Səlahəddin Xəlilov Azərbaycanda elm və onun təşkİlatİ Formaları Bakı – 2010



Yüklə 0,52 Mb.
səhifə5/7
tarix05.03.2017
ölçüsü0,52 Mb.
#10075
1   2   3   4   5   6   7

Heydər Əliyev
Akademik Ramiz Mehdiyevin noyabr müşa­vi­rə­sin­dəki çıxışından və məlum məqaləsindən son­ra «hu­ma­nitar və ictimai elmlər» mövzusu ak­tual­laş­mışdır. Am­ma nə üçünsə hamı bu iki elmi is­ti­qa­mət­dən birlikdə, sanki vahid bir şeydən da­nı­şı­r­lar­mış kimi, bəhs edirlər. Halbuki, biz müvafiq elm sahələri qarşısında qoyulan və­zifələri daha kon­kret dərk edə bilmək üçün bu sahə­lərin özünə də dife­rensial yanaşa bilməli, onları fərq­ləndir­mə­li­yik.

Humanitar və ictimai elmlər ilk baxışda nə qə­dər ya­xın görünsələr də, əslində xeyli dərəcədə fərqli mahiy­yət və məzmuna malikdirlər.

Digər tərəfdən də, bir var humanitar elmlər, bir də var ümumiyyətlə humanitar sahə.

İnsan, onun mənəviyyatı, estetik dünyası, arzu və idealları – humanitar sahənin əsas predmetidir. Tarix, bədii ədəbiyyat, incəsənət də humanitar sa­hə­yə aiddir. Bu başqa məsələ ki, göstərilən huma­nitar hadisələrin hər birinin öz elm və fəlsəfə səviyyəsi də vardır. Tarix, tarix­şünaslıq («tarix elmi» – bəzən sadəcə «tarix» də de­yilir; yəni hər iki məna eyni söz­lə ifadə olunur) və tarix fəl­səfəsi, bədii ədəbiy­yat, ədəbiyyatşünaslıq (filologiya) və ədəbiyyat fəl­sə­fəsi (aşağı yarusda bu sahə «ədəbi tənqid» kimi məlumdur), incəsənət, sənətşünaslıq və sənət fəlsə­fə­si (estetika), din, dinşünaslıq və din fəlsəfəsi, mə­nəvi tər­biyə, pedaqogika və etika geniş planda gö­tür­dükdə humanitar sahəyə aiddir. Son vaxtlar daha inteqrativ bir elm sahəsi kimi insanşünaslıqdan, bə­zən də antropologi­ya­dan bəhs olunur. Mənaları eyni olsa da, bu iki tədqiqat istiqamətində bəzən fərqli məzmunlar qruplaşdırılır.

Sovet dövründə insan özü də ilk növbədə so­sial varlıq kimi götürüldüyünə görə, insanşünaslıq da cəmiy­yət­şünaslığın içərisində əridilmişdi. İnsan fərdiyyətinin önə çəkilməsi daha çox dərəcədə Qərb dünyası, kapitalist ölkələri üçün səciyyəvi idi. Ona görədir ki, humanitar təfəkkür də, insan haqları möv­­zusu da, irsiyyət məsə­lələri də, fərdi-psixoloji problemlər də daha çox Qərbdə öyrənilirdi. İnsanın sosiallaşması hətta bədii ədəbiyyatda da öz əksini tapmışdı. İndi kommunist ideologiyasından ayrıl­dıq­­dan sonra, qarşımızda duran vəzifələrdən biri də insanşünaslığı bərpa etmək, fərdin cəmiyyətdə it­mək, fərdiyyətini itirmək təhlükəsinin qarşısını al­maqdır.

Din də humanitar sahəyə aiddir. Çünki in­sanın mə­nəvi aləmi ilə bilavasitə bağlıdır. Lakin müx­təlif din­lərdə bu bağlılıq bir qədər fərqlidir. Mə­sələn is­lamda dini etiqad ilk növbədə fərdə aiddirsə, xris­tianlıqda kil­sələr insanla Allah ara­sında vasitəçilik mis­siyasını üzə­rinə götürərək dini ictimailəş­dir­miş­lər. Ona görə də, is­lam aləmində ilahiyyat və din­şü­naslıq əsasən humanitar sahəyə aid olsa da, xristian dünyasında cəmiyyət sfera­sına aiddir. Amma islam­da da hər bir fərd üçün nəzərdə tutulan həyat tərzi və davranış qaydaları (fiqh) dini yönlü dövlətlərdə cəmiyyət və dövlət səviyyəsində təsbit olun­maqla hüquq sisteminin əsasını təşkil edir və beləliklə ic­timailəşmiş olur.

İstənilən halda bütün dinlər həm humanitar, həm də cəmiyyət sferası ilə sıx surətdə bağlıdır.

Tarix də həmçinin. Tarix özü və tarixlə tər­bi­yə daha çox humanitar sahəyə aid olsa da, ta­rix­şü­naslıq və tarix fəlsəfəsi daha çox ictimai elmlərə aiddir.

Eləcə də fəlsəfə. Bir çox təsnifatlarda fəlsəfə hu­ma­nitar sahəyə aid edilir. “Özünü dərk et” prin­si­pindən çıxış edildikdə, bu doğrudan da belədir. Am­ma insan fəl­səfəsindən fərqli olaraq tarix fəlsəfəsi daha çox dərəcədə ictimai yönlüdür. Yəni onun pred­metini insan yox, cə­miyyət; fərdi ruh yox, ic­ti­mai ruh təşkil edir. İnsanın özünüdərki, millətin özü­nüdərki və nəhayət, bəşəriyyətin özünüdərki fəl­səfənin strukturunda fərqli səviyyələrdir.

Göründüyü kimi, biz humanitar və ictimai elm­­lər bölgüsündə insan və cəmiyyət bölgüsünə əsas­lanırıq.

Lakin sual olunur ki, insan problematikasına onun fiziki varlığı, bədəni ilə bağlı məsələlər də aid­dirmi, yox­sa ancaq mənəvi aləm, onun iç dünyası nəzərdə tutulur? Belə ki, bəzi təsnifatlara görə, in­san bədəni bir təbiət hadisəsi olmaqla, təbiət­şü­nas­lığın predmetinə daxil edi­lir.

Əslində isə insan bədəni, bir tərəfdən, təbiətə aid olsa da, digər tərəfdən, onun əməli fəaliyyəti və mənəvi-ruhani aləmi üçün də mühüm bir rol oyna­dı­ğı­na görə, həm də humanitar sahəyə aiddir. Bu mə­na­da insanın fi­ziki sağlamlığına xidmət edən sə­hiy­yə sistemi və idman da humanitar sahəyə aid edilə bilər. Maraqlı haldır ki, sə­hiyyə özü insana xidmət etməklə humanitar mahiyyət daşısa da, təbabət bir elm sahəsi kimi humanitar elmlərə deyil, daha çox də­rəcədə təbiətşünaslığa aiddir. Lakin son dövrün praktikası göstərir ki, təbabət hər halda sa­dəcə təbiət elmi kimi qəbul edilə bilməz, çünki burada insan ruhu, psixikası ilə və deməli, ümumiyyətlə, huma­nitar sahəylə sıx bağlılıq vardır.



Elm: insandan kainata və geriyə – insan rifahına
Elmə humanitar sahə kimi baxılması da orta əsr Şərq ənənələrinə məxsus bir düşüncədir. O vaxt elm hikmətin, müdrikliyin bir əlaməti, aspekti kimi başa dü­şü­lürdü və çox vaxt dini düşüncənin hü­dud­ları daxi­lində nəzərdən keçirilirdi. (Elmin din çər­çi­vəsində nəzərdən keçirilməsinə hətta bu gün də rast gəlmək mümkündür.) Orta əsrlərin xristian və islam sxolastikaları da ilahiyyat çərçivəsində elm və fəl­səfə yaratmaq təşəbbüsləri idi.

Maraqlı haldır ki, islam dünyasında da, xris­tian­lıqda da elmin institutlaşması dini təsisatlar da­xi­lində baş vermişdir. Şərqdə dini təhsil almağın va­sitələri olan mol­laxanalar, mədrəsələr həm də dün­yəvi biliklərin öyrə­nil­məsinə xidmət etmişdir (bu sırada Nizamiyyə məktəbləri xüsusi qeyd edil­mə­li­dir). Şərq (İslam) dünyasında elm və ali təhsilin əsası dini savaddan başlandığı kimi, Qərb­də də ilk uni­versitetlər: Bolonya, Oksford, Kembric, Sor­bon­na – hamısı kilsədən çıxmışdır.

Amma Yeni Dövr bütün sahələrdə olduğu ki­mi, el­mə münasibət məsələsində də paradiqmanı də­yişir. Da­ha doğrusu, müasir mənada elm məhz bu dövrdə forma­laş­mağa başladı. Kapitalizm cəmiyyəti heç də yalnız ic­ti­mai-iqtisadi sahədə yeni bir qu­ru­luş forması olmayıb, həm də düşüncə tərzinin, mə­dəniyyətin və elmin yeni key­fiyyət mərhələsinə qə­dəm qoymasını təmin etdi. El­min yeni mahiy­yət­də və təşkilati formada sanki yenidən yaranması da XVII əsrdən başlayaraq həyata keçdi. O, ic­timai is­tehsal prosesində mühüm bir halqaya çevril­məklə sonrakı bir sıra inqilabların: sənaye inqilabı, elmi-texniki inqilab, informasiya inqilabı və s. təməlini qoy­­du.

Biz isə hələ indi-indi kapitalizm quruluşuna keçi­rik. Daha doğrusu, bu keçid prosesinin ən azı bir mühüm aspekti: yeni iqtisadi münasibətlərə ke­çid artıq başa çat­mışdır.

Bunun əsas göstəriciləri iqtisadi sahədə dövlət mo­nopoliyasının əksər sahələrdə ləğv edilməsi, bö­yük miq­yasda özəlləşmə prosesinin həyata keçi­ril­məsi, xırda və orta biznesin xüsusi çəkisinin art­ması, torpağın özəl­ləşdirilməsi, inşaat sektorunun, kənd təsərrüfatının, xid­mət sahələrinin və hətta sə­na­yenin böyük qisminin özəl sektora keçməsi, ma­liyyə sistemində özəl kapitalın ro­lu­nun artması, maliyyə oliqarxiyasının yaranması, xarici investi­si­ya­nın cəlb edilməsi və s. bu kimi proseslərin bö­yük vüsət almasıdır. Yəni indi ölkəmizdə sosialist de­yil, so­sial yönümlü kapitalist ictimai-iqtisadi münasi­bət­ləri bər­qərar olmuşdur. Lakin Azərbaycanda kapi­talizmə ke­çid yeni dövr Avropasındakı proseslərdən köklü su­rətdə fərqləndiyinə görə, Qərb dünyasında yaranmış iqtisadi nə­zəriyyələrin tətbiqi bizdə özünü doğrulda bilməz. Azə­rbaycanda və digər MDB öl­kə­lərində təxminən eyni isti­qamətli bir proses gedir: sosializmdən kapitalizmə ke­çid. Bu, tarixdə analoqu olmayan bir prosesdir. Həm də biz digər MDB öl­kə­lərindən irəlidə olduğumuza görə. Bu prosesin elmi-nəzəri təhlili də bizim iqtisadçı alim­lərin üzə­rinə dü­şür. Bunun üçün hətta təkcə iqtisadçıların yox, ic­timai elmlərin bir sıra əlaqədar sahələrində çalışan mütəxəssislərin bir­gə səy­ləri tə­ləb olunur.

Bütün bu proseslər zəruri surətdə elmə müna­si­bə­tin də dəyişilməsinə, elmin də bir zinət sahəsi ol­maq­dan çıxıb, istehsal və kapital amilinə çevril­məsinə gətir­mə­lidir.

Lakin bu proses təbii yolla getməli, yoxsa han­sı isə daha böyük islahatların nəticəsi kimi orta­ya çıxma­lıdır? Bir şey aydındır ki, bu sahədə böyük islahatlar qa­çıl­mazdır. Çünki bunu ölkəmiz­də icti­mai-iqtisadi proses­lərin daxili məntiqi və dinami­ka­sı tələb edir. Əks təq­dir­də, paradoksal bir hala ya­ran­mış olar: iqtisadi sahədə biz yeni – kapitalist mü­nasibətləri sisteminə keçdiyimiz hal­da, elm sahə­sin­də hələ də köhnə sosialist strukturlarını və münasi­bətləri saxlamış olarıq.

Bizcə, ölkəmizdə bu proseslər AMEA-dan yan ötə­rək baş verir. Müdafiə Sənayesi Nazirliyi, Ra­bitə və İnformasiya texnologiyaları Nazirliyi və s. yeni hökumət qurumlarında «elm-istehsalat» bir­lik­lərini xatırladan məq­­səd­yönlü elmi-texnoloji pro­seslər gedir. Bu proses­lər ölkəmizdə getdikcə geniş­lə­nəcəkdir, amma AMEA-nın öz müstəqilliyini qo­ru­maq naminə bu proseslərdən kənarda qalması öl­kəmizin sürətli inkişafının təmin olun­masına xidmət etmir.



Elm: mənəvi və praktik meyarlar
Məgər atom bombasını da, nüvə silahını da və onları daşımaq üçün yaxın, orta və uzaq məsafəli raket­ləri də alimlər düzəltmədilərmi? Ya, ola bilsin ki, bila­va­sitə düzəltmədilər; onda belə deyək: bütün müasir silah­lar alimlərin kəşfinə istinad etməklə ix­ti­raçılar, konstruk­torlar və mühəndislər tərəfindən düzəldilmirmi? Və bu iş­lərin arxasında ümumbəşəri bir elmi fəaliyyət sistemi dayanmırmı? Və bu qlobal sistemin formalaşmasında bir çox günahsız ölkə­lə­rin günahsız alimlərinin payı da yoxdurmu?

Bəzən bizimkilər ümumiyyətlə elmin, abstrakt el­min inkişafı prosesində bu və ya digər dərəcədə işti­rak­ları ilə fəxr edirlər. Onlar ancaq müstəqil elm haq­qında, yeni elmi biliklər haqqında düşünürlər. Bəs bizim ixti­raçılar, konstruktorlar və müasir elmi nailiy­yətləri tətbiq etmək səviyyəsində olan mühən­dislər harada və necə ha­zırlanır?

Böyük elmin dəyirmanına su tökməyə çalı­şı­rıq, amma bu dəyirmanın kimin üçün üyütdüyünü və hazır məhsullardan kimin faydalandığını, yaxud əksinə, kimin başında çatladılacağını bilirikmi? Alim deyə bilər ki, bu daha mənim işim deyil, bunu da qoy bir başqası dü­şünsün. Amma bu «bir baş­qa­ları» kimdir və onlardan bizdə varmı? Bax bu mə­qamda texnokrat alimlərin ya­dı­na salmaq istəyirik ki, bu «başqa məsələlər» məhz icti­mai elmlərin pred­­metinə daxildir. Təhsil – Elm – Tex­nika – Tex­no­logiya – Sənaye – İstehlak zəncirində hər bir mər­hələ tam müstəqil bir dəyər olmayıb həmin bö­yük zəncirin tərkib hissəsi olmaqla, müəyyən ideo­loji yö­nə ma­likdir. Bu ideoloji yönü müəyyən­ləş­dirən, cəmiyyətin makrostrukturunu, daxili proses­lərin qar­şılıqlı nisbətini təhlil edən onların müvafiq bey­nəlxalq proseslərlə qar­şılıqlı əlaqəsini öyrənən və dövlət üçün təkliflər paketi hazırlayan da məhz ic­timai elmlər olmalıdır.

İndiyədək ictimai elmlər öz üzərinə düşən bu mə­sul vəzifələri yerinə yetirməyibsə, bu o demək deyildir ki, bu elmlərə ehtiyac yoxdur. Biz təbiət elmlərindən real iqtisadi səmərə gözlədiyimiz kimi, ictimai elmlərdən də dövlətin strateji inkişaf xətti üçün elmi-metodoloji baza rolunu oynamaq və ic­ti­mai praktikaya xidmət etmək mə­nasında səmə­rəli­lik gözləyirik. Lakin əlbəttə, ictimai ger­çəklik və döv­lət siyasəti ilə müvafiq elm sahələri ara­sın­da əks-əlaqə sisteminin yaradılması təkcə elm adam­la­rın­dan asılı deyil. Bunun üçün müvafiq dövlət orqanlarının və ictimai qurumların da təşəbbüs göstərməsi tələb olunur.



ELM VƏ TƏHSİL
Bütün elmlərin bünövrəsi təhsillə qoyulur.

Əbu Turxan
Bir elmşünas kimi, bilavasitə elm və təhsilin öyrənilməsi ilə məşğul olan tədqiqatçı olaraq və bu iki fəaliyyət sahəsinin ümumi və fərqli cəhətlərini müqayisə etməklə, mən həmişə dövlətimizin elm və təhsil sahə­sin­dəki siyasətinin vahid konsepsiyaya əsas­lanması zərurə­tindən çıxış etmişəm. Elm və təh­sil haqqında qanunlar ayrı-ayrı ol­salar da, onlar əv­vəlcə birlikdə, vahid sistemin tərkib hissələri kimi nəzərdən keçirilməli və yalnız bundan sonra onların nisbi müstəqil mövcudluq qaydaları hüquqi müs­tə­vidə təsbit olunmalıdır, spesifik hüquqi tənzim­ləmə sistemləri yaradılmalıdır.

Biz, vahid elm və təhsil konsepsiyasından çıxış et­mək zərurətini qeyd edərkən, heç də bu iki sahənin həd­dindən artıq yaxın olduğunu nəzərə çarp­­dırmaq fik­rində deyilik. Əksinə, məqsəd bu iki sahə ara­sındakı fərq­lərin nəzərə alınmasıdır. Belə ki, elm və təhsilin ma­hiy­yət­lə­rinin çox vaxt qarışıq salınması nəticəsində bu barə­dəki qanunlar da, necə deyərlər, bir-birini əhatə dairələrinə tə­ca­vüz edir, özünə aid olmayan məsələlərin hüquqi tən­zim­­lən­məsi iddiası ilə çıxış edir.



Təhsil müəssisəsində elmi fəaliyyət
Müasir təhsilin məzmununu əsasən elmi bi­lik­lər təşkil edir. Əlbəttə, hər bir insana adi məişət bi­likləri, əməli bilik və vərdişlər də lazımdır. Lakin bu bilik və vər­diş­lərin çoxu ailədə öyrədilir. Məktəb isə daha çox dərəcədə nəzəri biliklərin sahələr üzrə və sistemli şəkildə öyrədilməsinə üstünlük verir.

Bəzən elə olur ki, insanın gələcək həyat və fəaliyyətində lazım olan bilik və vərdişlərin bir qis­mi nə ailədə, nə də məktəbdə mənim­sədilmir. İn­san bunları müstəqil surətdə öyrənməli olur.

Məktəbə gedənlərin heç də hamısı gələcəkdə alim olmur. Əksinə, özünü elmə həsr edənlərin nisbi sayı çox az olur. Bəs nəyə görə müasir məktəb nə­zəri biliklərin öyrədilməsinə üstünlük verir?

Müasir dövrdə bütün ixtisas sahələri eyni də­rəcədə diferensial­laşmışdır. Və əməli fəaliyyət sa­hə­lərinin çoxunda müvafiq elmi-nəzəri bilik­lər tələb olunur. Yəni elm həyatın bütün sahələrinə nüfuz etmiş­dir. Görünür, təhsilin məzmununda elmi bilik­lərə üstünlük verilməsi də əsasən bununla bağlıdır.

Digər tərəfdən, məgər oxumaqla, savad al­maq­la, çox bilməklə alim olmaq mümkündürmü? Elə bu cür yanaşıldığına görə de­yilmi ki, dissertasiyalar əsa­sən müəyyən möv­zu üzrə ha­zırlanmış icmallardan iba­­­rət olur. Axı, elmi fəaliyyət yara­dıcı bir işdir və yeni elmi biliklər əldə olunmasına yönəl­dilmişdir. Təh­sil isə artıq mə­lum olan biliklərin mə­nim­sənil­mə­si prosesidir. Bu baş­qa məsələ ki, yaxşı qurulmuş təh­sil prosesi ya­radıcı təfəkkürü də inkişaf etdirir və gənc­lər hələ tələbə ikən elmi fəaliyyət mühitinə uy­ğunlaş­dırı­lırlar.

Lakin təhsilin məqsədi alim hazırlamaq deyil. Təh­sil bütün sahələr üzrə ictimai tələbata uyğun mü­təxəssislər yetişdirmək üçündür. Ona görə də Qərbdə ali təhsil müva­fiq ixtisas üzrə praktik fəaliyyətlə sıx surətdə bağlı olur. Biz isə elə yalnız bilik öyrətmək və tələbələrin başını lazı­mlı-lazımsız informasiya ilə doldurmaqla məşğuluq. Təbii ki, testlər də elə mə­lu­matlılıq dərəcəsinin yoxlanmasına uyğun hazır­lanır.

Bəs elmi biliyin əsaslarını öyrədən müəllimlər ümumiyyətlə elm haqqında, onun mahiyyəti və funk­siyaları, praktik əhəmiyyəti haqqın­da nə bilir və tələbələrə bunu necə izah edirlər? Bir sözlə, elm nədir və onun məqsədi nədən ibarətdir?

İncəsənətin məqsədi insanın emosional-mənə­vi dünyasını zən­gin­ləşdirmək, onu daha saf, daha təmiz etmək – onun mənəvi imkan­larını artırmaqdır.

Elmin məqsədi isə insanın intellektual dünya­sını zənginləş­dirmək, onu daha məlumatlı, daha bi­likli etmək və bu biliyin qüvvəyə çevrilməsi sa­yə­sində onun imkanlarını artırmaqdır.

Elmi biliyin maddi qüvvəyə çevrilməsi təbiət­lə mübarizədə in­sanı daha güclü edir. Lakin insanın maddi gücü-qüdrəti artdıqca bu gücü düzgün yö­nəldə bilmək üçün onun mənəvi kamillik səviyyəsi də artmalıdır. Zira elm əhli olmaq, hələ kamal əhli olmaq deyil. Kamalın qələbəsi üçün yüksək elmi-texniki səviyyə ona uyğun gələn yüksək mənəvi-əx­laqi səviyyə ilə tamamlanmalıdır.

Təhsil müəssisələrində elmi fəaliyyətin spesi­fi­­kasını aydınlaş­dırmaq və optimal təşkilati struk­turlar və prin­sip­lər müəyyənləşdir­mək üçün bir tə­rəf­dən, təhsil və elmin mahiyyəti, digər tərəfdən isə, inkişaf etmiş ölkələrdə bu sahədə yüz illər boyu əldə olunmuş təcrübə nəzərə alın­ma­lıdır.

İstər yaradıcı təfəkkür aşılayan tədris prosesi, istərsə də həqiqətin üzə çıxarılmasına, yeni biliklər əldə edilməsinə yönəldilmiş tədqiqat prosesi (funda­mental elm­lər) eyni idraki mexanizmə əsas­lanır. Deməli, bu sahə­lə­rin ən optimal təşkilati strukturu yalnız on­ların vahid pro­sesə çevrilməsi şəraitində təmin edilə bilər.

Tarixən təhsil sistemi və elmi tədqiqat sistemi nisbi müstəqilliyə malik olsalar da, həmişə əlaqəli olmuşlar. Bu əlaqə, ilk növbədə, hər iki sahədə yük­sək intellektual səviyyə və geniş məlumat dairəsi olan adamların çalışması ilə bağlıdır.

Elm və təhsilin sosial sistem kimi təşkil olun­madığı vaxtlarda ilk müəllimlər məhz ilk alim­lər ara­sından çıx­mış­lar. Az-çox dərəcədə təşkil olun­muş ilk təhsil ocaqla­rın­dan biri olan Platon Akade­mi­yası timsalında bu tarixi qo­şalıq çox gözəl gö­rünür. Bir çox elm klassikləri öz əsərləri ilə bərabər həm də davamçı-şagirdlər qoyub get­miş və elm ta­rixinə müəyyən bir məktəbin banisi kimi da­xil ol­muşlar. N.Borun məşhurlaşmasında onun yarat­dığı məktəb elmi kəşflərindən az rol oynamır. Lakin bu, heç də bütün alimlərə müyəssər olmamışdır. Ən bö­yük alim­lərdə də öz biliyini başqalarına öyrətmək ustalığı və həvəsi olmaya bilər. Öz şəxsi elmi ya­radıcılığı ilə elmə böyük töhfələr vermiş A.Eyn­şteyn buna ən yaxşı misaldır.

Şagirdlər və davamçılar olmadıqda alimin yal­nız bitkin təd­qiqatları elm xəzinəsinə daxil olur: ne­çə-neçə yarımçıq tədqiqatlar, ideyalar isə üzə çıx­mır, itib gedir. Alimin məktəbi, laboratoriyası və s. başlanmış axtarış­la­rın davam etdirilməsinə, ideyala­rın və tədqiqat vərdişlə­rinin yeni nəslə ötürülməsinə xidmət etməklə, əslində təhsil sisteminin funksiya­la­rını yerinə yetirmiş olur. Özü də bu, artıq formal yox, yaradıcı təhsil nümunəsidir.

Lakin təhsil sisteminin tarixən müstəqil təşki­lati struktur kəsb etməsi alimlikdən uzaq olan, elmi tədqiqat vərdişlərinə və bəzən ümu­mən yaradıcı tə­fəkkürə malik olmayan adamlar içərisindən müəl­limlər hazırlanmasını adi bir hala çevirmişdir.

Xüsusən icbari təhsil şəraitində, qısa vaxtda bütün ölkəni başdan-başa maarifləndirmək planı həyata keçiri­lər­kən, müəllimlər ordusu lazım idi və yaradıcı şəxsiyyət­dən icraçı əsgərlərə keçid də, müəllim nüfuzunun aşağı düşməsi də ən çox bu­nunla bağlı idi. İlk baxışda belə görünə bilər ki, orta məktəb səviyyəsi üçün müəllimdən tədqiqatçılıq tə­ləb olunmaya da bilər. Lakin müəllim üçün elmdə doğ­rudan da nə isə yeni bir şey kəşf etmək va­cib olmadığı halda, heç olmazsa, məlum olanları şagird­lə­rin iştirakı ilə hər dəfə yenidən kəşf etmək qa­biliyyəti ol­ma­lıdır.

Ali məktəbdə isə müəllim həm də alim olduğu kimi, tələbələr də tədqiqatın nəinki şahidi, həm də iştirak­çı­sı olmalıdırlar.

Tədqiqat institutları ali məktəbdən ayrı salın­dıqda professor-müəllim heyətinin elmi potensialın­dan və elmi işçilərin müəllimlik imkan­larından ki­fayət dərəcədə isti­fa­də olunmur. Məsələn, respubli­kamızda akademiklərin və elm­lər doktorlarının bö­yük bir qismi elmi tədqiqat institutlarında çalışır, ali məktəblərdə müvafiq fənləri isə tələbələrə çox vaxt kvalifikasiya dərəcəsi xeyli aşağı olan adamlar tədris edirlər. Ali məktəblərə bəzən elmi tədqiqat sahəsində xüsusi uğur qazana bilməyən adamlar cəlb olunur ki, bu da tədrisin elmi səviyyəsini aşağı salır. Bu baxımdan respublikamızda geniş yayılmış olan və hətta yaxşı hal kimi "əsaslandırılan" özü üçün kadr hazır­lamaq praktikası ali məktəblərdə el­mi atmosferə böyük ziyan vurur. Ali məktəblər bu ənənəyə sadiq qalaraq elmi tədqiqat institut­larında çalışan görkəmli mütəxəssislər əvəzinə öz kadrlarını – kafedralarda uzun müddət kö­mək­çi heyət kimi fəaliyyət göstərən adamları müəllim gö­tü­rürlər. Və bunu çox vaxt ali məktəbin spesifikası ilə, təh­sil sisteminin elmi müəssisədən fərqi ilə izah etməyə ça­lışırlar.

Akademiya, ali məktəb və sahə elmlərindən danı­şar­kən bir qay­da olaraq, elə bil ki, eyni hü­quqlu, eyni im­kan­lı adamların müxtəlif idarələrdəki fəaliyyətindən söh­bət gedir. Müqayisə adətən sta­tistik göstəricilər əsasında aparılır: hansı sahədə ne­çə elmlər doktoru, neçə elmlər namizədi və s. Var­dır. Halbuki, həmin sahələrin öz spesifi­ka­sın­dan ası­lı olaraq orada çalışan elm adamlarının fəa­liy­yəti də müəyyən spesifikaya malik olmalıdır. Məsə­lən, sahə elmində çalışan adamların əsas funksiyası məlum el­mi müddəaları istehsal sahəsinin tələblərinə uy-ğun­laş­dır­maq, yeni tətbiq yolları tapmaqdırsa, Aka­demiya işçi­lə­rinin funksiyası tətbiqdən asılı olma­dan yeni elmi bilik­lər almaq, gerçəklik haqqında hə­qiqəti üzə çıxarmaqdır.

Bəs ali məktəb? Burada çalışan müəllimlər həm də elm adam­larıdır, elmi tədqiqat vərdişlərinə ma­likdirlər. Əlbəttə, müəllimin ilk əsas vəzifəsi tədris etmək, məlum bilikləri öyrətməkdir. Lakin ne­cə etmək olar ki, müəllim­lik və alimlik tam müs-təqil fəaliyyət sahələri kimi bir-bi­ri­nə qarşı dayan­masın, əksinə, eyni məqsəd ətrafında birlə­şə­rək bir-birini tamamlasın. Axı, müəllim heç də yalnız hazır bi­liklərin mənimsənilməsi ilə kifayətlənməməli, tə­lə­­bə­lərə həm də yeni bilik axtarılması yollarını öy­rətməli, tədqiqat vərdişləri aşılamalıdır. Yara­dıcı tə­fəkkür əldə etmədən tələbə aldığı bilikləri uğurla tətbiq edə bilməz və yeni standartdan kənar qeyri-normal vəziyyətlərdə çıxış yolu tapa bilmədiyindən durğunluğun, ətalətin, ehkam­çı­lı­ğın daşıyı­cısı olar. Bu baxımdan, ölkəmizdə ətalət və ehkam­çılığın qalıqları təh­sil sistemi də böyük neqativ rol oyna­mışdır. Ha­zır biliklərin öyrə­dil­məsi ilə kifayət­lən­mə­mək və tələ­bə­lərdə tədqiqatçılıq vərdiş­ləri, yara­dıcı təfəkkür forma­laş­dırmaq üçün isə tədris prose­sinin özü real təd­qiqat laboratoriyasına çevril­mə­lidir. Alimlik və müəllimlik müəy­yən spesifik cə­hət­lərlə şərtlənsə də, bir sıra ümumi cəhətlərə də ma­likdir. Təsadüfi deyil ki, respublikamızda elmi kadrların üçdə birindən çoxu ali məktəblərdə cəm­lən­mişdir. Xüsusən elmi dərəcəsi olan kadrların nis­bi sa­yı­na görə ali məktəb akademiya və sahə elmini xeyli qa­baq­layır. Belə bir şəraitdə fundamental elmi təd­qi­qat işi­nin əsasən Akademiya institutlarında aparılması, ali mək­təb­lərin isə bu işə ancaq qismən qoşulması yolverilməz haldır. Respublikanın məh­dud imkan­ları müqabilində bütün elmi avadanlıq və təchizat mər­kəzləşdirilməli olduğu halda, tam bir pərakəndəlik hökm sürür.

Elmin idarə olunması hələ də sosializmdən qalma ənənələrə müvafiq olaraq inzibatçılıq yolu ilə həyata keçirilir. Həmin dövrdə elmin spesifikasını nə­zərə almadan elmi institutlarda və ali məktəb kafedralarında, təsərrüfat müəssisələrində analoji ni­zam-intizam ya­rat­mağa təşəbbüs göstərilir, «təşki­lat­çılıq qabiliyyəti» olan adamlar elmdə də «dəmir qayda»ya nail olurdular. Akademiyanın qapısı ağ­zına milis işçiləri qoyulması və ali məktəb müəl­lim­lərinin, başqa müəssisələrdə çalışan alimlərin içəri buraxılmaması, elmi işçilərdən elmi nəticə soruş­maq əvəzinə, onların səkkiz saat şöbədə oturmala­rının təmin edilməsi elmi işin və elmi əməkdaşlığın spesifikasını «unut­maqdan» irəli gəlirdi. İndi isə tam tərsinə olmuş, demokratik rejimə keçid hər cür nizam-intizamdan imtina edilməsi kimi qəbul edilmişdir.

Elmşünaslıq problemlərinin böyük bilicisi Xu­du Məmmədov danışırdı ki, akademik İ.Vekua No­vo­sibirskdən qayıdaraq Gürcüstan SSR Elmlər Akademiyasına prezident təyin olunandan sonra bir sıra dəyişikliklər həyata keçirir ki, köhnə stereo­tip­lərə uyğunlaşmış adam­lar bunu heç cür qəbul edə bil­mirlər. Onun təşəbbüsü ilə yeni elmi-tədqiqat ins­ti­tutu açılır və bura yüksək maaşla istedadlı gənc alimlər cəlb olunur. Bu alimlər işə vaxtı-vaxtında gə­lib getmədiyi üçün və hər kvartalda konkret nəti­cələr əsasında hesabat vermək əvəzinə taleyi qabaq­cadan məlum olmayan «uzaq məqsədlər» uğrunda ça­lışdıqları üçün bir qrup qanunpərəst Moskvaya şi­kayət yazır ki, akademik İ.Vekua dövlət pulunu ha­vayı xərcləyir, işə gəlməyən adamlara yük­sək maaş verir, onları növbəsiz mənzillə təmin edir. Yoxlama gəlib iş vaxtında deyilənlərin doğru olduğunu müəy­yən edir. Axşam ko­missiya üzvləri hansı isə yu­biley məclisində iştirak edir və gecə yarısı ban­ketdən qayıdanda akademik İ.Vekua maşınları hə­min institutun yanından sürməyi xahiş edir. Baxıb görürlər ki, gündüz adamsız olan otaqların çoxunda gecə işıq yanır. Məlum olur ki, tədqiqatçılar məhz «iş vaxtı» adlanan müddətdə deyil, onlara yara­dı­cılıq üçün hansı vaxt münasibdirsə, o vaxtda işlə­yir­lər. İşçilərə verilən bu sərbəstlik elmi iş­lərin səmə­rə­sini daha da artırır. Onların hər kvartalda konkret nəticə tələbindən xilas edilməsi, onlara etimad gös­tərilməsi və şərait yara­dılması diqqəti daha böyük problemlərə yönəltməyə, təkcə elmin bu günü üçün deyil, həm də sabahı üçün çalışmağa imkan yaradıb.

Elmdə formal hesabat sisteminin tətbiq edil­məsi nəinki məsuliy­yət hissini artırmır, hətta əsl elmi meyarları pərdələməklə qarışqanı fil, fili qa­rışqa etməyə imkan yaradır, elm sahəsində «pripis­ka»nın yayıl­masına səbəb olur. Əksər elmi-tədqiqat institutlarında və xüsusən ali məktəb kafedralarında plan üzrə görülən illik elmi iş dedikdə ma­ki­nada sə­liqə ilə çap edilmiş müəyyən həcmli (yenə də kə­miyyət meyar kimi çıxış edir) yazı nəzərdə tutulur. Onun elmi dəyərini isbat etmək üçün istənilən iki nəfərdən rəy almaq kifayətdir. Nəticədə hamı bir-birinin işinə gözəl rəylər yazır və «tədqiqat işləri» müəllimin çalışdığı şöbədə və ya kafedrada «mü­za­kirə olunur». Rəqabət prinsipi işlə­məyən yerdə heç kim öz yoldaşına qarşı «bədxahlıq» etmək niyyətinə düşmür. Əgər tək-tək istisnalar varsa, bunlar da elmi prinsipiallıqdan yox, şəxsi münasibətdən doğur. Çün­ki elmi rəqabət mühiti və dəqiq elmi meyarlar olmayanda dəyərsiz «tədqiqatları» tərifləmək, həqi­qi elmi sanbalı olan tədqiqatları isə «alt-üst» etmək mümkündür.

Ali məktəbdə çalışan yüksək ixtisaslı elmi kadr­lar elmi tədqiqat işi üçün lazımi şərait əldə edə bilmirlər. Ali məktəblərin elmi tədqiqat bölmə­lə­rin­də əsasən tədris fəa­liy­yətinə cəlb olunmamış, bu və ya digər səbəbdən müəl­lim kimi ixtisara düşmüş və ya "ehtiyat qüvvəyə" da­xil olan adamlar çalışırlar ki, bu da ən böyük elmi po­ten­sia­la ma­lik olan pro­fessor-müəllim heyətinin yenə də fəal elmi təd­qiqatdan kənarda qaldığına dəlalət edir. Nəticədə nəin­ki professor-müəllim heyətinin (respublikanın yüksək ixtisaslı elmi kadrlarının az qala yarısının) elmi tədqiqat imkanları reallaşmır, həm də bu imkanları tədricən itir­mək­lə onlar yaradıcı müəllim kimi də çox şey itirmiş olur­lar.

Ali məktəbdə müəllimdən həm də alimlik tələb olu­nur və bu cəhət yalnız tədris prosesindən kənarda, baş­­qa şəraitdə və başqa bir sistemin (elm sistemi) daxi­lin­də yox, məhz tədris prosesində nümayiş etdirilməli, daha doğ­rusu, elmi tədqiqatla tədris işi birləşdirilməlidir. Bu, xüsu­sən universitet təhsilini şərtləndirən ən ciddi tələb­lər­dən biri­dir və qabaqcıl universitetlər öz işini məhz bu isti­qa­mətdə yenidən qurmağa çalışırlar. İnkişaf etmiş kapi­ta­list ölkələrində fundamental elmi tədqiqatların əsasən uni­versitetlər tərəfindən həyata keçirilməsi heç də təsadüfi deyildir. Bu baxımdan, ABŞ-ın təcrübəsi xüsusi diq­qə­tə layiq­dir. Burada ali məktəblər ara­sında universitet­lərin xüsusi çəkisi böyükdür və on­lar ən müasir tələblər səviy­yə­sində elmi bazaya ma­lik olduqlarından elmin tərəq­qi­sin­də aparıcı rol oy­nayırlar. ABŞ-ın bütün fundamental elmi təd­qiqat­larının 60%-dən çoxu universitetlərin payına düşür. Ən böyük univer­sitet­lərin (multiuniversitetlər) tər­ki­bin­də müasir avadan­lıqla təchiz olunmuş bütöv təd­qi­qat mərkəzləri və elmi tədqiqat institutları fəaliy­yət gös­tə­rir. Həmin tədqiqat müəssi­sələrinin Akade­miya yox, uni­ver­sitet nəzdində olmasının üstün cə­hət­lərindən biri yüksək ixtisaslı alim-müəllimlərin elmi poten­sialından sə­mə­rəli istifa­də olunmasıdır. Digər tərəfdən, elmi mərkəzə təd­qi­qatçı kimi cəlb olunmuş adamlar, əgər xüsusi qabi­liy­yətləri varsa, özlərini qabaqcıl müəllim kimi də gös­tər­mək imkanı əldə edir. Müəllimlik və alimlik funksiyaları ara­sında qarşılıqlı keçid imkanı yaranır. Lakin, bizcə, bu cür təşkilati strukturun ən böyük üstünlüyü aspi­rant və tələbə­lərin universitet nəz­dindəki elmi mər­kəz­lərin baza­sın­dan istifadə etmək imkanıdır. Tə­ləbələrin hələ təhsil dövründə əsl elmi tədqiqata cəlb oluna bilməsidir. Məhz bu sonuncu imkanın xü­susi əhəmiyyətini nəzərə alaraq ABŞ-da son vaxt­lar xüsusi tədqiqat universitetlərinə (mul­tiuni­ver­si­tet) geniş yer verilir. Multiuniversitet­lərdən fərqli ola­raq, elmi tədqiqat müəssisələri təhsil müəssisə­si­nin nəzdində olur, onun içərisində əridilir, yəni təh­sil və elmi tədqiqat eyni bir prosesə çev­rilir. Burada oxuyan tələbələr artıq peşəkar elmi işçidirlər və ən aktual prob­lem­lərin həllində bilavasitə iştirak edir­lər. ABŞ-ın bu qa­baq­cıl təcrübəsi, heç şübhəsiz, biz­də də nəzərə alınmalıdır.

Respublikamızda ali məktəbin elmi poten­sialın­dan daha səmərəli istifadə etmək üçün həyata keçirilməsi zə­ruri olan aşağıdakı islahatlar xüsusi qeyd oluna bilər:

1. Ali məktəblərin elmi bazasının möhkəmlən­di­ril­məsi və burada alimlərin elmi tədqiqat işinin iqtisadi cə­hət­dən stimullaşdırılması.

2. Akademiya, ali məktəb və sahə elmlərinin qarşı­lıq­lı əlaqəsinin möhkəmləndirilməsi, müəllim-alim­lərin Aka­demiya və sahə elminin bazasından isti­fadə etməsi üçün şərait yaradılması. Birgə elmi təd­qiqat işlərinin geniş­ləndirilməsi.

3. Aspirant və tələbələrin eyni hüquqlu kadr ki­mi birgə elmi tədqiqatlara cəlb edilməsi.

4. Bir sıra elmi tədqiqat institutlarının univer­sitet tabeliyinə keçirilməsi və ya ali məktəblə təd­qiqat institut­la­rının inteqrasiyası.

5. Ali məktəbin istehsalla bilavasitə əlaqəsinin güclən­dirilməsi, bu məqsədlə yeni təşkilati forma­lar­dan, xüsu­sən təsərrüfat hesablı müqavilələrdən geniş istifadə olun­ması.

6. Tədris-elm-istehsalat birliklərinin yaradıl­ması. İstehsal müəssisələrinin təcrübə bazası kimi ali məktəblə­rin sərəncamına verilməsi.
* * *
Ölkəmizdə təhsil sisteminin elmi-nəzəri əsas­ları hələ indiyədək ciddi surətdə tədqiq edilmə­di­yindən və elmşünaslıqla, elmlərin təs­nifatı ilə əlaqə­lən­dirilmə­di­yin­dən hansı təhsil mərhələsində hansı fənlərin tədris olunması məsələsi çox vaxt təsadüfi mülahizələrlə həll olunur. Xüsusən orta məktəblərdə dərin kök atmış stereotiplərdən və pis mənada ən­ənəçilikdən xilas olmaq çox çətindir. Məsələn, gələ­cəkdə buruq ustası, dərzi, akt­yor və ya hüquqşünas olacaq adamlara icba­ri yolla molekulyar fizika, üzvi kimya və triqono­metriya keçmək nə dərəcədə məq­sədəuyğun­dur? Göründüyü kimi sual çox ciddi bir problemə aiddir. Yaradıcı təfəkkürü təzəcə for­ma­laşan, böyük düşün­cə potensialına malik olan və əməli vərdişlərə yiyələn­məyin ən müna­sib çağını ya­şayan yeni­yetmələr or­dusunu lazımsız informa­si­ya ilə yükləmək zərurəti nə ilə əsaslandırılır? Lap bu yaxınlara qədər belə bir "əsas" var idi. Hər bir sovet gəncinin çoxsahəli biliyə malik olması hər­tə­rəfli inkişaf etmiş kommunizm qurucu­ları hazırlan­ması proq­ramının tərkib hissəsi idi. Lakin elə ki, biz yeni təfəkkür sayəsində digər kom­mu­nizm quru­cu­luğu stereo­tipləri ilə yanaşı "hərtərəfli inki­şaf" te­zisinin mütləqləşdiril­məsindən də azad oluruq, elə ki, siviliza­si­yanın əsasında əmək böl­güsü və ixti­sas­laşma zə­rurətinin dayanması kimi sadə həqiqəti ar­tıq qəbul edirik, onda təhsilin strukturuna da sağlam məntiq mövqeyindən yanaşmaq imkanı açılır.

Orta ümumtəhsil məktəblərində yalnız gələ­cək ixtisasından asılı olmadan hamı üçün faydalı olan fənlər keçilməsi məqsədə­uyğundur. Təbiətşü­nas­lıq fənlərinin sis­tem­li surətdə öyrənilməsi ümu­mi mədəni tərəqqi baxı­mın­dan ancaq təfəkkür qa­biliyyətini inkişaf etdirmək üçün faydalı ola bilər. La­kin təfəkkür qabiliyyətinin inkişafı hamı üçün hə­qiqətən zəruri olan biliklərin öyrənilməsi prosesində də həyata keçirilə bilər. Bu baxımdan nəinki təbiət­şünaslıq fənləri, habelə tarix və ədəbiyyat fənlərinin proqramı da məhz ümumbəşəri sərvətlərə yiyələn­mək və müs­təqil təfəkkür mədəniyyəti formalaş­dır­maq möv­qe­yindən yenidən işlənməlidir. Tarix keç­miş haqqında informasiya mən­bəyindən tərbiyə va­si­təsinə çevrilməli, gənclərin vətəndaş kimi for­malaşmasına xidmət etməlidir. "İnsan və cəmiyyət" kursu da məhz sin­fi qütbləşmə möv­qe­yindən ümum­bəşəri sərvətlərə qayıdış dalğa­sında mey­da­na çıx­mışdır və gənclərin dünyagörüşünün yeni təfək­kür mövqeyindən formalaşdırılmasına xidmət etmə­lidir. O, bazar iqtisa­diyyatı, azad rəqabət və işgü­zar­lıq şə­rai­tində müstəqil həyata atılan gənclərə həyati zərurət kimi olan biliklər kompleksini əhatə etmək baxımından ən aktual fəndir.

Orta məktəbi bitirən gənc, gələcəkdə hansı ix­tisası seçəcəyindən və təhsilini davam etdirib-et­dirməyəcəyin­dən asılı olmadan, artıq cəmiyyətin yet­kin bir üzvü kimi formalaşmalıdır. Özünü dərk etmə­dən və yaşadığı cəmiy­yə­tin keçmişini və bu­gününü öyrənmədən həya­ta atılanlar uğur qazana bilməzlər. Cəmiyyətin tam hüquqlu üzvü, fəal və­tən­daş kimi formalaşmaq üçün hər bir şəxsin icti­mai həyat hadisələrini müstəqil surətdə təhlil etmək və öz həyat yolunu, siyasi mövqeyini şüurlu surətdə seçmək imkanı olmalıdır.

Gənc kadrların praktik iş keyfiyyətlərinəmi da­ha yaxşı yiyələnməsi, yoxsa elmi yaradıcılığamı meylli ol­ma­­sı yuxarı kurslarda artıq aydınlaşdı­rıl­ma­lı, magistra­tu­ra­ya və doktoranturaya qəbul da məhz elmi yaradıcılıq is­tedadı əsasında müəyyən­ləşdi­ril­mə­lidir. Doktoran­tu­ra­nın ikinci pilləsi deyilən təhsil forması isə ləğv edilməli, Ph.D dərəcəsi almış şəxslərə dünya praktikasına uyğun ola­raq müstəqil elmi fəaliyyət üçün sadəcə şərait yaradılmalı, la­zım gələrsə onlar müvafiq ixtisas üzrə ta­nınmış elm mər­kəzlərinə ezam edilməlidirlər. Yəni “bütün elm sahə­ləri üzrə bizdə yaradıcılıq mühiti var və biz dok­to­ranturanın ikinci pilləsi deyilən təhsil vasitəsilə yük­sək dərəcəli alim­lər hazırlayırıq”, – deyə özümüzü aldatmayaq. Unutmayaq ki, dünya elminə inteq­ra­si­yanın mühüm şərtlərindən biri məhz elmi yaradıcılıq ezamiy­yət­ləridir. Xüsusən funda­men­tal elm sahələ­rin­də yeganə çıxış yolu budur. Tətbiqi el­min də bir çox sahələrində də biz hələ uzun müddət dünya prak­tikasını öyrənməliyik. Ancaq humanitar və ic­timai elm sahələrində bütün ağırlıq mərkəzi öz ölkə­mizdə olmalı və məhz buna görə də Akademiyanın prio­ri­tet­ləri müəyyənləş­dirilərkən bu mü­hüm cəhət nəzərə alınmalıdır.



Ali təhsildən sonrakı təhsil və gənclərin elmi

tədqiqata cəlb olunması
Gənclərimizi elmə, mədə­niy­yətə da­ha da çox cəlb etmək la­zımdır. Gənc­­lə­rimizdə elmi-təd­qiqat işlərinə həvəs oyat­­maq la­zımdır.

Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin