Seçilmiş əsərləri



Yüklə 2,94 Mb.
Pdf görüntüsü
səhifə98/147
tarix30.12.2021
ölçüsü2,94 Mb.
#22211
1   ...   94   95   96   97   98   99   100   101   ...   147
 

* * *

 

 

... kəpənək zərifliyi ilə pəncərənin qabağında dayanmış o penuarlı qız o zaman 

ruhlar dünyasının sorağında idi... 

 

* * *

 

 



 

352


Pensiyaya çıxmış (göndərilmiş!) KQB polkovniki Məmməd müəllim qoğala 

oxşayırdı: gödəkboylu, kök, girdəsifət, hamar yanaqları qırmızı, yumru başı da daz – 

bir sözlə, görkəmi bir az gülməli idi, amma Məmməd müəllimin xasiyyəti, xarakteri 

görkəmi kimi gülməli deyildi və  Məmməd müəllimin pişik gözlərinə oxşayan və 

həmişə də işım-işım işıldayan yaşıl gözlərinə baxanda, hərdən, adam xoflanırdı və 

Məmməd müəllimin bir xüsusiyyəti də ondan ibarət idi ki, danışanda adamın üzünə 

baxmırdı, başının üstündə naməlum bir nöqtə qaralayıb, o nöqtəyə baxırdı.  

Məmməd müəllim Bakıda hamını tanıyırdı, amma Məmməd müəllimin özünü 

çox az adam tanıyırdı  və toyda da, yasda da, kimdən söz düşürdüsə, bir küncdə 

oturmuş  Məmməd müəllim mənalı-mənalı gülümsəyirdi, bir söz demirdi, amma 

söhbətə qulaq asırdı  və  bəzən bir kəlmə ilə kiminsə  səhvini (texniki səhvini) 

düzəldirdi, məsələn, kimdənsə söhbət  əsnasında deyirdilər ki, filankəsin yaşı da 

altmışı keçib, Məmməd müəllim eləcə mənalı-mənalı gülümsəyib dəqiqləşdirirdi: «– 

Əlli yeddi yaşı var», yaxud deyirdilər ki, filankəs, deyəsən, salyanlıdı, Məmməd 

müəllim yenə də gülümsəyib: «– Atasının əsli Irandandı, anası şamaxılıdı» – deyirdi 

və sairə. 

Məmməd müəllim şairlə quda olana qədər, bu adamlar bir-birilərini tanımırdılar, 

daha doğrusu,  şair Məmməd müəllimi tanımırdı, amma hərdən,  şair öz həyatı, 

yaradıcılığı ilə bağlı nəsə danışanda, Məmməd müəllim onun da səhvini düzəldirdi, 

elə söz deyirdi, elə replika verirdi ki, şair mat qalırdı, «– Əşşi,– deyirdi,– sən mənə 

məndən yaxşı bələdsən ki!..» 

Şair məclis xoşlayan adam idi və qohum olandan sonra, məclislərinə, məcbur 

olub, Məmməd müəllimi də  dəvət edirdi və  Məmməd müəllim bütün məclis boyu 

susub, hərdən eləcə mənalı-mənalı gülümsəyirdi və hərdən kiminsə kim haqqındasa 

dediyi texniki səhvini düzəldirdi. 

Evdə, ancaq özləri olanda, kiçik qız Məmməd müəllimə «Santexnik» deyirdi və 

böyük bacısını acıqlandırmaq istəyirdi: 

– Nu, kak tvoy santexnik pojivayet? 

Böyük qız: 

– Tı sama santexnik!– deyirdi, amma özünü gülməkdən saxlaya bilmirdi. 

Əminə xanım: 

– Xvatit!– deyirdi.– Bəsdirin! Gedib kişinin qulağına çatar, yaxşı deyil... 

Və  Əminə xanımın bu «gedib kişinin qulağına çatar»ı  bəzən  şairin yadına 

düşərdi və ona ləzət eləyərdi, şair «santexnik» sözünün top kimi dığırlana-dığırlana 

gedib Məmməd müəllimin qulağına girməyini bir cizgi filmi kimi gözlərinin 

qabağına gətirərdi, gülərdi və kefi kökələrdi. 

Amma bir dəfə  Məmməd müəllim  şairə bir söz dedi, o söz heç «santexnik»in 

dediyi sözə oxşamırdı  və «santexnik» sözünün ləzzətinə, nəsə, xoşa gəlməyən bir 

şey qatırdı. 

Növbəti bir məclisdən əvvəl (gərək ki, Əminə xanımla evlənməklərinin növbəti 

ildönümü idi), şairin iş otağında oturub, ikilikdə söhbət zamanı (Məmməd müəllim 

həmişə  məclislərə vaxtından  əvvəl gələrdi ) Məmməd müəllim gülümsəyib,  şairin 

başının üstündə naməlum nöqtəyə baxa-baxa, həmişəki ahəstə səsi ilə: 

– Axır vaxtlar çox millətçi şerlər yazırsan... – dedi. – Bir az ehtiyatlı ol... Düzdü 

e, indi kanyuktura belənçinədi, ancaq... – Daha artıq mənalı-mənalı güldü. – Sən 

ehtiyatlı ol... Türkiyəyə  də çox aludə olma... Hə? – Bu dəfə  Məmməd müəllimin 

təbəssümü bütün sifətinə yayıldı və yaşıl gözləri də daha çox işıldadı.– Elə bilirsən, 

day Sovet hökuməti qayıtmayacaq? Hə? 




 

353


Məmməd müəllimin bu «hə?»ləri bir müddət şairin yadından çıxmadı və şair bu 

«hə?»lərdə heç bir perspektiv görməsə də, bir müddət narahat oldu. 

 

* * *

 

 



Illər ötürdü, elə bil, zaman da meşədən gətirilən odun kimi bir yük idi və o yükü 

də eşşək arabası çəkib irəli aparırdı, aylar günləri, illər ayları əvəz edirdi və illərin 

eləcə  eşşək arabasının sürətilə ötməyinin qəribə bir ab-havası var idi, o ab-havanı 

söz ilə ifadə etmək mümkün deyildi və şair, bəzən, elə bil ki, o ab-havanın rəngini 

görürdü, amma bu, nə  rəng idi? qırmızı idi? yaşıl idi? sarı idi? – bunu da demək 

mümkün deyildi, bəzən o rəng (naməlum rəng!), elə bil, çönüb meh kimi bir şeyə 

çevrilirdi – o uzaq illərdən gələn meh – amma o meh də tez əsib (?) keçirdi. 

Və bir-birini eləcə aramla əvəz edən illər o eşşək arabasındakı odun yükünün 

təpəsində oturmuş o uşağı şair elədi, sonra o illərin araba sürəti şairi Bakıya gətirən 

qatarın sürəti ilə  əvəz olundu, sonra da illərin o qatar sürəti Moskvaya, Kiyevə, 

Cakartaya, Daşkəndə, Havanaya, Kəraçiyə, Akkraya, daha nə bilim, haralara uçan 

təyyarə sürətinə çevrildi, illər uçdu... 

uçdu... 

uçdu... 


uçdu... 


Yüklə 2,94 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin