Ara sözlərin məna növləri, quruluşu. Ara sözlərin
aşağıdakı məna növləri vardır:
1. Fikrin gerçəklik dərəcəsini göstərən ara sözlər. Bu
ara sözlərin özünü də bir neçə qrupa ayırmaq olar:
a) yəqinlik bildirənlər: əlbəttə, şübhəsiz, şübhəsiz ki,
sözsüz, sözsüz ki, qətiyyən, əsla, həqiqətən, doğrudan və s.
Məsələn, Ona göstərilmiş belə hörmət, əlbəttə, onun qara
qaşına, ala gözünə görə deyildi. (V. Babanlı) Doğrusu, sən
belə danışanda mən özümü pis hiss edirəm. (İ.Əfəndiyev)
Sözsüz, daha dünya gözü ilə bir-birimizi görməyəcəyik.
(R.N.Güntəkin)
b) güman, şübhə bildirənlər: güman ki, çox güman ki,
bəlkə, bəlkə də, görünür, deyəsən, ola bilsin ki və s. Məsələn,
Görünür ki, kənddə mənim verəcəyim mənfəət daha çox
olacaqdır. (M.İbrahimov) Ancaq, deyəsən, kənd cavanlarının
çoxu qəzəbli idi. (İ.Şıxlı) Bəlkə, bu yerlərə bir də gəlmədim,
Duman, salamat qal, dağ, salamat qal. (M.Araz)
c) söylənilən fikrin təbii, adəti üzrə olduğunu
bildirənlər: adəti üzrə, təbii ki, həmişə olduğu kumi, bir qayda
olaraq və s. Məsələn, Süleyman dəvələri rahatlayıb evə
qayıdanda, həmişə olduğu kimi, Cabbarı qapı ağzında onu
gözləyən gördü. (O.Salamzadə) Təbii ki, bu qoca dünyanın
onun-bunun gücü çatmayan qanunları vardır. (Əbülhəsən)
Gülarə Abdullayeva
224
2. Danışanın ifadə olunan fikrə hissi münasibətini
bildirən ara sözlər: xoşbəxtlikdən, bədbəxtlikdən, təəssüf,
qəribədir, heyf, heyf ki, şükür, şükür ki, təəccüblüdür və s.
Məsələn, Qəribədir ki, bu adamın yerişi də, duruşu da yastı idi.
(M.İbrahimov) Kür qırağının əcəb seyrəngahı var, Yaşılbaş
sonası, heyf ki, yoxdur. (M.P.Vaqif)
3. Fikrin mənbəyini göstərən ara sözlər: məncə,
səncə, bizcə, sizcə, mənə görə, deyildiyinə görə, zənnimcə,
fikrimcə və s. Məsələn, Məncə, heç bir qəpik də almayıb.
(S.Rüstəmxanlı)
4. Fikrin ifadəsi üsuluna münasibət bildirənlər. bir
sözlə, daha doğrusu, düzü, açığı, necə deyərlər, əslində və s.
Məsələn, Mən heç bir söz demirəm. Daha doğrusu, deyə
bilmərəm. (İ.Əfəndiyev)
5. Nitqin sırasını bildirən ara sözlər: əvvəla, birincisi,
ikincisi, müxtəsər, əlqərəz, nəhayət, üstəlik, bir daha,
ümumiyyətlə, əksinə, bununla bərabər, xülasə, birinci,
əvvələn, beləliklə, və s.
6.Çağırış, diqqət bildirənlər:
görürsən (mi),
görürsünüzmü, bilirsənmi, bilirsinizmi, başa düşürsən(mi),
başa düşürsünüzmü, inanırsan (mı), inanırsınızmı, əgər bilmək
istəyirsənsə, əgər bilmək istəyirsinizsə, bağışla, bağışlayın,
tutaq ki, yaxşı, çox gözəl və s.
Ara sözlər quruluşuna görə 2 cürdür: sadə ara
sözlər, mürəkkəb ara sözlər. Sadə ara sözlər bir sözdən
ibarət olur. Məsələn, Görəsən, bir ağıllı adam qabağa çıxıb
qırğının qabağını alacaqmı? (F.Kərimzadə) Onların iddiasına
görə, guya Fəzli insanla heyvanatı, ilahə və gözəl olanla
murdarı, yəni padşahla rəiyyəti eyniləşdirirdi. (İ.Hüseynov)
Müasir Azərbaycan dili
225
Sadə cümlələr
və onların təsnif prinsipləri
Üzvlənən sadə cümlələr. Sadə cümlələr bir
predikativ mərkəzdən ibarət olan cümlələrdir. Belə cümlələrin
müxtəlif struktur -semantik tipləri vardır. Bunlardan bəziləri
asanlıqla cümlə üzvlərinə parçalanır, bir, iki və daha çox
cümlə üzvündən ibarət olur. Elə cümlələr də vardır ki,
onları cümlə üzvlərinə ayırmaq olmur. Bu cəhətdən sadə
cümlələri iki qrupa bölmək olar: 1. Üzvlənən sadə
cümlələr. 2. Üzvlənməyən sadə cümlələr.
Fikrin əsas ifadə vasitələri üzvlənən cümlələrdir.
Sadə və mürəkkəb cümlələrin bütün növləri, bütün təsnif
prinsipləri üzvlənən cümlələr üzərində aparılır. Üzvlənməyən
cümlələr də yalnız üzvlənən cümlələrin köməyi ilə (bəzən
də situasiya ilə) məna ifadə edir. Üzvlənməyən cümlələrin
iki növü vardır: söz cümlələr, vokativ cümlələr.
Azərbaycan dilində üzvlənən sadə cümlələr müxtəlif
prinsiplər əsasında təsnif edilərək rəngarəng növlərə bölünür.
Cümlə üzvlərinin iştirakını nəzərə almaqla sadə
üzvlənən cümlələri aşağıdakı kimi təsnif etmək olar:
1. Baş üzvlərin iştirakına görə. Cüttərkibli cümlələr,
təktərkibli cümlələr.
2. Baş üzvlərlə yanaşı, ikinci dərəcəli üzvlərin də
iştirak edib-etməməsinə görə: geniş cümlələr, müxtəsər
cümlələr.
3. Fikrin ifadəsi üçün lazım olan üzvlərin iştirak edib-
etməməsinə görə: bütöv cümlələr, yarımçıq cümlələr.
Hər iki baş üzvün iştirakı ilə qurulan cümlələrə
cüttərkibli, baş üzvlərdən yalnız birinin iştirakı ilə formalaşan
cümlələrə isə tərktərkibli cümlələr deyilir.
Baş üzvlərlə yanaşı, ikinci dərəcəli üzvlər də (bir və
ya bir neçə) iştirak edən cümlələrə geniş cümlələr, yalnız
Gülarə Abdullayeva
226
baş üzvlərdən ibarət olan cümlələrə isə müxtəsər cümlələr
deyilir. Elə cümlələr də olur ki, həmin cümlədə fikri ifadə
etmək üçün lazım olan bütün üzvlər bilavasitə iştirak edir. Belə
cümlələrə bütöv cümlələr deyilir. Bu üzvlərdən biri və ya bir
neçəsi buraxıldıqda yarımçıq cümlələr yaranır.
Cüttərkibli cümlələr və onların quruluş
xüsusiyyətləri. Baş üzvlərin hər ikisinin iştirakı ilə
qurulan sadə cümlələrə cüttərkibli cümlələr deyilir. Bu
cümlələrdə adətən fikir predmeti mübtəda və ya mübtəda
qrupu şəklində, fikir predmetinin hərəkət və əlaməti xəbər
və ya xəbər qrupu şəklində ifadə olunur. Məsələn, Mən
sizin belə düşünməyinizdən də incimirəm. (İ.Əfəndiyev)
Gülmirənin marağı daha da artdı. (Ə.Hacızadə) Cüttərkibli
cümlələrdə əksər halda mübtəda məntiqi subyektə, xəbər
məntiqi predikata uyğun gəlir. Cümlə geniş olduqda iki
zonaya, yəni mübtəda və xəbər zonasına ayrılmış olur.
Mübtəda ona aid olan üzvlə-təyinlə birlikdə mübtəda
zonasını, xəbər isə ona aid olan üzvlərlə: tamamlıq, zərflik
və təyinlə birlikdə xəbər zonasını əmələ gətirir. Məsələn,
Havada süzən iri bir çalağanın kölgəsi çəpərin üstündən aşıb,
həyətin ortası ilə tövləyə doğru süründü. (İ.Şıxlı)- cümləsində
subyekt mübtəda zonasına (Havada süzən iri bir çalağanın
kölgəsi), predikat isə xəbər zonasına (çəpərin üstündən aşıb,
həyətin ortası ilə tövləyə doğru süründü.) uyğun gəlir.
Cüttərkibli cümlələr dildə ən çox işlənən cümlə
növüdür, buna görə də bədii əsərlərin dilində böyük
üstünlük təşkil edir.
Qeyd etdiyimiz kimi, cüttərkibli cümlələrin
qurulmasında hər iki baş üzvün iştirakı vacibdir. Lakin
bəzən təkrara yol verməmək, fikri sadə, səlis və yığcam
ifadə etmək üçün cümlələrin mübtədası buraxılır, mübtəda
bilavasitə cümlədə iştirak etmir. Bu cür cümlələrin
mübtədasını mətnə əsasən asanlıqla bərpa etmək
olduğundan, onlar da cüttərkibli cümlə hesab edilir. Məsələn,
Müasir Azərbaycan dili
227
Bu fikirlərdən Zərnigar xanım dəhşətə gəldi. Suyun soyuq
havasını üzündə hiss edib geri çəkildi. (İ. Şıxlı) – cümlələrindən
birincisində mübtəda (Zərnigar xanım) iştirak etmiş, ikinci
cümlədə onu təkrarlamağa ehtiyac olmamışdır. Əvvəlki
cümləyə əsasən, bu cümlənin mübtədasını müəyyənləşdirmək
və bərpa etmək mümkün olur. Bu cür cümlələr mübtədası bərpa
edilə bildiyi üçün cüttərkibli, buraxıldığı üçün yarımçıq cümlə
adlanır. Yersiz təkrara yol verməmək üçün, bədii əsərin
dilinin gözəlliyi, səlisliyi, bədiliyi, sadə və yığcamlığını
təmin etmək üçün belə cümlələrdən bədii əsrlərdə çox istidafə
olunur. Lakin I, II şəxsin tək və cəmində olub mən, sən,
biz, siz sözləri ilə ifadə olunan mübtədalar da buraxıla
bilir. Belə cümlələrin mübtədasını müəyyənləşdirmək üçün
mətnə ehtiyac olmur. Xəbərdəki şəxs sonluğu bunu
aydınlaşdırmağa imkan verir. Məsələn, Ovçuluğa meyl
saldım, Gecə-gündüz çöldə qaldım (S.Vurğun). Bu
cümlələrdə mən mübtədası işlənməmişdir. Belə cümlələrin
cüttərkibli və ya təktərkibli olması barədə türkologiyada
müxtəlif fikirlər vardır. Bəzi alimlər belə cümlələri
təktərkibli müəyyən şəxsli cümlələr adlandırır. Əslində, belə
cümlələr cüttərkibli, həm də bütöv cümlələrdir.
Üçüncü şəxs bütün canlı və cansız varlıqları əhatə
etdiyindən həmin şəxsdə olub, buraxılmış mübtədanı yalnız
mətnə əsasən dəqiq müəyyənləşdirmək mümkündür.
Məsələn, Baxır. - cümləsinin mübtədasını mətni və ya
situasiyanı nəzərə almadan dəqiq müəyyənləşdirmək olmaz.
Ona görə də, belə cümlələr yarımçıq sayılır, daha doğrusu,
cüttərkibli yarımçıq cümlə hesab olunur.
Müxtəsər və geniş cüttərkibli cümlələr. Cüttərkibli
cümlələr ikinci dərəcəli üzvlərin iştirakına görə müxtəsər və
geniş olur. Müxtəsər cüttərkibli cümlələr yalnız baş üzvlərdən:
mübtəda və xəbərdən ibarət olur. Məsələn, Yağış yağırdı.
Havalar istiləşdi. Suyun üzü titrədi.
Gülarə Abdullayeva
228
Bəzən müxtəsər cüttərkibli cümlənin baş üzvləri
ismi və feli birləşmələrlə ifadə olunur, cümlənin həcmi
böyüyür, cümlə zahirən geniş cümləyə oxşayır, lakin
müxtəsər olaraq qalır. Məsələn, Hamıdan çox sevinən
Qulunun uşaqları oldu. (Ə.Haqverdiyev) Məni narahat edən
sizin belə düşünməyinizdir. (İ.Əfəndiyev)- cümlələri yalnız
baş üzvlərdən ibarət müxtəsər cümlələrdir.
Cüttərkibli cümlələr feli və ismi xəbərli, təsdiq və
inkar ola bilər.
Müxtəsər cümlələrdə baş üzvlərin ətrafında ikinci
dərəcəli üzvlər ( təyin, tamamlıq və zərflik) toplanmaqla
geniş cümlə əmələ gəlir. Tərkibindəki ikinci dərəcəli üzvə
görə geniş cümlələri də müxtəlif cür qruplaşdırmaq olar
Prof. Q.Ş.Kazımov yazır ki, sadə geniş cümlənin
100-dən artıq quruluş modeli vardır. Bunlardan nümunə
üçün bir neçəsini qeyd etmək olar: təyin + mübtəda +
xəbər; mübtəda + təyin + ismi xəbər; mübtəda + vasitəli
tamamlıq + xəbər; mübtəda + tərz zərfliyi + xəbər;
mübtəda + zaman zərfliyi + xəbər; mübtəda + yer zərfliyi +
xəbər; mübdəta + səbəb zərfliyi + xəbər; mübtəda +məqsəd
zərfliyi + xəbər; təyin + mübtəda + vasitəsiz tamamlıq+
xəbər; təyin + mübtəda + vasitəli tamamlıq + vasitəsiz
tamamlıq+ xəbər; təyin + mübtəda + vasitəli tamamlıq +
vasitəsiz tamamlıq + tərz zərfliyi + xəbər və s. Baş üzvlərlə
ikinci dərəcəli üzvlərin bu cür əlaqəsi sadə geniş cümlə
modellərinin rəngarəngliyini üzə çıxarır. (4, səh. 179)
Təktərkibli cümlələrin quruluş xüsusiyyətləri.
Cüttərkibli cümlələrdən fərqli olaraq, təktərkibli cümlələr
baş üzvlərdən yalnız biri əsasında formalaşır. Digər baş
üzvə ehtiyac qalmır. Məsələn, Payızın ilk günləri idi.
(İ.Şıxlı)
Şirəlinin evləndiyi
zamandan
çox
keçir.
(S.Rüstəmxanlı) Bu cümlələr baş üzvlərdən yalnız xəbərin
iştirakı ilə qurulmuşdur. Burada mübtəda yoxdur və onun
bərpası mümkün deyildir.
Müasir Azərbaycan dili
229
Baş üzvlərdən biri əsasında qurulan sadə
cümlələrə təktərkibli cümlələr deyilir.
Təktərkibli cümlələr iki növə ayrılır:
1.Xəbər əsasında qurulan təktərkibli cümlələr;
2. Mübtəda əsasında qurulan təktərkibli cümlələr.
Xəbər əsasında qurulan təktərkibli cümlələr mübtədanın
təsəvvür dərəcəsindən asılı olaraq qeyri-müəyyən şəxsli,
ümumi şəxsli, şəxssiz cümlələr olmaqla üç növə ayrılır.
Mübtəda əsasında qurulan təktərkibli cümlələr isə adlıq
cümlələr adlanır. Beləliklə, dilimizdə təktərkibli cümlələrin
qeyri-müəyyən şəxsli, ümumi şəxsli, şəxssiz, adlıq cümlələr
olmaqla dörd növü qeyd edilir.
Xəbər əsasında formalaşan təktərkibli cümlələrdə
bütün ikinci dərəcəli üzvlər iştirak edə bilər. Adlıq
cümlələrdə bu cəhət məhduddur – yalnız təyin və
determinant üzvlər (zaman, yer zərflikləri və s.) işlənə bilir.
Xəbər əsasında qurulan təktərkibli cümlələrdə
müəyyən bir iş, hərəkət, hadisə haqqında məlumat verilir,
bir şey soruşulur, biri işə təhrik edilir. Adlıq cümlələrdə
yalnız əşya və hadisələrin adı çəkilir, onun haqqında əlavə
məlumat verilmir.
Təktərkibli cümlələr cüttərkibli cümlələrlə
müqayisədə az işlənsə də, qısalığı, emosionallığı ilə fikir
ifadəsində mühüm yer tutur.
Qeyd. Dilçilikdə xəbər əsasında formalaşan təktərkibli
cümlələr adlandırılarkən şəxs terminindən qrammatik şəxs
mənasında istifadə edilir. Belə cümlələrdə həqiqi şəxs iştirak edə
bilər. Lakin cümlə təktərkibli cümlə olar. Məsələn, Qədiri
gülmək tutdu. – cümləsində şəxs (Qədiri) olduğu halda, cümlə
şəxssiz cümlə hesab edilir. Şəxssiz, qeyri-müəyyən şəxsli, qeyri-
müəyyən mübtədalı terminlərində qrammatik şəxs, yəni
mübtəda nəzərdə tutulur. Başqa sözlə, şəxssiz - mübtədasız,
qeyri-müəyyən şəxsli - qeyri-müəyyən mübtədalı, ümumi şəxsli-
ümumi mübtədalı deməkdir.
Gülarə Abdullayeva
230
Qeyri-müəyyən şəxsli cümlələr. Mübtədasız təktərkibli
sadə cümlənin növlərindən biri qeyri-müəyyən şəxsli
cümlələrdir. (Bu cümlələrdə işin icraçısı qeyri-müəyyən
olur və cümlədə öz ifadəsini mübtəda şəklində tapa bilmir.
İcraçı şəxs konkret olmasa da, formal olaraq təsəvvürə
gətirilə bilir). Bir və ya bir neçə qeyri- müəyyən şəxs
tərəfindən icra edilən iş və hərəkəti bildirmək üçün
işlədilən təktərkibli sadə cümlələrə qeyri- müəyyən şəxsli
cümlə deyilir. Bu cümlələrin ifadə etdiyi iş və hərəkətin
əksər halda icraçısı olur – iş bir və ya bir qrup şəxs
tərəfindən icra edilir. Lakin cümlədə əsas məqsəd işin
icraçısını deyil, icra edilən işi nəzərə çatdırmaq olduğundan,
həmin şəxslər bir subyekt, bir mübtəda kimi cümlədə öz
ifadəsini tapa bilmir, qeyri-müəyyən şəkildə qalır və
cümlənin qeyri- müəyyən şəxsli cümlə kimi formalaşmasına
səbəb olur. Belə cümlələrin xəbəri həmişə üçüncü şəxsin
cəmində əksərən indiki, qeyri-qəti gələcək zamanlarda,
bəzən də şühudi keçmişdə, qəti gələcək zamanda olur.
Məsələn, Fevralın iyirmi səkkizində axşam saat altıda
Yeqorovu örtülü karetada bir evə gətirdilər. (S.Rüstəmxanlı)
Gəlinlərin Tehranda yaşayıb, Tehranda da oxuduqlarını
söylədilər. (M.S.Ordubadi)
Qeyri-müəyyən şəxsli cümlələrdə qeyri-müəyyənlik
dərəcəsi müxtəlif olur:
1. İcraçı həm dinləyənə, həm də danışana məlum olduğu
məqamlarda da bəzən bu cümlə tipindən istifadə olunur.
Məsələn, Sənə deyirlər danışma.
2. Bəzən işin icraçısı danışana məlum olur, lakin qarşı
tərəfi işra olunan işə yönəltmək əsas məqsəd olduğundan
mübtədanın cümlədə işlənməsinə ehtiyac olmur və qeyri-
müəyyən şəxsli cümlə yaranır: Səni telefona çağırırlar.
3. İşin icraçısı nə danışana, nə də dinləyənə məlum olur:
Gecə evinə girib bütün qiymətli şeylərini oğurlayıblar.
Müasir Azərbaycan dili
231
4. Bəzən qeyri-müəyyən şəxsli cümlələr irreal (qeyri-
real) hərəkəti bildirir. Məsələn, Elə bil başına bir qazan qaynar
su tökdülər.
Qeyri - müəyyən şəxsli cümlələr müxtəsər və geniş
olur. Müxtəsər qeyri- müəyyən şəxsli cümlələr yalnız
xəbərdən ibarət olur və əksər halda tabeli mürəkkəb
cümlələrdə baş cümlə kimi işlənir. Məsələn, Deyirlər,
Bakıda yaman neft çıxarırlar. (M.İbrahimov) Xəbər
gətirdilər ki, Xoy, Mərənd xanları Maku sərdarını sizinlə
vuruşmağa razı salıblar. (P.Makulu)
Qeyri-müəyyən şəxsli cümlələr tabeli mürəkkəb
cümlənin budaq cümlə komponenti də ola bilər. Məsələn,
A başına dönüm, divanbəyiyə ərz elə ki, bu dərəyə Fındıqlı
dərəsi deyirlər.(M.F.Axundzadə)
Bəzən həm baş, həm də budaq cümlə qeyri-müəyyən
şəxsli cümlə ola bilir. Məsələn, Aqili buraxsalar, bizi Bakıdan
köçürərlər.(Y.Səmədoğlu)
İkinci dərəcəli üzvlər - tamamlıq, təyin və zərfliklər
qeyri-müəyyən şəxsli cümlələrin genişlənməsinə səbəb olur.
Məsələn, Məni gözümün ağı-qarası bircə qızıma həsrət
qoymaq istəyirlər. (İ.Əfəndiyev) Xançobana toy etdilər.
(İ.Əfəndiyev) Ötürməyə gələnlərdən heç kəsi gəmiyə
buraxmırdılar. (M.Hüseyn) Mələk xanıma ərinin ertəsi gün
yenə bir böhtana düşdüyünü xəbər verdilər. (R.N.Güntəkin)
Qeyri-müəyyən şəxsli cümlələr də bütöv və yarımçıq
ola bilər. Əgər üzvlərindən biri və ya bir neçəsi buraxılarsa,
yarımçıq, bütün üzvləri yerində olarsa, bütöv qeyri-müəyyən
şəxsli cümlələr formalaşır. Bu cümlələrdə mübtədanın
olmaması yarımçıqlıq deyil, təktərkiblilik yaradır.
Qeyd. Qeyri-müəyyən şəxsli cümlələrin xəbəri, bir qayda
olaraq, III şəxsin cəmində olur. Lakin xəbəri III şəxsin cəmində
ola bütün cümlələrə qeyri-müəyyən şəxsli cümlə demək olmaz.
Belə cümlələr həmçinin cüttərkibli bütöv (Bacı-qardaş düşərgədə
səs-səmir kəsilənə qədər beləcə uzandılar (İ.Şıxlı)), cüttərkibli
Gülarə Abdullayeva
232
yarımçıq (Onlar yaxınlaşdılar. Hər tərəfdən ayğırı dövrəyə aldılar.
(F.Kərimzadə)), ümumi şəxsli (İşləməyənə tənbəl deyərlər. (Atalar
sözü)) cümlə də ola bilər.
Ümumi şəxsli cümlələr. Hamıya, hər yerdə, həmişə
aid olan iş, hal, hərəkət, hadisə və hökm bildirən təktərkibli
cümlələrə ümumi şəsxli cümlə deyilir.
Ümumi şəxsli cümlələr hamıya aid olan, hər yerdə,
həmişə müşahidə edilən, bir qayda şəklini almış iş, hərəkət
və hadisəni, ümumiləşmiş şəxsi bildirir. Ona görə də
təktərkibli cümlənin bu növü əksər halda atalar sözü və
məsəllərdən, hikmətli sözlərdən, aforizmlərdən, müxtəlif
monolit cümlələrdən ibarət olur.
Ümumi şəxsli cümlələrin xəbəri ikinci şəxsin təkində,
üçüncü şəxsin cəmində, bəzən də birinci şəxsin təkində
olur. Məsələn, Sözün doğrusunu zarafatla deyərlər. (Atalar
sözü) Yıxılana balta çalmazlar. (Atalar sözü))
Ümumi şəxsli cümlələrin xəbəri aşağıdakı fel formaları
ilə ifadə olunur:
1. Xəbər əmr şəklinin birinci şəxs təkində olur. Belə
ümumi şəxsli cümlələr az müşahidə olunur. Məsələn , Adımı
sənə qoyum, səni yana-yana qoyum. (Atalar sözü) Özümə
yer eyləyim, gör sənə neyləyim. (Atalar sözü)
2. Xəbər dah çox əmr, az halarda xəbər, vacib, arzu
və şərt şəkillərinin ikinci şəxs təkində olur. Məsələn, Sözü
de ağzın isti ikən.(S.Rüstəmxanlı) Sözü ağzında bişir, sonra
çıxart. (Atalar sözü) Sözü yaxşı anla, sonra get banla. (Atalar
sözü)
3. Xəbər qeyri-qəti gələcək zamanlı xəbər şəklinin III
şəxs cəmində olur: Cücəni payızda sayarlar. (Atalar sözü) Bu
günün işini sabaha qoymazlar. (Atalar sözü) Sözün doğrusunu
zarafatla qeyərlər.(Atalar sözü) Sözü sözdən alarlar. (Atalar
sözü) Cavan olanda bəyəm sözə baxmazlar? (M.İbrahimov)
Qonaq çörək yeyəndə ağzına baxmazlar. (İ.Hüseynov)
Müasir Azərbaycan dili
233
Ümumi şəxsli cümlələr də tabeli mürəkkəb cümlənin
komponenti kimi, yəni baş və ya budaq cümlə kimi işlənə
bilir.
Ümumi şəxsli cümlələrdə də mübtədanın olmaması
yarımçıqlıq yaratmır. Belə cümlələr xəbəri və ya ikinci
dərəcəli üzvləri (biri, bir neçəsi) buraxıldıqda yarımçıq
olur.
Qeyd.
Ümumi şəxsli cümlələrin xəbəri, bir qayda olaraq,
I, II şəxsin təkində, III şəxsin cəmində olur. Lakin xəbəri bu
şəxslərlə ifadə edilən bütün cümlələr ümumi şəxsli deyil. Belə
cümlələr cüttərkibli bütöv (Sevgilim, qolunu boynuma dola.
(S. Vurğun)), cüttərkibli yarımçıq (Belə getsə, onlar buraları su
yoluna çevirəcək, hər işə qarışacaqlar. Bir az keçəndən sonra lap
kişiliyimizi də əlimizdən alacaqlar. (İ.Şıxlı)), qeyri-müəyyən şəxsli
cümlə də (Səriyyəni tez-tez məktəbə çağırardılar.(G.Hüseynoğlu))
ola bilər.
Şəxssiz cümlələr. Mübtədası olmayan, təsəvvür
edilməsi də mümkün olmayan təktərkibli cümləyə şəxssiz
cümlə deyilir.
Burada şəxssiz dedikdə şəxsin iştirak etməməsi deyil,
qrammatik şəxsin yoxluğu başa düşülür.
Şəxssiz cümlələrin xəbəri bir qayda olaraq həmişə
üçüncü şəxsin təkində olur. Məsələn, Novruzun axırıncı
çərşənbəsi idi.(İ.Şıxlı) Vallah, mənim adım çıxıb. (M.Hüseyn)
Vahidin sifətini tər götürmüşdü. (İ.Hüseynov)
Xəbərin ifadə vasitəsinə görə şəxssiz cümlələr iki
növə ayrılır: ismi xəbərli şəxssiz cümlələr, feli xəbərli
şəxssiz cümlələr.
İsmi xəbərli şəxssiz cümlələrin xəbəri isimlərlə, bəzi
zərflərlə, ismi birləşmələr, ismi frazeoloji vahidlər və s.-lə
ifadə olunur. Belə şəxssiz cümlələrdə indiki zaman məzmunu
-dır
4
şəkilçisinin, keçmiş zaman məzmunu isə idi, imiş
köməkçi sözlərinin xəbərə artırılması ilə ifadə olunur.
Gülarə Abdullayeva
234
Məsələn, Səhər tezdəndir. (S.Rəhman) Bazar günü idi.
(M.S.Ordubadi) Hamısının sözü bir idi. (M.S.Ordubadi)
Feli xəbərli şəxssiz cümlələrin xəbəri müxtəlif
formalarda olur.
Dostları ilə paylaş: |