Riyaziyyat məsələlərinin əhəmiyyəti və həlli


Məsələ həlli prosesində inteqrasiyanın əhəmiyyəti



Yüklə 145,54 Kb.
səhifə9/10
tarix29.12.2021
ölçüsü145,54 Kb.
#48695
1   2   3   4   5   6   7   8   9   10
MÜHAZİRƏ 8

7.5. Məsələ həlli prosesində inteqrasiyanın əhəmiyyəti
Şagirdlərin biliklərinin yüksək səviyyədə sistemləşdiril­məsi yalnız fənlərarası əlaqələrin həyata keçirilməsi mühitində əldə edilə bilər. Fənlərarası əlaqələr dedikdə şagirdlərin bir tədris fənninin, öyrənilməsində əldə etdikləri biliklərin isti­fadə olunması imkanları və zəruriliyi, müxtəlif növ praktik məsələlərin yerinə yetirilməsi üçün alınmış biliklərin kom­pleks tətbiqi; təbiət qanunlarını tam dərk etmə qabiliyyəti olan müstəqil dövlətin vətəndaşının hərtərəfli hazırlanması imkanı başa düşülür.

Məlumdur ki, əldə edilən biliklərin möhkəmliyi və praktik əhəmiyyəti yalnız bu biliklərin əldə edildiyi bilik sahə­sində deyil, həm də elmin digər sahələrində müxtəlif situa­siyalarda nə dərəcədə tətbiq edilməsindən asılıdır. Şagirdlər bu zaman elmi biliklərin güçünün yalnız bir bilik sahəsinin mən­tiqi qurulmasından ibarət olduğuna deyil, həm də elmin funda­mental müddəalarının universiallığına inanırlar.

Hazırda istənilən mütəxəssisin əlaqəli bilik sahələrinin nailiyyətlərinə istinad etməsinin zəruri olduğu müasir şəraitdə fənlərarası əlaqələrin politexnik əhəmiyyəti xüsusilə artmışdır. İndiki zamanda orta məktəblərdə, liseylərdə müxtəlif fənlərin təlimində bir sıra məsələlər, ideyalar təkrar nəzərdən keçirilir. Fənlərarası əlaqələrin düzgün təşkili təbiət elimləri silsiləsindən müxtəlif fənlərdə tədris materialının təkrarını aradan qaldırır ki,bu da tədrisə sərf olunan vaxta əhəmiyyətli dərəcədə qənaət etməyə imkan verir.

Üç növ əlaqələri ayırmaq mümkündür:

1) Ayrı-ayrı proqram mövzularının müəyyən ardıcıl­lıqda, verilmiş fənnin quruluşunu və məntiqini pozmadan və əlaqəli fənnlərin yeni mövzularının izahında şagirdlərin əldə etdikləri biliklərin istifadə edilməsinin zəruriliyini nəzərə al­maqdan ibarət olan, anlayış-zaman
Yüklə 145,54 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin