Sərbəst iş Ad: Ədiləxanım Soyad: Ağakərimova İxtisas


b) Sosial bərabərsizlik nəzəriyyəsi



Yüklə 49,8 Kb.
səhifə7/10
tarix10.05.2022
ölçüsü49,8 Kb.
#57216
1   2   3   4   5   6   7   8   9   10
Ağakərimova Ədiləxanım 824. Tətbiqi sosiologiya

b) Sosial bərabərsizlik nəzəriyyəsi (funksional və konfliktoloji paradiqma). Bu qəbildən olan

paradiqmalara görə, sosial bərabərsizlik sosial qrupların və fərdlərin funksional ölçülən göstəricilərindən daha çox onların bir-birinə nəzərən tutduqları vəziyyətlərini səciyyələndirir. Belə yanaşma subyektlərin müqayisə edilməsini, qiymətləndirilməsini, konkretləşdirilməsini və personlaşdırılmasını nəzərdə tutur.

Sözügedən paradiqma daxilində cəmiyyətin strukturlara ayrılması əmək bölgüsü ilə (funksionalizm), yaxud diferensiasiyaedici mülkiyyət münasibətləri və hakimiyyət ilə (marksizm) əlaqələndirilir.

Cəmiyyətin sosial strukturunda bir neçə səviyyəni ayırmaq olar. Birinci səviyyə özündə sinifləri ehtiva edir.

İkinci səviyyəyə siniflərə yaxın olan, lakin onların bütün əlamətlərinə malik olmayan sosial qruplar, mütəxəssis olmayan qulluqçular, eləcə də sosial təbəqələr daxil edilir. Sosial strukturun bu səviyyəsi elmi ədəbiyyatda sosial-sinfı struktur adlandırılır. Sosial strukturun üçüncü səviyyəsi özündə yalnız sosial-sinfi strukturun elementlərini yox, həm də şəhər və kənd əhalisini, zehni və fiziki əmək sahəsində çalışan sosial qrupları ehtiva edir.

Siniflər sosial strukturun mühüm elementlərindən biridir. Qeyd etmək lazımdır ki, «sinif» termini elmi ədəbiyyata Gene tərəfindən siyasi-iqtisadi anlayış kimi daxil edilmişdir. Lakin XIX əsrin sonlarında Fransada baş vermiş burjua inqilablarının təsiri ilə bu anlayış sürətlə siyasiləşmişdir. XIX əsrin sonlarından 1953-cü ilə kimi bu termin Rusiyada da siyasi mənada işlənmişdir («sinfı düşmən», «qolçomaq» və s.).

Marksist sosiologiyasında sosial strukturda siniflərin mövqeyi xüsusi vurğulanırdı. K. Marks və F. Engels cəmiyyətin siniflərə bölünməsinin əsas səbəblərini ictimai əmək bölgüsünün və xüsusi mülkiyyət münasibətlərinin formalaşmasının nəticəsi kimi izah edirdilər. Marksizm sinif anlayışına aşağıdakıları ehtiva edən mühüm məna verirdi:

-tarixən qərarlaşmış müəyyən ictimai istehsal sistemində tutduğu yerə görə bir-birindən fərqlənən böyük insan qrupları kimi götürülür;

-istehsal vasitələri üzərində mülkiyyət münasibətləri, fəaliyyət nəticələrinin mübadiləsi (ictimai əməyin təşkili) və bölgü münasibətləri üzərində qərarlaşdığı bildirilir;

-siniflərin mənafelərində ziddiyyət vardır, çünki onlardan biri digərinin əməyini mənimsəyə bilir.

Sinfin qeyd olunan mənası ümumilikdə götürülən sinfı fərqləri anlamaq üçün prinsipcə kifayət

edir. Belə ki, o, siniflər arasında əsas etibarilə şüurdan asılı olmayaraq qərarlaşan obyektiv fərqləri açıb göstərir.

Marksizmə görə, siniflər arasında iqtisadi fərqlər əsasında onların siyasi həyatda və mədəniyyətdə fərqliliyi formalaşır. Beləliklə, bu təlim siyasi, mədəni, ideoloji, sosial-psixoloji fərqlərin olduğunu qəbul edir, lakin o bütün bu fərqləri iqtisadi sahədəki fərqlərin davamı kimi götürür.

Qeyd etmək lazımdır ki, marksizm tərəfındən cəmiyyətin strukturunun məhz sosial-sinfı struktur kimi şərhi istehsal münasibətləri sistemindəki vəziyyətinə görə bir-brindən fərqlənən (yəni sosial fərqlərin başlıca meyarına uyğun gələn) təkcə siniflərin deyil, həm də bütün sosial qruplar və təbəqələr arasındakı fərqlərin izahına mane olmur.




Yüklə 49,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin