ŞƏMİstan nəZİRLİ


Şahzadə Fərhad Mirzə Qacara məktubundan



Yüklə 288,37 Kb.
Pdf görüntüsü
səhifə10/13
tarix02.01.2022
ölçüsü288,37 Kb.
#2421
1   ...   5   6   7   8   9   10   11   12   13
Şahzadə Fərhad Mirzə Qacara məktubundan 

 

General babasının sənədiəri ilə tanış olmaq üçün Rəna xanımla yenidən görüşdüm. O 



dedi ki, Yadigarovun şəklini Azərbaycan Dövlət Tarix Muzeyinin elmi işçisi Nərmin xanım 

Tahirzadəyə göstərim, bəlkə o tanıdı. Məncə o, mərhum Sara xanım Talışinskaya-Xürrəmoviçlə 

görüşmüşdü. Sara xanım general Mirkazım xanın qızı idi. O, inqilabdan əvvəl Kiyev 

Universitetinin hüquq fakültəsini bitirmişdi... 

Belə axtarışlarda həmişə köməyimə çatan xeyirxah Nərmin xanım məni neçə aylıq 

intizardan qurtardı. Şəklə baxan kimi: 

Bu, Ağa bəy Yadigarovdur, - dedi, - Rusiyada təhsil almış ilk azərbaycanlı ziyalılardan 

biridir. M.F.Axundovun əlifba islahatı haqqında olan məktublarının birində Ağa bəy 

Yadigarovun adının çəkilməsinə baxmayaraq, onun həyat və fəaliyyəti 1966-cı ilə qədər 

öyrənilməmişdi. Mən elmi işimlə əlaqədar Gürcüstan, Moskva və  Leninqrad arxivlərində 

işləyəndə Ağa bəyin fəaliyyəti  haqqında material toplaya bildim. Həmin ili Akademiyanın  

“Elmi əcərlər”ində “Peterburq universitetinin ilk azərbaycanlı məzunu” adlı elmi məqalə ilə çıxış 

etdim. 

- Nərmin xanım, XIX əsrin əvvəllərində bizim Rusiya ilə əlaqələrimiz o qədər də yaxşı 

deyildi. Mən şəxsən bunun ilkin səbəbini mənzilin uzaqlığında, bir də din ayrılığında görürəm. 

Bizə çox az ziyalımızın o vaxtlar Rusiyada yaşayıb-yaratması məlumdur. Mirzə Kazım bəy, 

Mirzə Cəfər Topçubaşov, İbrahim Rəhimov, Mahmud İsmayılov və başqaları. Bəs necə olub ki 

Ağa bəy Yadigarov o illərdə Peterburqa gedib çıxıb? Yəqin ki, bunun bir səbəbkarı, vasitəçisi 

olub? 

- Ağa bəy Yadigarovun Peterburqa getməsinin səbəbkarı məşhur şərqşünas Mirzə Cəfər 



Topçubaşovdur. Bu görkəmli alim Ağa bəyin doğma dayısıdır. Arxiv sənədləri göstərir ki, 1844-

cü ilin yazında Peterburq universitetinin Şərq şöbəsinə Cənubi Qafqaz gənclərinin 

nümayəndələrini göndərmək üçün heç bir perspektiv olmayanda universitetin fars dilçiliyi 

kafedrasının professoru Mirzə Cəfər Topçubaşov həmin şöbəyə öz bacısı oğlu Ağa bəy 

Yadigarovun dövlət xərci ilə qəbul edilməsi barədə xahişlə müraciət edib. Ağa bəy Yadigarov 

həmin ilin yayında Üçüncü dərəcəli Peterburq gimnaziyasını bitirmişdi. 

Yadigarov haqqında bioqrafik məlumat son dərəcə az və natamamdır. Əldə olan 

sənədlərə əsasən, Ağa bəy Yadigarov 1823-cü ildə Gürcüstanda doğulub. Peterburq 

gimnaziyasına 1837-ci ildə daxil olub. 1844-cü il iyun ayınadək ümumi əsaslarla gimnaziya 

nəzdindəki pansionda tərbiyə alıb. Uzun yazışmalardan sonra imperatorun razılığı ilə professor 

M.C.Topçubaşovun xahişi nəzərə alınıb, Ağa bəy Yadigarovun dövlət xərci ilə oxuması üçün 

Peterburq universitetinin rektoruna sərəncam verilib. 

Ağa bəy Yadigarov Peterburq gimnaziyasını bitirdiyinə görə qəbul imtahanları vermədən 

universitetin Şərq şöbəsinə daxil oiub. 1844-cü il iyulun 22-dən Ağa bəy universitetin nəzdindəki 

pansiona götürülüb. 

1848-ci ildə Yadigarov imtahanları əla qiymətlərlə verib universiteti bitirir. Alimlik 

dərəcəsini yerinə yetirdiyinə görə Şərq dilçiliyi üzrə namizəd adı alır. Universiteti bitirdikdən 

sonra Ağa bəy Yadigarov hələ bir müddət Peterburqda, çarın müsəlman komandasının konvoy 

komandiri, rotmistr qardaşı İsrafil bəy Yadiqarovun yanında qalır. 

- Bəs Qafqazdakı fəaliyyətinə nə vaxtdan başlayıb, bu barədə məlumat əldə edə 

bilmisinizmi? 

- 1848-ci ilin may ayında Ağa bəy Yadigarov Qafqaz canişininin sərəncamına göndərilir. 

Onu canişinlikdə dəftərxana şöbəsinin müdir müavini təyin edirlər. O, burada 35 ildən çox 

xidmət etmişdir. Hərtərəfli təhsil almış Ağa bəy Yadigarov öz bilik və bacarığından istifadə üçün 

imkan tapa bilməmişdir. Şərq və rus mədəniyyətinə yaxından bələd olan Ağa bəy öz milli 

mədəniyyətini də dərindən bilir, ona hədsiz hörmət bəsləyirdi. Xalqının bu sahədə ehtiyaclarını 

da yaxşı başa düşürdü. O, əlifba islahatı uğrunda böyük mütəfəkkir Mirzə Fətəli Axundovla 

birgə çalışmışdır. M.F.Axundovun şəhadətinə görə Ağa bəy Yadigarov ərəb əlifbasının yeni, 

daha mükəmməl əlifba ilə əvəz edilməsi haqqında fikirlərini ifadə edən bir kitabça da yazmışdır. 



- Nərmin xanım, otuz beş ildən çox Qafqaz canişinliyində saray müşaviri kimi fəaliyyət 

göstərən Yadigarovun xidməti dövlət tərəfindən layiqincə qiymətləndirilibmi? 

- İnamla demək olar ki, yox! Sənədlər göstərir ki, Ağa bəy Yadigarov çox sadə bir insan 

olub, vəzifəyə və təltifata can atmayıb. O, əvvəllər dəftərxanada, sonra isə canişinliyin baş 

idarəsində qulluq etmişdir. Onun xidməti müsəlmanlar üçün təsis edilmiş dördüncü dərəcəli 

“Müqəddəs Vladimir” ordeni ilə qiymətləndirilib. 

1853-56-cı illərdə Krım müharibəsindən xatirə olaraq verilmiş Andreyev lenti üzərindəki 

bürünc medal, onun 35 ildən çox xidməti müqabilində yeganə təltifatı olub. 

Uzun axtarışlardan sonra mən Ağa bəy Yadigarovun nəvələrini və onun böyük bacısı 

Məsumə xanımın uşaqlarını tapa bildim. Onlardan böyüyü - Sara xanım Talışinskaya-

Xürrəmoviç dedi ki, babam XIX əsrin 90-cı illərində Tiflisdə vəba epidemiyasından vəfat 

etmişdir. Həqiqətən də 1892-ci ildə Qafqazda güçlü vəba epidemiyası yayılmışdı. Ölüm tarixini 

belə dəqiqləşdirdik. Yadigarovun ömrünün son illəri haqqında isə demək olar kı, heç nə məlum 

deyil. 


Yadigarovlar nəsli əsil-nəcabəti olan üç ziyalı ailə ilə yaxın qohum olub: Talışxanovlar, 

Vəkilovlar və Vəzirovlar. General-mayor Mirkazımxan Talışxanovun nəvəsi Rəna xanım 

Axundzadədə babasının 1905-ci il martın 1-də tərtib olunmuş “Xidmət kitabçası” saxlanılır. 

Onun “Ailə vəziyyəti” bölməsində oxuyuruq: 

“Tifiisli saray müşaviri Ağa bəy Yadigarovun qızı Məsumə xanımla Mirkazım xan 1888-

ci ildə ailə qurmuşdur. Dörd uşaq atasıdır. Oğlu Mirəli xan 1895-ci il sentyabrın 9-da, Sarabəyim 

1890-cı il fevralın 7-də, Liyabəyim

3

 1891-ci il fevralın 8-də, Züleyxa xanım 1892-ci il avqustun 



3-də anadan olmuşdur”. 

Məsumə xanım Yadigarova (vəfatı - 1923-cü il) Zaqafqaziya Qadın Xeyriyyə 

Cəmiyyətinin üzvü olub. Onların ortancıl qızı Liyabəyim topoqraf-general İbrahim ağa 

Vəkilovun böyük oğlu Fariz bəyin həyat yoldaşı idi. 



Sözardı: General Yadigarov qardaşları haqqında ilk dəfə 1985-ci ildə yazmışdım. Həmin 

yazı “Sovet Gürcüstanı” (4 noyabr 1989-cu il) və “Bərəkət” qəzetində (8 may 1991-ci il), 1991-

ci ildə “Azərbaycan generalları” kitabımda və “Borçalı” jurnalında (1993-cü il, № 1) nəşr 

olunub. 


Müstəqillik qazanıldıqdan sonra açılan arxivlər və 1999-cu ildə Gürcüstan Mərkəzi 

Dövlət Arxivindən topladığım faktlara görə bu mövzuya yenidən qayıtmalı oldum. Zənnimcə, bu 

yazını da belə bir nüfuzlu nəsil haqqmda tam hesab etmək olmaz. Ona görə ki, çoxsaylı 

Yadigaroğullarının əksəriyyətinin son taleyi hələ də məlum deyil. 

1912-ci ildə Tiflisdə nəşr olunmuş “Kavkazskiy calendar” kitabından sətirlər: 

- Nadir bəy Yadigarov - Qafqaz Canişinliyində hərbi müşavir. Poruçik rütbəsində. 

-Abuzər bəyYadigarov - Poruçık rütbəsində Qafqaz Canişınlıyində xidmət edir. 

- Əli bəy Yadigarov - Aşağı Acariyanın Batumi şəhərındə milis rəisi. 

- Davud bəy Yadıgarov - Tıflisdə yerləşən  17-cı Nijeqorod  draqun polkunun ştab-

rotmistri. 

- İsrafil bəy Həsən oğlu Yadigarov - 17-ci Nijeqorqd draqun alayının kapitanı. 

 

 



 

 


Yüklə 288,37 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin