123
Qeyd edək ki, bir sıra xalqların şifahi xalq ədəbiyyatında
oxşar məzmunlu deyimlər, atalar sözləri vardır. Bu cür deyimlə-
rin qarşılıqlı ədəbi əlaqə nəticəsində bir xalqdan başqasına keç-
məsi də təbiidir. Bu məsələdə, sözsüz ki, tərcümə ədəbiyyatının
xüsusi rolu olmuşdur. Onu da əlavə edək ki, Şirazinin bu beyti
onun özünəməxsusdur, fars dilindən tərcümə deyil.
Altıncı
nümunədə işlənən:
“Könüldən bay olan dilənci ol-
maz”
deyimi də hikmətli məzmununa görə aforizm kimi səslənir
və atalar sözünə yaxındır. Onu da qeyd etmək lazımdır ki, bu de-
yim-aforizm
daha çox sufi dünyagörüşünü, sufi əhvali-ruhiyyə-
sini ifadə etsə də, ictimai məzmun daşıyır və hamıya aiddir.
Tərcümədə Şirazinin tez-tez üz tutduğu
frazeoloji birləş-
mələr,
ayrı-ayrı deyim və ifadələr də diqqəti cəlb edir. Maraqlı-
dır ki, onlardan çoxu azacıq fərqlərlə çağdaş ədəbi dilimizdə də
işlənir. Lakin onlar içərisində elələri də vardır ki, ya çağdaş ədə-
bi dilimizdə ümumiyyətlə işlənmir, ya da onların müasir varian-
tından tərkibindəki bir sözlə fərqlənir. Əvvəlcə bu qəbildən olan
bir neçə nümunəyə nəzər salaq:
Yenə gündüz ilə gecə qarışdı,
Bu yerdə kim od ilə su barışdı.
Xilas eylər səni kəndüligindən,
Görürsin anı kim, keçməz ögindən.
Necə Həqdən bu aləm ayru düşdi,
Fəna adın takındı, sayru düşdi.
Birinci
nümunədə iki frazeoloji birləşmə işlənmişdir:
“gün-
düz ilə gecə qarışdı”
və
“od ilə su barışdı”.
Bu frazeologizmlər-
dən hər ikisi çağdaş ədəbi dilimizdə işlənmir. Onlardan birincisi
“alatoranlığın düşməsi”,
ikincisi isə
“mümkün olmayan bir işin
baş tutması”
mənasında işlənmişdir. Qeyd edək ki, bu sabit söz
birləşmələrinin heç birinə başqa türk yazılı abidələrində rast gəl-
məmişik. Buna görə güman etmək olar ki, hər iki ifadə Şirazinin
124
bədii yaradıcılıq təxəyyülünün məhsuludur. Onu da qeyd edək
ki, Azərbaycanın görkəmli mütəfəkkir
şairi Hüseyn Cavidin
(1882-1941)
“Azər” poemasında aşağıdakı parçada işlətdiyi
“atəşlə su öpüşmək”
ifadəsi məzmunca Şirazinin bu beytindəki
“od ilə su barışmaq”
frazeoloji birləşməsinə uyğun gəlir:
Mən yetişdim atəşlə su
Öpüşdüyü bir ölkədən.
İzliyorkən sevgi yolu
Acı duydum hər kölgədən.
Göründüyü kimi, bu iki ifadə arasındakı fərq birinci və so-
nuncu sözdədir: Şirazidəki türkmənşəli
“od”
sözü H.Caviddə
onun farsca qarşılığı olan
“atəş”
lə, kontekstə yaxın
mənalarda
işlənən
“barışmaq”
isə
“öpüşmək”
lə əvəzlənmişdir. Maraqlıdır
ki, çağdaş türk dilində
“od”
sözü əvəzinə onun sinonimi olan
“atəş”
sözü işlənir. Bunu nəzərə aldıqda H.Cavidin bu ifadəni
osmanlıcadan aldığını düşünmək olar.
Şair-mütərcimin özünəməxsus olan yuxarıdakı ilk beyt yük-
sək bədiiliyi və axıcılığı ilə də seçilir. Bu nümunədə işlənən bü-
tün sözlərin türkmənşəli olması da beytin diqqəti çəkən cəhətlə-
rindən biridir.
İkinci
nümunədə işlənmiş
“ögindən keçmək”
frazeoloji bir-
ləşməsinin
isə birinci tərəfi
“ög”
(ağıl, huş) çağdaş ədəbi dili-
miz üçün arxaizm sayılır. Bu frazeoloji birləşmə hazırda dilimiz-
də
“ağlından keçmək”, “ağlına gəlmək”
şəklində işlənir ki, on-
lar arasında əsas fərq birinci tərəfin - türkmənşəli
“ög”
sözünün
onun ərəbcə qarşılığı olan
“ağıl”
sözü ilə əvəzlənməsidir.
Üçüncü
nümunədəki
“sayru düşdi”
frazeoloji birləşməsi-
nin də yalnız birinci tərəfi -
“sayru”
(xəstə)
sözü çağdaş ədəbi
dilimiz üçün arxaizm sayılır. Hazırda bu frazeologizmin əvəzin-
də
“xəstə düşmək”
sabit söz birləşməsi işlənir. Bu birləşmədə də
türkmənşəli sözlə ifadə olunan birinci tərəf onun farsca qarşılığı
olan
“xəstə”
sözü ilə əvəz edilmişdir. Beytin ilk misrasındakı
“ayru düşdi”
frazeoloji birləşməsi isə, çağdaş ədəbi dilimizdə
125
də olduğu kimi (səs dəyişməsi istisna olmaqla) işlənir. Nümunə-
nin ikinci misrasında daha bir frazeoloji birləşmə işlənmişdir:
“ad takınmaq”.
Bu frazeologizm də çağdaş ədəbi dilimizdə iş-
lənmir. Onun əvəzində hazırda ədəbi dilimizdə
“ad qazanmaq”
sabit söz birləşməsi işlənir. Şirazinin
işlətdiyi frazeologizmin
ikinci tərəfi –
“takınmaq”
feli
“takmaq”
(taxmaq) felinin qayı-
dış növdə işlənmiş formasıdır ki, bu da çağdaş ədəbi dilimiz üçün
işlək deyil. Maraqlıdır ki, Şirazi
“ad takınmaq”
frazeologizmi ilə
yanaşı,
“ad takmaq”
sabit söz birləşməsini də işlətmişdir:
Dostları ilə paylaş: