Р Е З Ю М Е
ДИАГНОСТИКА РАССТРОЙСТВ ПИЩЕВАРЕНИЯ ПРИ СИНДРОМЕ
МАЛЬАБСОРБЦИИ У БОЛЬНЫХ РАКОМ ЖЕЛУДКА
Мирзоева Р.С., Казиев А.Ю., Кулиев М.Р.
Онкологическая клиника Азербайджанского Медицинского
Университета, kafedra онкологии, Баку
Клинико-биохимическая лаборатория Азербайджанского
Медицинского Университета, Баку
САЬЛАМЛЫГ – 2016. № 4.
62
Целью исследования явилось определение в крови активности мар-
керных ферментов гепатопанкреатобилиарных органов и содержания
некоторых антимикробных пептидов в копрофильтрате при синдроме
мальабсорбции у больных раком желудка и оптимизация методов диаг-
ностики этих осложнений. С этой целью были обследованы 78 больных раком
желудка, из которых у 21-го в предоперационном периоде был обнаружен
синдром мальабсорбции. Контрольную группу составили 17 практически
здоровых лиц. Установлено, что у больных раком желудка, осложненном
синдромом
мальабсорбции,
статистически
достоверно
повышается
активность аланин- и аспартатаминотрансфераз, щелочной фосфатазы и α-
амилазы по сравнению с контролем. У этих больных на фоне снижения
активности
панкреатической
эластазы
обнаруживается
повышение
содержания зонулина, калпротектина и лактоферрина.
S U M M A R Y
DIAGNOSTICS OF DISORDERS OF DIGESTION AT A SYNDROME
MALABSORPTION FOR PATIENTS BY THE CANCER OF STOMACH
Mirzayeva R.S., Gaziyev А.Y., Guliyev М.R.
Azerbaijan Medical University, Clinic of Oncology,
department of Oncology, Baku
Azerbaijan Medical University, Laboratory of clinical-biochemical, Baku
The aim of the study was to determine the blood activity of marker
enzymes hepatopancreatobiliary system and the content of some antimicrobial
peptides in coprofiltrates with malabsorption syndrome in patients with gastric
cancer and optimization methods for diagnosis of these complications. For this
purpose, they were examined 78 patients with gastric cancer, of which 21 in the
preoperative period was discovered malabsorption syndrome. The control group
consisted of 17 healthy individuals. It was found that in patients with gastric
cancer complicated by malabsorption syndrome, a statistically significant
increased activity of alanine- and aspartateaminotransferase, alkaline
phosphatase and α-amylase compared to the control. In these patients, against
the background of decreased activity of pancreatic elastase detected elevated
levels of zonulin, calprotectin and lactoferrin.
Дахил олуб: 13.07.2016.
ANTİFOSFOLİPİD ANTİTELİ SİRKULYASİYA EDƏN HAMİLƏLƏRDƏ
ANTİTROMBOTİK PROFİLAKTİKANIN EFFEKTİVLİYİNİN
QİYMƏTLƏNDİRİLMƏSİ
Qurbanova C.F., Quliyeva M.A.
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu, Bakı.
Giriş. Mamalıq praktikasından məlumdur ki, tromboz və tromboemboli-
yalar doğuşdan (əməliyyatdan) sonrakı dövrdə daha çox baş verir. Tromboembolik
САЬЛАМЛЫГ – 2016. № 4.
63
ağırlaşmaların əsas səbəbi isə doğuşdan sonra uzun müddətli yataq rejimi və
laktasiyanı zəiflətmək məqsədilə estrogenlərdən istifadə olunmasıdır [1, 2]. Bundan
ə
lavə, bəzi tədqiqat işlərində sübut olunmuşdur ki, dərin venaların trombozlarının
75%-nə doğuşa qədərki dövrdə rast gəlinir ki, bu zaman da trombotik halların 1/3
dən ½-ə qədəri hamiləliyin 15-cı həftəsinə qədərki dövrdə müşahidə olunur [2, 3].
Digər tədqiqatçılar isə hər üç trimestrdə dərin venaların trombozuna eyni tezlikdə
rast gəlindiyini qeyd edirlər [4].
Hamiləlik qadında tromboemboliya riskini 5-6 dəfə artırdığı halda,
abdominal doğuş tromboz riskini 10-15 dəfə artırır. Keysəriyyə əməliyyatından
sonra trombotik ağırlaşmalardan ölüm səviyyəsi vaginal doğuşla müqayisədə 10:1
nisbətində yüksəlmiş olur [3, 4, 5]. Əvvəlki hamiləliyində trombozu olan qadınların
orta hesabla 7-15%-i (müxtəlif müəlliflərin verdiyi məlumata görə 0,5%-dən 21%-ə
qədəri) növbəti hamiləlikdə də trombotik ağırlaşmalara malik olacaqdır. Hamiləlik
zamanı getdikcə artan fizioloji hiperkoaqulyasiya tədqiqatçılar qarşısında
vacibliyinə görə unikal olan məsələlər qoyur [6].
Bir sıra müəlliflərin verdiyi məlumata görə, trombotik ağırlaşmaların əsas
səbəbi hamilə qadınlarda rast gəlinən və fosfolipidlərə qarşı antitellərin
hipersekresiyası ilə xarakterizə olunan antifosfolipid sindromudur (AFS). Bu
xəstəlik zamanı antifosfolipid antitellərinin (AFA) sirkulyasiya müddəti və
hemostaz sistemində zədələnmənin çoxfaktorlu olması bu autoimmun prosesi
trombotik ağırlaşmalara münasibətdə həddən artıq təhlükəli edir [6-8]. Qadınlarda
trombofilik vəziyyətin reallaşması üçün əksər hallarda hamiləlik, doğuşdan
sonrakı dövr kimi əlavə risk amilləri lazım gəlir. Abdominal doğuş da bu baxımdan
ciddi risk faktoru hesab edilir [5, 9]. Yuxarıda qeyd olunanları nəzərə alsaq,
xüsusən keysəriyyə əməliyyatından əvvəl AFA-nın doğuşa qədərki təyini, eləcə də
AFS-nin erkən diaqnostika məsələsi həddən artıq aktualdır və bu kateqoriya
xəstələrdə əməliyyatdan sonrakı dövrdə trombotik ağırlaşmaların profilaktikasının
aparılmasını əsaslandırır [4, 9].
Tədqiqatın məqsədi. Tədqiqatın əsas məqsədi antifosfolipid antiteli
sirkulyasiya edən hamilələrdə antitrombotik profilaktikanın effektivliyinin
qiymətləndirilməsi olmuşdur.
Tədqiqatın material və metodları. Tədqiqatın əsasını 2008-2013-cü
illərdə ET Mamalıq və Ginekologiya İnstitutunda və “Azərsutikinti” xəstəxanasının
mamalıq və ginekologiya şöbəsində antifosfolipid antiteli (AFA) sirkulyasiya edən
hamilələrdə doğuşa qədərki və keysəriyyə əməliyyatından sonrakı dövrdə aparılmış
klinik müşahidələrin və laborator müayinələrin nəticələrinin təhlili təşkil etmişdir.
Qarşıya qoyulan məqsədə çatmaq üçün bizim tərəfimizdən əsas qrupa daxil
etdiyimiz yaşı 18 - 41 arasında dəyişən və AFA sirkulyasiya edən (AFS-in yalnız
seroloji əlamətləri olan) 28 hamilə daxil edilmişdir. Orta yaş 27,1±1,6 təşkil
etmişdir. Aparılan tədbirlərin həcmi nəzərdə tutulan tədqiqat sayəsində müəyyən
edilmişdir. Bu tədbirlərə anamnestik məlumatların təhlili, lupus antikoaqulyantı
və antikardiolipin antitelini təyin etməyə yönələn sınaqların aparılması, hamilələrin
doğuşa qədərki və keysəriyyə əməliyyatından sonrakı dövrdə hemostazioloji və
sirkulyator pozğunluqlarını korreksiya etmək üçün adekvat profilaktika
tədbirlərinin işlənib hazırlanması daxil olmuşdur.
Nəzarət qrupunu lupus antikoaqulyantı və antifosfolipid antiteli aşkar
edilməyən (neqativ-test) və hamiləliyi fizioloji normal keçən 22 xəstə təşkil etmişdir
ki, bu da müqayisə qrupunu yaratmağa imkan vermişdir. Bu hamilələrin
anamnezində irsi və allergik xəstəliklər olmamışdır. Orta yaş 28,9±1,1 təşkil
etmişdir. Müayinələrə hamiləliyin I trimestrindən başlanmış, sonra 21-23-cü həftə,
27-28-ci həftə, 32-34-cü həftə və əməliyyatdan əvvəl və keysəriyyə əməliyyatından
sonrakı dövrdə aparılmışdır.
САЬЛАМЛЫГ – 2016. № 4.
64
Qeyri-aktiv trombin-antitrombin III (TAT) komplekslərinin qatılığının təyini
“Enzygnost – TAT” (Boehringwerke, Almaniya) dəstinin köməyi ilə “Boehringer –
ELİSA – Photometr” spektrofotometrində immunoferment üsulu ilə aparılmışdır.
Protrombinin
F
1+2
fraqmentlərinin
konsentrasiyası
“Enzygnost
F
1+2
”
(Boehringwerke, Almaniya) dəstinin köməyi ilə tədqiq olunan qan plazması
nümunəsində immunoferment metodu ilə təyin edilmişdir. Fibrin və fibrinogenin
erkən yüksəkmolekullu fraqmentlərinin konsentrasiyası Hawier metodu ilə təyin
edilmişdir. Bu məqsədlə fibrin monomerləri, eləcə də fibrinin deqradasiya
məhsullarının (FDM) iştirakı şəraitində adheziya qabiliyyətinə malik olan
koaqulaza-neqativ stafilokokk ştammlarının mikrob hüceyrələrindən istifadə
edilmişdir. D-dimerin təyini “Dimertest” (Agen, Avstriya) lateks sınağının köməyi
ilə yüksək-spesifik antitelin lateks hissəciklər üzərində fiksə olunmuş D-dimerlə
qarşılıqlı təsirinə əsaslanmışdır. Trombositlərin aqreqasiyasının tədqiqi “Chonolog”
(Fransa) aqreqometrində Born metodu ilə həyata keçirilmişdir. Metodun prinsipi
aqreqasiya induktorları ilə qarışdırılma zamanı trombositlərlə zəngin plazma
nümunəsinin optik sıxlığının dəyişmə dinamikasının fotoelektrik qeydə alınmasına
ə
saslanır. Aqreqasiya induktorları kimi 1x10
-3
M, 1x10
-5
M, 1x10
-7
M adenozin-
difosfat (ADF) məhlulu, 1x10
-4
M adrenalin məhlulu, 1x10
-3
M ristomisin məhlu-
lundan istifadə olunmuşdur.
Tədqiqat zamanı alınmış bütün rəqəm göstəricilərinin müasir tövsiyyələr
nəzərə alınmaqla statistik təhlili aparılmışdır. Qruplardakı göstəricilərin sayı
nəzərə alınaraq göstəricilər arasındakı fərqi müəyyən etmək üçün qeyri-parametrik
üsuldan – Uilkokson (Mann-Uitni) meyarından istifadə olunmuşdur.
Alınmış nəticələr və onların müzakirəsi. Bizim tədqiqatda AFS-in yalnız
seroloji əlamətləri aşkar edilən qrupu döl itirməmiş, lakin ağırlaşmış ginekoloji
anamnezə malik, yaxud da hazırkı hamiləliyi ağırlaşmış gedişə malik olan və
ekstragenital patologiyalı 29 hamilə təşkil etmişdir. Antifosfolipid antitelin iştirakı
sözsüz ki, bu qrup xəstələrdə trombotik meylləri daha da dərinləşdirir.
AFA sirkulyasiya edən, lakin AFS-in klinik əlamətləri olmayan hamilələrdə
damardaxili trombəmələgəlmənin aktivləşməsi ilə müşayiət olunan hemostazın
trombositar və plazma həlqələrinin aktivləşməsi haqqında laborator məlumatların
ə
ldə olunması bu qrup xəstələrdə antitrombotik müalicənin aparılmasına
patogenetik yanaşmaya səbəb olmuşdur. Trombositlərin hiperfunksiyası 16
(57,1%) hamilədə, trombofiliyanın TAT III komplekslərinin təyininə əsaslanmış
erkən əlamətləri 20 (71,4%) hamilədə, trombofiliyanın FDM-ə əsaslanmış erkən
ə
lamətləri 10 (35,7%) hamilədə aşkar edilmişdir. Bütün qrup üçün
ümumiləşdirilmiş göstəricilər cədvəl 1-də göstərilmişdir. Müayinə zamanı 3 (10,7%)
hamilədə damardaxili trombəmələgəlmənin aktivləşməsi daha aydın nəzərə çarpan
olmuşdur.
Жядвял № 1.
AFA sirkulyasiya edən hamilələrdə aşağımolekullu heparinin istifadəsinə qədər və onun
istifadəsi fonunda trombofiliya markerlərinin səviyyəsi
Göstəricilər
Müalicəyə qədər
Müalicənin 10-cu
günü
II trimestrdə
III trimestrdə
TAT
(mkq/l)
6,1±2,6
4,1±2,1
2,6±1,1
1,9±1,3
F
1+2
(nmol/l)
3,2±1,1
2,6±1,3
1,7±1,2
0,7±0,1
D-dimer
(1 x 10
-3
q/l)
0-0,2
0
0
0
FDM
(1 x 10
-3
q/l)
> 10
< 2
< 2
< 2
САЬЛАМЛЫГ – 2016. № 4.
65
Cədvəldən göründiyü kimi, hemostaz sistemində bu və ya digər
dəyişikliklərə rast gəlinmişdir ki, bu da trombofilik vəziyyətin olduğunu söyləməyə
imkan verir.
Tədqiqata daxil otdiyimiz antifosfolipid antiteli (AFA) sirkulyasiya edən
hamilələrin patogenetik müalicəsinə yanaşma, AFS-in klinik və laborator əlamətləri
aşkar edilən (birincili və ikincili AFS-i olan) hamilələrdəki müalicə prinsiplərindən
bir qədər fəqrlənmişdir. Qeyd etmək lazımdır ki, dünya ədəbiyyatlarının verdiyi
məlumatlara görə, AFA sirkulyasiya edən və ağırlaşmamış mamalıq anamnezinə
malik olan hamilələr dölün itirilməsi və hamiləliliyin digər ağırlaşmaları
baxımından AFS-i olan hamilələrlə müqayisədə daha aşağı risk qrupuna daxildir,
lakin bu qrupda risk ümumi hamilələr populyasiyası ilə müqayisədə dürüstlüklə
yüksəkdir. Belə xəstələrdə hamiləliyin optimal aparılma taktikası tam müəyyən
edilməmişdir. Biz hesab edirik ki, AFS-in seroloji markerləri aşkar edilən hallarda
risk dərəcəsinin qiymətləndirilməsi, eləcə də döl itkisinə və hamiləliyin digər
ağırlaşmalarına profilaktik yanaşma somatik, ailə və ginekoloji anamnezdən,
hazırkı hamiləliyin gedişinin klinik-hemostazioloji xüsusiyyətlərindən asılı olaraq
fərqli olmalıdır. Belə xəstələrin mümkün aparılma variantlarına antiaqreqantların
və spazmolitiklərin kiçik dozalarının fərqli kombinasiyalarının təyini, klassik
antiaqreqant terapiya və aşağımolekullu heparindən və ya qeyri-fraksion
heparindən istifadə etməklə müxtəliv müddətli antikoaqulyant terapiya kursları
daxildir. Aydın nəzərə çarpan trombofiliya və trombozun əlavə risk faktorları olan
hallarda antifosfolipid antiteli sirkulyasiya edən xəstələrdə daimi rejimdə
antikoaqulyant terapiyanın aparılması göstərişdir.
İlkin hemostazioloji pozğunluqları aradan qaldırmaq məqsədilə xəstələrə
aşağımolekullu heparin – fraksiparin təyin etməklə antikoaqulyant terapiya kursu
həyata keçirilmişdir. Yalnız bir halda aydın nəzərə çarpan ilkin damardaxili
trombəmələgəlmə prosesi olduğundan xəstəyə fraksiparinin müalicəvi dozasını
(250 İCU/kq, gündə 2 dəfə) təyin etmək tələb olunmuşdur. Yerdə qalan hamilələrə
fraksiparin profilaktik rejimdə (150 İCU/kq, gündə 1 dəfə) təyin edilmişdir. Bütün
xəstələrdə aşkar olunmuş hemostazioloji pozğunluqları müalicənin 7-10-cu
günlərində aradan qaldırmaq mümkün olmuşdur. Qeyd etmək lazımdır ki,
hemostazioloji göstəricilərdə müsbət dinamika ilə yanaşı, eyni vaxtda klinik
mənzərədə və dopplerometriya göstəricilərində də müsbət dinamika müşahidə
olunmuşdur.
Bu qrupdan olan xəstələrdə fərqli premorbid fonu və terapiyanın başlanma
müddətini nəzərə almaqla birinci müalicə kursu 10 gündən 40 günə qədər davam
etmişdir. Bu qrupdan kardial patologiyası olan 6 (21,4%) xəstə preparatı daim
rejimdə almışlar.
Birinci müalicə kursunun aparılması üçün hestasiyanın 7-9-cu həftələrini
optimal dövr hesab etmişik. Bu dövrün seçilməsi trofoblastik transformasiya,
trofoblastın adekvat dərinliyə invaziyasına optimal şərait yaratması və növbəti
adekvat plasentasiyanı təmin etməsi ilə əsaslandırılır. İkinci vacib dövr
hestasiyanın 27-31-ci həftələri hesab olunur, çünki bu dövtdə hamilənin
hemostaz sisteminin təbii potensialının aktivləşməsi baş verir və sirkulyasiya edən
antitellər olan hallarda trombofilik ağırlaşmaların meydana çıxma ehtimalı
yüksək olur.
Ə
lavə antikoaqulyant profilaktika kurslarının vacibliyi məsələsi klinik-
hemostazioloji göstəricilər əsasında həll edilmişdir. Bu zaman məhz hamiləliyin
gedişinin klinik xarakteristikasına və bunun ardınca pozğunluğun laborator
təsdiqinə önəm verilmişdir. Belə hallarda biz 20-21-ci həftələrdə erkən
dopplerometriyaya xüsusi diqqət yetirmişik, çünki bu metod plasentar
САЬЛАМЛЫГ – 2016. № 4.
66
çatışmazlığın preklinik əlamətlərini aşkar etməyə imkan verir. Pozğunluğun məhz
erkən mərhələlərində aparılan adekvat korreksiya daha yaxşı nəticələr vermişdir.
Bütün müşahidə müddətində heç bir halda heparinlə induksiya olunan
trombositopeniyaya rast gəlinməmişdir. Bir xəstədə müalicə başlayana qədər
damardaxili trombəmələgəlmənin erkən əlamətləri ilə eyni vaxtda periferik qanda
trombositlərin sayının proqressiv azalması aşkar edilmişdir. Bu vəziyyət bizim
tərəfimizdən
sərfolunma
trombositopeniyası
kimi
qiymətləndirilmişdir.
Aşağımolekullu heparinlə müalicə fonunda hər iki xəstədə artıq birinci həftədə
trombositlərin sayında müsbət dinamika və eyni zamanda FDM-in və TAT
komplekslərinin itməsi qeyd edilmişdir. Sonrakı kontrol müayinələrdə heç bir
halda hemostazın plazma həlqəsinin parametrlərində dəyişiklik, yəni ARV və APTV
göstəricilərində uzanma aşkar edilməmişdir.
Antifosfolipid antiteli sirkulyasiya edən hamilələrdə cərrahi hemostazı
təmin etmək məqsədilə planlı keysəriyyə əməliyyatından 12-24 saat əvvəl
fraksiparinin yeridilməsini dayandırılmışıq. Bu zaman heç bir halda birbaşa
antikoaqulyantlar üçün xarakterik olan ağırlaşmalara, xüsusən də qanaxmaya və
qansızmanın artmasına rast gəlinməmişdir. Qan itkisi orta hesabla 700-800 ml
təşkil etmişdir. Bütün xəstələrə əməliyyat zamanı 200-250 ml dozada təzə
hazırlanmış plazma köçürülmüşdür. Xəstələrdə fraksiparinlə antitrombotik
terapiya əməliyyatdan 8-10 saat sonra bərpa olunmuş və onun birdəfəlik dozası
150 İCU/kq təşkil etməklə 10 gün davam etdirilmişdir.
Ə
məliyyatdan sonrakı dövrdə fraksiparinin istifadəsi fonunda hemostaz
sisteminin göstəriciləri cədvəl 2-də göstərilmişdir.
Ə
məliyyatın 1-ci günü hemostaz sisteminin bütün göstəricilərində
dəyişikliklərin olduğu qeyd edilmişdir ki, bu da tromboplastin substratlarının
ümumi qan dövranına daxil olması ilə əlaqədardır.
Keysəriyyə əməliyyatından sonrakı 5-ci gün fraksiparinin istifadəsi
fonunda hemostaz göstəriciləri normaya yaxınlaşmışdır. Aşağımolekullu heparinlə
müalicə qeyd etdiyimiz kimi, əməliyyatdan sonrakı 10-cu günə qədər davam
etmişdir.
Beləliklə, apardığımız tədqiqatlar zamanı əldə etdiyimiz məlumatlar
antifosfolipid antiteli sirkulyasiya edən hamilələrdə antitrombotik müalicənin
aparılmasının vacib olduğunu söyləməyə imkan verir. Bizim fikrimizcə, qeyd edilən
kontingent xəstələrdə əməliyyatdan sonrakı dövrdə də aşağımolekullu heparin –
fraksiparin seçim preparat kimi istifadə olunmalıdır, belə ki, o, fibrinolizin
Жядвял № 2.
Keysəriyyə əməliyyatından sonrakı dövrdə AFA sirkulyasiya edən xəstələrdə hemostaz
sisteminin vəziyyəti
Göstəricilər
AFA sirkulyasiya edən xəstələr ( n=28)
Əməliyyatdan sonrakı dövr
Nəzarət
qrupu
(n=22)
1-ci gün
3-cü gün
5-ci gün
7-ci gün
10-cu gün
Fibrinogen (q/l)
ARV (san)
APTV (san)
3,5±0,3
39,7±2,2*
27,6±3,9*
3,3±0,2
42,2±1,1
28,5±2,6
3,2±0,1
47,3±1,6
30,1±2,1*
2,9±0,2
51,9±1,9
32,6±1,4
2,7±0,6
55,8±1,6
32,9±2,5
3,0±0,4
55,4±2,8
32,1±2,1
Trombositlərin
aqreqasiyası
ADF (1 x 10
-3
) (%)
Adrenalin (%)
Ristomisin (%)
75,1±1,4*
58,1±2,2**
85,8±2,3***
73,2±1,7
56,2±1,5
82,6±1,2
66,8±2,1
54,1±1,1
79,1±1,1***
64,2±1,2
52,3±1,6
68,4±2,3
58,6±1,3
48,7±2,2
54,2±2,2
57,1±3,7
48,3±4,7
52,2±2,4
TAT
10,5±1,1
8,6±1,5
6,4±0,2*
4,1±1,1
2,7±0,3
2,0±0,21
САЬЛАМЛЫГ – 2016. № 4.
67
(mkq/l)
F
1+2
(nmol/l)
3,3±0,2
***
3,0±0,1
2,6±0,2
***
1,9±0,4
0,9±0,3
0,8±0,02
FDM
(x-y) (1 x 10
-3
) q/l
35±0,01
**
30±1,3
24±0,8
**
20±0,2
11±0,2
9±0,8
D-dimer
(1 x 10
-3
) q/l
0-0,2
Mənfi
Mənfi
Mənfi
Mənfi
Mənfi
Qeyd: *-p<0,05; **- p<0,01; ***-p<0,001; nəzarət qrupu ilə müqayisədə fərqin dürüstlüyünü
göstərir.
aktivləşməsinin və trombinin əmələ gəlməsinin qarşısını almaq hesabına
uzunmüddətli antitrombotik təsir göstərir. Bununla yanaşı olaraq, fraksiparinin
uzunmüddətli istifadəsi həm ana, həm də döl üçün maksimal effektiv və təhlükəsiz
vasitədir.
ЯДЯБИЙЙАТ - ЛИТЕРАТУРА – REFERENCES:
1.Макацария А.Д.
Антифосфолипидный синдром в акушерской практике. Изд-во Руссо. 2002, с. 344.
2.Mialdea M, Sangle SR, D'Cruz DP. Antiphospholipid (Hughes) syndrome: beyond pregnancy morbidity and thrombosis. Journal of
Autoimmune Diseases. 2009;19:6.
3.Cervera R, Piette JC, Font J, et al. Antiphospholipid syndrome: clinical and immunologic manifestations and patterns of disease
expression in a cohort of 1,000 patients. Arthritis Rheum.2002;46:1019–27
4.Levine JS, Branch DW, Rauch J. The antiphospholipid syndrome. N Engl J Med. 2002;346:752–63
5.Forastiero R, Martinuzzo M, Pombo G, et al. A prospective study of antibodies to beta2-glycoprotein I and prothrombin, and risk
of thrombosis. J Thromb Haemost. 2005;3:1231–1238.
6.Mackworth-Young CG. Antiphospholipid syndrome: multiple mechanisms. Clin Exp Immunol.2004;136:393–401.
7.Pierangeli SS, Chen PP, Gonzalez EB. Antiphospholipid antibodies and the antiphospholipid syndrome: an update on treatment and
pathogenic mechanisms. Curr Opin Hematol. 2006;13:366–75
8.Stone S, Khamashta MA, Poston L. Placentation, antiphospholipid syndrome and pregnancy outcome. Lupus. 2001;10:67–74.
9.Mulla MJ, Brosens JJ, Chamley LW, et al. Antiphospholipid antibodies induce a pro-infl ammatory response in fi rst trimester
trophoblast via the TLR4/MyD88 pathway. Am J Reprod Immunol.2009;62:96–111.
10.Tektonidou MG, Laskari K, Panagiotakos DB, Moutsopoulos HM. Risk factors for thrombosis and primary thrombosis
prevention in patients with systemic lupus erythematosus with or without antiphospholipid antibodies. Arthritis Rheum. 2009;61:29–
36.
Dostları ilə paylaş: |