da Vinçi dünyanın elm, mədəniyyət və fəlsəfi fikir tarixinin inkişafında böyük rol oyanamışdır. O, İntibah dövrünün dahi rəssamı, riyaziyyatçısı və mexaniki idi. Onun fikrincə, fəlsəfənin əsas vəzifəsi gerçəkliyin elmi surətdə dərk edilməsindən ibarətdir. Dünyanın obyektivliyi və maddiliyi onda heç bir şübhə doğurmurdu. O, materializmə yaxınlaşaraq bildirmişdir ki, təbiətin bütün hadisələri obyektiv qanunlara tabedir. Leonardo həmçinin həqiqətin ikiliyini rədd etmişdir. Onun fikrincə, həqiqət birdir, o da dinə deyil, elmə əsaslanır.
Nikolay Kopernikin ən böyük xidməti heliosentik (yunan sözü helios – günəş deməkdir) sistemi kəşf etməsidir. Bu sistemə görə öz oxu ətrafında fırlanan Yer Günəş ətrafında dövr edən planetlərdən biridir. O, “Səma dairələrinin dövranı haqqında” adlı əsərində bu sistemin əsas müddəalarının şərhini vermiş və təbiətşünaslığın ilahiyyatdan azad olması tarixi də, məhz onun bu əsəri ilə başlanmışdır. Bununla dini dünyagörüşün əsasında duran geosentrik (yunan sözü geo – yer deməkdir. Bu təlimə əsasən Yer hərəkətsizdir və dünyanın mərkəzidir. Yer ətrafında Günəş, Ay, planetlər və ulduzlar dövr edir. Dini baxışlar, həmçinin Platon və Aristotelin əsərlərinə əsaslanaraq II əsrdə yunan alimi Ptolemey tərəfindən başa çatdırılmışdır.) sistemin əsassız olduğu sübut edildi.
Qeyd etmək lazımdır ki, İtalyanın intibahı daha əsaslı qurulmuşdu, onun predmeti təbiət fəlsəfəsi, çıxış nöqtəsi ilə humanistlər tərəfindən bərpa edilmiş platonizm idi. Alpyanı Avropa ölkələrinin intibahında isə məntiq, dövlət, hüquq fəlsəfəsi böyük rol oynayırdı. Ən ümumi cəhət ondan ibarət idi ki, hər iki humanizmin nümayəndələri katolisizmin hökmran ideologiyası və fəlsəfəsi ilə toqquşurdu.
XV əsrin ortalarında İtaliyada platonçu humanizm məktəbi öz ömrünü başa vurdu və həyat meydanına fəlsəfənin yeni bir sahəsi – təbiət fəlsəfəsi daxil oldu. O İntibah dövrü fəlsəfəsinin tipik ifadəsi idi. Onun ən görkəmli nümayəndəsi Cordano Bruno idi. Bu fəlsəfə humanizm fəlsəfəsi və mədəniyyətinin bütün keçmiş inkişafı nəticəsində hazırlanmışdır.
İntibah dövründə təbiət fəlsəfəsi ilə yanaşı təbiətşünaslıq da inkişaf edirdi. Bu sahədə baş verən kəşflər Yeni Dövr fəlsəfəsinin mühüm mənbələrindən birinə çevrilmişdir. Bu dövrün alimləri təcrübəni, təbiətin tədqiqini, eksperimental tədqiqat metodunu ön plana çəkirdilər. Burada riyaziyyat görkəmli yer tutur, elmlərin riyaziləşdirilməsi prinsipi, elmin və fəlsəfi təfəkkürün inkişafının mütərəqqi meyllərinə uyğun gəlirdi.
İtalyan mütəfəkkiri Cordano Bruno (1548-1600) İntibah dövrünün fəlsəfi fikrini daha yüksək zirvəyə qaldırmışdır. O, xristianlığa və sxolastik fəlsəfəyə qarşı kəskin çıxışıar etmişdir. Mütərəqqi fikirlərinə görə təqib olunduğu üçün İtalyanı tərk etmiş, uzun müddət Fransada, İngiltərədə, Almaniyada və Praqada yaşamışdır. Sonralar İtaliyaya qayıtmış, həbs olunaraq ölüm cəzasına məhkum edilmişdir.

NƏTİCƏ
Beləliklə, intibah dövründə bir sıra sosial təlimlər də yaranmışdır. Bu feodal dünyasının iqtisadi, siyasi və mədəni həyatında baş vermiş əhəmiyyətli dəyişikliklərlə bağlı idi. XVI əsrdə meydana gəlmiş utopik təlimlər birinci növbədə ingilis humanisti Tomas Morun (1479-1555) və italyan monaxı-rahibi Tommazo Kampanellanın (1568-1639) adı ilə bağlıdır.

ƏDƏBİYYAT

  1. Fəlsəfə - Tağıyev Əlikram Mirhəsən oğlu (Bakı-2012)

  2. Fəlsəfə - Şükürov Ağayar (Bakı-2008)

  3. Fəlsəfə - Əhmədov Yaşar Paşa oğlu (Bakı-2013)

  4. Fəlsəfə - Hacıyev Zeynəddin Camal oğlu (Bakı-2012)

  5. www.wikipedia.com

Yüklə 30,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin