YADİGAROVLAR
CÜMHURİYYƏT DÖVRÜNDƏ
Hər gələn yurdumda bir at oynatdı,
Analar gənc ikən matəmə batdı.
Qorxudan dumana sığındı dağlar,
Bu yerin ən qanlı bir tarixi var...
Fəqət, bu torpağın qəhrəman oğlu,
Ürəyi inamla, ümidlə dolu.
Qanlı süngülərə gərmiş köksünü,
Qan iləyazmışdır hər qalib günü...
Səməd Vurğun
General-mayor Davud bəy Sadıq bəy oğlu Yadigarov 1903-cü il avqustun 10-da
Peterburq yaxınlığındakı Paj korpusunu kornet rütbəsində bitirib. 1918-ci ildə Azərbaycan Milli
Ordusunda mühafizə diviziyasının rəis müavini olub. 23 oktyabr 1919-cu ildə Hərbi Nazir
Səməd bəy Mehmandarovun 492 saylı əmrilə general-mayor rütbəsilə təltif olunub. 1919-cu il
avqust-noyabr aylarında Zəngəzur uğrunda gedən döyüşlərdə general Cavad bəy Şıxlinskinin
Birinci piyada diviziyasında Birinci dəstənin komandiri olmuşdur. Dığ, Goranzur, Xanazax,
Abdallar və başqa kəndlər uğrunda daşnak hərbi qüvvələrinə qarşı döyüşlər aparmışdır.
1920-ci il 28 aprel çevrilişindən sonrakı taleyi məlum deyil.
Dostları ilə paylaş: |