Sərbəst iş Ad: Ədiləxanım Soyad: Ağakərimova İxtisas


Sadə və mürəkkəb sistemlər və onların elementi



Yüklə 49,8 Kb.
səhifə2/10
tarix10.05.2022
ölçüsü49,8 Kb.
#57216
1   2   3   4   5   6   7   8   9   10
Ağakərimova Ədiləxanım 824. Tətbiqi sosiologiya

2.Sadə və mürəkkəb sistemlər və onların elementi

Sistemlərin sadə və mürəkkəb sistemlərə bölünməsi heç də yeganə təsnif etmə üsulu deyildir. Sistemlərin təbiətinə əsaslanaraq onları mexaniki, üzvi və sosial sistemlərə də ayırmaq olar. Öz növbəsində sosial sistemləri yeddi tipə ayırmaq olar: fərd; ailə; qrup; təəşkilat (firma, müəssisə, idarə və s.); sosial institut (hüquq, təhsil, din və s.); ərazi birliyi (kənd, şəhər, vilayət, dövlət); dünya birliyi (dünya sistemi).

Sosial reallığın analizi üçün sistem prinsiplərindən sistem nəzəriyyəsinin yaradılmasından çox-çox əvvəl istifadə olunurdu. ―Sosiologiyanın atası‖ O.Kont cəmiyyətin bioloji orqanizm ilə bənzərliyini qeyd edirdi. Q.Spenser öz əsərlərində qeyri-üzvi, bioloji və sosial təkamüllərdə ümumi struktur qanunauyğunluqlarının axtarışına xeyli yer vermişdir.

XX əsrdə sistem təqdimatları sosial nəzəriyyə ideyalarının ayrılmaz hissəsi oldular. Belə ki, P.A.Sorokin sosial-mədəni sistem dedikdə inteqrativ tamı başa düşürdü. 1920-ci ildə nəşr edilmiş ―Sosiologiya sistemi əsərində P.A.Sorokin emercentliyi aşağıdakı qaydada təsvir edirdi: ― cəmiyyət və ya kollektiv birlik qarşılıqlı əlaqədə olan insanların məcmusu kimi qarşılıqlı əlaqədə olmayan insanların sadə cəmindən fərqli olaraq mövcuddur. Bu cür reallıq qismində ―sui generis‖ (istər-istəməz) bir sıra xüsusiyyət, təzahür və proseslərə malikdir, hansılar ki, təcrid edilmiş fərdlərin cəmində yoxdur və ola da bilməz. Amma realizmə rəğmən cəmiyyət fərdlərdən nə ―xaricdə, nə də ―müstəqil‖ olaraq deyil, ancaq qarşılıqlı əlaqədə olan vahidlərin sistem kimi mövcuddur, bunlarsız və bunlardan kənar cəmiyyətin mövcudluğu ağlasığmazdır və mümkün deyildir, necə ki, hər hansı bir hadisə onu təşkil edən bütün elementlərsiz mümkün deyildir.

Sistem təqdimatlarının inkişafında strukturlu – funksional yanaşma əhəmiyyətli rol oynamışdır. Nəzərdə tutulur ki, oxucu həm strukturlu – funksional yanaşma, həm də onun əsas müddəalarının tənqidi ilə tanışdır.

XX əsrin 70-ci illərində sosiologiyada və biologiyada klassik sistem analizinin evristik potensialı çox hallarda tükənmişdi. Sistem nəzəriyyəsində istifadə olunan abstrakt və formalizə olunmuş anlayışlar texnikada müvəffəqiyyətlə istifadə olunsa da, canlı təbiətin və sosial reallığın problemlərinin öyrənilməsi zamanı onlar daha tez-tez mənasız söz yığını, tavtologiyanın bolluğu ilə nəticələnirdi. Sistem nəzəriyyəsinin üzləşdiyi əsas çətinlik onda idi ki, klassik sistem analizinin əsas anlayışları statik vəziyyətdə olan sistemlərin öyrənilməsinə yönəldilmişdi ki, bu zaman dəyişikliklər olunur və ya onlar çox cuzi olur. Belə situasiyada sistemin qarşılıqlı əlaqədə olan elementlərin sabit strukturu ilə fiksasiya olunmuş bir tam kimi anlanması adekvatdır. Amma, əgər biz sistemin dinamikasını müşahidə etməyə başlasaq – yəni, konkret, onda asanlıqla əmin olarıq ki, əsas sistem anlayışlarının dəqiqliyi və aydınlığı əriyib gedir.

Sosial və bioloji sistemlərin spesifikası bənzərlik problemini birinci plana çəkir (texniki sistemlər üçün isə trivallığı) – zaman daxilində dəyişmiş sistem əvvəlki kimidir və ya bu tamam başqa bir sistemdir?

Növbəti misalı nəzərdən keçirək. Fərz edək ki, siz bir müşahidəçi kimi M.V.Lomonosov adına Moskva Dövlət Universiteti kimi sosial sistemin onun fəaliyyətini yaxınlaşdırmaq məqsədi ilə öyrənirsiniz. Siz zəruri olaraq rektorun və dekanların mövqeyini, tədrisin səviyyəsini, tələbələrin motivasiyasını, binaların və bufetlərin vəziyyətini, laboratoriya və kompyuter siniflərinin təchizatı, maliyyələşdirilmənin durumunu və s. öyrənməlisiniz.

Indi nəzərdə tutaq ki, müşahidəçinin qarşısına başqa bir məsələ qoyulmuşdur – MDU sisteminin son 25 il ərzində fəaliyyətinin analiz edilməsi. Bu müşahidə dövrü ərzində bir neçə rektor dəyişilib, yeni fakültələr açılıb, dövlət dəyişilib, ideologiya dəyişilib. MDU-i haqqında bir sosial sistem kimi nə demək olar, görəsən o qədər dəyişibmi ki, tamam başqa sosial sistemlər haqqında danışmaq lazım gələcək və ya o, öz eyniyyətini qoruyub saxlamışdır?

Üzvi sistemlərin eyniyyət problemləri üzərində düşünərək alimlər belə bir nəticəyə gəldilər ki, canlı sistem nəzəriyyəsinin əsas anlayışı təşkilatdır. Təşkilat sistemi bir tam kimi müəyyən edir və onun mahiyyətini aşkara çıxarır. Bir tipdən olan sistemlər bir təşkilata malikdirlər. ―Məhz sistemin təşkilatlanmasında (hissələrin) uzlaşmış şəkildə qarşılıqlı fəaliyyətində onun öz eyniyyətini qorumaq qabiliyyəti vardır.

A.Rapoportun elmi işində ―üzvi sistem tanınan və eyniyyətə malik bir şey kimi müəyyən olunur, yəni o, vəziyyətin dəyişməsinə baxmayaraq öz-özlüyündə qalır. Eyniyyətin məhz belə qorunub qalması tanınma aktında öz əksini tapır.

Çili bioloqları U.Maturana və F.Varelin elmi əsərləri bioloji və sosial sistem nəzəriyyələrinin müasir vəziyyətinə çox təsir göstərmişdir. Canlı sistemləri cansızlardan ayırmağa çalışan Maturana ―autopoyezis (özünüyaratma, özünütörəmə) anlayışını elmi dilə daxil etdi.

Autopoyetik proseslərin köməyi ilə sistem onun təşkilatında olan komponentlərinin özünütörəmə proseslərini həyata keçirir, bu şəkildə öz eyniyyətini qoruyub saxlayır.

M.Zeleni özünütörəməyə növbəti misalı sadə canlı sistemdən – bioloji hüceyrədən gətirir: hüceyrə - bu orta hesabla 105 makromolekuldan ibarət olan mürəkkəb sistemdir. Tam həyatı boyu həmin hüceyrənin bütün makromolekulları təqribən 104 dəfə təzələnir. Bu zaman bütün proses boyu hüceyrə öz fərqli xüsusiyyətlərini, bağlılığını və nisbi müstəilliyini qoruyub saxlayır. O, külli miqdarda komponent törəyir, amma eyni zamanda özündən başqa heç bir şey törəmir. Komponentlərin özləri aramsız olaraq və ya dövri olaraq dağılır və yenidən yaranır, yaranır və ölürlər, törəyirlər və istifadə olunurlar, eyni zamanda tam isə öz birliyini və bütövlüyünü qoruyub saxlayır – bu özünütörəmə (və ya autopoyezis) adlandırılır. Maturananın rəyinə görə autopoyezis prosesləri bütün sosial sistemlərə deyil, ancaq ―təbiilərə aiddir (məsələn: ailələlərə, klublara, siyasi partiyalara). 1970-ci ildə yazdığı elmi əsərində Maturana qeyd edirdi ki, təşkilat sistemi bir tam kimi müəyyən edən əsas münasibətləri təyin etdiyi halda, sistemin strukturu, yəni elementlərin qarşılıqlı təsiri, əlaqəsi, dəyişə bilər. Sistemlərdən bəzisi bir neçə struktura malik ola bilər və ətraf mühitlə yaxşı qarşılıqlı əlaqədə olmaq məqsədilə onları dəyişə bilər. Bu barədə demək olar ki, sistem digər sistemlər və xarici mühit ilə strukturlu bağlılıqlar qurur. Mühüm olan bir şeyi də qeyd edək ki, ətraf mühitdə baş verən dəyişikliklərə reaksiya vermək və hansı şəkildə vermək seçimini sistem özü edir. ―Canlı sistem öz təşkilatı vasitəsilə öz identikliyini itirmədən görə biləcəyi bütün qarşılıqlı əlaqələr sahəsini müəyyən edir, buna görə də canlı sistemin dəyişən ətraf mühitdə səmərəli olaraq mövcud olması onu göstərir ki, bu sistem ―biliklərə‖ malikdir, o, mühiti həm tanıya, həm də öyrənə bilir. Maturana koqnitiv (idraki) sistemə aşağıdakı tərifi verir: bu elə bir sistemdir ki, onun təşkilatı qarşılıqlı əlaqə sahəsini müəyyən edə bilir, harada ki, o, özü-özünü dəstəkləmək üçün fəaliyyət göstərə bilər, dərk etmə prosesi isə bu sahədə aktual (induktiv) fəaliyyətdir və ya davranışdır. Canlı sistemlər – koqnitiv sistemlərdir, həyat isə bir proses kimi dərketmə prosesindən ibarətdir. Bu fikir bütün orqanizmlər üçün etibardır – həm əsəb sisteminə malik, həm də malik olmayan.

Maturana qeyd edir ki, canlı sistemlər haqqında bütün müddəalar müşahidəçi tərəfindən söylənir. Müşahidəçi – insandır, yəni canlı sistemdir, buna görə də o, sistem ilə mühit arasında fərq qoya bilər və bu fərqi dil vasitələri ilə təsvir edə bilər. Amma, canlı sistemlərə aid olan hər şey, həm də ədalətli olaraq müşahidəçinin özünə də aiddir. Müşahidəçi tərəfindən həyata keçirilən dərketmə prosesi üzərindəki refleksiya Maturana nəzəriyyəsinin ən vacib nöqtələrindən biridir və onun ideyalarını məhz canlı sistemlərin hüdudlarından uzaqlara yayılmasına yardım göstərir.

Sistem dəyişmələrinin analizi fərqlərin tanınması kimi fundamental problemi ön plana çıxarır. ―Fərqlər dünyanı iki yerə bölür: ―buna və ―ona, ―mühitəvə ―sistemə,―bizə və ―onlara və s. İnsan fəaliyyətində fərqləndirmə ən vacib yerlərdən birini tutur və əlbəttə ki, sistemlər haqqında elmdə ən vacib işlərdən biridir, belə ki, sistemin hər hansı bir tərifi məhz sistem və onun mühiti arasındakı fərqdən ibarətdir. Son mülahizələr Braunun formaların hesablanması məntiqinə əsaslanır, hansı ki, obyektlər üzərində deyil, fərqləndirmələr üzərində iş aparmağı tələb edir.

N.Luman sosial sistem nəzəriyyəsinin öz variantını hazırlayan zaman məhz fərqləndirmə məntiqindən istifadə etmişdir. O, hesab edirdi ki, ―sistem dedikdə müəyyən növ obyektləri deyil, müəyyən fərqləri, məhz sistem ilə ətraf mühitin fərqlərini nəzərdə tutmalıyıq. Sistem fərqləndirmə formasıdır, yəni iki tərəfə malikdir: sistem (formanın daxili tərəfi kimi) və ətraf mühit (formanın xarici tərəfi kimi). Ancaq hər iki tərəf fərq yaradır, forma yaradır, anlayış yaradır.

Növbəti mərhələdə fərqləndirmə əməliyyatı sistemin özünə qarşı tətbiq olunur, hansında ki, tam və hissələr ayrılır, yəni sistem differensiallaşır.

Luman bir sıra işlərində autopoyezis konsepsiyasını sosial sistemlər nəzəriyyəsinə tətbiq etməklə inkişaf etdirir. Luman hesab edir ki, sosial sistemlərin mövcudluğunun üsulu autopoyezisdir – sistemin işə salan (törədən) və onun sonrakı fəaliyyətini elementlərin dəyişdirilməsi strukturun yenidən qurulması və onun xarici şərtlərə qarşı adaptasiya olunması yolu ilə təmin edən şey. Autoporyezis – bu təkcə ölüb gedənin sadəcə dəyişdirilməsi deyil, həm də onların özünəməxsus bir şəkildə fəaliyyətə məcbur edilməsidir.

80-ci illərin ortalarında Luman belə bir nəticəyə gəlir ki, sosial sistem kommunikasiyaların təkrar istehsalıdır. ―Sosial sistem həmişə o zaman qurulur ki, onda kommunikasiyaların autopoyetik münasibətləri həyata keçir, hansılar ki, xarici mühitdən uyğun kommunikasiyaların məhdudlaşdırılması vasitəsilə ayrılırlar. Beləliklə, sosial sistem insanlardan və ya fəaliyyətdən deyil, kommunikasiyalardan ibarətdir.

Luman bu yanaşmasının məhsuldarlığını hüquq sisteminin analizinin nümunəsində nümayiş etdirir. Hüquq sistemi – bu qanuni kommunikativ aktların təkrar istehsalıdır. Hər bir qanuni akt sistemi inkişaf və modifikasiya edir.

Hüquq sistemi normativ olaraq qapalıdır. Nəyin qanuni, nəyin isə qeyri-qanuni olduğunu ancaq o, müəyyən edir. Bütün dəyişikliklər sistemin özü ilə müəyyən olunur. Bu zaman məhkəmələr və həbsxanalar, hüquqşünaslar və cinayətkarlar hüquq sisteminə daxil edilmirlər, onlar xarici mühitə aiddirlər. Bu qədər radikal yanaşmaya elmi ictimaiyyətin müəyyən qədər müqavimətini Luman qabaqcadan əmələ gələn humanistik mənfi rəy ilə izah edir – alimlərin bir qismi adət üzrə hesab etməyə üstünlük verirlər ki, cəmiyyətin insanlardan və ya onların arasındakı münasibətlərdən ibarətdir . Doğurdan da, ―insanı unutmaq tələbi çoxları tərəfindən qeyri-təbii kimi qəbul edilir, baxmayaraq ki, N.Lumanın özü hesab edirdi ki, ―sosial sistemlərin sosioloji ərazisini‖, hansı ki, bütün sosioloji bilikləri inteqrasiya edən superərazi roluna iddia edə bilər – başqa cür qalma olmaz.

Bir sıra alimlər hesab edirlər ki, sosial sistemlərin bu cür konsepsiyaları onların fəaliyyət göstərməsində və onun bütövlükdə dəyişdirilməsində sistemin elementlərinin (insanın, insan qruplarının) aktiv rolunu lazımi qədər qiymətləndirmirlər. U.Bakli, A.Etsioni, M.Arçer, P.Ştompkanın və başqa alimlərin əsərlərində sosial sistem nəzəriyyəsinə fəal yanaşma inkişaf tapmır. Bu elmi istiqamətə E.Giddensin strukturlaşdırma nəzəriyyəsi də aid oluna bilər. O, aşağıdakı bir-biriləri ilə əlaqədə olan tərifləri verir: sosial sistem – bu aktyorlar və ya kollektivlər arasında müntəzəm sosial təcrübə kimi təşkil olunmuş münasibətlərin yenidən təkrarlanmasıdır; strukturlar – transformasiya münasibətlərinin qaydaları, rusursları və ya komplekti; strukturasiya – strukturların varisliyi və ya dəyişdirilməsini, nəticədə isə sistemlərin təkrar istehsalını idarə edən şərtlər. Giddens hesab edir ki, sosial sistemlərin strukturasiyasının analizi aktyorların şüurlu fəaliyyətinə əsaslanan özünütörəmə proseslərinin öyrənilməsi deməkdir. Strukturasiya proseslərinin tədqiqi aktyorların sosial sistemlərinin eyni zamanda həm yaradıcıları, həm də yaratdıqları olduğunu anlamağa imkan verir. Giddensin fikrinə görə strukturun sosial elmlərdə qəbul olunmuş statik tərifinə hansı ki, sosial sistemin ən çox sabit aspektlərini xarakterizə edirdi – cəm şəkildə olan struktur anlayışı əlavə etmək lazımdır, bu sistemin dinamikasını daha yaxşı təsvir etmək imkanı verir, belə ki, struktur – vəziyyət deyil, prosesdir. ―Strukturlar ikili təbiətə malikdirlər – onlar müntəzəm olaraq təşkil etdikləri praktikanın həm vasitəsi, həm də nəticəsidirlər... Strukturları məcburiyyətə bərabər tutmaq lazım deyil, onlar təkcə məcbur etmirlər, onlar həm də inkanlar verirlər‖. Strukturları maneə ilə eyniləşdirmək olmaz, belə ki, onlar həmişə həm məhdudlaşdırıcı, həm də stimullaşdırıcı xüsusiyyətlərə malikdirlər. Giddensə görə struktur sosial fəaliyyətlərin mümkün variantlarını tənzimləyən qaydalar sisteminə analojidir. Struktur anlayışının bu cür genişləndirici traktovkası çox güman ki, göründüyü universal nəzəriyyələrin qurulmasını asanlaşdırır, amma, buna bənzər konsepsiyaların praktiki istifadəsini çətinləşdirilib. Son illər ictimai elmlərdə öyrənilən sosial qarşılıqlı əlaqələrin tabe olduğu qaydaların məcmusunun analizi getdikcə daha geniş tətbiq olunur. Sosiologiya sahəsində qaydalar sistemi nəzəriyyəsini (social rule systems) Isveç alimləri T.Berns və E.Flem inkişaf etdirirlər. Onlar hesab edirlər ki, fərdin fəaliyyəti əsasən sosial olaraq müəyyən olunan qaydalar, eləcə də qayda sistemləri tərəfindən həm təşkil olunur, həm də idarə olunur. Isveç alimlərinin nəzəriyyəsi iki fundamental proses üzərində fokuslanır: sosial qaydalar sisteminin formalaşması və islahat yolu ilə dəyişdirilməsi; sosial qaydaların tətbiqi, qaydaların yayılması üçün resursların səfərbər edilməsi.


Yüklə 49,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin