onlarla zəhərlənmələrdə həyata keçirilən tədbirlər.
Qeyri-qlikozid mənşəli kardiotonik maddələr,onların təsir mexanizmi.
Ürək qlikozidləri biotransformasiya prosesinə bilavasitə qaraciyərdə məruz qalır. Orqanizmdən isə əsasən böyrəklər vasitəsilə xaric olunurlar. Əksər preparatlar oqranizmdən metobolit və konyuqantlar şəklində xaric olsalar da, strofantin praktik olaraq dəyişilməmiş şəkildə xaric olunurlar. Azan sinirin tonusunu artirdiqları, eləcə də ürəyin keçirici sistemind impulsların nəql olunmasını ləngitdiklərinə görə onlardan səyirici aritmiya və paroksizmal taxikardiyala kimi ağır ürək patologiyalarında müvəffəqiyyətlə istifadə oluna bilinirlər.
Ürək qlikozidləri yüksək dozlaarda öyümə, qusma, yorğunluq, əzələ zəifliyi, iştahanın itməsi, diareya, eləcə də mərkəzi mənşəli pozğunluqlar törədə bilirlər.
Ürək qlikozidlərindən istidfadə zamanı dozalanmanın pozulması kəskin bradikardiya, ekstrasistoliya, qulaqcıq-mədəcik keçiriciliyin pozulması, ağır hallarda isə mədəciklərin səyirməsi və ürək fəaiyyətinin dayanmasına səbəb ola bilər. Bu preparatlar kumulyasiyaya meylli olduqlarına görə analoji pozğunluqlar, həmçinin ürək qlikozidlərinin adi terapevtik dozalarda uzunmüddətli istifadəsi zamanı da meydana çixa bilər. Müvafiq klinik simptomlarla müşahidə olunan zəhərlənmə əlamətləri meydana çıxarsa, ilk növbədə preparatların qəbulu dayandırılmalıdır. Detoksikasiya tədbirləri həyyata keçirilməklə ilk növbədə ürək qlikozidlərinin aktiv fizioloji antaqonistlərindən istifadə olunur. Bu məqsədlərlə kalium xlorid, panangin, kalium oroat, “Asparkam” kimi kalium preparatlarından (kardiomiositlərdə kalium ionlarının azalması və bu proseslə ürək qlikozidlərinin kardiotonik təsir effekti arasında birbaşa əlaqə mexanizminin olmasına görə) geniş istifadə olunur.
Məlumdur ki, ürək qlikozidləri mioklardın yığılma aktivliyinin təmin edən və ion mübadiləsində son dərəcə mühüm rol oynayan daşıyıcı ferment ATF-azanı blokada edirlər. Odur ki, ürək qlikozidləri ilə zəəhərlənmələr zamanı unitiol və BAL kimi tərkibində sərbəst sulfidril qrupu saxlayan preparatlardan geniş istifadə olunurlar. Hər iki preparatın tərkibində iki sərbəst sulfidril –SH qrupu vardır, və ATF-azanın reaktivasiya halını törətməklə, zəhərlənmə əlamətlərini aradan qaldırır.
Qeyri qlikozid quruluşlu kardiotonik maddələr. Bu maddələrin təsir mexanizmi və farmakologiyasına görə 2 qrupa ayrılırlar:
Bu preparatlar əəsasən kəskin ürək çatışmazlıqlarında istifadə olunurlar. Birinci qrupa aid preparatlar müsbət inotrop və damargenəldici xassəyə malikdir. Ən çox istifadə olunan nümayəndəsi Milrinon və Enoksimondur. Bu preparatlar kardiomiositlərdə siklik AMF-in miqdarini artirirlar. Həmçinin miokard hüceyrələrinin tonik aktivliyini yaxşılaşdırır. β adrenoblokatorların törətdiyi kardiovasklkulyar süstləşmə halını aradan qaldırırlar. Milrinondan əsasən digər kardiotonik maddələrinə dözümlülük göstərən ağır ürək çatışmazlıqlarının qısa müddətli müalicəsində, eləcə də ürəkdə aparılan cərrahi əməliyyatlar zamanı baş verə biləcək kəskin ürək çatışmazlıqları zamanı istifadə edilir.
Ikinci qrupa daxil olan preparatların klassik nümayəndəsi dofamindir. O, ən sadə kimyəvi quruluşa malk olan katexolamin hesab olunur. Optimal dozalarda bəzi periferik damar yataqlarında lokalizasiya olunan DA1 reseptorlara təsir göstərir. Preparatın istifadə dozası artırıldıqda adrenereseptorlara da təsiri meydana çıxır. Miokardın yığılma aktivliyi, sol mədəciyin atış qüvvəsi və periferiyaya qovulan qanın həcmini artırır.
Dofaminin ən çox istifadə olunduğu patoloji hallar kəskin miokard infarktı, ürək əməliyyatları zamanı meydana çıxan kardiogen şok və septik şok hesab olunur.
Bu sıranın digər nümayəndəsi dobutamin sintetik birləşmə olub, katexolamin törəməsidir. Urəkdəki β1 adrenereseptorları oyatmaqla müsbət inotrop təsir göstərir. Bu reseptorların oyanması miokard hüceyrələrində “yüngül miozin zəncirini” fosforlaşdırmaq və hüceyrələrdə alkilləşmə törətməklə miofibrillərin Ca2+ ionlarına qarşı həssasslığını artırır və müsbət xronotrop təsirə malikdir. Doutaminlə aparılan müalicə zamanı tolerantlığın baş verməməsi, preparatın kardiotonik effektinin α adrenoreseptorlarla bağlı komponentindinin saxlanılması ilə izah olunur. O qan təzyiqi və periferik damar müqavimıtinə praktik olaraq təsir göstərmir. Dobutamindən əsasən kəskin miokard infarktı və ürəkdə aparılan cərrahi əməliyyatlar zamanı meydana çıxan kəskin ürək çatışmazlığı zamanı, septik və kardiogen şoklarda, eləcə də müxtəlif kardiomiopatiyalar zamanı istifadə olunur. Baş ağrısı, ürək bulanma, taxikardiya, hipertenziya, stenokardik ağrı və mədəcik mənşəli aritmiya kimi əlavə effektlər yarada bilir.