3 Liyabəyim ikinci Tiflis qadın gimnaziyasını qızıl medalla bitirib, Tiflis müsəlman məktəbində müəllim işləyib.
1920-ci ildən sonra həyat yoldaşı Fariz bəylə Fransada mühacirətdə olub. Vətənə qayıtdıqdan sonra
C.Məmmədquluzadə, Əbülhəsən, Mehdi Hüseyn, Mir Cəlal, Süleyman Rüstəm, Ənvər Məmmədxanlı, Süleyman
Rəhimov və b. yazıçıların əsərlərini rus dilinə tərcümə edib. 1943-cü ildən SSRI Yazıçılar İttifaqının üzvü idi. Ədəbi
ictimaiyyətdə və pedaqoji sahədə görkəmli mütəxəssis kimi tanınan Liyabəyim Vəkilova 19 fevral 1965-ci ildə
Bakıda vəfat edib. - Ş. N.
SON SÖZ
İyirmi-otuzuncu illərdə daşnak-bolşevik fitvası ilə həlak olan sərkərdə babalarımızın ruhu
bizimlədir. Onların ömür yolu və tarixi sənədlərlə tanış olanda ürəyimizdən min bir ağrı-əzab
keçir. Bu ruhlar nə az, nə çox - yetmiş ildən çox susdurulub, “tamamilə məxfidir”qrifiylə
saxlanılıb. Bu gün müstəqillik qazanan bizlərin borcu iztirablı taleləri tədqiq edib gələcək nəslə
çatdırmaqdır.
Unudulmaz şairimiz Səməd Vurğun haqlı olaraq yazırdı ki, xalqın mədəni və elmi
yüksəlişi ilə dərindən məşğul olmaq o xalqın gələcəyini, onun tarixini və taleyini öyrənmək
deməkdir.
1918-20-ci illərin yanmayan əlyazmaları arasında tam artilleriya generalları Əliağa
Şıxlinskinin, Səməd bəy Mehmandarovun, general-leytenant Məmməd bəy Sulkeviçin, general-
mayor Həbib bəy Səlimovun, İbrahim ağa Vəkilovun, Süleyman bəy Əfəndiyevin, Murad Gəray
bəy Tlexasın, Əbdülhəmid bəy Qaytabaşının, şahzadə-general Əmir Kazım Qacarın, İbrahim ağa
Usubovun, Cavad bəy Şıxlinskinin, Teymur bəy Novruzovun, şahzadə Əmənulla xan Qacarın,
Məmmədsadıq bəy Ağabəyzadənin, Firidun bəy Vəzirovun, şahzadə Feyzulla Mirzə Qacarın,
şahzadə Məhəmməd Mirzə Qacarın, Səməd bəy Rəfibəyovun, Davud bəy Yadigarovun,
Mirkazım xan Talışxanovun, Əlyar bəy Haşımbəyovun misilsiz xidmətləri nə yaxşı ki, qorunub
saxlanılıb.
Dostları ilə paylaş: