www.vivo-book.com
167
ilahi, bədxah gülüşlə), – ilahi, bəs axı, nənənin bir az bundan
qabaq payladığı hər fridrixsdör generalın ürəyini yaralayırdı,
De-Qriyenin ağlını başından çıxarırdı, qaşığı ağzının
yanından geri çəkdikləri m-lle de Cominges-i dəli olmaq
dərəcəsinə çatdırırdı. Bu da bir fakt: nənə hətta uduşdan
sevindiyindən hamıya pul paylayanda, hər ötüb-keçəni
dilənçi hesab eləyəndə, hətta bu vaxt da ağzından generala
müraciətlə: “sənəsə, onsuz da verməyəcəyəm!” sözlərini
çıxarırdı. Deməli, bu fikir beyninə yerləşib, inada düşüb,
özünə belə söz verib; – qorxuludu, qorxuludu!
Bütün bunlar beynimdən nənənin otağından əsas
pilləkənlə yuxarı, ən axırıncı mərtəbəyə, öz hücrəmə qalxa-
qalxa keçirdi. Bütün bunlar məni əməlli-başlı əyləndirirdi;
əlbəttə, baxmayaraq ki, əvvəllər də qarşımdakı aktyorları
bir-birinə bağlayan başlıca yoğun bağları görə bilərdim,
amma hər halda, bu oyunun bütün vasitələrini, sirlərini görə
bilmirdim. Polina heç vaxt mənə etibar eləməmişdi. Düzdü,
hərdən mənə qəfildən, qeyri-iradi ürəyini açsa da, hiss
eləmişdim ki, tez-tez, demək olar, elə həmişə bu etirafdan
sonra ya bütün dediklərini lağa qoyurdu, ya da qarışdırıb və
www.vivo-book.com
168
öz niyyətinə yalançı görkəm verirdi. Oh! O, çox şeyi
gizlədirdi! Hər halda əvvəlcədən hiss eləyirdim ki, bu sirli,
gərgin vəziyyətin axırı yaxınlaşır. Daha bir zərbə – hər şey
sona çatacaq, faş olunacaq. Hər şeydə maraqlı olsam da, öz
taleyim barədə demək olar ki, narahatlıq keçirmirdim.
Ovqatım qəribədi: cibimdə cəmi iyirmi fridrixsdör var;
uzaqda, yad yerdəyəm, nə yaşamağa yerim var, nə vəsaitim,
nə ümidim, nə də haqq-hesabım var. Amma bunun
qayğısını çəkmirəm! Əgər Polina barədə fikrim olmasaydı,
sadəcə, başdan-ayağa qarşıdakı nəticənin yalnız məzəli
marağına baş qoşardım, gücüm gəldikcə, qəhqəhə çəkib
gülərdim. Amma Polina məni utandırır; onun taleyi həll
olunur, bunu qabaqcadan hiss eləyirdim, amma boynuma
alıram, məni yalnız onun taleyi narahat eləmir. Onun
gizlinlərinə bələd olmaq istəyirəm, istərdim ki, mənim
yanıma gəlib desin: “Axı, mən səni sevirəm”. Əgər belə
olmasa, əgər bu dəlilik ağlagəlməzdisə, onda… yaxşı, özgə
nə arzulayım? Mən özüm elə bil, öz-özümü itirmişəm, təki
əbədi, həmişə, ömrüm boyu yalnız onun yanında, onun
|