DOĞMA YERLƏRİN ƏTRİ
Mümkünmü unutmaq o doğma yeri,
Gözlərindən öpüb bənövşələri,
Al rəngə boyansın döyüşdə alnım,
Dostların əlilə qəbrə sallanım.
Ölərəm o barlı bağça, bağ üçün,
Xalqımın qəlbində yaşamaq üçün.
Professor Bəkir Çobanzadə
Nə İsrafil bəyin, nə Sadıq bəyin, nə də Həsən bəy Yadigarovun fotoşəkiinə indiyə qədər
rast gələn olmayıb. Bəs Rəna xanımın göstərdiyi şəkildəki mülkü geyimli şəxs hansı Yadigarov
idi? Təkəli kəndindən Bakıda yaşayan bir neçə ağsaqqal-ağbirçəklə görüşdüm. Şəkli kimə
göstərdimsə tanıyan olmadı. Borçalıya getdim. Təkəlinin qocaman sakinləri Hüseyn Eyyubovla,
Əli Qurbanovla görüşdüm. On doqquzuncu əsrin səksəninci illərində şəkildə əbədiləşən
Yadigarovu heç kim tanımadı.
Sonralar Gürcüstan Mərkəzi Dövlət Arxivindən polkovnik Vəli bəyin və poruçik Nadir
bəy Yadigarovun fotoşəklini tapmaq mənə qismət oldu.
Vaxtilə Borçalı mahalının adlı-sanlı nəsillərindən biri olan Yadigarovlardan indi bu
obada bir nəfər belə qalmayıb. 20-ci ilin sərt bolşevik ab-havası, 37-nin qara günləri bu nəsün
oğullarını pərən-pərən salıb. Amma qeyrətli Yadigarov qardaşları haqqında qocaların sinəsi
dastana sığışmayan əhvalatlarla doludur. Gümrüdən (indiki Leninakan şəhəri - Ş.N.) Sınıq
körpüyə, Borçalıdan Cəlaloğluya (indiki Stepanavan şəhəri - Ş.N.) qədər torpaq sahələri
Yadigarovların ixtiyarında olub. İkimərtəbəli, on iki otaqlı Yadigarovların şəxsi evi indi kəndin
orta məktəbidir. Kənddəki dəyirmanı, məscid binasını da bu qardaşlar tikdiriblər. İndi
dəyirmandan çörəkxana kimi, məsciddən də mədəniyyət evi kimi istifadə olunur.
- İsrafil bəy uca boylu, enli kürəkli, qarayanız adam idi - Ağsaqqal Hüseyn dayı ilə birgə
Yadigarovların həyətini, bərbad hala düşmüş bağlarını gəzirik. O, mənə nəvə İsrafil bəydən
söhbət açır - Bəy İngiltərədən bir at gətirtmişdi. Od parçası idi. Mən onda gənc idim. 14-15
yaşım ancaq olardı. Atam, əmilərim danışırdılar ki, rus-yapon müharibəsində İsrafil bəy
döyüşlərin birində yaponların topunu qılınc gücünə ələ keçirmişdi. Qafqaz süvari briqadasının
tərkibində vuruşan general-mayor İsrafil bəy Yadigarov 1905-ci ildə zabitlərə məxsus
“Müqəddəs Georgi ordeni”nin ikinci dərəcəsi ilə təltif olunmuşdur. O, böyük dramaturqumuz
Mirzə Fətəli Axundovla yaxın dost və qonşu olmuşdur. Axundovun nəvəsi Mahmənzər xanım
Qacarın xatirələrindən məlum olur ki, 1878-ci il martın onuna keçən gecədən həyatının son
dəqiqələrini yaşayan Mirzənin yanına qohum-əqrəbası, əziz dostları yığışmışdı. Can verən Mirzə
Fətəlinin yatağı yanında dərin və ağır sükuta gedən qonşusu İsrafil bəy Yadigarov kədərlə
soruşur:
- Mirzə, siz nə sayaq dəfn olunmağınızı istərdiniz?
Bütün dinləri puç və əfsanə hesab edən Mirzə Fətəli birbaşa verilən bu sualdan ölüm
ayağında belə sarsılmadı. Görünür o nə ağlını, nə də huşunu hələ itirməmişdi. Son qüvvəsini
toplayan Mirzənin kədərli çöhrəsində zəif, titrək bir gülüş duyuldu. Sonra onun sərt və möhkəm
cavabı eşidildi:
- Siz bilirsiniz ki, mən heç bir dinə inanmıram. Ölülərin əziyyətindən dirilərin necə xilas
olduqlarının mənim üçün heç bir əhəmiyyəti yoxdur. İstədiyiniz kimi dəfn edərsiniz.
* * *
1916-cı ildə çar əsgərləri kasıb kəndliləri çox incidirmişlər. Ağır vergi, müharibəyə əsgər
toplanışı camaatı cana doydurubmuş. Yanı əsgərli, pristav, uryadnikli qubernator kəndi çapıb-
talayırmış. Qaçağanlı Mustafa Tağıoğlu, Məmmədtağı Axundoğlu və Qasımlı Kərəm
qubenatorun iki əsgərini öldürürlər. Az keçmir ki, iki polk əsgər Qaçağan kəndini mühasirəyə
alıb kəndliləri döyür, işgəncə verib, cinayətkarları tələb edir. Kəndın bir neçə bəyi, hətta ortancıl
qardaş Sadıq bəy Yadigarov da qubernatordan təvəqqe edir ki, camaatı nahaqdan incitməsın.
Həsən bəy kənddə yox imiş. Tiflisdə imiş. Ona xəbər göndərirlər. O, dərhal kəndə gəlir. Camaatı
döydürən qubernator faytondan generalın düşdüyünü görüb özünü yığışdırır.
Həsən bəy hirslə soruşur:
- Bu nə özbaşınalıqdır mənim kəndimdə?
Qubernator:
- Əlahəzrət, mən onlardan əsgərləri öldürən cinayətkarları tələb edirəm.
- Cənab qubernator, siz kasıb kəndlilərə vurduğunuz zərəri ödəyin, mən də bu saat sizin
öldürülmüş əsgərlərin qanpulunu artıqlamasi ilə verərəm. O ki qaldı cinayətkar kəndlilərin sizə
divan üçün verilməsinə... Nə qədər ki, mən sağam, siz onları heç vaxt ala bilməyəcəksiniz...
Dodaqaltı donquldanan qubernator:
- Əlahəzrət, məndə o qədər pul hardandır?
- Onda gedin işi divan-məhkəməyə verin...
Suyu süzülən qubernator əsgərləri də yığıb kəndi tərk edir. Bir daha geri qayıtmır. Ağsaqqal
Hüseyn Eyyuboğlunun söhbəti:
- İnsani keyfiyyətlərə məxsus olan Həsən bəy çox rəhmli və səxavətli adam idi.
Kəndlilərə icarəyə verdiyi yerin bəhrəsini məhsula görə alardı. Borc alıb verə bilməyənlərə,
külfəti çox olanlara güzəştə gedərdi. Həyat yoldaşı Rüxsarə xanım əmisi qızı idi. Atalar
məsəlidir, ərlə arvadın torpağı bir yerdən götürülər. Həsən bəy kimi Rüxsarə xanım da kəndin,
Borçalı mahalının bütün xeyir-şər işlərində iştirak edərdi. Kasıb da, ortabab da bəyin bəzəkli
faytonunda gəlin gətirər, qız köçürərdi. Onlar heç kəsdən heç nəyi əsirgəməzdilər. Xoşxasiyyət
və rəhmli Rüxsarə nənə kənd qızlarının toylarına gedər, qız-gəlinlərə hədiyyə aiardı. Kasıblar
üçün ayrıca qazan asdırardılar, onları yedizdirib-içirdərdilər.
Sadıq bəy Yadigarovun arvadı yarı gürcü, yarı Polşa tatarı idi. Üç oğlu vardı: Ərçil bəy,
Vəli bəy və David bəy. İyirminci il onları kəndimizdən yox, ölkədən didərgin saldı. Heç kəsə
pislikləri dəyməmişdi. Onlar çox sadə, əliaçıq adamlar idi: Rəiyyətlə rəiyyət, bəylə bəy idilər.
Deyirlər, Sadıq bəyin nəvəsi David bəy bir neçə il əvvəl gəlib nənəsinin qəbrini ziyarət
edib. Deyib ki, Zestafoni şəhərində yaşayır. Azərbaycanlı familiyası ilə yaşadığından ona dinclık
vermirmişlər. Ona görə də David Yadigaraşvili olub.
İllər nə qədər amansız və sərt olsa da bu əsilzadə nəslın oğullarının əvəzsiz xidmətini nə
hafizəmizdən silə biliblər, nə də daş yaddaşlardan. Tiflisdən Gəncəyə qədər elə bir məclis yoxdur
ki, onların adı anılıb, sözləri danışılmasın. Tiflisdə imarəti, Borcalıda yurdu, qədim Gəncədə
səxavəti, xalqın qəlbində isə məhəbbəti qalıb bu nüfuzlu nəslin oğullarının. Əgər yolunuz
Gəncəyə düşsə, XVII əsrdə inşa edilmiş “İmamzadə” kompleksinə baş çəkin. Bu qədim
memarlıq abidəsinin giriş qapısındakı qızılı rəngli yazıları oxuyun.
Türbənin iç divarına həkk edilmiş mərmər lovhədə ərəb əlifbası ilə belə yazılmışdır :
“O (Allah) əbədidir. Bu, imam Məhəmməd Bağırın - ona salam olsun - oğlu Mövlana
İbrahimin
2
müqəddəs məkanı (yerləşmiş) şərəfli (cənnət) bağıdır. Öz babasının köçməsindən yüz
iyirmi il sonra vəfat etmişdir. Allahın ona salavatı olsun. Və ona görə də, bu yüksək məqamlı
yerin bərpa olunmasını tiflisli general-mayor İsrafil bəy Yadigarzadə hicri 1296-cı (1878-79) ildə
əmr etmişdir”.
1878-ci ildə İkinci süvari müsəlman alayının komandiri generai İsrafil bəy ulu
babalarının dini əqidəsinə sadiq qalaraq türbəni öz hesabına təmir etdirmişdir.
İmamzadə pirində general İsrafil bəy Yadigarovun hərbçi qohumları, əsli Tiflisdən olan
Cəlal bəy və onun oğlu İsmayıl bəy Vəzirzadələr də dəfn olunmuşlar.
Burada kiçicik bir haşiyə çıxıb XIX əsrin əvvəllərində yaşayıb-yaratmış qazaxlı şair
Mustafa ağa Arif Şıxlinskinin (1774-1845) Borçalı bəyləri haqqında olan bir şeri ilə oxucuları
tanış etmək istəyirəm.
“Yeni dövrün möcüzəli məxluqu” titulunu qazanmış zalım general Aleksey Petroviç
Yermolov Qafqaza hakim təyin olunan gündən - 1816-cı ildən yerli bəylərin, ziyalılann çar
hökumətinə dönüklüyündən şübhələndiyinə görə onları dəstə-dəstə Sibirə sürgün edirdi. Mustafa
ağanın sürgündə yazdığı “Düşmüşəm” qoşmasından məlum olur ki, bəylərdən biri namərdlik
edib onun üzünə durmuş, şər atmışdır. Buna görə də hökumət onu zaval təriqi ilə Rusiyaya
sürgün etmişdir. “Ağlaram” qoşmasında isə Mustafa ağa Arif Qazax, Şəmsəddin və Borçalı
bəylərinin mərdliyini, on dörd il həsrətini çəkdiyi bulaqlarımızı, süsənli-sünbüllü dağlarımızı
tərənnüm edir. Bu tuthatut günlərində məhz Borçalı bəylərinin elinə-obasına sadiq qaldığını, ağır
günlərdə, namərd zəmanədə möhkəm və dönməz olduqlarını iftixarla yazır:
Qaldı payidar Borçalımn bəyləri,
Meydan günü bir-birindən yegləri,
Mehman qarşısına mərd gəlməkləri,
Yadıma düşəndə onlar, ağlaram!
Hanı Qazax? Mehribanlıq gedibdir,
Äğalıq, sultanlıq, xanlıq gedibdir,
Nücabadan alışanlıq gedibdir,
Itibdir şövkətü şanlar, aglaram!
Təkəli kəndinin üst yanında kiçicik bir təpə var. Əsrləri yola salmış Babakər dağının
ətəyindəki bu boz təpədə salxım söyüdlər altındakı məzarda bir igid, bir bəy uyuyur. Vaxtilə
onun kəhəri Suqovuşanda kişnəyəndə Gümrüdə bəd xəyallara düşən ermənilər diksinib qorxardı.
Bu kişnərtidən Çubuxlunun göy yaylaqları, Cəlaloğlu meşələri lərzəyə gələrdi. Lori dərəsinin
2 Azərbaycan Cümhuriyyətinin liderlərindən biri - Gəncəli Nağı bəy Şeyxzamanlı (1883-1957) İstanbulda nəşr
etdirdiyi "Xatirələri" ndə yazır ki, ailəmizə Şeyxlik ünvanı İmamzadə mütəvəllitləri olduğumuzdan verilmişdir.
İmamzadənin adı İbrahim olub, türbəsi şəhərin üç kilometrliyndə yerləşən ailə mülkümüzdədir. Türbəsi
ziyarətgahdır.Türbənin ətrafında bir məzarlıq da var. Azərbaycanın hər tərəfindən, hətta Gurcustandan hörmətli
şəxslərin cənazələrini dəfn etmək üçün oraya dətiririər.İmamzagənin tarixi min ilə yaxındır.-Ş.N.
yalçın qayaları bu kəsilməyən kişnərtidən əks-səda verərdi. İndi bu adi məzar daşında çox qısa
bir yazı var: “General-mayor Həsən bəy İsrafil ağa oğlu Yadigarov, 1854-1934”.
Çoxdan unudulmuş general babamızın məzarını gec də olsa yad etdik. Ruhuna rəhmət
oxuduq. Dağılıb talan olmuş həyət-bacasına baş çəkdik. Ovlağından ötüb keçdik. Vaxtilə tərlan
ilə şikar etdiyi süsənli, sünbüllü dağları gəzdik. Gəzdikcə kövrələ-kövrələ əzabkeş şair Mustafa
ağa Arif Şıxlinskinin şerinə üz tutduq.
Ellərimiz vardı bəyli-paşalı,
Dağlarımız vardı, əlvan meşəli,
Süsənli, sünbüllü, tər bənövşəli,
Qaldı bağlar, xiyabanlar, ağlaram!
Dostları ilə paylaş: |