Rəyçi və ön sözün müəllifi: Əziz ƏLƏKBƏRLİ


Təkəbbür, mənəmlik, özünü çəkmək



Yüklə 4,68 Mb.
səhifə21/42
tarix30.12.2021
ölçüsü4,68 Mb.
#17494
1   ...   17   18   19   20   21   22   23   24   ...   42
Təkəbbür, mənəmlik, özünü çəkmək,

Qafillik, sərxoşluq, hiylə, qəzəb, şəkk,

Tərəddüd, paxıllıq, kələk, kin, tamah,

Yalançı, saxtakar, vəfasız olmaq.

Şəhvət, naz, yüngüllük, ağırlıq etmək,

Pozğunluq, nankorluq, insan incitmək,

İsraf, böhtançılıq, bir də fitnə, lağ,

Fırıldaq, qan içmək, riya nifaq,

Hirs, ikiüzlülük, acgözlük, həsəd,

Zülm, cövr, cəfa, süstlük nifrət.

Hər nə söylədimsə ondan qaç uzaq,

Onların əksiylə məşğul ol ancaq.

Sonra da xəlvətdə oturub ağla,

Qapını bağlayıb sən çillə saxla,

…Çilə elə budur, bax budur xəlvət!

Budur ariflərə yaraşan sifət!

(Əvhədi, “Cami-Cəm”. Bakı, 1970, s. 153-154)


Əsərin “Bir bucağa çəkilməyin xüsusiyyəti haqqında” ad­la­nan bölümündə (səh. 161-162) şair xəlvətin məziyyətini belə izah edir:

Xoşbəxt o kəsə ki, qaçdı insandan,

Döndərdi üzünü, gözünü ondan.

İşin olacaqsa Allahla əgər,

Başına bəladır bu əlaqələr.

…Qəlbi xalq yanında, özü xəlvətdə,

Azad, boynu bağlı quldur əlbəttə.

…Az olsun, çox olsun getsən xəlvətə,

Fikrində yer vermə vara, dövlətə.

Peyğəmbər alverdən olan tək uzaq,

Məskəni Hərada oldu bir bucaq.

Girdi Mağaraya çıxıb şəhərdən,

Sevincə, şadlığa qovuşdu həmən. (səh. 162)

Poemada onlarla təsəvvüf istilahlarının (tovhid, çillə, fəqih, axirət, ələst, mürid, mürşid, şeyx, irfan, eşq, tövbə, xirqə, zikr, səbr, cənnət, şəhadət, salik, oruc, zöhd, ixlac, təvəkkül, şükür və s.) geniş şərhi verilir. Biz bu istilahların bir neçəsinin haqqında fikrimizi izah etmək istəyirik.


Zikr

“Bütün təriqətlərin təməl ünsürü olan zikr hərfən anmaq, zikr etmək, xatırlamaq deməkdir. Zikr Allahın isimlərini, bəlli duaları, səsli və ya səssiz söyləmək, təkrar etmək deməkdir.

Zikrdə əsas ünsür digər varlıqları unudaraq, hətta yox sa­ya­raq Allahı anmaqdır. Ən əfzəl və üstün zikrin “Laila­həil­lal­lah” oldu­ğunu Peyğəmbərimiz söyləmişdir. Sufilər də bu cüm­ləni zikrin təməli olaraq almış və onun üzərində is­rarla dur­muş­lar” (Bax: Maa­rifə Hacıyeva, Mehmet Rıhtım. Folklor və təsəv­vüf ədəbiyyatı sözlüyü. Bakı, AMEA-nın Folklor İnsti­tutunun nəşri, 2009, s. 321).

Marağalı Əvhədi “Zikrin təlqini”ni belə izah edir:

Zikr yer taparaq əyləşən ürək,

Səs uca, ya alçaq, eynidir gerçək.

Eşidir hər şeyi ad çəkdiyin kəs,

Odur nərə, fəğan eyləmə əbəs.

O kəs ki, sözlərin bilir sirrini,

Dilsiz, danışıqsız qanacaq səni.

Əgər bir olmasa dil ilə ürək,

Əslində yaramaz zikrə cəhd etmək.

Dil ilə ürəyin dost olan zaman,

Onun pak adına layiq olarsan.

(Marağalı Əvhədi. “Cami-Cəm” , s. 150-151)
Tovhid

İslamda inancın ruhu tovhid, ibadətin ruhu ixlas, dünyəvi işlərin ruhu ədalətdir.

“Qurani-Kərim”in İxlas surəsinə Tovhid, Təfrid, Təcrid, Vilayət və Mərifət surəsi də deyilmişdir. Surədə Tovhid (Allah Təalanın bir olduğunu bilmək) inancı anlamlı şəkildə ifadə edilmişdir. İxlas surəsində Allah-Təala buyururdu ki, “Ya Mə­həmməd! De ki, Allah birdir. Saməddir. Heç bir şeyə möh­tac de­yil, hər şey ona möhtacdır, doğurmamışdır, doğulma­mış­dır. Heç bir şey onun bənzəri deyildir” (bax: Maarifə Hacıyeva, Mehmet Rıhtım. A.K.Ə., s. 165).

Marağalı Əvhədi əsərinin iki yerində “Tovhid” (s.9) və “Tov­hid” haqqında (s. 191) “Tovhid” kəlməsini şərh etmişdir (s. 191).


“De ki, o Allahdır”, onun sözüdür,

Alqışa, sənaya layiq özüdür.

O təkdir, qeyrisi tək ola bilməz,

Həmişə mövcuddur, doğmaz, törəməz.

Adı haqq əhlinə gün tək əyandır,

…Onun xaricində yoxdur bir məkan,

Onun sifətindən yoxdur bir nişan,

…Tayı olmamışdır mövcud olalı,

O, mövcud olduqca dəyişməz halı.

…Kim onun zatına əl atsa əgər,

…Yoxdur haqdan başqa ilahi – deyər.

Ağıl dərk eləməz onun zatını,

Düşüncə qavramaz bir sıfatını.

Onunla yaranmış gizli, aşikar,

Dünya və dünyada gördüyün nə var.

(“Cami-Cəm”. s. 9).

…Ürfanın axırı – onun görməsi!

Ürfanın əvvəli – onun bilməsi!

…Sayca yox, o, özü ümumən təkdir,

Yoxdur bir həmdəmi, həmişəlikdir.

…O, ağlı, idrakı yaratmış özü,

Ağla da göz verir onun öz gözü.

Onu görmək olmaz, gözlə heç zaman,

Gözə verilməmiş bu hal binadan.

(“Cami-Cəm”, s. 193).
İxlas

“Qurani-Kərim”in yüz on ikinci surəsi.

Surədə: İslam dininin Tovhid (Allah-Təalanın bir oldu­ğunu bilmək) inancı ən anlamlı şəkildə ifadə edilmişdir.

Xalis, səmimiyyət, niyyəti düzəltmək, təmizləmək, dünya malını düşünmədən ibadətlərini yalnız Allah üçün etmək.

Əməlin işinə, işinin əmələ uyğun olması. Riyakar və ikiüzlü ol­mamaq (bax: Maarifə Hacıyeva, Mehmet Rıhtım. A.K.Ə., s. 165).

Marağalı Əvhədi “Qurani-Kərim”ə istinad edərək ixlası aşa­ğıdakı şəkildə şərh edir:


Riyayla Allaha tutma üzünü,

Hiyləylə araya soxma özünü.

Hiyləyə əl atsa, bu yolda hər kəs,

Taəti namazı bir çöpə dəyməz.

…İxlas yaradanı görməkdir müdam,

İş görmək, o işi görməmək tamam.

Əgər öyrənərsə taətə bədən,

İxlas salacaqdır ürəkdə məskən.

…Səndə riya olsa bircə tük qədər,

Ancaq saxtalıqdır, nə desən əgər!

(“Cami-Cəm”, s. 164-165)
Zöhd

Nəfsini cilovlamaq, nəfsini həvəslərdən qorumaq sufili­yin ümdə şərtlərindəndir.

Marağalı Əvhədi Zöhdün fəzilətini belə şərh edir:
Zöhdün o olar ki, ey tale gəzən,

Sən dünya malından üz döndərəsən.

…Vacib, hünər olan iki zöhd var,

Bunlarla dünyanı dərk etmək olar.

Hünər zöhd halaldan keçməkdir özü,

…Zahid halalı da az yesin gərək,

Çox vaxt halalı da yeməsin gərək.

Hər kəsə zöhd pərdə tutarsa əgər,

O, ilahi vəhyə məhrəm kəsilər.

(“Cami-Cəm”, s. 163-164)


Şəhadət

Şəhadət kəlməsi olan “Lailahəiləllah” Allahdan başqa Allah yoxdur ifadəsini M.Əvhədi belə şərh edir:


Allahı əvvəldən tanımasan sən,

Heç vaxt doğru çıxmaz şəhadət kəlmən.

(“Cami-Cəm”, s. 151)
Şeyx

Təsəvvüfdə sufi müəllim və liderlərinə şeyx deyilmişdir. Şeyx bəndəni Allaha, Allahı bəndəyə sevdirmək istəyən din li­deridir. Şeyx şəriət elminə sahib, özü kamil, öyülən, əxlaqlı (əx­laqi-hamidə) bir mömindir (bax: Maarifə Hacıyeva, Mehmet Rıhtım. A.K.Ə., s. 277).

M.Əvhədinin şərhində şeyx:
Din elmi lazımdır şeyxə, şəriət,

Bir də ki, düz, sağlam, mətin bir hikmət.

Təmiz, müşk ətirli bir nəfəs gərək,

Quruluqdan uzaq baş, beyin, ürək.

Xatiri inamlı, tox olsun gözü,

Cəsur, qorxmaz olsun deyəndə sözü.

(“Cami-Cəm”, s. 143)

Çilə

Sufilərin 40 gün bir bucağa çəkilərək riyazətlə məşğul ol­ması. Başqa ifadə ilə, bir dərvişin qaranlıq bir hücrədə tək­başına 40 gün az yatmaq, az yeyib-içmək və mümkün qədər sürəkli ibadətlə məşğul olduğu müddətdir. Bu, nəfsi tərbiyənin ka­mil­ləşməsinə kömək üçün camaatdan uzaq olmaqdır. Təsəv­vüfdəki çilə ömür boyu deyildir, sadəcə 40 gündür.

M.Əvhədi çiləni belə ifadə edir:
…Az olsun, çox olsun, getsən xəlvətə,

Fikrində yer vermə vara-dövlətə.

Peyğəmbər alverdən olantək uzaq,

Məskəni Hərada oldu bir bucaq.

Girdi mağaraya çıxıb şəhərdən,

Sevincə, şadlığa qovuşdu həmən.

(“Cami-Cəm”, s. 162)
Şair əsərinin din və ağıldan doğulduğu üçün bu əsəri ağıllı adamlara oxumaq qismət eləməsini, onların ürəyinə yol tap­masını, ru­hunun bu əsərdən utanmaması üçün əsərinin pis gözə göstərmə­mə­sini, hər görənin onu gövhərtək qulağına tax­masını, onu Cam nəs­litək şöhrətli etməsini ulu Tanrıdan arzu edir və əsərini belə bitirir:
Bu yeni qaydalı əsərə, ey Haqq!

Ki dindən, ağıldan doğulmuş ancaq.

Öz qəbul nurunu bəxş elə bir dəm,

Könlümü sevinclə sən eylə həmdəm.

…Yaxşılar oxusun, qoy onu ancaq,

Yaman töhmətindən eylə sən uzaq.

…Onun bir xətası olmuşsa, aman,

Bağışla, çünki sən bağışlayansan.

Nəzər salanına həyat bağışla,

Özün Əvhədiyə nicat bağışla.

Zikr etmək, qəlbinə, qoy adət olsun!

İşinin axırı səadət olsun!

(“Cami-Cəm”, s. 238)


Yüklə 4,68 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin