-ıcı, -ici şəkilçisinin
köməyi ilə düzəltmiş sözlər çoxluq təşkil edir. Həmin sözlərdən
bir neçəsini farsca orijinalları ilə birlikdə təqdim edirik.
Xanənde-oqıyıcı. Müasir ədəbi dilimizdə yalnız
müğənni, xanəndə anlamında işlənən fars mənşəli
xanənde sö-zü bu dildə
tarixən bir neçə məna daşımışdır: 1. oxucu, oxuyan, mütaliə
edən; 2. müğənni, xanəndə; 3. dəvət edən, dəvətçi, 4. savadlı.
Sözün sonuncu iki mənası fars dili üçün arxaik səciyyə daşıyır
1
.
“Kəvamülüt-təbir”in farsca orijinalında bu söz birinci mənada
işlənmişdir:
Çenan ke dər dibaçe zekr kərdim, baz nəmayim, ta estex- rac-e an bər xanənde və amuzənde asan gərdəd. Bəvazici bu cümləni azacıq dəyişikliklə aşağıdakı kimi tər-
cümə etmişdir:
Netə ki kitab əvvəlində zikr etmisüz, zikr edəvüz, ta anun is- tixracı oqıyıcıya və ögrəniciyə asan ola 2 .
Farsca mətndəki
xanənde sözü quruluşca düzəltmədir:
xan- dən (burada: oxumaq, mütaliə etmək) felinin kökü
xan və
-ənde şəkilçisindən ibarətdir. Fars dilində çox işlək olan
-ənde şəkilçisi
feil kökünə qoşularaq, əsasən,
feili sifət düzəldir. Məsələn:
bi- nənde (görən, tamaşaçı),
cuyənde (axtaran),
rəvənde (gedən) və s.
Bəvazicinin tərcüməsində işlənmiş
oqıyıcı sözü də istər mə-
naca, istərsə də quruluşca onun farsca əsli ilə tam üst-üstə düşür.
Belə ki,
oxuyan, mütaliə edən anlamında işlənmiş bu söz də
1
Əsirəddin Əbu Həyyan əl-Əndəlusi. Kitab əl-idrak li-lisan əl-ətrak (Ərəb-
cədən tərcümə edəni: akademik Ziya Bünyadov). Bakı, Azərnəşr, 1992,
səh.951.
2
Mirzəzadə Hadi. Azərbaycan dilinin tarixi qrammatikası. Bakı, ADU, 1990,
səh.136-137.