Referat mövzu: ÜRƏk-damar sistemiNƏ TƏSİr göSTƏRƏn dərman maddəLƏRİ Şöbə: Tibb bacısının işi



Yüklə 182,84 Kb.
səhifə2/10
tarix02.01.2022
ölçüsü182,84 Kb.
#34673
növüReferat
1   2   3   4   5   6   7   8   9   10
Farma.Referat

1. Ürək qlikozidləri

2. Qeyri-qlikozid quruluşlu kardiotonik maddələr.

ÜRƏK QLİKOZİDLƏRİ

Qlikozidlər əsasən bitki mənşəli mürəkkəb üzvi maddələr olub molekulları şəkər və hər hansı digər üzvi birləşmə qalıqlarından təşkil olunmuşdur. Qlikozidlərin ilk tədqiq edilən nümayəndələrinin molekullarında şəkər qalığı qlükozadan ibarət olduğu üçün bu tip birləşmələr qlükozidlər adlandırıldı. Lakin, sonradan məlum oldu ki, bu maddələrin molekullarında digər şəkər qalıqları (məs., ramnoza) da ola bilər. Ona görə də bu qrup maddələri ümumi şəkildə glikozidlər adlandırmağa başladılar.

Qlikozid molekulunun şəkər qalığından ibarət olan hissəsi qlikon, qeyri-şəkər hissəsi isə aqlikon,yaxud genin adlanır. Müəyyən edilmişdir ki, bəzi qlikozidlər çox kiçik dozalarda belə ürək əzələsinə güclü və spesifik təsir göstərir. Bu səbəbdən onlar ürək qlikozidləri adlandırıldı. Ürək qlikozidləri bir sıra zəhərli bitkilərdə üskükotu, xoruzgülüotu, strofant, inciçiçəyi və s.geniş yayılmışdır.Ürək qlikozidlərinin ürəyə göstərdikləri spesifik təsir başlıca olaraq onların molekullarındaki aqlikon hissə ilə əlaqədardır, şəkər qalığı (qlikon) isə bütövlükdə qlikozid molekullarının həll olmasını ve hüceyrə membranlarından keçməsini təmin etməklə aqlikon hissənin təsir gücünü artırır.

Ürək qlikozidlərinin əsas müalicəvi təsiri ürək fəaliyyətinin çatışmazlığı zamanı özünü daha aydın şəkildə göstərir. Onların təsirindən ürəyin əsas funksiyaları dəyişikliyə uğrayır. Müalicəvi dozalarda ürək qlikozidlərinin təsirindən miokardın yığılma qabiliyyəti güclənir, sistolanın gücü artır, davametmə müddəti azalır (ÜrəK qlikozidlərinin yaratdığı bu effekt - müsbət inotrop effekt adlanır.

və hüceyre yunanca inos-lif, əzələ; tropos-yönəlmə). Miokardın yığılma qabiliyyətinin güclənməsi diastola zamanı ürək kameralarına dolmuş qanın qovulmasını və qan dövranının yaxşılaşmasını təmin edir.

Ürək fəaliyyətini gücləndirməklə yanaşı qlikozidlər miokardin oksigenə və qlükozaya olan nisbi tələbatını aşağı salırlar.

Ürək qlikozidləri həmçinin ürəyin diastolik fəaliyyətində dəyişiklik törədir. Onların təsirindən ürək yığılmalarının tezliyi azalır, diastolanın müddəti artır (mənfi xronotrop effekt. yun., Chronos-vaxt, tropos-

yönəlmə), bradikardiya baş verir.

Diastola müddətinin artması ürəyin nisbətən daha çox dincəlməsinə və ürək kameralarının qanla tam dolmasına imkan yaradır.Mədəciklərin qanla tam dolması ilə eyni zamanda sistolik yığılmaların güclənməsi ürəyin zərbə həcminin (ürəyin bir vurumu nəticəsində qovulan qanın həcmi) artmasına səbəb olur.

Bradikardiyanın baş verməsi mexanizmində azan sinir mərkəzinin tonusunun yüksəlməsi böyük əhəmiyyətə malikdir.Ürək qlikozidlərinin təsirindən nəbz dalğasının güclənməsi damarlarda refleksogen zonaların qıcıqlanmasına səbəb olur ki, bu da öz növbəsində azan sinir mərkəzinin tonusunun yüksəlməsi ilə nəticələnir.

Ürək qlikozidlərinin təsirindən ürəyin keçirici sisteminin oyanıqlığı zəifləyir və sinir impulslarının qulaqcıqlardan mədəciklərə ötürülməsi (bu impulslar mədəciklərin sistolasına səbəb olur), başqa sözlə, atrioventrikulyar keçiricilik ləngiyir (mənfi dromotrop effekt.yun., dromos-yol, tropos-yönəlmə). Ürək qlikozidlərinin yüksək dozalarda istifadə edilməsi atrioventrikulyar keçiriciliyin tam tormozlanmasına (atrioventrikulyar blokadaya) səbəb ola bilər.

Ürək qlikozidləri ürəyin avtomatizmini yüksəldir. Onların təsirindən diurez güclənir ki, bu da əsasən qan dövranının yaxşılaşması ilə əlaqədardır.

Yüksək dozalarda isə ürək qlikozidləri ürəyin əzələ hüceyrələrinin kordiomiositlərin avtomatizmini yüksəldir (Purkinye liflərində avtomatizm yüksəlir) ki, bu da ektopik (əlavə) oyanma ocaqlarının yaranmasına və növbədənkənar yığılmalara (ekstrasistoliya) səbəb ola bilər.

Kiçik dozalarda ürək qlikozidləri miokardin stimullara qarşı həssaslığını yüksəldir, başqa sözlə, miokardin oyanıqlıq həddini aşağı salır (müsbət batmatrop effekt. yun., bathmos-hadd, hüdud, tropos yönəlmə).

Ürək qlikozidlərinin təsir mexanizmi onların ürək əzələsində sərbəst kalsium ionlarının miqdarını artırmasından ibarətdir (kalsium ionları ürək əzələsinin yığılmasına səbəb olan reaksiyalarda iştirak edir).Bu zaman ürək əzələsində kalium ionlarının miqdarı azalır. Elə bu səbəbdən də kalsium preparatları (məs., Kalsium-xlorid) ürək qlikozidlərinin təsirini gücləndirir, kalium preparatları isə (Kalium-xlorid,Panangin və s.) əksinə, zəiflədir.

Ürək qlikozidləri ürək fəaliyyətinin kəskin və xroniki çatışmazlıqlarında (ürək qapaqlarının zədələnməsi, miokardın distrofiyası və s. ürək qüsurlarında), qulaqcıq mənşəli aritmiyalarda (səyrici aritmiya, paroksizmal taxikardiya və s.) istifadə olunur.

Ürək qlikozidlərindən yüksək dozalarda istifadə etdikdə zəhərlənmə baş verir. Azan sinirin ürəyə təsiri gücləndiyindən bradikardiya inkişaf edir, avtomatizmin yüksəlməsi ürək əzələsinin növbədənkənar yığılmalarına (ekstrasistoliya), atrioventrikulyar blokada isə ürəyin dayanmasına səbəb olur.

Zəhərlənmənin əlamətləri meydana çıxdıqda ürək qlikozidlərinin istifadəsini dayandırmaq və onların antaqonistlərini təyin etmək lazımdır. Bu məqsədlə unitioldan, kalium preparatlarından (Panangin,Asparkam), kalsium ionları ile kompleks birləşmə əmələ gətirməklə sərbəst kalsium ionlarının miqdarını azaldan maddələrdən - EDTA-nın dinatrium duzundan (Etilendiamintetraasetat turşusunun dinatrium duzu 2-4 q preparat 500 ml 5%-li qlükoza məhlulunda həll edilərək damcı üsulu ilə venaya yeridilir) və aritmiya əleyhinə dərman maddələrindən (Lidokain, Fenitoin)istifadə edilir.

Atrioventrikulyar blokada zamanı azan sinirin ürəyə təsirini aradan qaldırmaq üçün atropin təyin edilir.

Müxtəlif ürək qlikozidlərinin təsir xarakteri və mexanizmi eyni olsa da onların hər biri təsir xüsusiyyətlərinə görə (təsir gücü və müddətinə görə, kumulyasiya törətmə qabiliyyətinə görə və s.)digərindən fərqlənir.

Bradikardiyada, atrioventrikulyar blokadada, stenokardiyada ürak qlikozitlərinin təyin edilməsi eks göstərişdir


Üskükotu preparatlari.Üskükotu (Digitalis)çoxillik ot bitkisidir.Tərkibində Digitoksin,Diqoksin ve s. qlikozidlər vardir.Üskükotu qlikozidləri daxilə qəbul edildikdə bağırsaqdan tədricən qana sorulur və 8-12 saat sonra təsir göstərməyə başlayır. Onlar yüksək kumulyativ xassəyə malikdir (orqanizmdən gec xaric olur və müəyyən miqdarı ürək əzələsinda toplanaraq uzun müddət təsir göstərir) və onların bu xassəsinin müalicə prosesində nəzərə alınmaması zəhərlənməyə səbəb ola bilər


Yüklə 182,84 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin