1,25%-li 20 ml məhlulu ampullarda (1 ampulda 250 mq dobutamin)
və 5%-li 5 ml məhlulu ("infuziya məhlulu hazırlamaq üçün konsentrat")ampullarda (1 ampulda 250 mq dobutamin) buraxılır.
Kimyəvi quruluşuna görə katexolamindir və dopamina çox yaxındır.Miokardın B1-adrenoreseptorlarının selektiv stimulyatorudur və bununla əlaqədar olaraq, güclü inotrop təsir göstərir. Dolayı təsirli dopamindən fərqli olaraq, dobutamin B1-adrenoreseptorlara birbaşa təsir gosterir.
Dopamindən fərqli olaraq böyrək damarlarını genişləndirmir, lakin,ürəyin qan vurmasını gücləndirməklə böyrəklərin perfuziyasını yaxşılaşdira və ürək xəstəlikləri olan xəstələrdə diurezi gücləndirə bilər. ÜYT-ni bir qədər artırır, ürəyin zərbə və dəqiqəlik həcmini artırır, damarların ümumi periferik müqavimətini və kiçik qan dövranının damar müqavimətini aşağı salır və bu zaman sistem AT əhəmiyyətli dərəcədə dəyişmir.
Dobutamindən aşağıdakı hallarda istifadə olunur: kəskin ürək çatışmazlığı (kəskin miokard infarktı,kardiogen şok), xroniki ürək çatışmazlığının kəskinləşməsi (kəskin dekompensasiya), xroniki ürək çatışmazlığı (əsas müalicə fonunda müvəqqəti köməkçi vasitə kimi),qeyri-kardiogen mənşəli kəskin ürək çatışmazlığı (o cümlədən toksik və travmatik şok zamanı), ÜİX zamanı diaqnostik vasitə kimi (fiziki məşqlərin əvəzedicisi kimi, farmakoloji sınaq).
Dobutamin adətən 2,5-10 mkq/kq/dəq. (lazım gələrsə, 20-40 mkq/kq/dəq.) sürətlə venadaxili damcı üsulu ilə yeridilir. Doza fərdi qaydada seçilir. Yeridilmə sürəti və müddəti alınan effektdən asılı olaraq tənzimlənir.
Preparat inyeksiya üçün steril su və ya 5%-li qlükoza məhlulu və ya 0,9%-li natrium-xlorid məhlulu ilə durulaşdırılır.
Dobutamindən istifadə zamanı taxikardiya, mədəcik ekstrasistoliyası, səyrici aritmiya, ürəkdöyünmə,təngnəfəslik, arterial təzyiqin yüksəlməsi/hipotenziya, ürəkbulanma, başağrısı, allergik reaksiyalar (dəri səpgisi,qızdırma,bronxospazm və s.)yüksək dozalarda istifadə zamanı poliuriya baş verə bilər.
Dobutaminə qarşı yüksək həssaslıq, idiopatik hipertrofik subaortal stenoz, feoxromositoma zamani preparatın istifadəsi əks-göstərişdir.