Sərbəst iş Ad: Ədiləxanım Soyad: Ağakərimova İxtisas



Yüklə 49,8 Kb.
səhifə5/10
tarix10.05.2022
ölçüsü49,8 Kb.
#57216
1   2   3   4   5   6   7   8   9   10
Ağakərimova Ədiləxanım 824. Tətbiqi sosiologiya

Sosial struktur cəmiyyətdə müvafıq sosial mövqe (status) tutan və mövcud sosial sistemdə qəbul olunmuş normalar və dəyərlər məcmusuna uyğun olaraq sosial funksiyalar yerinə yetirən elementlərin əlaqəsi və qarşılıqlı təsirinin müəyyən üsuludur. Sosial struktur cəmiyyətin obyektiv surətdə birliklərə, siniflərə və s. ayrılmasını ifadə edir və bununla insanların bir-birinə münasibətində bir çox meyarlara görə müxtəlif vəziyyətdə olduqlarını göstərir.

«Sosial struktur» anlayışı məhdud və geniş mənada işlənilir. Birinci halda sosial struktur dedikdə konkret sistem, onun struktur elementləri (siniflər, sosial qruplar və təbəqələr, digər birlik formaları) arasındakı münasibətlər başa düşülür. Geniş mənada götürülən sosial struktur isə sosial-sinfı, sosial-demoqrafik, sosial-ərazi, sosial-etnik, sosial-peşə strukturlarının məcmusunu əhatə edir.

Sosial strukturun əsas xassələrini aşağıdakı göstəricilərdən çıxış etməklə nəzərdən keçirmək olar:

1) strukturluluq yaradan əsas elementlərin təbiəti və mahiyyəti;

2) onların ümumi, qarşılıqlı münasibətləri və asılılığı;

3) strukturun ünsürlərinin nizamlılığı, daxili rəngarəngliyi və dayanıqlığı;

4) ünsürlərin fundamentallıq səviyyəsi, mühümlülük dərəcəsi;

5) sözügedən ünsürlərin empirik müşahidə olunan hadisələrə münasibətdə göstərdiyi şərtləndirici, məhdudlaşdırıcı və nəzarətedici təsiri.

Yuxarıda qeyd olunan və digər meyarlar əsasında sosial struktur bu növlərə ayrılır:

- inamı, əqidəni, idealları və təxəyyülü bütöv bir tam kimi əlaqələndirən ideal (arzuolunan) struktur;

- özündə dəyərləri, normaları, tələb olunan sosial rolları əhatə edən normativ struktur;

- mövqelərin (statusların) qarşılıqlı əlaqəsi üsulunu müəyyən edən təşkilati struktur;

- bu və ya digər konkret anda mövcud olan və müəyyən amillər (şəxsiyyətin cari marağı, gözləmədən yaranan resurslar və s.) üzündən sosial struktura qoşulan ünsürləri birləşdirən təsadüfi xarakterli struktur.

Yuxarıdakılardan üçüncüsü, yəni təşkilati sosial struktur sosioloji tədqiqatların məqsəd və vəzifələri baxımından həlledici əhəmiyyət kəsb etdiyi üçün biz əsas diqqəti məhz həmin növə yönəldəcəyik. Sosial strukturun digər növlərinə gəlincə qeyd etməliyik ki, onlardan adətən təşkilati sosial strukturun mahiyyətinin və dinamikasının açılması üçün və bu vəzifənin tələb etdiyi səviyyədə istifadə olunur.

Sosial strukturun öyrənilməsində ən azı aşağıdakı iki paradiqma geniş yayılmışdır:


Yüklə 49,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin