ƏDƏBİYYAT
1.
Azərbaycan qadını naminə. Bakı: Heydər Əliyev İrsini Araşdırma Mərkəzi, 2010, 372 s.
2.
Лапин Н.И. Кризисный социум в контексте социокультурных изменений // Мир России,
2000, №3, с.3-47
3.
Mehdiyev R. Müstəqil Azərbaycan milli ideyanın təcəssümü kimi // “Strateji təhlil” jurnalı,
2011, №1 (2), s.7-35
4.
Azərbaycan
Respublikasının
dövlət
müstəqilliyinin
onuncu
ildönümü
münasibəti
ilə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 20 mart 2001-ci il // “Azərbaycan” qəz.,
2001, 23 mart, № 64, s.1
5.
Mehdiyev R.Ə. Milli məfkurə, dövlətçilik, müstəqillik yolu ilə. II cild (məqalələr, çıxışlar,
müsahibələr). Bakı: “XXI – Yeni Nəşrlər Evi”, 2007, 672 s.
6.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı (21 yanvar 2013-cü il, № 2679) // Azərbaycan qəz. 2013,
22 yanvar, № 14, s. 1
7.
Azərbaycan Respublikasının Konstitusiyası. Bakı: Qanun, 2009, 68 s.
8.
Mirzəzadə Rəna. Gender: Cəmiyyət. İnsan hüququ. Siyasət (fəlsəfi, tarixi və siyasi-hüquqi
istiqamətlər). Bakı: Adiloğlu, 2003, 420 s.
9.
“Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər haqqında” Azərbaycan Respublikasının
Qanunu //
http://e-qanun.az/files/framework/data/9/f_9441.htm
10.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsi. Bakı: Hüquq ədəbiyyatı, 2012, 324 s.
11.
Azərbaycan SSR nikah və ailə məcəlləsi. Bakı: Azərnəşr, 1988, 75 s.
- 115 -
12.
“Məzuniyyətlər haqqında” Azərbaycan Respublikasının Qanunu. Bakı: “Qanun” jurnalına
əlavə, 1996, 18 s.
13.
Quliyeva Z., Həsənova M. Azərbaycan qadınlarının hüquqları. Bakı: “Azərbaycan”
nəşriyyatı, 1998, 72 s.
14.
Bərabər hüquqlar, bərabər imkanlar (Hüquqi təminatın əsasları). Bakı: Əbilov, Zeynalov və
oğulları, 2001, 223 s.
15.
Azərbaycan Respublikasının BMT-nin “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün
formalarının ləğv olunması haqqında” konvensiyası üzrə 4-cü dövri hesabatı, 68 s. //
http://scfwca.gov.az/up/news/article/2012/cedaw_az_ministries[1].pdf
16.
Первый периодический доклад Азербайджанской Республики по Конвеции ООН «О
ликвидации всех форм дискриминации по отношении женщин, 16 сентября 1996 г., 24 с.
//
http://docstore.ohchr.org/SelfServices/FilesHandler.ashx?enc=6QkG1d%2fPPRiCAqhKb7yhsg
cjdm0xgERNaIXh22nhTUkRBTX33QoxcrH5phsewVOBTFPmt0OGzUrCW0JpR64J78aL7hj
4gl1VeYK%2fVYLa2C1bGid6XfMJ%2f3ZyrtbI6pF1
17.
İbrahimova G. Azərbaycan qadını: Tarix və Gerçəklik. Bakı: Elm, 2009, 500 s.
18.
Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında konvensiya.
Azərbaycan Respublikasının ilkin, ikinci və üçüncü dövri birgə hesabatları üzrə Qadınlara qarşı
ayrı-seçkiliyin ləğv edilməsinə dair Komitənin yekun qeydləri və tövsiyələri. Bakı: GNS
POLIQRAF, 2007, 28 s.
19.
Azərbaycan
Respublikasının
iştirakçısı
olduğu
beynəlxalq
konvensiyaların
milli
qanunvericilikdə təsbiti. Bakı: Qanun, 2003, 58 s.
20.
Отчет Государственного Комитета по Делам Женщин Азербайджанской Республики
по вопроснику для правительств, касающийся осуществления Пекинской платформы
действий (1995 год) и решений двадцать третьей специальной сессии Генеральной
Ассамблеи ООН (2000 год). Баку, 2004, 32 c.
21.
İbrahimova G. Heydər Əliyev və Azərbaycan qadını. Bakı: Adiloğlu, 2007, 236 s.
22.
Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsi. Bakı: Qanun, 1998, 108 s.
23.
“Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu. Bakı:
“Biznesmenin bülleteni” nəşriyyat evi, 1997, 25 s
ABSTRACT
Abbasova S.Z.
Heydar Aliyev and some of the issues of formation of gender legislation in the Republic of
Azerbaijan (1993-1997)
In the present article outlines the process of formation is considered in the context of gender
legislation forming a legal state in the Republic of Azerbaijan. It is emphasized that Azerbaijan has
become a developing country with a stable political institutions and a functioning social and
economic model is largely due to the strategic course of the national leader Heydar Aliyev. It is
emphasized that the merit of the outstanding statesman of Azerbaijan lies in the fact that he not only
prevented the retreat from those socio-cultural and politico-legal conquests of women achieved in
the previous decade, but formed the fundamental basis of gender legislation of a new type, is based
on international best practices. At the same time take into account both the historical and socio-
cultural features of Azerbaijan and the rich heritage of the Soviet emancipatory practices. During
the review period the Republic of Azerbaijan joined to many international conventions and
agreements in the field of gender equality, while applying the principles of equality in the
Constitution and in the adopted legislation and codes. One can say with confidence that many of the
fundamental provisions of the UN Convention "On the Elimination of All Forms of Discrimination
against Women" found its legislative decision in 1993-1997.
РЕЗЮМЕ
Аббасова С.З.
- 116 -
Гейдар Алиев и некоторые вопросы становления гендерного законодательства
в Азербайджанской Республике (1993-1997 гг.)
В представленной статье в общих чертах рассматривается процесс становления
гендерного законодательства в контексте формирования правового государства в
Азербайджанской Республике. Подчеркивается, что Азербайджан превратился в
развивающееся государство со сформировавшимися политическими институтами и
функционирующей
социально-экономической
моделью
во
многом
благодаря
стратегическому курсу общенационального лидера азербайджанского народа Гейдара
Алиева. Подчеркивается, что заслуга выдающегося государственного деятеля Азербайджана
заключается в том, что он не только предотвратил отступления от тех социально-культурных
и политико-правовых завоеваний женщин, достигнутых в предыдущие десятилетия, но
сформировал фундаментальные основы гендерного законодательства нового типа,
опирающие на передовой мировой опыт. При этом учитывались как исторические и
социокультурные особенности Азербайджана, так и богатое наследие советских
эмансипаторских практик. За рассматриваемый период Азербайджанская Республика
подключилась ко многим международным конвенциям и соглашениям в области гендерного
равноправия, при этом претворяла в жизнь принцип равенства как в конституции, так и в
принятых законодательных актах и кодексах. Можно с уверенностью утверждать, что многие
принципиальные положения Конвенции ООН «О ликвидации всех форм дискриминации по
отношении женщин» нашли свое законодательное решение в 1993-1997 годах.
NDU-nun Elmi Şurasının 30 mart 2015-ci il tarixli qərarı ilə çapa tövsiyə
olunmuşdur (protokol № 08)
Məqaləni çapa təqdim etdi: Fəlsəfə üzrə elmlər doktoru, professor
M.Rzayev
- 117 -
НАХЧЫВАН ДЮВЛЯТ УНИВЕРСИТ ЕТ И. ЕЛМИ ЯСЯРЛЯР, 2015, № 2 (67)
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
С ЖЫЕНТЫФЫЖ W О РКС , 2015, № 2 (67)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТ ВЕННЫЙ УНИВЕРСИТ ЕТ . НАУЧНЫЕ ТРУДЫ, 2015, № 2 (67)
OSMAN HACIYEV
Bakı Dövlət Universiteti
osmanhaciyev@mail.ru
UOT:316.343.654
AZƏRBAYCAN RESPUBLİKASINDA ORTA SİNİF CƏMİYYƏTİN
MODERNLƏŞMƏSİNİN SUBYEKTİ KİMİ
Müasir informasiya cəmiyyətində sosial həyatın müxtəlif sahələrini əhatə edən modernləşmə
prosesləri sosial strukturdan yan keçmir. Cəmiyyətin sosial strukturunda bu prosesin ən mühüm
göstəricisi orta sinfin kəmiyyət və keyfiyyətcə inkişafıdır. Orta sinif, modernizasiya, bazar
iqtisadiyyatı və demokratiya paralel şəkildə formalaşan eyni prosesin – cəmiyyətin bütün
sferalarında həyata keçirilən zəruri islahatların nəticələridir. Azərbaycan cəmiyyətində bu prosesin
öyrənilməsi xüsusi aktuallıq kəsb edir. Akademik R.Mehdiyev bu münasibətlə milli modernləşmə
anlayışından istifadə edir. O, milli modernləşmə anlayışı adı altında Azərbaycan cəmiyyətinin
siyasi, milli və iqtisadi hədəflərini müəyyənləşdirir. R.Mehdiyev yazır: “Milli modernləşmə dedikdə
biz üç məsələnin həllini başa düşürük [1, 4]:
-
vətəndaş həmrəyliyinin təmin edilməsi və demokratik təsisatların və ənənələrin
təkmilləşdirilməsi, habelə müvafiq sosial sistemlərin formalaşdırılması;
-
səmərəli və möhkəm iqtisadi sistem yaradılması və onun ümumavropa strukturuna
daxil edilməsi, habelə milli iqtisadiyyatın rəqabət qabiliyyətinin gücləndirilməsi;
-
Azərbaycançılığın və milli “Mən”in mahiyyətinin başa düşülməsinin üstünlük
təşkil etdiyi möhkəm sosio-mədəni mühitin qurulması.
Göründüyü kimi cəmiyyətdə modernləşmə prosesinə gedən yol iqtisadi, sosial və siyasi
islahatlardan keçir. Yenilikçi orta sinif bu sahədə başlıca rola malikdir. Modernləşmə prosesinin
uzun müddət əvvəl başlandığı ABŞ və Qərbi Avropada orta sinfin öz inkişafında iki mərhələdən
keçdiyinin şahidi oluruq. Birinci mərhələni – XVII-XIX əsrlərdə formalaşan və XX əsrin ortalarına
qədər mövcud olan kiçik və orta burjuaziyadan (mülkiyyətçilərdən) ibarət köhnə orta sinif təşkil
edir. XX əsrin ortalarında bu təbəqəni yeni orta sinif əvəz etdi. Yeni orta sinfin əsasını maddi
mülkiyyət deyil, peşəkar fəaliyyət təşkil edir. Əgər industrial mərhələdə köhnə orta sinif əsas rol
oynayırdısa, postindustrial mərhələdə cəmiyyətin sinfi strukturunda əsas yeri yeni orta sinif tutur.
Azərbaycanda yeni orta sinif inkişaf etmiş ölkələrdəki anoloji təbəqələrdən müəyyən qədər
fərqlənir. Bu, özünü daha çox peşəkarlıq, sosial mühitə uyğunlaşma və kəmiyyət göstəricilərində
biruzə verir. Buna görə də onu tamamilə Qərb tipinə uyğun “yeni orta sinif” adlandıra bilmirik.
Bununla belə, o, Azərbaycan reallığı üçün doğurdan da yenidir. Bu sinif tamamilə yeni sosial-
iqtisadi təbiətə malikdir. Orta sinfin bu nümayəndələri Azərbaycan reallığı üçün yeni olan sahələrdə
çalışırlar. İri biznes sahəsində çalışan menecerlər, maliyyə bazarında, marketinq sahəsində çalışan
mütəxəssislər şəxsi istehsal vasitələrinə sahib olmadan öz bacarıq və biliyini satması hesabına orta
sinfin strukturunda kifayət qədər dayanıqlı yerə sahibdirlər. Digər tərəfdən, Azərbaycanda yeni orta
sinfin əsasını təşkil edə biləcək təbəqələrin sosial bazasının formalaşma potensialı da kifayət qədər
böyükdür. Xalq təsərrüfatında çalışan ali və orta ixtisas təhsilli işçilər yeni orta sinfin əsas sosial
bazasını təşkil edə bilər. Təqribi hesablamalara görə onlar çalışanların 28%-ni təşkil edir. Lakin,
onların əksəriyyətinin gəlirləri hələ yüksək sosial statusu təmin etməyə imkan vermir. Keçid
dövründə mütəxəssislərin bir qismi çıxış yolunu xaricə miqrasiya etməkdə görürdü. Məsələn, 1998-
ci ildə bir milyondan çox adam xarici ölkəyə işləməyə getmişdir [3, 436]. Digər qismi isə biznes,
kiçik və orta sahibkarlıqla məşğul olsa da, onların böyük əksəriyyəti öz peşələrinə sədaqətini
göstərərək çətin şərtlər daxilində yaşamağa məcbur oldular. Bununla bağlı digər problem ondan
ibarətdir ki, həmin mütəxəssislərin əksəriyyəti öz biliklərini müasir tələblərə cavab verən səviyyəyə
- 118 -
çatdıra bilməmişlər. Onlardan az qismi isə öz maddi vəziyyətini yaxşılaşdırmağın, yaradıcı və
intellektual potensialını reallaşdırmağın əsas vasitəsi kimi bazar iqtisadiyyatına keçidi yüksək
qiymətləndirərək müasir biliklərə yiyələnmiş və bunun əsasında dəyişilən şəraitə kifayət qədər
adaptasiya ola bilmişlər. Təqribi hesablamalara əsasən bu qrup mütəxəssislərin yalnız 15 %-ni təşkil
edir. Bu gün cəmiyyətimizdə yeni orta sinfin bir qismini bazar iqtisadiyyatına uğurla adaptasiya
oluna bilən bu mütəxəssislər təşkil edirsə, digər qismi xaricdə və Azərbaycanda müasir təhsil
görmüş, bu sahədə ixtisaslaşmış gənclərdən ibarətdir. Aparılmış tədqiqatın nəticələrinə diqqət
yetirsək görərik ki, yeni iqtisadi sistemə keçid nəticəsində cəmiyyətimizdə bir çoxları öz peşələrini
ya tamamilə dəyişməyə, ya da yeni peşə vərdişləri qazanmağa məcbur olmuşlar. Bunu 2006-cı ildə
aparılmış tədqiqatın nəticələrini özündə əks etdirən aşağıdakı cədvəldən də görə bilərik [4, 68]:
İqtisadiyyatda aparılan islahatlar Sizin peşə həyatına necə təsir göstərmişdir?(%-lə)
Cavablar
Faizlə
Mənim peşəm bu gün aktual deyil
3,3
Müasir dövrdə ehtiyac duyulan yeni peşəyə yiyələnmişəm
2,8
İqtisadi islahatlar insandan daha böyük məsuliyyət tələb edir
3,3
İqtisadi islahatlar insana daima özünütəkmilləşdirməyə stimul verir
39,4
Peşəmi dəyişmişəm
14,4
Suallara cavab verməyə çətinlik çəkənlər
6,1
Bilmirəm
30,7
Göründüyü kimi yeni iqtisadi mənzərə rəyi soruşulanların əksəriyyətinin (63%) peşə
həyatına bu və ya digər şəkildə təsir göstərmişdir. Onların bir qismi peşələrini dəyişmiş, digər qismi
isə yeni peşə vərdişləri öyrənməyə, daimi özünü təkmilləşdirməyə məcbur olmuşlar.
Respondentlərin 37%-i isə baş verən iqtisadi dəyişiklikləri çətinliklə dərk edir.
Cəmiyyətdə sabitlik və tərəqqinin, demokratikləşmə prosesinin hərəkətverici qüvvəsi sayılan
orta sinfin əhatəsinin genişlənməsi məhz geniş iqtisadi, sosial və siyasi tədbirlərin həyata
keçirilməsi sayəsində mümkündür. Orta sinif ictimai münasibətlər sistemində aparıcı mövqeyə
sahib olur. İqtisadi cəhətdən fəal və azad, təşəbbüskar, islahatlara meylli bu sinif daim mütərəqqi
ideyaları dəstəkləyir, inkişafı buxovlayan bürokratizmə, konservatizmə qarşı çıxır. Bu mənada
Azərbaycanda orta sinfin maddi əsasını təşkil edən sahibkarlığın, biznes mühitinin inkişafı
istiqamətində atılan addımlar həm də respublikamızda demokratik islahatların iqtisadi yüksəlişə
paralel şəkildə davam etdirilməsinə, siyasi, hüquqi, iqtisadi, sosial və digər sferalarda mühüm
inkişafın əldə olunması üçün etibarlı zəmindir. Bu baxımdan, Azərbaycan Respublikası
Prezidentinin 29 dekabr 2012-ci il Sərəncamı ilə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf
Konsepsiyasının hazırlanması və buradan irəli gələn məsələlərin həlli istiqamətində işlərin
aparılması təqdirəlayiq hesab olunmalıdır. Belə bir konsepsiyanın hazırlanması zərurəti ölkəmizin
yeni inkişaf mərhələsinə qədəm qoyması ilə bağlıdır [5, 6]. Adı çəkilən konsepsiyada
cəmiyyətimizdə orta sinfin inkişafı məsələlərinə xüsusi diqqət yetirilir: “bu konsepsiya çərçivəsində
Azərbaycanda “mütləq yoxsulluq” problemi yenə də daim diqqət mərkəzində olacaqdır. Bununla
yanaşı ölkədə əhalinin orta təbəqəsinin genişlənməsi, həmin təbəqənin rolunun gücləndirilməsi
başlıca məqsədlərdən biridir. Dünya ölkələrinin təcrübəsi göstərir ki, orta təbəqənin güclü olduğu
ölkələr həm siyasi, həm də iqtisadi, sosial və s. aspektdən daha sabit və yüksək inkişaf potensialına
malik olur” [5, 12].
Azərbaycan filosofu İlham Məmmədzadə orta sinif və vətəndaş cəmiyyəti anlayışlarını eyni
konteksdən nəzərdən keçirərək yazır ki, “Azərbaycanda orta sinif formalaşır və orta sinif vətəndaş
cəmiyyəti ideyasını qəbul edir. Vətəndaş cəmiyyəti əsasən orta sinfin tələbidir. Orta sinif ideyası
vətəndaş cəmiyyətinin inkişafı ilə sıx bağlıdır. Avropa və ya ABŞ-ın orta sinfinin həm maaşı
- 119 -
yüksəkdir, həm təhsili keyfiyyətlidir, həm səhiyyə sistemi, həm pensiya təminatı və s. Bir sözlə,
onun imkanları daha genişdir. Yəni, onların təkcə özləri və ailələri haqda deyil, cəmiyyət haqqında
da düşünmək və qayğılanmaq imkanları var. Bu, vətəndaş cəmiyyəti quruculuğu üçün çox mühüm
və vacib amildir. Ona görə də belə orta sinfin yaratdığı vətəndaş cəmiyyəti də güclü, çevik və
ədalətli olur” [6, 8]. Söylənilən fikirlərin davamı olaraq qeyd edə bilərik ki, Qərbdə orta sinfin
malik olduğu belə geniş funksiyalar onun stratifikasiya sisteminin mərkəzində tutduğu böyük və
mühüm yeri ilə bağlıdır. Burada uzun inkişaf tarixinə malik olan orta sinif təşkilatlanmış, qrup
mənafeyini dərk edən sosial birlik kimi çıxış edir. Düşünürük ki, öz inkişafının bazar iqtisadi
modeli mərhələsinə yenicə qədəm qoyan Azərbaycan orta sinfi də müəyyən müddətdən sonra
cəmiyyətimizdə eyni funksiyaları həyata keçirmək gücünə malik olacaqdır.
Müasir
Azərbaycan
cəmiyyətində
müxtəlif
təbəqələrə
məxsus
gəlirlərin
müəyyənləşdirilməsi və bunun əsasında nəticələrin çıxarılması sosial strukturun təhlili ilə bağlı ən
mürəkkəb məsələlərdəndir. Lakin, rəsmi rəqəmlərə istinad edərək deyə bilərik ki, son illərdə
görülən tədbirlər nəticəsində Azərbaycanda yoxsulluğun səviyyəsi 49 faizdən 5 faizə qədər
azalaraq, inkişaf etmiş ölkələrin göstəricisinə yaxınlaşmışdır [7]. Yoxsulluğun azalması ilə bərabər,
ölkədə əmək haqlarının, pensiya və sosial müavinətlərin artması da davam edir. Rəsmi statistikaya
əsasən, 2012-ci ildə iqtisadi fəal əhalinin sayı 4 milyon 688 min 400 nəfər olmuşdur. İqtisadi fəal
əhalinin ümumi sayından məşğul olanlar 94,8 faiz (4 milyon 445 min 300), işsizlər isə 5,2 faiz (243
min 100) təşkil etmişdir. Rəsmi işsiz statusu alan şəxslərin sayı 36 min 791 nəfər olmuş, onlardan
934 nəfəri işsizliyə görə sosial müavinətlə təmin olunmuşdur. 2003-2011-ci illərdə yeni açılmış iş
yerləri 1 milyon 700 min olmuşdur. 2013-cü ildə ölkəmizdə orta aylıq əməkhaqqı 425,1 manat, o
cümlədən, dövlət sektorunda 344,6 manat, özəl sektorda isə bu rəqəm 542,3 manat təşkil etmişdir
[7]. 2014-cü ilin statistikasına görə ölkədə 1 milyon 277 min 53 nəfər pensiyaçı vardır. Son illər
təyin olunmuş orta aylıq pensiyaların məbləği artan xətt üzrə gedir. Məsələn, 2008-ci ildə bu rəqəm
62,9 manat, 2009-cu ildə 95,8 manat, 2010-cu ildə 100,4 manat, 2011-ci ildə 112,9 manat, 2012-ci
ildə 145,1 manat, 2013-cü ildə 152 manat, 2014-cü ildə isə bu rəqəm 170,5 manat olmuşdur [7].
Təhlil əsasında deyə bilərik ki bu artım bütün növ sosial müavinətlərə də aiddir.
Beləliklə, iqtisadi inkişafdan ən çox sabit azgəlirli işçilər bəhrələnmişdir. Bu vəziyyət
cəmiyyətdə sosial ədalətin bərqərar olmasında müsbət meyldir. Artıq ölkədə “azgəlir sahibləri”nin
“orta gəlir sahibləri”nə çevrilməsi prosesi müşahidə olunmaqdadır. Son illər beynəlxalq iqtisadi
təşkilatların (“Moody`s”, “Standard & Poor`s”, “Fitch Ratings”) hesabatlarında da Azərbaycan
iqtisadiyyatı ilə bağlı yüksək qiymətləndirmələrə rast gəlinir. Azərbaycan Dünya Bankının
adambaşına düşən Ümumi Milli Gəlir təsnifatına görə “yuxarı orta gəlirli” ölkələr qrupuna digər
MDB dövlətləri ilə müqayisədə daha tez daxil olmuş və bununla yanaşı, Birləşmiş Millətlər
Təşkilatının İnkişaf Proqramının insan inkişafı ilə bağlı 2010-cu il üzrə hesabatına əsasən, “orta
insan inkişafı” ölkələri qrupunu tərk edərək, “yüksək insan inkişafı” ölkələri qrupuna yüksəlmişdir
[5, 5].
Beləliklə, milli gəlirin və buna paralel olaraq orta aylıq əmək haqlarının artımı kontekstində,
Azərbaycanda demokratiyanın və sabitliyin təminatı olan güclü orta sinfin formalaşması prosesi
davam edir. Azərbaycanda əmək haqlarının orta illik səviyyəsi ölkədəki adambaşına düşən milli
gəlir səviyyəsinə yaxınlaşır. Yaxın zamanlarda bu prosesin pozitiv istiqamətdə inkişaf edərək, orta
illik əmək haqqı ilə adambaşına düşən milli gəlir səviyyəsinin eyniləşəcəyi gözlənilir. Məhz bu
zaman Azərbaycanda güclü və sabit orta sinfin formalaşmasının ilkin mərhələsi sona çatacaqdır.
Azərbaycanda varlı, orta və yoxsul təbəqələrin sosial ierarxiya sistemində tutduğu yeri
konkret rəqəmlərlə göstərməyə çalışsaq, hansı mənzərə ilə qarşılaşmış olarıq? Onların kəmiyyət
göstəriciləri necədir?
Bu məsələ ilə bağlı tədqiqatımızda həm rəsmi statistikaya, həm də müstəqil iqtisadi
araşdırmalara istinad etmişik. Lakin, Azərbaycanda istər Dövlət Statistika Komitəsi, istərsə də
iqtisadi tədqiqatlarla məşğul olan qruplar müxtəlif sahələrin araşdırılması ilə məşğul olsalar da, orta
sinfin neçə faiz olması haqda bir rəqəm söyləyə bilmirlər. Bu, həm də Azərbaycan reallığında hələ
orta sinfə aid olmanın standartlarının tam müəyyənləşdirilməməsi ilə bağlıdır. Azərbaycanda
yoxsul, orta və varlı sinifləri təsbit edən iqtisadi hədlər hələ də müəyyənləşməyib. Hələlik
- 120 -
Azərbaycanda sosial təbəqələşmənin bir həddi bəllidir: adambaşına aylıq gəliri 93 manatdan aşağı
olan ailə yoxsul hesab olunur. Fikrimizcə, bu, aylıq gəliri 93-150 manat civarında olan ailələrin orta
sinfə aid edilməsinə əsas vermir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən Azərbaycanda
yoxsul təbəqə əhalinin 5%-ni təşkil edir. Ancaq rəsmi statistikaya görə, bura bölgələrdə pay
torpaqlarına sahib olub, müəyyən səbəblərdən (texnika, gübrə və s. çatışmazlığı) ondan yararlana
bilməyən insanlar daxil deyil.
Azərbaycanda orta sinfin gəlirlərini, istehlak standartlarını müəyyənləşdirmək üçün həm də
onun tərkibinin müxtəlifliyini nəzərə almaq lazımdır. Beləki, dövlət qulluğu ilə bağlı olan
şəxslərdən tutmuş, kiçik və orta sahibkarlıq nümayəndələri, menecerlər və ziyalılara qədər geniş
əhatəyə malik olan orta sinfin tərkibinin müxtəlifliyini nəzərə alaraq onu yuxarı orta təbəqə, orta
orta təbəqə və aşağı orta təbəqəyə ayırmaq olar. Yuxarı orta təbəqə əsasən iri şirkət və firmaların
menecerləri, orta sahibkarlıqla məşğul olan şəxslər, ticarət obyektlərinin sahibləri və dövlət
idarələrinin müxtəlif sahələrində əsasən rəhbər vəzifələri tutan insanlardan ibarətdir. Əksərən
istehsal vasitələri üzərində mülkiyyət hüququna malik olan və dövlət idarələrində çalışan yuxarı
məmur kütləsinin də bir qismini əhatə edən bu qrupu, zənnimizcə, “orta sinfin elitar təbəqəsi” də
adlandırmaq olar. Orta təbəqənin orta qatında da əsas kütlə özəl müəssisələrdə çalışır, yaxud kiçik
ticarət obyektlərinin sahibləridir və onlardan bəziləri mənzillərini icarəyə verir. Ziyalıların bir
qismi, o cümlədən, yüksək ixtisaslı tibb personalı və ali təhsil müəssisələrində çalışan dosent,
professor heyətini də orta təbəqənin orta qatına aid etmək olar. Büdcədən maliyyələşən idarələrdə
çalışan kiçik məmur kütləsi, xırda biznes və fərdi sahibkarlıqla məşğul olanlar, həmçinin, orta
ixtisaslı tibb işçiləri və məktəb müəllimləri aşağı orta təbəqəyə daxildir. Orta təbəqənin yuxarı və
orta qatının əsas gəlir mənbəyi kimi əsas iş yerindən aldıqları əmək haqqı və bir qayda olaraq, şəxsi
biznesdən daxil olan yüksək gəliri göstərmək mümkündür. Aşağı qatın nümayəndələrinin əksər
hallarda əlavə gəlir mənbəyi olmur və onlar əsas iş yeri hesabına dolanırlar. Azərbaycanda orta
sinfin aşağı qatının aylıq gəlirini şərti olaraq 500 manat, orta qatın aylıq gəlirini 1000 – 1500
manat, yuxarı qatın gəlirini isə 1500 manatdan yüksək kimi müəyyənləşdirmək olar.
Azərbaycan reallığında orta sinfi təşkil edən müxtəlif qrupların ailə büdcəsinin
formalaşmasında əvəzçilik və ya ikinci iş yeri çox mühüm rol oynayır. Bu, daha çox büdcə
təşkilatlarında çalışanlara, həmçinin idarəetmə vəzifələrində olmayanlara aiddir. Bu insanların əlavə
gəlir mənbəyini əsasən, iqtisadiyyatın özəl sektoru təşkil edir. 2004-cü ildə aparılan sosioloji
tədqiqata əsasən respondentlərin yarısından çoxu məşğulluqlarından asılı olmayaraq ötən il ərzində
maddi vəziyyətlərini yaxşılaşdırmaq və müxtəlif yollarla öz ailələrini əlavə qazancla təmin etmək
istiqamətində çalışmışdır [8, 29]:
Şəkil 3.7 Respondentlərin maddi vəziyyətlərini yaxşılaşdırmaq üçün əl atdıqları tədbirlər:
1 – iş vaxtından artıq işləmək 5 – şəxsi təsərrüfat
2 – əlavə işləmək 6 – xaricdə işləmək
3 – qohum və dostlardan kömək 7 – heçnə
4 – barter
- 121 -
Göründüyü kimi respondentlərin yarıdan az bir hissəsi əlavə gəlir yollarını axtarmamışdır.
Onların sırasına dövlət məmurları (17,5%), təqaüdçülər (15,5%), evdar xanımlar (22,9%) və işsizlər
(16,4%) daxildir.
Azərbaycan orta sinfinin istehlak standartlarının da müəyyənləşdirilməsi vacibdir. Bu zaman
orta sinif nümayəndələrinin nəyə qənaət etdiklərini bilmək lazımdır. İlk növbədə, qeyd etmək
lazımdır ki, orta sinfin yuxarı qatını fərqləndirən əsas əlamət gəlir deyil, toplanmış əmlak və
sərvətdən ibarətdir. Gəlir orta sinfin orta və aşağı qatlarının əsas xüsusiyyəti hesab olunur. Orta
sinfin yuxarı qatının nümayəndələri ümumiyyətlə heç nədə qənaət etmirlər. Xaricdə istirahət, bağ
evləri, bahalı
maşın, bahalı ev avadanlığı və s. cəhətdən yüksək təmin olunmuş bu qrup, maddi
cəhətdən heç bir sıxıntı çəkmir. Orta qata xas olan cəhət istirahətə qənaət etməkdir. Aşağı qatın
nümayəndələri geyim və keyfiyyətli qidaya qənaət edir [9, 28].
Rusiya Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun orta sinfin həcminə dair apardığı
tədqiqatlara əsasən burada əhalinin 20-25 faizi (təqribən 28 milyon nəfər) orta sinfə aid edilir. Bu rəqəm
Q.A.Zdravomıslovun 2001-ci ildə apardığı tədqiqat nəticəsində orta sinfin həcminə dair aldığı 18%-lik
nəticədən bir qədər fərqlənir. Rusiyalı ekspertlərin orta sinfə aid olmaq üçün müəyyənləşdirdiyi
kəmiyyət göstəricilərinə 550 dollarlıq aylıq gəlir, bir minik avtomobili, adambaşına 21 kvadratmetr
mənzil, ildə bir dəfə istirahət etmək imkanı və s. daxildir. Orta sinfin müəyyənləşdirilməsinin qərb
normativində adambaşına düşən mənzil sahəsinin həcmi (21 kvadratmetr) eyni olsa da, maaş (2000-
2500 dollar) və minik avtomobilinin sayı (bir yox, bir neçə) fərqlidir. Dünya bankı isə orta sinfə daxil
olmanın minimum iqtisadi həddini 3470 dollar müəyyənləşdirib. ABŞ-da bu rəqəm 3160 dollar,
Almaniyada 2000 avro, Belçikada isə 1150 avro təşkil edir [10, 85].
Müxtəlif iqtisadi təhlillərə əsaslanaraq deyə bilərik ki, Azərbaycanda orta səviyyədə yaşamaq
üçün adambaşına gəlir ən azı 500 manat olmalıdır. Hazırda respublikada orta aylıq əmək haqqı 425,1
manat təşkil edir [217]. Son illər Azərbaycanda adambaşına düşən mənzil sahəsi Rusiya və Avropa
ölkələrindəki orta sinif həddinə yaxınlaşır. Məsələn, əgər 2001-ci ildə orta hesabla hər sakinə düşən
ümumi mənzil sahəsi 14,6 kvadratmetr idisə, 2012-ci ildə bu rəqəm 17,8 kvadratmetr, 2013-cü ildə isə
18,6 kvadratmetr təşkil etmişdir [7]. Lakin, Avropa ölkələrində orta statistik ailə 6 il ərzində mənzil
almaq imkanına malikdirsə, hələki Azərbaycanda bu, yalnız 20 ildən sonra mümkündür. Dövlət bu
sahədə olan çətinliyi gənc ailələrə ipoteka kreditlərinin verilməsi yolu ilə aradan qaldırmağa çalışır.
Azərbaycanda orta sinif Qərb ölkələrində olduğu kimi geniş əhatə dairəsinə və imkanlara malik
olmasa da, bir sıra mühüm, üstün əlamətlərilə digər sosial qruplardan fərqlənir. Bu xüsusiyyətləri
aşağıdakı kimi qruplaşdırmaq olar:
-
Cəmiyyətdə digər təbəqələrlə müqayisədə iqtisadi maraqların təmin olunmasına
imkan verən bazar iqtisadiyyatına uyğunlaşmanın yüksək səviyyəsi. Burada əsas yeri
sahibkarlıq fəaliyyəti tutur;
-
Yüksək sosial mobillik və çeviklik;
-
Öz imkanlarından maksimal istifadə imkanları. Burada əsas yeri yüksək keyfiyyətli iş
qüvvəsi və özünün “insani kapital” dəyərinin gələcəkdə də artırılması tutur;
-
Digər təbəqələrlə müqayisədə dövlətə fərqli münasibət. Orta sinif dövlətə özünün
praqmatik münasibəti ilə seçilir. Həyatından əsasən məmnun olan bu sinif onlar üçün
bu şəraiti yaradan dövlətə cəmiyyətdə sabitliyi təmin edən yüksək qurum kimi
yanaşır;
-
Orta sinif cəmiyyətdə özünün sosial aktivliyi ilə seçilir;
-
Bazar münasibətlərinə meyillilik, fərdi azadlığın yüksək qiymətləndirilməsi, xüsusi
mülkiyyətin önəmi və s. Bunlar orta sinfin əksər nümayəndələri tərəfindən qəbul
edilən dəyərlərdir.
Azərbaycan cəmiyyətində bir çoxları “sosial dövlət” modelinin tərəfdarlarıdır. Azərbaycan
dövləti də özünü məhz sosial yönümlü elan etmişdir. Azərbaycan dövləti bazar münasibətləri əsasında
sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi
münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir. Sosial dövlət modelində fərdi azadlıq ikinci
dərəcəli əhəmiyyət kəsb etsə də, “ümumi rifah” ön plandadır. Bu model özündə dövlətin iqtisadiyyata
aktiv müdaxiləsini və güclü sosial müdafiə sistemini birləşdirir. Orta sinif nümayəndələrinin bu
sahədəki baxışları isə bir qədər fərqlidir. Belə ki, onların əksəriyyəti “sosial bərabərlik” cəmiyyətinə
- 122 -
yox, fərdi azadlıqların yüksək dəyərləndirildiyi “bərabər imkanlar” cəmiyyətinə üstünlük verir. Çünki,
bu təbəqənin insanı kifayət qədər aktivdir, peşəkar göstəriciləri yüksəkdir, onun əsas resurslarını peşəkar
təcrübə və bilik, insani kapital təşkil edir, onlar öz həyatını özü qurmağı bacarır.
Bütün bunları nəzərə alaraq deyə bilərik ki, biz istənilən cəmiyyətin özəyini təşkil edə biləcək
orta sinfin formalaşması imkanlarını, onun cəmiyyətdə modernləşmə proseslərinə təsirini nəzərdən
keçirdik. Aydınlaşdırdıq ki, orta sinfin formalaşması və inkişafı yeni reallıqlarla, ilk növbədə sosial –
iqtisadi münasibətlər sferasının inkişafı, iqtisadiyyatda struktur dəyişiklikləri və effektli sosial siyasətlə
birbaşa bağlıdır. Bizim təhlil göstərdi ki, cəmiyyətin bu vacib qrupu özündə ictimai istehsal sistemində
mühüm yer tutan, yüksək təhsilli və peşəkar olan, sosial ierarxiyada özünü orta vəziyyətdə görən,
islahatlara meylli insanlardan ibarətdir. Bu əlamətlərə görə biz onları cəmiyyətin modernləşməsinin
əsasını təşkil edən vahid sosial birlik hesab edə bilərik.
Dostları ilə paylaş: |