РЕЗЮМЕ
Юсиф Гусейнов
Эстетика школы «Молла Насраддин»
Статья анализирует эстетику и теоретическо-литературные воззрения школы «Молла
Насраддин», особенно концепцию о литературе и искусстве основателя и издателя одноименного
журнала, выдающегося писателя и публициста Джалил Мамедкулузаде исходя из его социально-
политического мировоззрения. Подчеркивается что, писатели и поэты журнала «Молла
Насраддин» были в передовых рядах реализма.
NDU-nun Elmi Şurasının 30 mart 2015-ci il tarixli qərarı ilə çapa tövsiyə
olunmuşdur (protokol № 08)
Məqaləni çapa təqdim etdi: Fəlsəfə üzrə elmlər doktoru, professor
M.Rzayev
НАХЧЫВАН ДЮВЛЯТ УНИВЕРСИТ ЕТ И. ЕЛМИ ЯСЯРЛЯР, 2015, № 2 (67)
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
С ЖЫЕНТЫФЫЖ WО РКС , 2015, № 2 (67)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТ ВЕННЫЙ УНИВЕРСИТ ЕТ . НАУЧНЫЕ ТРУДЫ, 2015, № 2 (67)
QƏHRƏMAN BEHBUDOV
Naxçıvan Dövlət Universiteti
UOT:101.1
MİRZƏ ƏLƏKBƏR SABİR YARADICILIĞINDA İNQİLABİ –DEMOKRATİK FİKİR
Açar sözlər: mütəfəkkir, hambal, kəndli, inqilabçı-demokrat, azadlıq, üsyançı insanlar,
milli qəhrəman, mübarizə
Key words: thinker, porter, peasant, revolutionary-democratic, freedom, the rebel people,
national hero, fight
Ключевые
слова:
мыслитель,
революционно-демократический,
свобода,
революционные идеи, национальный герой, борьба
Milli ədəbiyyatda tənqidi realizmin əsas yaradıcılarından biri kimi geniş şöhrət qazanmış
Mirzə Ələkbər Sabir bədii fikirdə humanizmin və demokratik ideyaların, milli oyanış və dirçəlişin
ən fədakar carçılarındandır.
- 93 -
Əsrin əvvəllərindən vətəni Azərbaycanda, doğma Şamaxıda əmələ gələn oyanma, 1905-ci il
rus inqilabı ərəfəsində və inqilab dövründə ictimai həyatın bütün sahələrində özünü göstərməyə
başlayan canlanma və irəliləyiş M.Ə,Sabirin də həyat və yaradıcılığına, onun dünyagörüşünə öz
müsbət təsirini göstərirdi.
Vətəndaş şair yaşadığı dövrdə ayağa qalxmış millətlərin sırasında öz xalqını da görmək
istəyirdi. Xalqların ön cərgəsində mənsub olduğu millətlərin də hünərlə addımlamasını ən böyük
səadət kimi arzulayırdı. Sabir bu arzunun və bu idealın tez bir zamanda qələbə çalmasına, həyata
keçməsinə, tarixi zərurət kimi baxırdı. Şairi həmin zərurətə gətirən azadlıq idealına bəslədiyi sonsuz
məhəbbət idi. Çünki şair yaxşı bilirdi ki, “bir millətin şərəfli olması üçün birinci şərt onun
istiqlaliyyətidir”.
Vətəndaş şair öz satiralarında “əsrin acı həqiqətlərini” sadəcə olaraq göstərməklə
kifayətlənmirdi; o oxucunu köhnə, çürümüş mühiti yıxmağa, yeni bir mühit qurmağa çağırırdı;
əzilən kütlələrin həm dözülməz həyat şəraitini, həm də köhnə dünyaya nifrətini və işıqlı gələcəyə
bəslədikləri möhkəm inamı təcəssüm etdirirdi.
1905-ci il inqilabı Ələkbər Sabirin də gözünü açdı. Zülm və istibdada, mütləqiyyətə,
mövhumata və köhnə quruluşa qarşı genişlənən və şiddətlənən inqilabi hərəkat şairin qələminə və
ilhamına tamamilə yeni bir istiqamət, yeni bir məzmun və qüvvət verirdi. Şair indi dost və düşməni,
şeirin müasir mübarizələrdəki rolunu, vəzifəsini tamam dərk edirdi.
1905-1907-ci illərdə birinci rus inqilabı və onun yetirməsi olan inqilabi – demokratik, satirik
“Molla Nəsrəddin” jurnalı Sabir yaradıcılığında tam bir dönüş yaratdı. Şair elə bil yenidən doğuldu,
həyata, insanlara, ictimai hadisələrə sənət və ədəbiyyata yeni gözlə baxmağa başladı.
Sabirin “Molla Nəsrəddin” jurnalının səhifələrində dərc olunan hər bir satirası mürəkkəb
ictimai hadisələrlə dolu olan zamanın əks – sədası idi. Xalq, xalqın dərdi, xoşbəxtliyi , onu azad
görmək arzusu Sabir yaradıcılığının əsasını təşkil edir. “Yaşasın şəhriyari – hürriyyət!” - misrası
Sabirin 1905-ci il inqilabından sonrakı bütün yaradıcılığı üçün epiqraf sayıla bilər. O, azadlığı
insanlığın ayrılmaz keyfiyyəti hesab edirdi. İnsanlığa xidmət naminə, düşüncəyə azadlıq
verilməlidir. Vətəninə və mədəniyyətin yüksəkliyinə nail olmaq üçün azadlıq əldə edilməlidir.
Bütün inqilablardan və siyasi mübarizələrdən əsas məqsəd və ideal hürriyyətdir. Azadlıq həyatda
zəmanəsində insana onun şəxsiyyətinə və yaradıcı qüdrətinə lazımınca qiymət verilmədiyindən
kədərlənən mütəfəkkir bununla belə insanın heç olmasa özünün öz qədir-qiymətini qorumasını
tövsiyə edirdi. Çünki mövcud quruluş insana münasibətdə gözlə görünənlərdən artığını etmək
iqtidarında deyildi.
Zəmanə insanı istədiyi qədər əzə bilərdi lakin onu ucaltmaq və ona istədiyi haqqını vermək
ənənəsindən uzaq idi.Bu nöqteyi nəzərdən Sabir bilavasitə insanın özündən də çox şey gözləyirdi.
Sabir Azərbaycan feodal durğunluğundan birbaşa 1905-1907-ci illərin birin-ci rus inqilabı,
coşğun siyasi – ictimai burulğanlar dövrünə, oyanışa, yüksəliş və azadlıq uğrunda mübarizə illərinə
keçid dövrünün şairi idi.
Mirzə Ələkbər Sabir inqilab şairi, zəhmətkeş xalqın arzu və istəklərinin tərənnümçüsü idi.
Bir çox əsərlərində ayılan fəhlənin, əzilən kəndlinin ardıcıl, ideoloqu kimi çıxış edirdi.
Mütəfəkkir gözlənilən inqilabdan dəhşətə gələn zalımların – xalqı əsarətdə saxlayanların dili
ilə deyirdi:
Dəyişib zəmanə indi, dolanıb bütün umurat,
Ayağı çarıqlılar da gəlib istəyir müsavat!
Belə əsrdə məiət bizə xoş keçərmi, heyhat?
Ayılıb yatan cəmaət, göz açıb qapalı fələ!”(5;260)
Sənətinin xüsüsiyyətlərinə və qüdrətinə görə Sabir şərəfli bir ad qazanmışdır.İnqilab
nəğməkarı ona bu adı yaşadığı konkret ictimai şərait gərgin hadisələrlə dolu siyasi həyat taleyi
dilindən düşməyən mərd xalqın ayıq və qədirbilən oxucuları vermişd ir.
Üsyankar xalqların tarixində yetişən inqilabçı şairlərin əsl xidməti və böyüklüyü həmin
xalqın milli-azadlıq mübarizəsini tərənnüm etməsi ilə ölçülür.Böyük mütəfəkkir Sabir
Azərbaycandakı inqilabi fikir hərəkatının misilsiz himnini yaratmışdır.1907-ci idə Azərbaycanın
- 94 -
hərəkatı, əsrinin və zamanının ən qabaqcıl mütərəqqi hadisəsi kimi, şərq xalqlarının oyanmasında,
xarici – hərbi müdaxiləyə, imperializm zülmünə, müstəmləkə əsarətinə qəti bir istiqamət vermişdir.
Sabir bu inqilabı yarandığı gündən sona qədər izləmiş, onun cərəyanı boyunca meydana
çıxan məsələləri isti – isti qələmə almış, inqilabın yaranmasına səbəb olan və təsir göstərən ictimai
amilləri tarixi həqiqətə uyğun bir tərzdə əks etdirə bilmişdir.
Azərbaycanda başlanan və bütün İran ərazisini bürüyən xalq üsyanlarının ictimai zəminini
Sabir belə başa düşmüş və izah etmişdir:
Asudəlik bu saat yerdən göyə cahanda,
Var isə vardır ancaq İranda hər məkanda:
Təbrizdə, Sərabda, Xalxalda, Xançobanda,
Qeyrətli Şahsevəndə, hər anda, hər zamanda
Lorlarda, Şıx-Gözəldə, Keşkanda, İsfahanda,
İşlər bütün həqiqət, sözlər bütün güvara,
“Dərda ki, razi – pünhan xahəd şod aşikara”.(2;135)
Şairin İran məşrutə hərəkatına həsr elədiyi əsərlər qanlı şahlıq rejiminin üsyankar xalqa zidd
cəbhəni təmsil edənləri qamçılamaq, inqilabçıları azadlıq vuruşlarına ruhlandırmaq baxımından
görünməmiş gücə, kəsərə malik idi;1905-ci ilin inqilabı məzlum xalqların mənlik şüurunun
inkişafına kömək etdi və imperializmin sosial və milli zülmünə qarşı zəhmətkeşlərin fəal inqilabi
mübarizəsinin yüksəlməsinə səbəb oldu.Cənubi Azərbaycanda inqilabi hərəkatın artması buna misal
ola bilər. Həmin hərəkat 1905-ci ildən1911-ci ilə kimi davam etmiş və İran müctəbidi Məmmədəli
şahın devirilməsinə gətirib çıxarmışdı. Bununla əlaqədar olaraq, həmçinin Türkiyədə sultan
Əbdülhəmidin istibdadına qarşı milli – azadlıq hərəkatının inkişafını da misal göstərmək olar. Sabir
bu hadisələrin hamısına mütərəqqi hadisələr kimi baxır və üsyançıların hər qələbəsini ürəkdən
alqışlayırdı.
İnqilabın
xalqın milli şüurunun aydınlaşmasında, onun varlığında mövcud olan
qəhrəmanlıq əzmini, qoçaqlıq və mərdlik kimi keyfiyyətlərini meydana çıxarmaqdakı dərin siyasi
mənasını Sabir belə başa düşmüş və şərh etmişdir:
Basdı, keçdi əhli – İran qatladı hər milləti,
Bildi qədrin, aldı haqqın, qovzadı milliyyəti,
Aldığı məşrutəni parlatdı parlaq qeyrəti,
Əhsənullah, himməti – tam etdi! Amma, millət !...(8;150)
Nümunə gətirdiyimiz bu şeir parçaları Sabirin Azərbaycanda inqilabi hərəkat haqqında
qoşduğu alovlu nəğmələr kitabının cuzi bir hissəsidir. Lakin həmin cuzi nümunələr də göstərir ki,
Sabir milli azadlıq mübarizəsini xalqın tarixində ən şərəfli, təmiz və əzəmətli hərəkatlardan biri
hesab edir. Onun tarixi – siyasi mənasını doğru anlayır, onun təsir gücünü və gələcəyini görüb
alqışlayır, əhəmiyyətini təhlil edib əsaslandırır.
Təbriz inqilabçılarının qələbəsini, Cənubi Azərbaycanın azad olduğu günü görmək Sabirin
ən böyük istəyi, idealı idi. Bu ali məqsəd uğrunda silaha qurşananlar, onların yenilməz başçısı
Səttərxan Sabir poeziyasının sevimli, real qəhrəmanı idi. Mütləqiyyətə qarşı amanasız və aramsız
döyüşlərdə yüksək ad çıxaran vətən əsgərlərinin hünəri şairin “Səttərxan” adlı əsərində ideal ucalığa
qaldırılır. O, Təbriz torpağını yağıların qara örtüyünə döndərən, bu torpağı azadlıq yolunda tökülən
qızıl qanla boyayan, istibdadı zəlil edən, vətənin və millətin namusunu qoruyun, özünü qurtuluş
pərvanəsi təki oda – közə vuran Səttərxanı qorxmaz ər, əyilməz igid bir qəhrəman kimi təsvir və
tərənnüm edir.
Hali məczubini görüb, qare, demə divanədir,
Nəreyi – şuridəmi zənn etmə bir əfsanədir,
Şairəm, təbim dəniz, şiri – tərim dürdanədir.
Bəhcətim, eyşim, süririm vəcdim əhraranədir.
İncizabım cürəti – mərdaneyi – mərdanədir,
Afərinim himməti – valayi – Səttərxanədir.(9;120)
“Səttərxana” şeirində Tehranda Məclisin buraxılmağa məcbur edilməsindən sonra Cənubi
Azərbaycan vilayətlərində, xüsusən Təbriz şəhərindəki yüksək nikbin ovqaın tərənnümü ön
- 95 -
mövqeyə çəkilmişdir. Şair bu mühüm tarixi nailiyyətin əldə ediməsini Səttərxanla İranın
azərbaycanlı əhalisinin birliyində axtarmış, azadlıq yolunda qurban getmiş şəhidlərə ümumxalq
ehtiramını göz önünə gətirmişdir.
M.Ə.Sabir Azərbaycan xalqının milli qəhrəmanı Səttərxanı “oddan qorxmayan pərvanəyə”
bənzədir. Şeirdə Səttərxan və onun möhkəm əqidəli cənublu silahdaşlarına böyük ümumxalq sevgisi
və ehtiramı ifadə olunmuşdur. Şair Səttərxanın xidmətlərinin İslam dünyası, geniş mənada insanlıq
üçün böyük əhəmiyyətə malik olduğunu xüsusi olaraq vurğulamışdır:
Afərin təbriziyan, etdiz əcəb əhdə vəfa!
Düstü düşmən əl çalıb, eylər Sizə səd mərhaba!
Çox yaşa, dövlətli Səttərxan, əfəndim, çox yaşa!
Cənnəti - əlada peyğəmbər Sizə eylər dua.
Çün bu xidmətlər bütün islamədir, insanədir,
Afərinim himməti – halayi – Səttərxanədir.(9;121)
Sabir göstərir ki, kütlələri ayağa qaldıran inqilabi hərəkat qarşısında hər hansı bir zorakılıq
tədbiri aciz və mənasızdır:
Qılmadı heç yerdə sənə ehtiram.
Atdı camaat daşını, Mir Haşim!...
Durma, götür qaç başını, Mir Haşim!...
Yardımı Səttar başını, Mir Haşim?(7;127)
Bu şeir yalnız müəyyən məmura, siyasi rütbəli şəxsiyyətə qarşı həcv deyildir. Bu, ictimai
intibahın parlaq mənzərələrindən birini verən nümunədir. Camaatın hiyləni açdığını, haqq
divanının başlandığını, mürtəcelər üçün qaçmaqdan başqa əlac qalmadığını, deyən şair, Səttar xan
hərəkatına işarə edərək inqilabi mübarizənin həm dairəsi, həm mənşəyi, həm də yenilməz qüdrəti
haqqında fikir söyləyir. Burada gələcək qələbə, azadlıq təranələri lirika ilə yox, ictimai gülüşlə,
qəhqəhələr vasitəsilə ifadə edilmişdir. Məscid, minbər ehkamının “libasına bürünən” oğruların üç
üzünün açıldığı bir zamanın gələcəyini Sabir dərin bir inam və etiqadla bildirir:
Bir vaxt olar tanır səni hər kəs!(6:142)
Bu dərin etiqad və inam şairin məhz böyük gələcək haqqındakı düşüncələrinin ifadəsidir.
Ona ilham verən, qələmini itiləyən, istiqamətləndirən də məhz bu düşüncələrdir. Belə bir məzmunu
şairin bir çox əsərlərində izləmək, görmək olar.
Qəhrəman Təbrizdə baş qaldıran və az bir zaman içərisndə ölkənin hər tərəfini bürüyən
azadlıq üsyanları tarix boyu qəhrəman, alicənab və müdrik bir xalq kimi tanınmış azərbaycanlıları
şöhrətləndirmişdi.
1907-ci ildə İran məşrutəçiləri sədri - əzəm Ətabəyi qətl etdikdə, o zamanın bir sıra
mümühərrirləri bu hadisəni İran inqilabının qəti qələbəsi kimi qiymətləndirərək, məşrutəçiləri təbrik
edirdilər.Lakin Sabir həmin hadisəyə tamamilə başqa qiymət verdi. O, məşrutəçiləri lovğalanıb
arxayınlaşmamağa çağırır, Ətabəyin qətlini belə qiymətləndirirdi:
Kirəm Ətabəy öldü də, topu tüfənginiz hanı?
Bəhri - əmiqi – hərbdə kəştiyi – cənginiz hanı?
Əski hamamdır, əski tas, pəs yeni rənginiz hanı?
Dinmə, danışma, yat balam, sən deyən olmayıb hələ!
Arxa su dolmayıb hələ!
Köhnə idarəniz durur,
Rəngi də solmayıb hələ!(2;123)
1909-cu ilin iyul ayında Məhəmmədəli şah Qacar öz əhdini pozub, birinci İran məclisini
silah gücü ilə qovduğu vaxt Sabir onu sonsuz qəzəb və nifrətlə qamçılayırdı.
Arslanlar boynuna saldırıdığın zəncirlər,
Namvərlər qətlinə çəkdirdiyin şəmşirlər.
Atəşi – qəhru qəzəblə yaxdığın təmirlər,
Vəsfə şayandır, həqiqət, etdiyin tədbirlər...
Ümumi – xaqan oğlu, bu qeyrət halal olsun sənə!
Verdiyin məşruteyi -millət halal olsun sənə!(3;231)
- 96 -
Lakin çox keçmədən məşrutəçilər öz sıralarını möhkəmlədib, əks – hücuma keçdilər.
İrticanın quldur dəstələri məğlubiyyətə uğradı. Məhəmmədəli şah qaçıb, çar konsulxanasına
sığındığı vaxt Sabirin bu münasibətlərlə yazdığı satirada artıq, kədərdən doğan kin, təlaş, nifrət yox,
sevincdən doğan acı istehza və gülüş vardır:
Yansın iranlıların arxası, yandı ciyərim,
O yetim Məmdəlidən var yenə bir pis xəbərim,
Belə derlər ki, qoyub taxtı, qaçıb tacı – sərim,
Sığınıb konsula xaqanları iranlıların!
Dərhəqiqətn pis imiş qanları iranlıların!(1;22)
1908-ci ildə Türkiyədə qanuni - əsasi verilməsi xəbərini bir çoxları vəcdlə qarşıladığı
zaman, Sabir “Osmanlılar, aldanmayın, Allahı sevərsiz!” stirasını yazdı. Bu şeiri ilə o, respublika
üsuli – idarəsi uğrunda mübarizə edən türk inqilabçılarına müraciətlə deyirdi:
Ya liləcəb, osmanlılar, aya, nə qanırsız?
Qanuni - əsasi verilib ya inanırsız?
Mir Haşimü Fəzlullahınız yoxmu sanırsız?
Əksik deyil onlar, vəli sizlər nə tanırsız!
Bir gün tanıyıb onları labüd usanırsız
Ancaq usanırsızsa da, qanə boyanırsız!
Qansızları gic qanmayın, Allahı sevərsiz!
İranlı kii yanmayın, Allahı sevərsiz!(1;24)
Sabir müasirləri olan bəzi uzaqgörməyən şairlər kimi xam xəyallara, boş vədlərə
aldanmırdı. O, mürəkkəb ictimai- siyasi hadisələrdən çox ustalıqla baş çıxaran həssas bir
sənətkardır. 1906-cı ildə Rusiyada birinci dövlət duması yarandığı vaxt liberal mətbuat dumanı
“yeganə azadlıq ümidi” kimi qələmə verib, az qala hürriyyət uğrunda gedən mübarizələrin
bayrağına çevirmişdi. Sabir bu zaman dumanı “havada oynaşan qara” buludlara” , xalqın başının
uydurulmuş yeni bir hiylə olduğunu açıb göstərirdi.
O zaman Rusiyada, İranda və Türkiyədə hadisələr Sabirin qabaqcadan xəbər verdiyi kimi
inkişaf etdi. Sabirin uzaqgörən mütəfəkkir bir şair olduğunu sübuta yetirdi.
Xalqımızın inqilabi fikrinin əvəz olunmaz poetik-idrak və böyük mənəviyyat səhifəsi
sayılan dahi Sabirin yaradıcılığı milli-içtimai idealların təntənəsinə milli ləyaqətə insanlıga
haqqın ədalətin qələbəsinə qətiyyətli və nikbin çağırışın təcəssümüdür.
Ömrünün son illərində yazdığı kiçik həcmli bir şeirdə “dilbəri – hürriyyət”, yəni azadlıq
gözəlinə aşiq olduğunu və xalqı sərbəst görmək həsrəti böyük şairin ürəyində hələ inqilabın ilk
illərində baş qaldırmış, bütün ömrü və yaradıcılığı boyu onun varlığını bürümüşdür. İnqilab və
azadlıq Sabirin ən öncül mövzusudur.
ƏDƏBİYYAT
1.A.Zamanov,”Sabir gülür”. Bakı-1981
2.T.Hacıyev. “Sabir, qaynaqlar və sələflər” , Bakı - 1980
3.M.Ə.Sabir ”Hophopnamə” I cild, Bakı-1982
4.M.Ə.Sabir “Seçilmiş əsərləri”, Bakı-1976
5.M.Məlikova E.Bayramov, “Azərbaycanın siyasi – hüquqi təlimlər tarixi” (oçerklər) Bakı – 1984
6.M.Əlioğlu “Qəhrəmanlıq və məhəbbbət” , Bakı - 1979
7.M.Cəlal,F.Hüseynov “XX əsr Azərbaycan ədəbiyyatı” Bakı – 1982
8.F.Hüseynov, “Molla Nəsrəddin və mollanəsrəddinçilər” Bakı – 1986
9. İ. Həbibbəyli “Ədəbi – tarixi yaddaş və müasirlik”, Bakı-2007
ABSTRACT
Revolutionary-democratic ideas in the M.E.Sabir's activity
- 97 -
This article has been dedicated to the problems of Sabir's revolutionary ideas that he
properly immortalized the bright traditions of our centuries-old and also enriched our literature
raising it to a new level and gained great glory as a “master of words”.
The author is conducting research about the role of revolutionary struggle for freedom of
people. M.E.Sabir has created an unexampled anthem of the revolutionary ideas' movement by
glorifying laboring people's desires and dreams, national freedom struggle.
РЕЗЮМЕ
Революционно – демократические идеи в творчестве M.A.Cабира
Статья,хранящая с достоинством блестящие традиции нашей многовековой поэзии,
также с общественной точки зрения возвышая литературу на новый уровенъ, посвящается
проблемам революционных идей M.A.Cабира, получившего известностъ знаменитого
мастера слова.
Автор проводит исследования роли великого мыслителя в революционнои боръбе
народов за свободу. M.A.Cабир, опираясь на мечты и желания трудолюбивого народа,
возвышая национальную борьбу за свободу, создал неповторимый гимн революционных
идей.
NDU-nun Elmi Şurasının 30 mart 2015-ci il tarixli qərarı ilə çapa tövsiyə
olunmuşdur (protokol № 08)
Məqaləni çapa təqdim etdi: Fəlsəfə üzrə fəlsəfə doktoru, dosent N.Rəhimov
НАХЧЫВАН ДЮВЛЯТ УНИВЕРСИТ ЕТ И. ЕЛМИ ЯСЯРЛЯР, 2015, № 2 (67)
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
С ЖЫЕНТЫФЫЖ WО РКС , 2015, № 2 (67)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТ ВЕННЫЙ УНИВЕРСИТ ЕТ . НАУЧНЫЕ ТРУДЫ, 2015, № 2 (67)
NOVRUZƏLİ RƏHİMOV
Naxçıvan Dövlət Universiteti
Novruzrehimov62@mail.ru
UOT: 1(091)
AZƏRBAYCAN MULTİKULTURALİZMİ MİLLİ-MƏNƏVİ DƏYƏR KİMİ
Açar sözlər: multikulturalizm, tolerantlıq, milli-mənəvi dəyər, mədəniyyət, mədəni
müxtəliflik.
Key words: multiculturalism, tolerance, national and moral values, culture and cultural
diversity.
- 98 -
Ключевые слова: мультикультурализм, толерантность, национальные и моральные
ценности, культура, культурное разнообразие.
Müasir dövrdə dünya dövlətlərinin və beynəlxalq təşkilatların qarşısında duran ən
başlıca vəzifələrdən biri insanlar arasında dini dözümlülüyün gücləndirilməsinin, müxtəlif
din və mədəniyyətlərə mənsub insanların sülh və əmin-amanlıq şəraitində yaşamasının
təmin edilməsidır. Müasir dövrdə dünyanın müxtəlif bölgələrində baş verən hadisələr
mədəniyyətlərin
müxtəlifliyini
qəbul
etməyən,
digər
din
və
mədəniyyətlərin
nümayəndələrinin adət-ənələrinə, həyat tərzinə, əqidə və düşüncəsinə hörmətlə
yanaşılmayan cəmiyyətlərdə davamlı sabitliyə və inkişafa nail olmağın qeyri-mümkün
olduğunu göstərir. Bu səpkidə qarşıdurma və münaqişələrin baş verməməsi üçün
insanlarda digər din və mədəniyyətlərə qarşı dözümlülük və hörmət xüsusiyyətləri
gücləndirilməlidir.Bu ənənənin gücləndirilməsi və qorunması məqsədilə Azərbaycanda bir
çox əhəmiyyətli tədbirlər həyata keçirilmişdir.
Danılmaz faktdır ki, Azərbaycan xalqı tarix boyu digər din və mədəniyyətlərə dözümlü
münasibət ilə seçilmişdir. Digər din və mədəniyyətlərə dözümlü münasibət, onlarla sülh və
qarşılıqlı anlaşma şəraitində yaşamaq Azərbaycan xalqının təbiətindən, insanpərvərliyindən və xoş
məramlılığından irəli gəlir. Azərbaycan qədim zamanlardan müxtəlif dinlərin, dini cərəyanların
yayıldığı, qovuşduğu, qarşılıqlı anlaşma şəraitində yaşadığı və əməkdaşlıq etdiyi bir məkan
olmuşdur.
Mədəni, etnik, dini və s. müxtəlifliklər düzgün tənzimlənmədikdə cəmiyyətin inkişafının
müxtəlif sahələrində ciddi problemlərə səbəb olur. Bu müxtəlifliklərin tənzimlənməsində düzgün
siyasət modellərindən biri multikulturalizmdir.
Multikulturalizm-
müəyyən bir ölkədə yaşayan müxtəlif xalqların nümayəndələrinin
mədəniyyət hüquqlarını tanıyan humanist dünyagörüşü və mədəni müxtəlifliklərin qorunmasına və
inkişafına yönələn siyasətdir.
Multikulturalizm fərqli mədəniyyətlərin yanaşı və ya birgə yaşayış tərzidir və azlıqlara öz
etnik-mədəni dəyərlərini qorumaq üçün azadlıq verməklə yanaşı onların yaşadıqları cəmiyyətin
bütün sahələrində fəal iştirak etmələri üçün hər cür şəraitin yaradılmasıdır.
Multikulturalizm - bir ölkədə müxtəlif mədəniyyətlərin nümayəndələrinin maddi, hüquqi və
mənəvi
cəhətdən
dəstəklənməsinə
yönəlmiş
demokratik
dövlət
strategiyasıdır,
müxtəlif
mədəniyyətlərə tolerant münasibətə əsaslanan dinc, yanaşı yaşama prinsipidir. Yaxud,
multikulturalizm
özündə mədəni müxtəlifliyin qorunub saxlanmasına və inkişafına yönəlmiş
siyasəti, və bu siyasəti əsaslandıran ideologiyanı birləşdirir.
Multikultural dəyərləri müxtəlif mədəniyyətlərə, dinlərə, sivilizasiyalara tolerant münasibət
şərtləndirir.
Tolerant
cəmiyyətdə
multikulturalizm
mədəniyyətlərin
qarşılıqlı
surətdə
zənginləşməsinə, müxtəlif xalqları birləşdirən dəyərlər sisteminin formalaşmasına səbəb olur.
Demokratiya multikultural cəmiyyətin formalaşmasında ən mühüm amillərdən biridir.
Multikulturalizmin nəzəri əsasını liberalizm, xüsusən də liberalizmin azadlıq, bərabərlik və
qardaşlıq kimi dəyərləri təşkil edir. Liberalizmdən fərqli olaraq multikulturalizm fərdlərin deyil,
qrupların hüquqlarını ön plana çəkir. Multikulturalizm pozitiv sosial təzahür olaraq cəmiyyətin
inkişafı üçün münbit şərait yaradır, etnik münaqişələrin qarşısının alınmasında mühüm rol oynayır
və müxtəlif xalqlar arasında etimadı möhkəmlədir.
İslam dinində tolerantlığı müxtəlif inanclı insanlara münasibətdə onlar arasında bir körpü
kimi dəyərləndirmək olar və onların qarşılıqlı münasibətlərinin formalaşmasının əsası tolerantlıqdan
keçir.
Bir çox Azərbaycan şair və yazıçılarının əsərlərində dini dözümlülük, millətlərarası
münasibət, hər bir xalqın adət-ənənələrinə hörmət mövzularına rast gəlirik. Xüsusən də bu
məsələlərə Nizami Gəncəvinin poemalarında rast gəlinir. Milli, irqi və dini ayrı-seçkiliyi qətiyyətlə
rədd edən Nizaminin qəhrəmanları içərisində türk, fars, ərəb, çinli, hindli, zənci, yunan, gürcü və s.
xalqların nümayəndələrinə rast gəlirik.
- 99 -
O, qara dərili zəncini açıq qəlbə və digər müsbət xüsusiyyətlərə malik insan kimi
dəyərləndirir:
Zəncinin zahiri qaradır, ancaq,
Sən ağzından çıxan saf sözlərə bax.
Zənci dəmir kimi qara, parlaqdır,
Üzü qaradırsa, ürəyi ağdır! [3,89 ]
M.Şəbüstəri göstərirdi ki, dinlər, etiqadlar, inanclar, ibadət və itaətlər arasında heç bir fərq
yoxdur. İnsanları dini, irqi, cinsi və s. əlamətlərinə görə fərqləndirmək, müsəlmanı xristiandan,
birini başqasından üstün tutmaq olmaz. Çünki son məqsəd bütün dinlər və etiqadlar üçün yeganə
məbud olan Allahdır. İnsanları fərqləndirən yalnız onların mütləq olan Haqqı və onun həqiqətlərini
hansı dərəcədə dərk etmələri, cahillikləri və kamillikləri, bu yolda tutduqları məqamdır. [2,136-137]
Alman filosofu və sosioloqu Yurgen Habermasa görə, multikulturalizmin əsas prinsipi
mədəni həyatın müxtəlif formalarının bərabər hüquqlarla yanaşı mövcud olması, azlıqla çoxluğun
bərabər hüquqlara malik olmasıdır.
Müxtəlif xalqlara, millətlərə, dinlərə tolerant münasibət azərbaycanlıların mentalitetinə xas
olan keyfiyyətdir. Azərbaycan bəşəriyyətin humanizm prinsiplərinə sadiq, tolerant və multikultural
ölkə kimi tanınmaqdadır. Multikulturalizm Azərbaycanda əsrlərdən bəri formalaşmağa başlamış və
bu gün isə ölkəmizdə alternativi olmayan həyat tərzinə çevrilmişdir.
Ardıcıl olaraq Beynəlxalq Humanitar Forumun Bakıda keçirilməsi onu göstərir ki,
Azərbaycan mədəniyyətlərarası dialoqun mərkəzi, həmçinin humanitar məsələlərin müzakirə
olunduğu məkana çevrilmişdir.
Azərbaycanda tarixən müxtəlif xalqların və dinlərin nümayəndələri bir-birinə çox yaxın
qonşuluq şəraitində yaşamışdır. Lakin tarixdə heç bir zaman indiki kimi bu ərazidə məskən salan
müxtəlif xalqların və dinlərin nümayəndələrini birləşdirən vahid siyasi ideya və dövlətçilik marağı
olmamışdır.
1995-ci ildə bilavasitə Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə hazırlanan Azərbaycan
Respublikasının Konstitusiyasının 25-ci maddəsi ilə mənşəyindən, irqindən, dinindən və dilindən
asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarına hörmət təmin olundu. [1] Bununla yanaşı,
Ümummilli liderin hakimiyyətə qayıdışından sonra qəbul edilən bir cox qanunlarda Azərbaycan
ərazisində yaşayan bütün milli azlıqların mədəni kimliyinə təminat verildi. "Mədəniyyət haqqında"
qanunun 11-ci maddəsi ilə dövlət Azərbaycan ərazisində yaşayan bütün milli azlıqların mədəni
kimliyinə önəm verdiyini bir daha sübut etdi. Eləcə də "Təhsil haqqında" qanunda hər kəsin öz
dilində təhsil almaq hüququ və ayri-seçkiliyə yol verilməməsi məsələsi öz əksini tapdı. Bu
məqsədlə milli azlıqların məskunlaşdığı Azərbaycanın bir sıra rayonlarında ali təhsil müəssisələri
və kolleclərin filialları açıldı, ölkənin radio və televiziya kanallarında milli azlıqların dillərində
verilişlər yayımlanması ənənəsi qoyuldu. Həmin ərazilərdə yerli telekanallar fəaliyyət göstərməyə
başladı. Milli azlıqların dilində qəzet və jurnallar nəşr olunmağa başladı.
Lakin bütün bunlarla yanaşı, respublikanın ən başlıca sərvəti əsrlərdən bəri bu torpaqda
yaşayan, öz taleyini, öz həyatını bu torpağa bağlayan, müxtəlif millətlərdən olan, müxtəlif dinlərə
etiqad edən adamlardır. Ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər də zəngin olar..."
Ulu öndərin Azərbaycanda milli azlıqlarla bağlı siyasəti beynəlxalq qurumlar tərəfindən də hər
zaman müsbət qarşılanıb. Azərbaycan Avropa Şurasına üzv qəbul olduqdan sonra "Milli azlıqların
müdafiəsi haqqında" Çərçivə Konvensiyasına, Regional dillər arasında Çərçivə Konvensiyasına
qoşuldu.
Mədəniyyətlərin
dialoqu
və
qarşılıqlı
zənginləşmə,
xalqların
sosial-mədəni
inkişaf
təcrübəsini, dünya mədəniyyətinin tarixi qanunauyğunluqlarını bilmək və yaradıcı şəkildə istifadə
etmək qloballaşma şəraitində Azərbaycanın davamlı, rəqabət qabiliyyətli və təhlükəsiz inkişafı üçün
mühüm nəzəri və praktik əhəmiyyət kəsb edir. Qloballaşma müasir dünyanın siyasət, iqtisadiyyat,
mədəniyyət, elm, texnologiya və s. sahələrində yeni keyfiyyət dəyişiklikləri ilə şərtlənən mürəkkəb
proseslərdə özünü göstərir.
Qloballaşmanın mərkəzində insan maraqları olduğundan onun ayrı - ayrı dövrlərdəki inkişaf
meylləri də həmin maraqların reallaşdırılmasından asılı olmuşdur[ 4 ]
- 100 -
Öz varlığını davam etdirmək üçün bəşəriyyət birgəyaşayış yollarının axtarışında ümumi tale
üçün birgə məsuliyyət hissini bərabər bölüşməlidir. Bu axtarışın uğurunu isə yalnız tolerantlıq,
həmrəylik, yüksək mədəniyyət, multikulturalizm təmin edə bilər. Ulu öndər Heydər Əliyev
söyləyirdi: “Yüksək tolerantlıq ilk növbədə yüksək mədəniyyətin təzahürüdür”. Yüksək
mədəniyyət uzun əsrlər boyu hər bir xalqın əldə etdiyi maddi və mənəvi sərvətlərin məcmusudur.
Mədəni mübadilə və qarşılıqlı zənginləşmə, xalqların sosial-mədəni inkişaf təcrübəsini,
dünya mədəniyyətinin tarixi qanunauyğunluqlarını bilmə və yaradıcı şəkildə istifadə etmə
qloballaşma şəraitində Azərbaycanın davamlı, rəqabət qabiliyyətli və təhlükəsiz inkişafı üçün
mühüm
nəzəri və praktik əhəmiyyət kəsb edir. Multikulturalizm mədəniyyətlərin və
sivilizasiyaların dialoqunun zəruri alətidir. Digər mədəniyyətlərin mahiyyətini, xüsusiyyətlərini,
tarixini və nailiyyətlərini öyrənmədən, onlara qarşı tolerant münasibət, onların nümayəndələrinə
hörmət mümkün deyil, qarşılıqlı anlaşma, mədəniyyətlərin və sivilizasiyaların dialoqonu qurmaq
mümkün deyil.
Mədəniyyətlərarası münasibətlərdə bu vaxta qədər mövcud olan “mədəni hegemonluq”,
üstünlük, “hakim mədəniyyət”, “biz və qeyrilər” kimi paradiqmalar ömrünü başa vurmaqdadır.
Yeni düşüncə tərzinin formalaşması, düşüncə böhranının dəf edilməsi üçün isə hələ zaman lazım
olacaq. Bəşəriyyətin özünü qlobal - tam kimi hiss etməsi, əsrlər boyu insanlığın arzusunda olduğu
bu ideyanın gerçəkləşməsi tarixi zərurətə çevrilsə də, ona doğru irəliləmək o qədər də asan deyil.
Lakin təkzibedilməz bir həqiqət var: öz varlığını davam etdirmək üçün bəşəriyyət
birgəyaşayış yollarının axtarışında ümumi tale üçün birgə məsuliyyət hissini bərabər bölüşməlidir.
Bu axtarışın uğurunu isə yalnız tolerantlıq, həmrəylik, yüksək mədəniyyət, multikulturalizm təmin
edə bilər.
N. Tusi “Əxlaqi-Nasiri” əsərində nəzəriyyə ilə təcrübənin, elmlə əməlin əlaqəsindən danışır.
Tusiyə görə, bunların vəhdəti olmadan inkişaf və kamillik qeyri-mümkündür. [6,15. ]
Mədəniyyətlərin və sivilizasiyaların dialoqonu qurmaq üçün, qarşılıqlı anlaşma üçün başqa
mədəniyyətlərin mahiyyətini, xüsusiyyətlərini, tarixini və nailiyyətlərini öyrənmək lazımdır.
Mədəniyyətlərarası münasibətlərdə yeni düşüncə tərzinin formalaşması üçün bəşəriyyətin
özünü qlobal - tam kimi hiss etməsi, multikultural dəyərlərin həyata keçirilməsi lazımdır. Ona görə
də dünyanın elm adamları, din xadimləri, siyasi liderlər bir araya gəlir, sivil birgəyaşayış
prinsiplərinin bərqərar olması üçün yollar, modellər axtarırlar. Təşkil olunan hər görüşün,
konfransın amalı da mədəniyyət və sivilizasiyaların qarşılıqlı anlaşması istiqamətində səmərəli
fəaliyyət yollarını axtarmaqdır.
Qeyd etmək lazımdır ki, Bakıda keçirilən Beynəlxalq Humanitar Forumda iştirak edən
müxtəlif ölkələrdən toplanmış nümayəndələr də multikulturalizmin Azərbaycan modelini yüksək
qiymətləndirmişlər. Azərbaycan modeli həm dinlərin bərabər inkişaf imkanlarını və etnik qrupların
birgə yaşamasını təmin edir, həm də digər inanc və mədəniyyətlərə mənsub olan müxtəlif qruplara
hörmətin və təmsilçiliyin təqdim edilməsini özündə birləşdirir. Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev III Bakı Beynəlxalq Humanitar Forumunda etdiyi açılış nitqində
bildirmişdir: Azərbaycanda hökm sürən ictimai-siyasi quruluşdan asılı olmayaraq, bütün dövrlərdə
Azərbaycan dözümlülük, tolerantlıq məkanı olmuşdur. Bu gün müstəqil Azərbaycan öz siyasətini
bu möhkəm təməl üzərində qurur. Multikulturalizm Azərbaycanın dövlət siyasəti və həyat tərzidir.
Bakı humanitar forumları, eləcə də son on ildə ölkədə keçirilmiş müxtəlif beynəlxalq konfrans
və tədbirlər ölkə siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Respublika ərazisində mövcud
olan bütün dillərin, dinlərin, mədəniyyətlərin, etnosların nümayəndələrinin bərabər imkanlar
əsasında birgə yaşaması, elmin, təhsilin, qanunvericiliyin və insan kapitalının inkişafına yönəlmiş
gələcək rifahın müəyyən edilməsi, bu siyasətin Azərbaycanın digər ölkələrlə münasibətlərinin
formalaşmasında prinsipial məsələlərdən biri kimi qarşıya çıxması ölkəni tolerantlıq və
multikulturalizmin təmin edildiyi model dövlət olması ilə yanaşı, bu dəyərlər ətrafında beynəlxalq
diskursun təşkil edildiyi mərkəzə çevirmişdir. 15 noyabr 2013-cü ildə prezident İlham Əliyev Bakı
və Azərbaycan Yeparxiyasının Pravoslav Dini-Mədəniyyət Mərkəzinin açılışında iştirakı zamanı
qeyd etmişdir ki, belə bir mərkəzin açılması Azərbaycanda dinlərarası münasibətlərin göstəricisidir.
Bu fakt Azərbaycanın tarixən tolerant və çoxkonfessiyalı ölkə olduğunu bir daha sübut etməklə
- 101 -
yanaşı, ərazisindəki dini baxışların inkişaf etdirilməsi üçün dövlət dəstəyinin yüksələn xətt üzrə
getdiyinin
nümunəsidir.
Təbii
ki, müasir Azərbaycanda çoxmədəniyyətlilik və müxtəlif
konfessiyaların bərabər yaşaması üçün göstərilən diqqət tarixən ölkənin dövlətçilik ənənələrinin
əsasını təşkil etmişdir.
Qeyd etdiyimiz kimi, çoxmillətli Azərbaycan artıq dünyanın nəzərində nümunəvi bir
dövlətdir. Azərbaycan dünyanın multikulturalizm, tolerantlıq, dözümlülük, humanitar əməkdaşlıq
mərkəzinə çevrilmişdir.
Azərbaycanda bütün xalqlar, toplumlar, fərqli dil və din mənsubları ortaq məxrəcə gələ
bilirlər. Azərbaycan minilliklər boyu müxtəlif xalqların azad, sərbəst və heç bir maneə ilə
rastlaşmadan yaşadığı bir məmləkətdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi: “Multikulturalizm
başqa xalqın nümayəndəsinə hörmət, başqa dinə hörmətdir. Öz dininə hörmət başqa dinə hörmətdən
başlayır. Multikulturalizm ayrı-seçkiliyə yol vermir, əksinə bütün xalqları birləşdirir.
Modernləşmə və Azərbaycançılıq ideologiyası da ölkəmizdə multikulturalizmin yaranması və
inkişafında əsas amildir. Bu ideologiyanın əsasını millilik, dünyəvilik, sosial ədalət, demokratiya,
milli tərəqqi, insan hüquq və azadlığına riayət təşkil edir. Bu ideologiya Azərbaycanı özünə vətən
qəbul etmiş, ölkədə yaşayan bütün millətlərin və etnik qrupların vəhdət şəklində, dostluq, hətta
qohumluq, qonşuluq, əmin-amanlıq şəraitində yaşadığı, mədəniyyətlərinin inkişaf etdiyi ümumi
talelərini əks etdirən, multikulturalizm göstəricisi olan mənəvi fenomendir.
Cəmiyyətin tarixi inkişafının məhsulu olan tolerant düşüncə tərzi, müxtəlif mədəniyyətlərin
və dinlərin nümayəndələrindən ibarət insan birliklərin birgəyaşayışının nəticəsidir. Tolerantlığın
əsasını müxtəlif fəlsəfi-tarixi, mədəni-mənəvi prinsiplər təşkil edir. Tolerantlığın fəlsəfi-əxlaqi
kateqoriya kimi məzmununu aşkar etmək onun əhəmiyyətini müəyyənləşdirməyə kömək edir.
Ölkəmizdə bütün tarixi dövrlərdə tolerantlıq yüksələn xətt üzrə inkişaf etmişdir və tarixi
ənənəyə söykənən və uzun əsrlik tolerantlıq mühiti formalaşmışdır. Azərbaycanda multikulturalizm,
tolerantlıq və dini dözümlülüyün dövlət siyasəti səviyyəsində inkişaf etdirilməsinin əsaslarını
ölkənin qədim dövlətçilik tarixi, o cümlədən, bu ənənələrin inkişafı özündə ehtiva edir. Tarixi
ənənələrə nəzər salsaq görərik ki, tariximizin ayrı-ayrı dövrlərində bu ciddi məsələ özünü müsbət
tərəfdən büruzə verib. Məsələn, istər Səfəvilər dövləti, istər XIX-XX əsrlər maarifçilik dalğası,
istərsə də Xalq Cümhuriyyəti dövründə Azərbaycan ərazisində yaşayan digər etnik xalqlar və dini
qrupların nümayəndələrinin təmsilçiliyini özündə birləşdirmiş, bu siyasi davranış XX əsrin
sonlarında ulu öndər Heydər Əliyev tərəfindən dövlətçilik ideologiyası formasına çevrilmişdir. Bu
da faktdır ki, Heydər Əliyev bu ideologiyanın ən gözəl izahını 2001-ci il noyabrın 9-da Dünya
Azərbaycanlılarının Birinci Qurultayı zamanı etdiyi çıxışında «Mən həmişə fəxr etmişəm, bu gün
də fəxr edirəm ki, azərbaycanlıyam» sözləri ilə ifadə edib və dünya azərbaycanlılarını öz milli-
mənəvi dəyərlərini unutmamağa, bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyası
ətrafında birləşməyə çağırıb. Bu kəlam Azərbaycan coğrafiyası daxilində yaşayan müxtəlif
mədəniyyətlərin
həmrəyliyinə
təkan
verib.
Bu
həmrəyliyin
əsasını
isə
tolerantlıq və
multikulturalizm təşkil edir. Bir sözlə, azərbaycançılıq ideologiyası ölkə daxilində müxtəlif
mədəniyyətliliyin və dini dözümlülüyün əks olunduğu vahid bir dəyərlər sistemidir. Bundan belə
qənaətə gəlmək olar ki, bizə tarixən xas olan tolerantlıq dini dözümlülük və etnik bərabərlik
mənasında işlədilir. Azərbaycanın timsalında dözümlülük və bərabərlik həm də dini konfessiyaların
və etnik qrupların birgə mövcudluğu, əməkdaşlığı və bərabər imkanları üçün qarşılıqlı hörmət və
münasibətlər sistemi olaraq qəbul edilir. Məhz bu səbəbdən də XXI əsrin Azərbaycanı bu
münasibətlər sistemini özündə cəmləşdirərək müasir dünyanın tolerantlıq simvollarından birinə və
digər cəmiyyətlər üçün örnək modelinə çevrilib. Dini tolerantlığın bir həyat tərzinə çevrildiyi
Azərbaycan ərazisində üç səmavi dinin (yəhudilik, xristianlıq və islam) və eyni zamanda, müxtəlif
inancların qarşılıqlı hörmət şəraitində yaşaması tarixi ənənələrin, müasir zamanda isə müvafiq
qanunvericiliyin və məqsədyönlü dövlət siyasətinin göstəricisidir.
Multikulturalizm ayrı-seçkiliyə yol vermir, əksinə bütün xalqları birləşdirir. Azərbaycanda
müxtəlif milli-mənəvi və konfessional birliklər öz xüsusiyyətlərini hərtərəfli şəkildə inkişaf
etdirmək imkanına malik olaraq həm də, başqa mədəniyyətdən də yararlanaraq, istifadə etmək
- 102 -
imkanına malikdir. Ölkədə multikulturalizmin yaranması və inkişafında modernləşmə və
Azərbaycançılıq ideologiyası da əsas amildir. Bu ideologiyanın əsasını millilik, dünyəvilik, sosial
ədalət, demokratiya, milli tərəqqi insan hüquq və azadlığına riayət təşkil edir. Bu ideologiya
Azərbaycanı özünə vətən qəbul etmiş, ölkədə yaşayan bütün millətlərin və etnik qrupların vəhdət
şəklində, dostluq, hətta qohumluq, qonşuluq, əmin-amanlıq şəraitində yaşadığı mədəniyyətlərinin
inkişaf etdiyi ümumi talelərini əks etdirən, multikulturalizm göstəricisi olan mənəvi fenomendir.
Digər bir aspekt isə ondan ibarətdir ki, Azərbaycançılıq ideologiyası yalnız ölkə ərazisində yaşayan
müxtəlif etnik və dini mənsubiyyətli insanların göstəricisi yox, o həm də geosiyasi sərhədə və
məkanların ayırdığı, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı da bir ideya-fəlsəfi,
mədəni məkanda bütövləşdirən gücdür. Azərbaycançılıq - cəmiyyətin sosial-mədəni, siyasi və
hüquqi nizamlanmasının, insanları mənən səfərbər edən və vəhdətinin əsas faktorudur.
Qeyd olunan bu aspektlər Azərbaycanı çoxmillətli, çoxdilli, multikultural, demokratik
vətəndaş cəmiyyəti quruculuqlu ölkə kimi tanıtmışdır. Azərbaycanın multikultural stereotipləri
qlobal tədbirlərdə də təsdiq olunur. 2011-ci il Bakı Forumunda iştirak edən Y.Jdanov
multikulturalizmin inkişafı barədə belə fikir söyləmişdir: “Planetdə başqa elə bir bölgə yoxdur ki,
buradakı kimi onlarla xalq çox uzun müddətə və birlikdə yaşamış olsun. Bu füsunkar çoxçalarlılıq
bütün bəşəriyyətin dəyərli xəzinəsi hesab oluna bilər. Yəqin buna görədir ki, bu ölkənin ictimai-
elmi fikri millətlərarası münasibətlər, əməkdaşlıq və qarşılıqlı anlaşma probleminə dünyanın
diqqətini bu qədər cəmləşdirməyə çalışır. Azərbaycanın tarixi təcrübəsi bu baxımdan dəyərli və
intəhasızdır”. Məhz bu kimi baxışlar ölkədə multikulturalizmin inkişafını göstərən reallıqdır. Bu
reallıqda bir dəlil multikulturalizmə həsr edilmiş “Bakı Beynəlxalq Humanitar Forumu”, orada
iştirak edən müxtəlif ölkələrin ölkəmizin multikultural siyasətini təqdir etməsidir. İkincisi isə
demokratik, tolerant, multikultural dövlət kimi Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına
qeyri-daimi üzvü seçilməsi faktıdır.
Qeyd etdik ki, ölkəmizdə yaşayan eyni bir doğma ailə kimi tarixi gerçəklik, genetik-etnik
yaddaş və qarşılıqlı münasibətlərin ötürücüsü olan müxtəlif xalqlar: talış, ləzgi, avar, kürd, tatar,
udin, tat və başqaları da özünü azərbaycanlı adlandırır.
Azərbaycanda yaşayan müxtəlif xalqların mənəvi yaddaşı tarixi inkişaf mərhələsində
zərdüştlükdən üzübəri dünyanın bütün əsas dinlərinin ən ülvi, bəşəri dəyərləri ilə zənginləşərək,
mədəniyyət və mənəviyyatın çoxsaylı cəhətlərini özündə miras saxlamışdır. Azərbaycanda
multikulturalizm göstəricisi özünün rəngarəng tərkibi ilə fərqlənən və bu müxtəlifliyin etnik-milli
mənbələrini qorumuş, burada yaşayan etnik-dini birliklərin qarşılıqlı münasibəti və mədəniyyəti,
folklor, dialekt, adət, məişət tərzi, inam sistemi və s. müxtəlifliyin vəhdətini müəyyən edən
obyektivlikdir.
Qanunvericiliklə hər bir millətin, dinin nümayəndəsinə öz millətinə bərabər hüquq və
azadlıqlar verən, irqi ayrı-seçkiliyin heç bir şəkildə təzahürlərinə rast gəlinməyən, millətlərin yanaşı
yaşadığı, möhkəm əlaqələrə malik olduğu və bir-birinə mühüm dəyərlər aşıladığı Azərbaycan
mədəni nümunələrin, dəyərlərin əlaqələndiricisi - körpüsüdür. Elə buna görə də, ölkəmizin adı
yüksək tolerantlıq sərgiləyən dövlətlərin siyahısında ən yüksək yerlərdən birini tutmaqdadır.
Bir sözlə, müasir Azərbaycan multikulturalizm modeli həm dinlərin bərabər inkişaf
imkanlarını və etnik qrupların birgə yaşamasını təmin edir, həm də digər inanc və mədəniyyətlərə
mənsub olan müxtəlif qruplara hörmətin və təmsilçiliyin təqdim edilməsini özündə ehtiva edir.
Azərbaycan
türkləri mehriban, qonaqpərvər, sülhsevər və humanist olduğu üçün
respublikamızda yaşayan digər xalqlar özlərini hərtərəfli ifadə edə bilirlər. Azsaylı xalqların
hüquqları hər zaman qorunub və onlara ana dilini, mədəniyyətini, dinini yaşatmaq üçün şərait
yaradılıb.
Ona
görə
də
Azərbaycan
ədəbiyyatının,
mədəniyyətinin,
ictimai
fikrinin
formalaşmasında, eləcə də ölkəmizin ərazi bütövlüyünün qorunmasında bütün millətlərin
nümayəndələri də örnək ola biləcək vətənpərvərlik nümayiş etdirmişlər.
Beləliklə, milli-mənəvi dəyərlərimizə və multikulturalizm dəyərlərini yüksək tutan dövlət
siyasətinə əsaslanaraq qeyd etmək lazımdır ki, müasir dövrdə artıq Azərbaycan yüksək tolerantlıq
nümunəsi, müxtəlif xalqların və dinlərin nümayəndələrinin yanaşı, sülh və təhlükəsizlik şəraitində
yaşadığı ideal və arzuolunan ölkə kimi dəyərləndirilməkdədir.
- 103 -
Dostları ilə paylaş: |