7. QORXU, ACLIQ, KASIBLIQ – «O, kəslər ki, biz sizi bir az qorxu, aclıq, mal, can və məhsul qıtlığı ilə imtahana çəkirik. Səbr edən bəndələrə müjdə ver. O, kəslər ki, başlarına bir müsibət gələrsə belə deyərlər: Biz Allahın bəndələriyik və Ona qayıdacağıq». (əl-Bəqərə 155-156).
8. MÜHARİBƏ – «And olsun ki, Biz içərinizdən mücahidləri və səbr edənləri ayırd edib bilmək üçün sizi imtahana çəkəcəyik və əməllərinizi də yoxlayacağıq». (Muhəmməd 31).
9. DÜNYAYA BAĞLANMAQ – «Qoy kafirlər hələ yeyib içsinlər, ləzzət alsınlar, arzuları-ümüdləri başlarını qatsın. Sonra bilcəklər». (əl-Hicr 3).
10. ŞƏHVƏT VƏ ARZULAR – «Siz özünüzdən əvvəlkilər kimisiniz. Üstəlik onlar sizdən daha qüvvətli (möhkəm), mal-dövlət, övlad baxımından daha artıq idilər. Onlar (dünyadakı) qismətlərindən həzz alıb bəhrələndilər. Siz də özünüzdən əvvəlkilər kimi (dünyadakı) qismətinizdən ləzzət alıb bəhrələndiniz. Siz də onlar kimi (yalan batağlığına) yuvarlandınız. Onların əməlləri dünyada da, axirətdə də puça çıxmışdır. Onlar özlərinə zərər eləyənlərdir!». (ət-Tövbə 69). «Qadınlar, uşaqlar, qızıl-gümüş yığınları, yaxşı cins atlar, mal-qara və əkin yerləri kimi nəfsin istədiyi və arzuladığı şeylər insanlara gözəl göstərilmişdir. Lakin bütün bunlar dünya həyatının keçici zövqüdür, gözəl dönüş yeri isə Allah yanındadır». (Ali İmran 14). Şəhvətlər Allaha itaəti, Onun qadağalarından çəkinməyi unutdururlar. «Allahı unutduqları üçün Allahın da onları özlərinə unutdurduğu kimsələrə bənzəməyin!». (əl-Həşr 19). İbn Kəsir – rahmətullahi aleyhi – deyir ki: «Allahı zikr etməyi, xatırlamağı unutmayın ki, O da sizə axirətinizdə fayda verəcək saleh əməllərinizi unutdurmasın. Çünki cəza (qarşılıq) edilən əməlin cinsindən olur. «Ey iman gətirənlər! Mallarınız və övladlarınız sizi Allahı xatırlamaqdan yayındırmasın. Kim belə bir iş edərsə onlar ziyana uğrayanlardır»94. «O, kəslər ki, dinlərini oyun-oyuncaq etmiş və (fani) dünya həyatı onları aldatmışdır. Onlar bu günə qovuşacaqlarını unutduqları və ayələrimizi (bilə-bilə) inkar etdikləri kimi, Biz də onları bu gün unudarıq!». (əl-Əraf 51).
Dostları ilə paylaş: |