AZƏRBAYCANIN ELM ADAMI
MİRZƏ KAZIM BƏY*
XIX yüzilliyin əvvəllərində Azərbaycanın Rusiyaya ilhaqından (1813) sonra bir çox Azərbaycan elm adamı Rusiyada fəaliyyət göstərməyə başladılar. Mirzə Cəfər Topçubaşov, Mirzə Kazım bəy, M.Abidinov kimi elm adamları Rusiyada şərqşünaslıq elminin inkişafı üçün müstəsna fəaliyyət göstərdilər. Bünövrəsi Mirzə Cəfər Topçubaşov tərəfindən qoyulan Rusiya şərqşünaslığı Mirzə Kazım bəy və qardaşı Əbdülsəttar bəy, daha sonra da Abu Turab Vəzirov, Mirzə Məhəmməd Şəfi, Sadıq bəy Cəfərov, Mirzə Abdulla Vəzirov, Mirzə Həsən Tahirov, Mirzə Abdulla Qafarov, Mirzə Cəfər Rzayev kimi alim və müəllimlər tərəfindən davam və inkişaf etdirilmişdir.
Bu elm adamları Rusiyada şərq elminin müstəsna dərəcədə təbliğatçıları olmuşlar. Rusiya şərqşünaslıq elminin inkişafında bu görkəmli elm adamlarına çox borcludur. Bunun bir örnəyi də 1846-cı ildə Rusiyada arxeologiya cəmiyyətinin qurucusu olan Mirzə Cəfər Topçubaşovun fəaliyyətidir. Rus, ingilis və şərq dillərini mükəmməl bilən yuxarıda adları çəkilən Azərbaycan elm adamları bir çox diplomat, alim, şair və elm adamlarının da müəllimi olmuş, ya da şərq dillərini öyrənməkdə onlara kömək etmişlər.
Prof. Ağababa Rzayev uzun müddət apardığı tədqiqatın nəticəsi olan “Azərbaycan şərqşünaslığı” (Bakı, 1970) adlı kitabda yazır ki, Mirzə Cəfər Topçubaşov A.S.Puşkinin poetik yaradıcılığına təsir göstərmişdir.
Rus şərqşünaslıq elmində müstəsna xidmətləri olan, bütün ömrünü Rusiyada maarifin və şərqşünaslığın inkişafına sərf edən Mirzə Kazım bəyin (1802-1870) maraqlı həyat tarixçəsi vardır.
Azərbaycanın Quba şəhərində anadan olan Mirzə Kazım bəyin atası sonralar Qubadan Dərbəndə köçmüşdür. Hələ kiçik
Dostları ilə paylaş: |