Serj Afanasiyan Tərcümə: Güntay Gəncalp (Cavanşir) Ermənistan Azərbaycan



Yüklə 1,47 Mb.
səhifə15/32
tarix02.01.2022
ölçüsü1,47 Mb.
#2390
1   ...   11   12   13   14   15   16   17   18   ...   32
San Remo konferansı və müttəfiqlərin Türkiyə siyasəti
Bir ildən artıq zaman keçmişdi. Müttəfiqlərin ali şurası 1920-ci il 18-26 aprel arasında barış müzakirəsini Türkiyə ilə yenidən başlatmaq qərarına gəlir. Şura Van, Bitlis, Ərzurum və Trabzonu Ermənistana vermə qərarı alır. Aprelin 25-də prezident Vilsona bir məsaj göndərərək ABŞın erməni qəyyumluğunu qəbul etməsini istəyir. Ayrıca, yeni təsis edilən Ermənistan dövlətinin sınırları haqqında Amerika Birləşik Ştatları prezidentinin qərar verməsini bəklləyirlər. Prezident qəyyumluğu qəbul etsə də, senatın müxalifəti ilə qarşılaşır. Böyük ehtimalla senat Harburdun göndərdiyi informasiyanın etkisi altında olmuşdur. Harburdun göndərdiyi bilgilər şaşırdıcı dərəcədə dəngəli idi. 13 maddədə Amerikanın erməni qəyyumluğu təqdir və 13 maddədə də Amerikanın erməni qəyyumluğu rədd edilir. Harbud bütün Qafqazın və Anadolunun ABŞın qəyyumluğu altına keçməsini təklif edir. Uluslar arası ixtilafların qarşısını almaq üçün də bu qəyyumluğun müttəfiqlər, Almaniya və Rusiya tərəfindən təsdiqləndirilməsini təklif edir.60 Bu durumda İngiltərə və Fransa çıxarlarının zərər görəcəyi qaçınılmaz olacaqdı. İngiltərə və Fransa arasındakı gizlin rəqabət açıqca ortaya çıxacaqdı. Senat 1920-ci il iyunun 1-də 23 müvafiq səsə qarşı 52 müxalif səslə erməni qəyyumluğunu rədd edir. Bunun üzərinə ABŞ dövləti aprelin 27-də Ermənistanı “Deyuri” olaraq rəsmiyyətə tanıyır. Prezident Vilson erməni sınırlarının bəlli olması üçün yardımçı olacağını öz üzərinə götürür.

San Remo müqaviləsi Osmanlı dövlətinin təslim olduğunu təsvib etmək üçün idi. İyul ayında Osmanlı dövləti tərəfindən qəbul edilir. Ancaq müttəfiqlər Osmanlı imperatorluğunun və Qafqazın gələcəyi ilə bağlı tərəddüd içində idilər. Mustafa Kamal hərəkəti genişləyirdi və bolşeviklər Denikini Qafqazda mühasirə etmişdilər. San Remo müqaviləsi Anadolunun bölünməsi üzərinə hazırlanmışdı. Bu durum Türk millətçi hərəkətinin sərt təpkisinə yol açdı və Sultanı müttəfiqlərlə işbirliyi etməklə suçladılar. İngiltərə Mustafa Kamala təzyiq göstərmək üçün İstanbulun tam işğalını gerçəkləşdirdi. 1920-ci il mart ayının 16-da İngiltərə dəniz donanması əsgərləri İstanbula girib daxili işlər nazirliyini, admirallığı, polis mərkəzini və post idarəsini işğal edirlər. Mustafa Kamalla işbirliyi etməklə suçlanan Cavad paşa, Rauf bəy (Mustafa Kamalın gələcək müdafiə naziri) kimi bir neçə paşa tutuqlanır. Bu düşünülməmiş hərəkət həm Sultana bağlı olanları, həm də Mustafa Kamala bağlı olanları dərindən təsirləndirir. Ayrıca, İngiltərənin bu hərəkəti müttəfiqlər arasında da ixtilaf yaradır. Osmanlı Sultanı işğala etiraz edir. Mart ayının 17-də Osmanlı başbaxanı Saleh paşa bəyan edir: “Yunanların Aydını işğal etmələri, Böyük Ermənistan dövlətinin qurulması və Pontusda bir yunan dövlətinin qurulması Kiçik Asiyada kamalist hərəkətin ortaya çıxmasına səbəb olmuşdur.”61 Mustafa Kamalın təpkisi daha sərtdir. Aprel ayının 23-də Türkiyə Böyük Millət Məclisinin açılışında İngiltərəyə qarşı açıqca savaş elan edir. Məclsin açılışında Mustafa Kamal İslam Dünyasına da məsaj göndərir: “İngiltərənin bu saldırısı Osmanlıdan daha çox İslam Dünyasına saldırıdır. Xilafət məqamına ihanətdir. Azərbaycan və Şimali Qafqaz, Əfqanistan və İran... xalqlarının vicdanına qarşı saldırıdır... Bir sözlə bütün İslam Dünyasına saldırıdır.”62 Mart ayının 28-də Osmanlı bankasının rəisi Stiq, Fransa admirallıq nazirliyinə bir teleqram göndərərək Fransa maliyyə dairələrinin əndişələrini dilə gətirir: “Osmanlını itaətə məcbur etmək üçün hərbi saldırı gərəkirsə, özəlliklə yunanların bu saldırıda iştirak edəcəyi söz qonusu isə, o zaman Mekzikada olduğu kimi bir savaş gözləməliyik.” O, “Hərcümərc doğuran siyasət”dən çəkinməyi təklif edir. Ona görə ən yaxşı yol “Şərqdə bütün siyasi hüquqlarımızdan əl çəkmək və iqtisadi haqlarımızı qorumaqdır. Bunun qarşılığında başqa yerlərdə siyasi haqlarımızı savunmaqda yarar var. Buraxalım İslam Dünyası qarşısında İngiltərə təkbaşına öz sorunlarını çözməklə uğraşsın”63 Digər tərəfdən Osmanlı ilə irtibat saxlayan heyyətin rəisi polkovnik Munjen müttəfiqlərin ikiüzlülüyünü bu sözlərlə anladır: “İtaliyalılar və Amerikalılar tutuqlanmaları gərəkən türk dostlarını gizləyib qorumaqdadırlar. Lazım olduğunda savaş gəmiləri ilə onları Anadoluya göndərirlər.”64

İngilislərin İstanbulu işğal etməsi və Denikinin Şimali Qafqazda məğlubiyyəti Mustafa Kamalı Moskva ilə işbirliyi etməyə sövq edir. O vaxta qədər Mustafa Kamal bolşeviklərlə hər növ təmasdan çəkinmişdi. Bu vaxtdan sonra durum dəyişir. Mustafa Kamalın Bakıya göndərdikləri nümayəndələri xəbər göndərir ki, bolşeviklər heç qarşılıq bəkləmədən Türkiyənin antiimperialist savaşlarına yardım etmək niyyətindədirlər. Mustafa Kamal aprel ayının 26-da Leninə bir məktub yazır. Bu məktub imperialist dövlətlər və onların bölgədəki təmsilçiləri olan Gürcüstan və Ermənistan dövlətlərinə qarşı ortaq cəbhədə savaşmağı təklif edir: “Sovetlər ölkəsi Gürcüstana saldırmaq istəsə, ya da Gürcüstana diplomatik basqı tətbiq edərək onu Qafqazda İngiltərəyə qarşı savaşa zorlasa, biz də türk dövləti olaraq imperialist Ermənistana qarşı saldıracağıq. Azərbaycan dövlətini də sovetlərə qatılmağa zorlayacağıq.”65 Diqqət etməliyik Mustafa Kamalın bu məktubunda, yalnız Ermənistan “imperialist” adlanmışdır. Mustafa Kamal Azərbaycanı sovetlərə təslim, Gürcüstanı sovetizə etməkdə yardım və Ermənistanı Türkiyəyə qatmaq istəyirdi. Buna qarşılıq olaraq Mustafa Kamal ruslardan altun, ərzaq və Şərq ordusunu donatmaq üçün silah tələb edirdi. Mustafa Kamal daha öncə martın 16-da “bolşeviklərə yardım etmək üçün” Ermənistana saldırmaq istədiyini bildirmişdi. Ancaq Mustafa Kamalın məktubundan iki gün sonra aprel ayının 28-də Azərbaycanda müsavat dövləti devrilir. Yunanlar Anadoluda saldırıya keçirlər. Bundan sonra Lenin Türkiyə ilə əməkdaşlığı durdurur və tam tərsinə hərəkət edir. Bolşeviklər hesab edirlər ki, artıq Türkiyənin də bolşevikləşdirilməsinin vaxtı gəlmişdir.

Qafqazın ingilislər tərəfindən işğalı müttəfiqlər arasında rəqabətləri gücləndirdiyi kimi Anadlunun da İngiltərə tərəfindən işğalı eyni rəqabəti daha da gücləndirir. Fransanın Qafqazdakı yeni ali komiseri Du Martel 1920-ci il aprel ayının 13-də öz dövlətinə yazır: “Batumidə ingilislər özlərini sadəcə ərbab kimi aparmırlar. Onlar digər müttəfiqlərin zərərinə və yalnızca öz mənafelərini düşünməkdədirlər.Bir ingilis generalı məhəlli bankalara əmr vermiş ki, aşağı qiymətli rublları Qafqaz rublarının qiyməti ilə qəbul etsinlər. Bu da bankaları bankrot etmişdir. Bir ingilis bankasına da mütləq inhisarı ələ keçirməsi üçün izn vermişdir. İtaliyanın siyasəti bu bölgə ilə ilgili bu şəkildədir ki, narazı olanlara deyirlər: “ingilis və fransız müttəfiqlər nə etdiklərinin fərqində deyillər. Siz onlara qarşı çıxın, biz sizin arxanızdayıq.” İtaliyalılar bir tərəfdən belə deyirlər, digər tərəfdən dediklərini təkzib edirlər.66

Aprelin 28-də Leitnant Puvadbar prezident Xatisyan və general Nəzərbəgiyanla görüşür. Erməni tərəfi İngiltərənin “açıq antierməni” siyasətindən və Fransanın “İngiltərəni dəstəklərcəsinə” zəif siyasətindən təəssüflləndiyini bildirir. Türkiyənin təhdidi üzündən erməni hərbi xərci ayda 40 milyon rubl məbləğindədir. Bu da hər növ iqtisadi inkişafın qarşısını almaqdadır. Tarım işlərində çalışması gərəkən gənclər orduya alınmaq zorundadırlar. Güvənsizlik səbəbi ilə erməni sərmayədarları qorxmuşlar və istehsala qatıla bilmirlər. Türkiyənin təhdidi gerçəkləşdiyi təqdirdə Ermənistan xarici ölkələrdən yardım etmək zorunda qalacaqdı. İngilislər ermənilərə yardım etmək və bu gerçəyi dərk etmək yerinə Fransadan alınan silahlar və uçaqların batumidən Ermənistana gəlməsinin önünü kəsmişdi.67

1919-cu ilin noyabr ayında Gürcüstanın Qori nahiyəsində əkinçilərin qiyamı basdırıldı. Mikoyan Leninə göndərdiyi məlumatda deyir ki, bu qiyam sovet rejiminin Gürcüstanda bərqərar olması üçün olmamışdır. Denikinlə savaşda qızıl orduya yardım etmək istəmişlər.68

Gürcülər zahirən duruma hakim kimi görünsələr də, ancaq Gürcüstanda durum get-gedə pisləşməkdədir. Üç ay sonra Du Martel öz dövlətinə yazır: “Dəmir yolu işçilərinə və Tiflis proletariyasına dayanan Jurdaniyanın demokrat höküməti xalq arasında öz nüfuzunu itirmişdir. Sosialist siyasətlə tamamən müxalif olan Əkinçilər partiyası hökümətə qarşıdır. Digər tərəfdən sovetlərin qələbələri ilə ruhlanan ifratçılar ciddi təhlükə oluşdurmaqdadırlar. Hər halda Gürcüstanda hökümət başlanası savaşda özünü savuna biləcək durumda deyildir.”69 Bu ümidsiz yanaşma o zaman mübaliğəli görünürdü. Ancaq bu onu göstərir ki, bolşevik görüşlərə qapalı olan Gürcüstanda bolşeviklər necə addım-addım irəliləyirmişlər.

Azərbaycan digər iki Qafqaz ölkələri ilə müqayisədə daha çox bolşevikləşməyə hazır idi. Denikinin yenilməsindən sonra dəniz və qara yolları açılmış, Rusiya ilə irtibat bərqərar olmuşdu. Bolşeviklər Rusiyadan silah əldə edə bilirdilər. Müsavat höküməti də bunun qarşısını ala bilmirdi. Qızıl ordu Azərbaycanın şimal sınırlarına yaxınlaşmışdı. Bolşeviklər qızıl ordunun yardımı ilə müsavat hökümətini devirib iqtidarı ələ keçirməyə hazır idilər. 1920-ci il fevralın 11 və 12-də bolşeviklər Bakıda gizlin toplantı keçirdilər. Bu toplantıda doktor Hüseynov başçılığında “Azərbaycan Kommunist Partiyası”nı təsis etdilər. Bu əməl Gürcüstan və Ermənistan kommunist partiyalarının təsisinin yolunu açır və gələcəkdə Qafqaz cümhuriyyətlərinin öz adları ilə sovetlər birliyi içində qalmasına imkan yaradır.

Mart ayının 15-də Azərbaycan Kommunist Partiyası Rusiya Kommunist Partiyasına bir məktub göndərir. Qafqaz xalqlarının qurtuluşu, Qafqazı millətçilərdən və burjua iqtidarlardan azad etmək üçün yardım istəyir. İki gün sonra Lenin, Qafqaz Cəbhəsi İnqilabi Hərbi Komitəsinə bir məsaj göndərir və yazır: “Bakını bizim ələ keçirməmiz bir zərurətdir.”70 Ancaq aprel ayının 2-də Qafqaz cəbhəsində siyasi komiser olaraq bulunan Orconikidzeyə xəbərdarlıq edir: “Bir daha sizdən müsəlmanlarla, özəlliklə Dağıstana girdiyinizdə müsəlman əhali ilə çox ehtiyatla davranmanızı istəyirəm. Müsəlmanların muxtarlıq, bağımsızlıq istəklərinə xoşgörü ilə yanaşmalısınız.”71 Aprelin ortalarında Dağıstan bolşeviklərin əlinə keçir.

Qafqaz hökümətlərinin müttəfiqlərdən yardım umma ümidləri get-gedə sönmək üzrə idi. Müttəfiqlərin ali şurası fevralın 23-də bir qətnamə yayımlayaraq defakto olaraq rəsmiyyətə tanıdıqları Qafqaz cümhuriyyətlərini bolşeviklərin qarşısında savuna bilməyəcəklərini duyururlar. Ancaq imkan daxilində onlara yardım ediləcəkdir.72 Bu bəyaniyyə Qafqaz cümhuriyyətlərinin müttəfiqlərdən silah yardımı alma ümidini suya düşürmüşdü. Onlar bolşeviklər qarşısında artıq öz imkanlarına güvənməli idilər. Bunun üçün bolşeviklərə qarşı ortaq savunma birliyi oluşdurulmalı idi. Ancaq 1918-ci ildə olduğu kimi hər ölkə baxtının gətirməsinə ümid bağlamışdı. Böyük saldırının qarşısında zəif ümidlərlə ayaqda idilər.

Aprel ayının 29-da Lord Curzon öz narahatçılığını bu sözlərlə bəyan edirdi: “Aylarca öz dövlətim nəzdində Qafqaz cümhuriyətlərini savunmağa çalışdım. Türkiyə ilə barış müqaviləsinin imzalanacağı ana qədər durumu batumidə kontrol altında tutmaq istədim. Bütün bu müddət ərzində İngiltərə savunma nazirliyi birinci hədəfə etinasız və ikinci hədəfə isə, düşmənlik etdi.”73

İngiltərə ordusunun Qafqazı tərk etməsindən sonra bölgədə ortaya çıxan savunmasızlıq durumu Moskvanın diqqətindən qaçmamışdı. Azərbaycanda sovetlərin bərqərar olunması üçün ortam sağlanmışdı.




Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin