İstintaq baxışının mərhələləri Hadisə yerinə baxış üç mərhələdən ibarətdir: hazırlıq, işçi və nəticələrin rəsmiləşdirilməsi. Hadisə yerinə baxışın hazırlıq mərhələsi də öz növbəsindəiki alt mərhələdən ibarətdir:
a) müstəntiqin hadisə yerinə gələnə qədər gördüyü tədbirlər;
b) onun hadisə yerinə gələndən sonra baxışa başlayana qədər gördüyü tədbirlər.
Müstəntiq hadisə yerinə gələnə qədər aşağıdakı hazırlıq tədbirlərini həyata keçirməlidir:
a) hadisə yerinin toxunulmazlığını təmin etməli;
b) baxışda tətbiq edilənelmi-texniki vasitələrin yararlı olmasını yoxlamalı;
c) baxışa cəlb ediləcək şəxslərin dairəsini müəyyənləşdirməli və onların iştirakını təmin etməli.
Müstəntiq hadisə yerinə gəldikdən sonra baxışa başlamaq üçün aşağıdakı hazırlıq tədbirləri görməlidir:
a) baxışa maneçilik göstərə bilən şəxsləri hadisə yerindən kənarlaşdırmalı;
b) zərurət yarandıqda hadisədən zərərçəkmiş şəxslərə ilk tibbi yardım göstərilməli;
c) ilk hadisə yerinə gələn polis işçiləri tərəfindən hadisə yerinin qorunub-qorunmamasının və cinayətkarın aşkar edilməsi və onun yaxalanmasının təşkil edilməsini müəyyənləşdirməli;
ç) hadisə haqqında məlumat toplamalı;
d)əgər hal şahidləri dəvət olunmayıbsa onları dəvət etməli, hüquq və vəzifələrini onlara izah etməli;
e) baxış yerinin sərhədlərini və baxışın aparılma metodunu müəyyənləşdirməli;
ə) hadisə yerinin toxunulmazlığını təmin etməli.
Müstəntiq cinayət barədə məlumat alan kimi mümkün qədər tez bir zamanda ha disə yerinə baxış keçirməyə başlamalıdır. Lakin o, hadisə yerinə nə qədər tez getsə də cinayət hadisəsinin baş vermə anından onun hadisə yerinə gəlmə anınadək müəyyən zaman keçir. Bu müddət ərzində hadisə yerinin vəziyyəti və ya orada olan ayrı-ayrı izlər və maddi sübutlar qəsdən, bəzi hallarda isə heç bir marağı olmayan şəxslər tərəfindən dəyişilə və ya məhv edilə bilər.
Belə halların qarşısını almaq məqsədi ilə müstəntiq hadisə yerinin toxunulmazlığını təcili olaraq, təmin etmək üçün tədbirlər görməlidir. Hadisə yerinə gələn polis əməkdaşı hər şeydən əvvəl zərərçəkmiş şəxsə tibbi yardımın göstərilməsi məsələsini həll etməlidir. Baxışda tətbiq edilən elmi-texniki vasitələrin yararlı olmasının yoxlanılması.
Hadisə yerinə baxış zamanı elmi-texniki vasitələrdən bacarıqla istifadə edilməsi onun keyfiyyətli aparılmasını təmin edən şərtlərdən biridir. Elmi-texniki vasitələrdən düzgün istifadə edilməməsi və eləcə də müstəntiqin təşəbbüssüzlüyü baxışın keyfiyyətsiz aparılmasına səbəb olur.
Hadisə yerində izlərin və digər maddi sübutların götürülməsində, qeyd edilməsində istintaq çamadanında olan kriminalistik-texniki vasitələrdən geniş istifadə edilməli və onların yararlı halda saxlanılmasına xüsusi diqqət göstərilməlidir. Çünki, hər hansı alətin və ya vasitənin olmaması və yararsız olması müstəntiqin işini çətinləşdirir və baxışın keyfiyyətinə mənfi təsir göstərir. Məsələn,xətkeş və kompas olmadan ölçmək və hadisə yerinin coğrafi istiqamətini müəyyənləşdirmək qeyri mümkündür. Odur ki, müstəntiq hadisə yerinə gələrkən, istintaq çamadanındakı alət və vasitələrin tamlığını yoxlamalıdır. Hal şahidlərinin dəvət edilməsi.
Cinayət-prosessual qanunvericiliyi baxış aparılarkən, hal şahidlərinin mütləq iştirakını tələb edir. İstintaq təcrübəsi göstərir ki, törədilmiş cinayətin xarakterindən asılı olaraq, zərərçəkmiş şəxsin həyat şəraitindən yaxşı xəbərdar şəxslərin hal şahidi qismində dəvət edilməsi daha yaxşı nəticələr verir, adətən belə adamlar baxış zamanı meydana çıxan ayrı-ayrı məsələləri aydınlaşdırmaqda müstəntiqə kömək edirlər.
Müstəntiq hal şahidlərinin baxış zamanı nə kimi hüquq və vəzifələrə malik olmalarını, baxışın məqsədini onlara izah edir. O, baxış zamanı hadisə yerində aşkara çıxarılan əşyaların əlamətləri ilə hal şahidlərini tanış etməli və törədilmiş cinayətlə bu əşyaların nə dərəcədə əlaqədar olmasını onlarla birlikdə aydınlaşdırmalıdır. Bu baxışın dəqiq aparılmasını və eləcə də baxış protokolunun dolğun yazılmasını təmin edir.
Nəzərə almaq lazımdır ki, hadisə yerinə baxış protokolu cinayət işləri üzrə sübut növlərindən biri sayılır. Əgər hadisə yerindən baxış protokolunun dolğunluğu haqqında şübhə yaranarsa, onda hakim hadisə yerinə baxış zamanı iştirak edən hal şahidləri məhkəməyə dəvət edib onları dindirməklə yoxlaya bilər.