ŞƏMİstan nəZİRLİ



Yüklə 288,37 Kb.
Pdf görüntüsü
səhifə7/13
tarix02.01.2022
ölçüsü288,37 Kb.
#2421
1   2   3   4   5   6   7   8   9   10   ...   13
POLKOVNİK VƏLİ BƏY 

SADIQ BƏY OĞLU YADİGAROV 

 

1918-ci ilin sentyabrından Milli Orduda korpus komandirinin yanında eskadron 



komandiri olmuşdur. XI Ordu Bakıya yürüş edəndə Üçüncü Şəki süvari alayının pərakəndə 

dəstəsi ilə birgə vuruşa-vuruşa Gürcüstan ərazisinə çəkilmişdir. 1921-ci ilin martınadək 

bolşeviklərə qarşı vuruşmuş və həmin il əvvəlcə Türkiyəyə, sonra Polşaya mühacirətə getmişdir. 

Polşada “Armiya Krayova” xalq ordusunda əməliyyat şöbəsində süvari rəisi və 10-cu əlahiddə 

atıcılıq diviziyasının komandiri olmuşdur. 

Polşada çıxan “Jiçe Varşavi” qəzetinin 6 iyul 1990-cı il tarixli nömrəsində polkovnik Vəli 

bəy Yadigarov haqqında yazılır: 

“Ötən şənbə Varşava qəbiristanlığında Vəli bəy Yadigar müsəlman-tatar qaydası ilə dəfn 

olunmuşdur. 

Dəfn fəxri qarovulun müşayiəti ilə hərbçi şöhrəti qaydaları ilə keçirilmişdir. Mərhumu 

son mənzilə yaxın qohumları, dostları, keçmiş alaydaşları yola salmışlar. Yaylım atəşi açılmış, 



orkestr Şopenin dəfn marşını çalmışdır. Cənazə üzərində müsəlman ayinini Varşava və Belostok 

yeparxiyasının imamı Aleksandr Əli Şaletski icra etmişdir. 

Bəs poikovnik Yadigar kimdir? Müsəlmandır, Azərbaycan knyazıdır... 

Bu qərib Polşa ordusu heyətində vuruşmuş, K.Soskovski adına Yeddinci Ulan alayının 

zabiti olmuşdur. O, 1920-ci ildə tabeliyində olan hissə ilə birlikdə Azərbaycanı tərk etmək 

məcburiyyətində qalmış, 1921-ci ilin mart ayında Polşada sıgınacaq tapmış, müqavilə ilə polyak 

ordusu sıralarına daxil olmuşdur. 

Qruzdendə Süvari Məktəbini və Varşava Ali Hərbi Məktəbini birdikdən sonra yeddinci 

süvari polkunun komandir müavini 

.təyin edilmişdir. Polyak qızıyla evlənmiş, polyak dilini öyrənmişdir. Keçmiş alaydaşları onu son 

dərəcə yüksək mədəniyyətə, həyat tərzinə malik insan, həm də olduqca tələbkar zabit kimi 

xatırlayırlar. 

Vəli bəy Polşaya hücum etmiş hitlerçi qəsbkarlara qarşı 1939-cu  il sentyabrın 11-də 

təşkil olunmuş müdafiə kampaniyasında iştirak etmiş, Mazovetsk süvari briqadasının qərargah 

rəisi olmuşdur. Polşanın işğalından sonra Armiya Krayovanın (AK\ tərkibinə daxil olan “Olen" 

polkunun komandiri kimi Varşava üsyanında iştirak etmişdir. 

Müharibədən sonra Vəli bəy Yadigar Argentinaya mühacirət etmiş, on doqquz il əvvəl - 

1971-ci il dekabrın 13-də Buenos-Ayresdə vəfat etmişdir. 

Öz vəsiyyəti ilə Polşada təkrar dəfn edilmişdir. Dəfn mərasimində mərhumun qızı - 

Züleyxa xanım Yadigar-Kalinovskaya da olmuşdur. O, hazırda milliyyətcə polyak olan əri ilə 

İspaniyada yaşayır”. 

Qarabağ, Zəngəzur döyüşlərindən general-mayor Davud bəyə və kornet Vəli bəy 

Yadigarova məxsus raport və sənədlər saxlanılır. 1920-ci ilin mart ayında erməni-daşnak 

birləşmələri Əsgərana hücum edəndə kornet Vəli bəy Üçüncü Şəki süvari alayında döyüşürdü. 

Alay komandiri podpolkovnik Tongiyev Qarabağ ərazi qoşunlarının komandanı general-mayor 

Həbib bəy Səlimova göndərdiyi 26 mart tarixli məlumatda yazırdı: 

“Bu gün - martın iyirmi altısında artilleriya və tüfəng hazırlığından sonra Çaylı və Bürc 

kəndləri tutulmuşdur. Ermənilər Çaylıdan qərbə - dağların şərq ətəklərinə çəkilmişlər. 

Ermənilərdən bir neçə döyüşçü öldürülmüşdür. Bizim tərəfimizdən isə bir neçə partizan 

yaralanmışdır. Məlumat verirəm ki, sonrakı uğurlarımız və ermənilər üzərində qəti və son 

qələbəmiz mənim dəstəmin nizami hissələr ilə möhkəmləndirilməsindən asılı olacaqdır. Ona 

görə ki, cəbhə xətti getdikcə böyüyür, mənim alayımda döyüşçülər azdır və üç günlük ağır 

döyüşlərdən sonra yorulub əldən düşmüş partizanlar evlərinə gedirlər. 

Düşmənin çoxsaylı süvari dəstəsini başılovlu qaçmağa məcbur etmiş birinci yüzlüyün 

korneti Vəli bəy Yadigarovun çevik süvarilərinin hücumunu xüsusi qeyd etmək istəyirəm. 

Artilleriya vzvodunun komandiri praporşik Seyidzadənin dəqiq atəşi ilə düşmən mövqeyi 

susdurulmuşdur. 


Yüklə 288,37 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin