Laktat duzu şəklində 10 ml 0,1%-li məhlulu ampullarda buraxılır.
Müsbət inotrop təsir göstərir, UYT-yə az təsir göstərir, AV-keçiriciliyi bir qədər yüksəldir. Ürək çatışmazlığı olan xəstələrdə ürəyin qan vurumunu artırır, kiçik qan dövranında təzyiqi azaldır, ümumi periferik damar müqavimətini aşağı salır və bu zaman UYT və miokardin oksigenə olan tələbatı əhəmiyyətli dərəcədə dəyişmir. Təsir mexanizmi başlıca olaraq miokardda və damarların saya əzələlərində fosfodiesteraza III-ün izofermentini inhibə etməsi ilə əlaqələndirilir ki, bu da damarda və əzələlərdə SAMF-in miqdarının artmasına səbəb olur. İstifadəsinə göstərişlər: digər müalicə növlərinə davamlı olan ağır ürək çatışmazlığının qısamüddətli müalicəsi, ürəkdə aparılan cərrahi əməliyyatdan sonra meydana çıxan kəskin ürək çatışmazlığının qisa müddətli müalicəsi.
Vena daxilinə yeridilir. Əvvəlcə (“zərbə dozası") 10 dəq. müddətində bədən kütləsinin hər kq-na 50 mkq (50 mkq/kq) dozada, sonra isə dəqiqədə 0,375-0,75 mkq/kq dəstəkləyici dozada yeridilir. Maksimal gündəlik doza 1,13 mg/kq təşkil edir.
Preparatdan istifadə zamanı arterial hipotenziya, ürək nahiyəsində ağrı, mədəcik aritmiyaları, başağrısı; nadir hallarda tremor, hipokaliemiya, trombositopeniya baş verə bilər.
Milrinona qarşı yüksək həssaslıq zamanı, kəskin miokard infarktından sonra, ürək klapanlarının obstruktiv zədələnməsi zamanı və hamiləlik dövründə preparatın istifadəsi əks-göstərişdir.
Rp.: Sol. Dopamini 0,5% 5 ml
D.t.d. N. 5 in amp.
S. 5 ml preparatı 125 ml 5%-liqlükoza məhlulunda durulaşdıraraq