Şəkil 1. Müxtəlif qruplar arasında xroniki
total okklüziyasının rastgəlinmə tezliyi
Qeyd: RCA- Sağ koronar arteriya, LAD -
ön enən arteriya, Cx –dolanan arteriya xroniki
total okkluziyalarda inkişaf etmiş kollaterallı
xəstələr (ağ), zəif koronar kollaterallı xəstələr
(boz)
Serum ST/kreatinin nisbəti də qruplar
arasında
fərqlilik
göstərməmişdir
(p=0.096) (Şəkil 2). Serum ST səviyyəsi ilə
nə Rentrop dərəcəsi (p=0.771, r=-0.031),
nə də kollateral qrupları arasında
(p=0.433, r=0.084) korrelasiya aşkarlan-
madı.
Qruplar arasında serum QQT səviyyəsi baxımından statistik əhəmiyyətli
fərq izlənmədi (inkişaf etmiş kollateral qrupunda 37.33 ± 30.59mg/dL, zəif
kollateral qrupunda isə 30.26 ± 23.43mq/dL, p=0.365). Serum QQT səviyyəsi ilə
nə Rentrop dərəcəsi (p=0.382, r=0.113), nə də kollateral qrupları arasında
(p=0.236, r=0.153) korrelasiya aşkarlanmadı.
Qruplar arasında ümumi bilirubin səviyyəsi baxımından statistik mühüm
fərq izlənmədi (inkişaf etmiş kollateral qrupunda 0.53±0.24 mg/dL, zəif kollateral
qrupunda isə 0.61±0.43mq/dL, p=0.290). Serum QQT səviyyəsi ilə nə Rentrop
dərəcəsi (p=0.094, r= - 0.151), nə də kollateral qrupları arasında (p=0.176, r= -
0.123) korrelasiya aşkarlanmadı.
Şəkil 2. Qruplarda sidik turşusu və sidik turşusu/kreatinin nisbətinin yayılması
Müzakirə. Tədqiqatımızda antioksidant təsirli endogen maddələr olan ST,
QQT və ümumi bilirubinin qandakı səviyyələrinin əvvəlki araşdırmalarda irəli
sürüldüyü kimi KK inkişafına müsbət və ya mənfi təsirinin olmadığı aşkarlandı.
ST, purin əsaslarının metabolizması nəticəsində ksantin oksidaza
fermentinin iştirakı ilə əmələ gələn potent antioksidant təsirli maddədir.
Antioksidant təsirli ST-nin, qandakı səviyyəsi qadınlarda >6 mq/dL, kişilərdə >6.5
- 7.0 mq/dL olduqda prooksidant təsiri ön plana çıxır (10). Təsir mexanizmi dəqiq
bilinməməklə birlikdə ST-nin ürək-damar xəstəliklərinin patofiziologiyasında
mühüm rola sahib olduğu irəli sürülmüşdür. 12 866 kişi xəstənin 6.5-illik
САЬЛАМЛЫГ – 2016. № 4.
50
təqibində artmış ST səviyyəsinin miokard infarktı üçün müstəqil risk faktoru
olduğu göstərilmişdir (11). Asimptomatik gənc könüllülər üzərində aparılmış
başqa tədqiqatda isə ST səviyyəsinin KT angiorafiyada aşkarlanan koronar
kalsifikatlar üçün hətta ənənəvi risk faktorlarının təsiri nəzərə alındıqdan sonra
belə önəmli risk təşkil etdiyi vurğulanmışdır. ST-nin ürək-damar sistemi üzərinə
təsirlərini izah etmək üçün irəli sürülən əsas mexanizmlər azot oksid (NO)
bioyararlığını azaldaraq endotel disfunksiyasına səbəb olması (12), iltihabi
xemokin, sitokin və böyümə faktorlarını aktivləşdirməsi (13), ateroskleroz
prosesində bilavasitə iştirak etməsi (aterosklerotik piləglərdə ST və ksantin
oksidaza aşkarlanıb) və böyrəyin damar yatağında makro və mikrovaskulyar
zədələnməyə səbəb olaraq vaskulyar xəstəlikləri alovlandırmasıdır (15).
ST-nin KK inkişafına təsiri ilk dəfə KKS xəstələrində öyrənilmişdir. Bu
mövzuda aparılmış tədqiqatların nəticələri heç də birmənalı deyil. Belə ki, ilk 2
tədqiqatda (5) artmış ST səviyyəsinin KK inkişafına mənfi təsir göstərdiyi
aşkarlansa da sonuncu tədqiqatda (15) ST səviyyəsinin KK inkişafına təsir
etmədiyi bildirilmışdir. XTO-lu xəstələrdə ST səviyyəsinin KK-ya təsirini araşdıran
tədqiqatların nəticələri arasında da uyğunsuzluq mövcuddur. Bu mövzunu hədəf
alan ilk tədqiqat Uysal et al. tərəfindən aparılmış və yüksək ST səviyyələrinin
(>5.65mq/dl) KK inkişafına mane olduğu göstərilmişdir (9). XTO xəstələrində KK
inkişafına təsir edən faktorların araşdırıldığı digər iki tədqiqatda isə ST
səviyyəsinin KK inkişafına müsbət və ya mənfi təsir göstərmədiyi bildirilmişdir ki,
bu da nəticələrimizi təsdiqləməkdədir (16). Sadaladığımız araşdırmalarla (5,9,16)
tədqiqatımız arasında bəzi fərqlər mövcuddur ki, nəticələrin interpretasiyası
zamanı bunların nəzərə alınması faydalıdır. Öncəliklə, Rentrop 2 kollaterallı
xəstələrin bu kimi tədqiqatlarda hansı qrupa daxil edilməsi ilə əlaqədar fikir ayrılığı
mövcud olub bəzi müəlliflər zəif kollateral qrupuna, digərləri isə inkişaf etmiş
kollateral qrupuna daxil etmişdir. Biz də həm xəstələrimiz arasında Rentrop 0
olmaması, Rentrop 1 kollaterallı xəstə sayısının yetərsiz olması, həm də tərifi
etibari ilə Rentrop 2 kollateralların zəif kollateral qrupuna daha yaxın olması
səbəbi ilə inkişaf etmiş kollateral qrupuna yalnız Rentrop 3 kollateralları daxil
etmişik. Yuxarıda göstərilən tədqiqatlarda (5,9,15,16) isə Rentrop 2, inkişaf etmiş
kollateral qrupuna daxil edilmişdir. Həmçinin, ST səviyyəsinin böyrəyin
funksional vəziyyətindən asılı olduğunu nəzərə alaraq, öncəki tədqiqatlardan fərqli
olaraq serum ST/kreatinin nisbətini də analiz etmiş və qruplar arasında statistik
ə
həmiyyətli fərq olmadığını aşkarlamışıq. Nəticələrimizi ST səviyyəsinə təsir edən
cinsiyyət, ŞD, statin qəbulu kimi faktorlar nəzərə alaraq yenidən analiz etdikdə,
yenə də ST səviyyəsi ilə KK inkişafı arasında əlaqə aşkarlanmamışdır.
Bir çox toxumada hüceyrə membranında yer alan QQT-nin əsas
funksiyaları amin turşularının hüceyrə membranından keçirilməsi, leykotrien və
qlutation metabolizmalarında aktiv iştirak etməsidir. Antioksidant təsirə malik
QQT, xüsusilə dəmir ionlarının iştirakı ilə sərbəst radikalların yaranmasına səbəb
olaraq prooksidant təsir də göstərə bilir. Yüksək QQT səviyyəsinin əslində oksidativ
stressə məruzqalmanın göstəricisi olduğu və hüceyrələrin oksidativ stressə qarşı
müdafiə faktoru olaraq sintez olunduğu göstərilmişdir (17). Paolicchi et al.
tərəfindən karotid endarterektomiya əsnasında əldə olunan aterosklerotik
piləglərin bol miqdarda lipidlərin toplandığı intima qatında QQT-nin mövcud
olduğu, hətta lipid oksidləşməsinə səbəb olduğu göstərilmişdir (7). Yüksək QQT
səviyyəsinin KK inkişafına mənfi yöndə təsir etdiyini göstərən üç tədqiqat mövcud
olub, bunlardan ilki KKS xəstələri (10), digər ikisi isə XTO xəstələri üzərində
aparılmışdır (18). Bu əlaqə isə QQT-nin birbaşa təsiri ilə yox, KK inkişafına mənfi
təsir göstərən artmış oksidativ stress və yetərsiz fiziki aktivliyi yansıtması ilə izah
olunmuşdur.
Yaxın zamanda XTO xəstələri üzərində aparılmış başqa bir tədqiqat
САЬЛАМЛЫГ – 2016. № 4.
51
isə nəticələrimizi təsdiqləməkdədir. Belə ki, Börekçi və həmkarları tərəfindən
aparılan tədqiqatda QQT səviyyəsi ilə KK dərəcəsi arasında təkdəyişənli analizdə
korrelyasiya olsa da, çoxdəyişənli analizdə bu əlaqə statistik əhəmiyyətini itirmişdir
(16).
Fizioloji antioksidant olan bilirubinin ateroskleroz və iltihab prosesininin
qarşısını aldığı sübuta yetirilmişdir. İn vitro şəraitdə aparılan bir tədqiqatda,
bilirubinin aşağı sıxlıqlı lipoproteinlərin oksidləşməsini alfa tokoferolla müqayisədə
20 dəfə daha effektiv önlədiyi göstərilmişdir. Bilirubin dəyərləri normadan aşağı
olan şəxslərdə erkən ateroskleroz riskinin artması, digər tərəfdən Gilbert
sindromlu xəstələrdə koronar aterosklerozun daha az müşahidə olunması da bu
fikirləri təsdiqləməkdədir (19). Bilirubinin həmçinin sitoprotektiv təsirə malik
olduğu,
eritrosit
və
kardiomiositləri
sərbəst
radikallardan
qoruduğu
aşkarlanmışdır. (20). Bilirubin səviyyəsinin KK inkişafına təsiri Erdoğan et al.
tərəfindən araşdırılmış və nəticədə inkişaf etmiş KK qrupunda bilirubin
dəyərlərinin daha yüksək olduğu (normal referans daxilində olmaqla), eləcə də
bilirubin səviyyələri ilə KK dərəcəsi arasında müsbət korrelyasiya olduğu
aşkarlanmışdır (p<0.001, OR 1.67, CI 95% 1.27-2.20). Bizim nəticələr isə, KK
dərəcəsi ilə bilirubin səviyyəsi arasında statistik mühüm əlaqə olmadığını
göstərməkdədir. Tədqiqat populyasiyalarının kifayət qədər bənzər olduğunu nəzərə
alsaq, nəticələr arasındakı bu fərq qruplarda Rentrop dərəcəsinin yayılmasındakı
müxtəlifliklə izah oluna bilər.
Tədqiqatımızın əsas çatışmayan cəhətləri retrospektiv təhlildən və kollateral
dəyərləndirilməsi üçün semikantitativ metod olan Rentrop təsnifatından istifadə
olunmasıdır. Bu çatışmazlıqlar bu tip tədqiqatların böyük əksəriyyətində
mövcuddur. Kontrast maddənin yeridilmə qüvvəsi, angioqrafiya zamanı filmin
davametmə müddəti, müayinə əsnasında xəstənin arterial təzyiqi və s. kimi
faktorlar KK vizualizasiyasına təsir etməkdədir. Bu səbəbdən Rentrop metodu
istifadə edildikdə bu fakt nəzərə alınmalıdır. Digər tərəfdən, laborator göstəricilərin
sabit dəyərinin olmadığı, fərqli tarixlərdə eyni xəstədən əldə olunan qan
nümunələrinin nəticələrinin fərqlilik göstərə biləcəyi də yaddan çıxarılmamalıdır.
Yekun olaraq qeyd etmək istərdik ki, multifaktorial bir proses olan KK
inkişafına individual klinik və laborator göstəricilərin necə təsir etdiyini
aşkarlamaq kifayət qədər çətindir. Aparılmış tədqiqatlarda təzadlı nəticələrin əldə
olunması da bu fikri təsdiqləməkdədir. Gələcəkdə KK-nın kantitativ metodlarla
dəyərləndirildiyi, biokimyəvi göstəricilərin üçün də qlikohemoqlobin kimi,
orqanizmdə hər hansı maddənin nisbətən uzun müddətli vəziyyəti haqqında
məlumat verən parametrlərin tətbiq edildiyi tədqiqatlar nəticəsində KK inkişafına
həqiqətən də təsir edən faktorlar düzgün təyin oluna bilər.
ЯДЯБИЙЙАТ - ЛИТЕРАТУРА – REFERENCES:
1.
Cohen MV. The functional value of coronary collaterals in myocardial ischemia and therapeutic approach to enhance collateral
flow. //Am Heart J 1978;95:396-404.
2.
Banerjee AK, Madan Mohan SK et al. Functional significance of coronary collateral vessels in patients with previous 'Q' wave
infarction: relation to aneurysm, left ventricular end diastolic pressure and ejection fraction. Int J Cardiol. 1993 Mar;38(3):263-71.
3.
Stone GW, Kandzari DE, Mehran R, et al. Percutaneous recanalization of chronically occluded coronary arteries: a consensus
document: part I. Circulation. 2005;112(15):2364–2372
4.
Mercuro G, Vitale C, Cerquetani E, et al. Effect of hyperuricemia upon endothelial function in patients at increased cardiovascular
risk. Am J Cardiol. 2004;94(7):932-935.
5.
Duran M, Kalay N, Akpek M, et al. High levels of serum uric acid predict severity of coronary artery disease in patients with acute
coronary syndrome. Angiology. 2012;63(6):448-452.
6.
Demir B, Temizhan A, Keskin G, Baser K, Turak O, Çay S. Comparison of serum gamma-glutamyltransferase levels between
patients with cardiac syndrome X and healthy asymptomatic individuals. Kardiol Pol 2012; 70: 31-7.
САЬЛАМЛЫГ – 2016. № 4.
52
7.
Duran M, Günebakmaz Ö, Uysal OK, et al. Increased gamma-glutamyl transferase level is associated with absence of coronary
collateral vessels in patients with acute coronary syndrome: an observational study. //Anadolu Kardiyol Derg 2012; 12: 652-8.
8.
Troughton JA, Woodside JV, Young IS, et al; PRIME Study Group. Bilirubin and coronary heart disease risk in the Prospective
Epidemiological Study of Myocardial Infarction (PRIME). Eur J Cardiovasc Prev Rehabil 14: 79-84, 2007.
9.
Uysal O, Sahin D, Duran M, et al; Association Between Uric Acid and Coronary Collateral Circulation in Patients With Stable
Coronary Artery Disease. //
Angiology
2014;65(3):227-231.
10.Basaga HS. Biochemical aspects of free radicals. //Biochem Cell Biol. 1990;68(7-8):989-998.
11.Nieto FJ, Iribarren C, Gross MD, Comstock GW, Cutler RG. Uric acid and serum antioxidant capacity: a reaction to
atherosclerosis? //Atherosclerosis. 2000;148(1):131-139.
12.Zharikov S, Krotova K, Hu H, et al. Uric acid decreases NO production and increases arginase activity in cultured pulmonary
artery endothelial cells. //Am J Physiol Cell Physiol. 2008; 295(5):1183-1190.
13.Yu MA, Sa´nchez-Lozada LG, Johnson RJ, Kang DH. Oxidative stress with an activation of the renin-angiotensin system in
human vascular endothelial cells as a novel mechanism of uric acidinduced endothelial dysfunction. //J Hypertens. 2010;28(6): 1234-
1242.
14.Kanbay M, Sa´nchez-Lozada LG, Franco M, et al. Microvascular disease and its role in the brain and cardiovascular system: a
potential role for uric acid as a cardiorenal toxin. //Nephrol Dial Transplant. 2011;26(2):430-437.
15.Hsu PC, Su HM, Lin TH. Association between coronary collaterals and serum uric acid level in Chinese population with acute
coronary syndrome. Angiology. 2013 May;64(4):323-4.
16.Börekçi A, Gür M, Şeker T et al. Coronary collateral circulation in patients with chronic coronary total occlusion; its relationship
with cardiac risk markers and SYNTAX score. //Perfusion. 2015 Sep;30(6):457-64.
17.Lee DH, Gross M, Jacobs DR. The association of serum carotenoids and tocopherols with gamma glutamyltransferase the
CARDIA study. Clin Chem 2004; 50:582–588.
18.Şahin M, Demir S, Kalkan ME, Özkan B, Alıcı G, Çakalağaoğlu KC, Yazıcıoğlu MV, Sarıkaya S, Biteker M, Türkmen MM. The
relationship between gamma-glutamyltransferase and coronary collateral circulation in patients with chronic total occlusion. Anadolu
Kardiyol Derg. 2014 Feb;14(1):48-54
19.Vítek L, Jirsa M, Brodanová M, et al. Gilbert syndrome and ischemic heart disease: a protective effect of elevated bilirubin levels.
Atherosclerosis 160: 449-456, 2002.
20.Wu TW, Carey D, Wu J, Sugiyama H. The cytoprotective effects of bilirubin and biliverdin on rat hepatocytes and human
erythrocytes and the impact of albumin. Biochem Cell Biol 69: 828-834, 1991.
21.Wu TW, Wu J, Li RK, Mickle D, Carey D. Albumin-bound bilirubins protect human ventricular myocytes against oxyradical
damage. Biochem Cell Biol 69: 683-688, 1991.
Р Е З Ю М Е
ВЛИЯНИЕ УРОВНЯ МОЧЕВОЙ КИСЛОТЫ, ГАММА-ГЛУТАИМЛТРАНСФЕРАЗЫ
И БИЛИРУБИНА НА РАЗВИТИЕ КОЛЛАТЕРАЛЕЙ У ПАЦИЕНТОВ С
ХРОНИЧЕСКОЙ ТОТАЛЬНОЙ ОККЛЮЗИЕЙ КОРОНАРНЫХ АРТЕРИЙ.
Самедов
1
Ф.М., Джавадов
2
С.С., Йешилдаг
3
О.
1
Учебно-Терапевтическая Клиника, Азербайджанский Медицинский
Университет.
drfuad84@gmail.com
2
Кафедра микробиологии и иммунологии Азербайджанского медицинского
университета
3
Кафедра кардиологии медицинского факультета, Университет Мармара
Выявление факторов, влияющих на развитие коронарных коллатера-
лей, необходимо при целенаправленном применении их защитного
влияния.Основной целью нашего исследования явилось изучение влияния
уровня мочевой кислоты, гамма-глутамилтрансферазы и билирубина на
развитие коллатералей при хронических тотальных окклюзиях.
Была произведена ретроспективная оценка факторов, влияющих
наразвитие коллатералей у 199 пациентов с хронической тотальной окклюз-
ией. Оценка образования коронарных коллатералей была произведена на
основе классификации Rentrop и пациенты были разделены на 2 группы:
группа с развившимися коллатералями (Rentrop 3; 86 пациентов) и группа со
слаборазвитыми коллатералями (Rentrop 0-2; 113 пациентов).
САЬЛАМЛЫГ – 2016. № 4.
53
Не было выявлено отличия между группами по уровням мочевой
кислоты (p=0.500), гамма-глутаимлтрансферазы(p=0.365) и билирубина
(p=0.290). В то же время, не было выявлено корреляции между перечислен-
ными биохимическими показателями и степенью образования колатералей.
Мочевой кислота, гамма-глутаимлтрансфераза и билирубин, обладаю-
щие антиоксидантными свойствами, не имеют ни положительного, ни
отрицательного влияния на развитие коллатералей у больных с хронической
окклюзией.
Ключевые слова: хроническая тотальная окклюзия, коронарные
коллатерали, мочевая кислота, гамма-глутаимлтрансфераза, билирубин
S U M M A R Y
DO SERUM URIC ACID, GAMMA-GLUTAMYL TRANSFERASE AND BILIRUBIN
LEVELS AFFECT COLLATERAL DEVELOPMENT IN PATIENTS WITH CORONARY
CHRONIC TOTAL OCCLUSIONS?
Samadov
1
F.M., Javadov
2
S.S., Yesildag
3
O.
1
Educational-therapeutic Clinic of Azerbaijan Medical University.
drfuad84@gmail.com
2
Microbiology and Immunology Department, Azerbaijan Medical University
3
Marmara University Medical School, Cardiology Department
Objective: We aimed to investigate the relationship between coronary
collateral circulation and serum uric acid, gamma-glutamyl transferase and
bilirubin levels in patients with chronic total occlusion.
Methods: Study group was retrospectively selected from patients who had
undergone a coronary angiography our center between June 2011 and March
2013. Clinical,biochemical and angiographic data of 199 stable patients having at
least one totally occluded major epicardial coronary artery were evaluated.
Coronary collateral circulation was graded according to Rentrop classification.
While Rentrop grade 3was defined as well-developed, all the remaining collateral
grades regarded as poor collaterals.
Results: Overall 87 patients were found to have good collaterals and 112
patients had poor collaterals. There were no significant difference between the
patients with well- or poorly developed coronary collaterals with regard to serum
uric acid (p=0.500), gamma-glutamyl transferase (p=0.365) and biliruibin levels
(p=0.290). We could not find any correlation between these biochemical
parameters and collateral grades.
Concluison: In contrast to some previuos studies, our findings indicate
that serum uric acid, gamma-glutamyl transferase and bilirubin levels do not
affect coronary collateral development.
Key words: chronic total occluion, coronary collaterals, uric acid, gamma-
glutamyl transferase, bilirubin.
Дахил олуб: 24.04.2016.
XORA MƏNŞƏLİ KƏSKİN QASTRODUODENAL QANAXMALARIN
CƏRRAHİ MÜALİCƏSİ ZAMANI ANTİOKSİDANT STATUS
POZĞUNLUQLARININ TƏNZİMİ.
Hacıyev C.N., Allahverdiyev V.A., Hacıyev N.C., Quliyev M.R.
САЬЛАМЛЫГ – 2016. № 4.
54
Azərbaycan Tibb Universiteti.
Giriş. Tibbi, sosial və iqtisadi bir problemə çevrilmiş mədə və onikibarmaq
bağırsağın xora xəstəliyi 42–47% hallarda kəskin qastroduodenal qanaxma
(KQDQ) ilə ağırlaşır [4] və aparılan müalicə fonunda ümumi letallıq 10–14%-ə,
ə
məliyyatdansonrakı letallıq isə 5,5–32%-ə çatır [3].
Kəskin qanitirmə lipidlərin peroksidləşməsi proseslərini (LPO) sürətlən-
dirərək antioksidant müdafiənin (AOM) çatmazlığı səbəbindən ,,oksidləşmə stres-
sinə” və nəticə etibarı ilə hüceyrə səviyyəsində dərin dəyişikliklərə gətirib çıxarır [1,
2, 5, 6]. Belə bir vəziyyət isə KQDQ-nin cərrahi müalicəsi zamanı LPO – AOM
sistemindəki pozğunluqların adekvat tənzimlənməsini tələb edir.
İşin məqsədi. KQDQ-nin cərrahi müalicəsi zamanı orqanizmin antioksi-
dant statusu pozğunluqlarının betaleykinlə sitokinoterapiya fonunda meksidolla
tənziminin səmərəliliyinin öyrənilməsidir.
Material və metodlar. KQDQ diaqnozu ilə cərrahi əməliyyata məruz qalmış
120 xəstə üzərində tədqiqat işləri aparılmışdır. Tədqiqat aparılmış xəstələrin yaş
həddi 16–75 olmuşdur. Xəstələr daxil olarkən aparılan endoskopik müayinə
zamanı 20 xəstədə mədə xorasından, 84-də onikibarmaq bağırsaq xorasından, 16-
da isə müştərək xoralardan qanaxma aşkar edilmişdir.
Qanaxmanın intensivliyi J. Forrest et. al. (1974) təsnifatına əsasən
müəyyənləşdirilmişdir. Belə ki, 29 xəstədə aktiv qanaxma (F Ia və F Ib), 67 xəstədə
qeyri – stabil qanaxma (F IIa, F IIb və F IIc), 24 xəstədə isə baş vermiş qanaxma (F
III) aşkarlanmışdır.
İtirilən qanın həcmi A.A. Şalimov üsulu ilə müəyyən edilmişdir. Klinikaya
daxil olan xəstələrdən 27-də yüngül, 62-də orta ağır və 31-də isə ağır dərəcəli
qanaxma olmuşdur.
3 xəstədə endoskopik hemostaz nəticə verməmiş, 7 xəstədə isə stasionar
müalicə fonunda residiv qanaxma baş vermişdir.
Səmərəsiz endoskopik hemostaz və residiv qanaxması olan 21 xəstədə
təxirəsalınmaz, yüksək residiv təhlükəsi olan 38 xəstədə təcili(12–72 saat),
endoskopik hemostaz aparılmış və qanitirmə kompensasiya edilmiş 35 xəstədə isə
təxirəsalınmış (2–4-cü sutkalarda) cərrahi əməliyyat icra olunmuşdur.
Stabil hemostaz fonunda differensəolunmuş fərdi – aktiv taktikaya
müvafiq olaraq 26 xəstədə 10–18-ci sutkalarda planlı cərrahi əməliyyat
aparılmışdır. Xroniki kalloz xorası və maliqnizasiyaya şübhə olan, xoranın
penetrasiyası, mədə çıxacağının stenozu kimi ağırlaşmalar verən, həmçinin
konservativ müalicə səmərəsiz olan və tez–tez residiv verən qanaxmalı xəstələrdə
erkən planlı cərrahi müdaxilə icra edilmişdir.
Xəstələr işin məqsədinə uyğun olaraq iki qrupa bölünmüşdür: I qrupa
(müqayisə qrupu) əməliyyatdansonrakı dövrdə ənənəvi müalicə almış 57 xəstə və II
qrupa (əsas qrup) isə əməliyyatdansonrakı dövrdə kompleks ənənəvi konservativ
terapiya fonunda meksidolla antioksidant terapiya aparılmış 63 daxil edilmişdir.
Antihipoksik və antioksidant təsirə malik 5%-limeksidol LPO proseslərinin
intensivliyi, qanitirmənin ağırlığı və preparatın işlədilməsinə əks – göstərişlər
nəzərə alınmaqla təyin edilmişdir: yüngül dərəcəli qaniirmələrdə 2,0 ml dozada 200
ml fizioloji məhlulda damcı üsulu ilə venadaxilinə sutkada bir dəfə cəmi 3 gün,
orta ağırlıq dərəcəli qanitirmədə - 2,0 ml-dən sutkada 2 dəfə cəmi 5 gün və ağır
dərəcəli qanitirmədə 2 ml-dən sutkada 2 dəfə cəmi 7 gün.
Betaleykinin 1 ampulada olan liofilizatı işlədilməzdən əvvəl 1 ml 0,9%-li
natrium-xlorid məhlulunda həll edildikdən sonra məhlul 100 ml-ə çatdırılır.
Məhlulun həcmi preparatın dozasından asılı olaraq 500 ml-ə qədər artırılmaqla 2–
3 saat müddətində damcı üsulu ilə vena daxilinə yeridilmişdir.
САЬЛАМЛЫГ – 2016. № 4.
55
Betaleykin preparatı xəstələrə işlədilməsinə əks göstərişlər nəzərə alınmaqla
təyin edilmişdir. Preparatın dozası və müalicə kursunun davamiyyət müddəti
qanitirmənin ağırlıq dərəcəsindən və immun çatmazlığın dərinliyindən asılı olaraq
müəyyən edilmişdir. Belə ki, yüngül dərəcəli qanitirmədə 0,5 mkq dozada hər gün
bir dəfə olmaqla 3 gün, orta ağırlıqlı qanitirmədə 1 mkq dozada hər gün bir dəfə
olmaqla 3 gün və ağır dərəcəli qanitirmələrdə 1 mkq dozada hər gün bir dəfə
olmaqla 5 gün müddətində köçürülmüşdür. Betaleykinin istifadəsi zamanı heç bir
xəstədə ağırlaşma olmamışdır.
Qarşıya qoyulmuş məqsədə uyğun olaraq əməliyyata qədər və
ə
məliyyatdansonrakı 1–3, 5–7 və 10–14-cü sutkalarda xəstələrdə LPO– AOM
sistemi göstəriciləri dinamikada öyrənilmişdir. Belə ki, göstərilən vaxtlarda
eritrositlərdə dienkonyuqatları (DK), malondialdehidi (MDA), katalaza (KAT),
reduksiya olunmuş qlütation (QSH), qlütationperoksidaza (QP), ümumi
antioksidant aktivlik (ÜAA) və endogen intoksikasiya göstəricisi olan orta
molekullu peptidlər (OMP) dinamik olaraq tədqiq olunmuşdur.
15 praktik sağlam şəxslərin analoji göstəriciləri norma kimi götürülmüş-
dür.
Tədqiqatın statistik rəqəmləri variasion sıra və qeyri – parametrik
(Uilkokkson–Mann –Uitni) üsulu ilə işlənilmişdir.
Dostları ilə paylaş: |