Bir sıra ciddi əlavə təsirlərə malik olduqları üçün 2-ci qrup kardiotonik maddələrdən çox nadir hallarda və yalnız məhdud sayda ölkələrdə istifadə olunur.
Dopamin (Dopamine). Sin.: Dofamin, Dopmin və s.
0,5 və ya 4%-li məhlulları 3 ml-lik ampullarda buraxılır.
Dopamin ürəyin B 1-adrenoreseptorlarına stimullaşdırıcı təsir göstərərək ürək yığılmalarının gücünü və tezliyini artırır.
Bundan başqa, kiçik dozalarda preparat dofamin reseptorlarını stimullaşdırmaqla böyrəklərin və daxili orqanların qan damarlarını genişləndirir. Böyrəklərdə qan axınını stimullaşdırmaqla, filtrasiyanı yüksəldir və sidikqovucu təsir göstərir.
Yüksək dozalarda isə dopamin ai - adrenoreseptorlara da stimullaşdırıcı təsir göstərir və nəticədə periferik damarları daraldaraq arterial təzyiqi yüksəldir.
Dopamindən müxtəlif mənşəli şok (kardiogen, travmatik, endotoksik, anafilaktik, infeksion-toksik,əməliyyatsonrası, və s.), kəskin ürək-damar çatışmazlığı, aydın ifadə olunmuş hipotenziya, həmçinin kəskin zəhərlənmələr (diurezi gücləndirmək və ksenobiotikin ekskresiyasını sürətləndirmək üçün) zamanı istifadə olunur.
Damcı üsulu ilə venaya yeridilir (5 ml 0,5 %-li və ya 4%-li mehlulu müvafiq olaraq 125 və ya 400 ml 5%-li qlükoza məhlulunda və ya natrium-xloridin izotonik məhlulunda durulaşdırıldıqdan sonra damcı üsulu ile venaya yeridilir)
Dopamindən istifadə edərkən ürəkbulanma, qusma, taxikardiya, yüksək dozalarda - aritmiya baş verə bilər.
Dopaminə qarşı yüksək həssaslıq, hipertrofik obstruktiv kardiomiopatiya, feoxromositoma, mədəciklərin fibrillyasiyası zamanı preperatdan istifadə əks-göstərişdir.