Referat mövzu: ÜRƏk-damar sistemiNƏ TƏSİr göSTƏRƏn dərman maddəLƏRİ Şöbə: Tibb bacısının işi



Yüklə 182,84 Kb.
səhifə5/10
tarix02.01.2022
ölçüsü182,84 Kb.
#34673
növüReferat
1   2   3   4   5   6   7   8   9   10
Farma.Referat

Strofant preparatları. Strofant ağacaoxşar çoxillik sarmaşıq bitkisi olub, Afrikada bitir. Toxumlarının tərkibində strofantin qlikozidi vardır. Strofantin üskükotu qlikozidlərindən 2-3 dəfə güclü təsirə malikdir.

Hansı növ strofant (kombe strofantı hamar strofant Strophanthus Kombe və

Strophanthus Gratus) toxumlarından alınmasından asılı olaraq strofontin K və strofantin G adlanan preparatları vardır.

Müalicə məqsədilə strofantin K-dan istifadə edilir (strofantin G strofant toxumlarının və preparatlarının bioloji standartlaşdırılması üçün istifadə edilir).

Strofantin-K (Strophantin-K; lat.: Strophanthinum K).

1 ml 0,05%-li məhlulu ampullarda buraxılır.

Ürək qlikozidləri içərisində ən güclü preparat hesab edilir.

Ürək fəaliyyətinin kəskin zəifliyində, ağır dekompensasiyaedici ürək qüsurlarında (digər ürək qlikozidlərinə nisbətən azan sinirə zəif təsir göstərir), səyrici aritmiyada, paroksizmal taxikardiyada istifadə olunur. Venaya təyin edilir. Preparatın 1 ml 0,025%-li və ya 0,5 ml 0,05%-li məhlulu 10-20 ml 20 %-li və ya 40%-li qlükoza məhlulunda durulaşdırılaraq tədricən (5-6 dəq. ərzində) venaya yeridilir.

Strofantin praktiki olaraq kumulyasiya törətmir. Lakin, ondan əvvəl digər ürək qlikozidlərindən istifadə edilmişdirsə, strofantini təyin edərkən bunu nəzərə almaq lazımdır.


Yüklə 182,84 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin