Şərq ruhunun Qərb həyatı



Yüklə 5,09 Mb.
səhifə10/101
tarix31.12.2021
ölçüsü5,09 Mb.
#29047
1   ...   6   7   8   9   10   11   12   13   ...   101
Hamımız bir yuva pərvərdəsiyiz!

Hamımız bir günəşin zərrəsiyiz!
Şairin fikrinə görə, insanlığı birləşdirən cəhətlər o qədər güc­lü­dür ki, hətta coğrafi-siyasi müxtəliflik və dini fərqlər də bu yolda əngəl ola bilməz:

Ayırmaz bizləri İncil, Quran,

Ayırmaz bizləri sərhəddi-şəhan!

Ayırmaz bizləri həşmətli cibal,

Ayırmaz Şərq, Cənub, Qərb, Şimal!
Sadəcə ayrı-ayrı şəxslərin deyil, bütövlükdə zamanın və roman­tik poeziyanın ruhunu ifadə edən bu vəhdət çağırışlarına biz həmin dövrün digər romantik şairlərinin yaradıcılığında da tez-tez rast gəlirik.

Məsələn, Cavid belə deyir:


Din bir olsaydı yer üzündə əgər,

Daha məsud olardı cinsi bəşər.1
XIX əsr Avropa ədəbi mühitində Şərq poetik ənənələrinə və Şərq dəyərlər sisteminə marağın artması, etnik və ya mədəni-mənəvi sər­həd­lərlə məhdudlaşan əyalət ədə­biy­yatından fərqli olaraq, bütün dün­­ya­nı ehtiva etməyə qalxışan ro­man­tik poeziyanın və bu prosesdə Bleyk, Emerson, Uitmen və s.-lə ya­­naşı, ərəb mənşəli şairlərin də fə­al iş­­tirakı və bu yeni keyfiyyətli sin­­tez hadisəsinin elmi-nəzəri şərhi Ai­da İman­­quliyevanın tədqiqatların­da öz ge­­niş əksini tapmışdır. Aida xa­nım ərəb-amerikan romantik po­e­zi­ya­sında sa­­dəcə olaraq Qərbdə baş­la­mış bir pro­­se­sin davamını gör­mür­dü. O, ərəb ro­­man­tiklərinin sima­sın­da həm də ye­ni key­fiyyətli bir ədəbi-bə­dii pro­se­­sin tə­mə­lini görürdü: «Cüb­­ran və ər-Rey­ha­n­i­nin yaradıcı po­ten­sialı Qər­­bin ro­­man­tizm də­yər­lə­­rinin mə­nim­sənil­mə­­­si sayəsində güc­­lə­nir­di ki, bu da ərəb ya­zıçılarını da­ha ge­­niş, qlobal, ümum­­­bə­şəri prob­­lem­lər qoya bil­mək sə­viy­yə­si­nə­dək yük­səl­dir və son nə­ti­cədə onları yal­nız dünya ədə­bi pro­se­­sinin bəra­bər­hüquqlu iştirakçısı deyil, həm də ye­ni bə­dii dəyər­lə­rin car­­çısı edirdi»1. A.İman­quliyeva sadəcə ola­raq C.X.Cüb­ran, ər-Rey­­ha­ni və M.Nüaymə ədəbi-bədii yara­dı­cı­lı­ğı­nı təhlil etməklə kifa­yət­­lən­mə­y­ib, onların timsalında bütövlükdə pla­netimizdə ge­dən yeni tip­­li pro­seslərin; Şərq və Qərb dün­ya­gö­rüş­lərinin və ədəbi-bə­dii də­yər­lər sisteminin vəhdəti məsələsinin elmi-fəlsəfi təh­li­lini ve­rir. O, bu pro­­ses­lə­rin adı çəkilən ərəb ya­zı­çı­la­rı­nın yara­dı­cıl­ı­ğın­da bə­dii ifadəsini araş­­dı­ra­raq yazır: «Onlara əzəldən Şərq xalqla­rı­nın mə­də­niy­yətinə xas olan ümum­bəşəri və humanist ideallar əsa­sın­da öz doğ­ma mədə­niy­yət­lə­rində bu dəyərlərin təs­diqi üçün mü­vafiq üsul­lar tap­maq asan idi. Ey­ni zamanda, heç vaxt unutmaq lazım deyil ki, bu ya­zı­çıları öz və­tə­ni­nin adət-ənə­nə­lə­rini və öz dilini qoruyub-sax­la­yan mü­hacirlər mühiti əha­­tə edirdi. Buna görə də, onlar iki mədəni ənə­­nə­nin – həm Şərqin, həm də Qərbin mədəni əlaqələrinin daşıyıcıları oldular».2

Həmin dövrdə vəhdət idealı Azərbaycan ədəbiyyatı və ictimai-si­ya­si fikri üçün də səciyyəvi idi. Milli özünüdərk tələbi ilə yanaşı mü­a­sir­ləş­mək tələbi də irəli sürülürdü ki, bu da mü­əyyən mənada Qərb si­vi­liza­si­ya­sı­nın mənimsənilməsi ki­mi başa dü­şü­lə bilər.

Azərbaycan coğrafi baxım­ın­dan Şərq və Qərbin qovşağında yer­lə­­şir. Ra­sional və mənəvi dəyərlərin nis­bə­ti ba­xımından da Azər­bay­can bu iki müx­təlif dəyərlər sisteminin bir­­­gə mənimsənil­mə­si və ortaq məx­rə­cə gətirilməsi sahəsində qabaqcıl möv­­qe tutur. Tari­xən bir Şərq öl­kəsi olaraq inkişaf edən və son min il ər­zində is­lam mədəni-mənəvi də­yər­lə­rini mənimsəmiş və özü­nün­kü­ləş­­­dir­miş olan Şimali Azərbaycan XIX əsr­d­ən başlayaraq Rusiya im­pe­­ri­ya­sı­nın tər­kibində yeni mədəni-mənəvi də­yər­lər sistemi ilə sıx əla­qə­yə girmiş və on­ları bəzən icbari yolla qəbul et­mək məcburiyyətində qal­sa da, bə­zən könüllü olaraq mənimsənilmişdir. Rusiya vasitəsilə qa­baq­cıl Av­ro­pa ictimai-siyasi fikrinin və maarifçilik ideyalarının Azər­bay­cana keç­mə­si bu ölkədə Şərq və Qərb dəyərlər sisteminin qo­vuş­ma­sı üçün mün­bit şərait yarat­mış­dır. A.Bakıxanov, Mirzə Kazım bəy, Mir­zə Şəfi Va­zeh, Həsən bəy Zərdabi kimi simalar bu iki sivilizasiya arasında kör­pü rolunu oynayan böyük şəxsiyyətlər idi. Mirzə Kazım bəy təzə-tə­zə qərbləşən Rusiya mədəniyyətini Şərq təfəkkür ənənənləri və ədəb-bə­dii fikri ilə zənginləşdirir və özünəməxsus yeni bir Avrasiya mə­də­niy­yətinin yaradılmasına xidmət edirdi. Mirzə Şəfi Vazehin po­e­zi­yası Bo­denştatın tərcüməsində Avropanı məftun etmişdi. Çünki o dövr­­də Qərb­də Şərq ruhuna böyük ehtiyac duyulurdu. Belə misalları ar­­tırmaq da olar. Lakin məhz Mirzə Fətəli Axundov Şərq və Qərbin vəh­dət sim­volu kimi götürülmək üçün daha uy­ğun­dur. Çünki onun si­ma­sında hər iki mədəniyyət və düşüncə tərzi zirvədə birləşir. Eyni za­man­da Axun­dov öz şəxsi timsalında vəhdə­tə nail olmaqla qalmır və bü­tövlükdə xal­qın yeni dəyərlər siste­mi­nə yiyələnməsi uğrunda fəal mü­barizə apa­rır­dı. Onun bütün el­mi-fəlsəfi və bədii yaradıcılığı məhz bu amala xid­mət edir. Əgər Axun­dov ye­ri gələndə hətta ifrata va­rır­dı­sa, bü­töv­lükdə Şərq poeziya ənə­nə­­lə­rin­dən, sevgi-məhəbbət das­tan­la­rın­­dan, ro­man­tik meyllər­dən uzaq­la­şıb diqqəti gerçək ictimai həyatın ak­tu­al problemlərinə yönəltməyə səsləyirdisə, dini xurafata qarşı kəs­kin möv­qe tutur­dusa, bunu heç də onun sadəcə qərbpərəstliyi kimi qə­lə­mə ver­mək və guya Şərq po­eziyasını dəyərləndirə bilməməsi kimi yoz­maq düz­gün olmazdı. O, öz milli mahiyyətini dərindən dərk et­di­yin­dən və məhz millətini ürək­dən sevdiyindən ətalətdən xilas olmağa və si­vi­li­zasiyanın yeni nai­liy­yət­lərinə yiyələnməyə səsləyir, öz həmvə­tən­­ləri arasında maarifçilik ide­yalarını yaymağa çalışırdı.

Şərq və Qərb sivilizasiyalarının vəhdətindən yaranmış yeni dün­ya­görüşü Azərbaycanda da məhz XIX əsrin axırları, XX əsrin əv­vəl­lə­rin­də formalaşırdı. «Vəhdət» ideya­sı­nın tərənnümçüləri nə ardıcıl ide­a­list, nə də ardıcıl materialist idi­lər. Onlar həqiqətlər dünyası ilə ha­di­sə­lər dünyası arasında, ideya ilə reallıq arasında, mütləq və nisbi həyat ara­sında da vəhdət, ta­raz­lıq, tənasüb axtarırdılar. Zira fikir və cismani hə­yatın dialektikası əslində yalnız idealist və materialist fəlsəfi təlim­lə­rin fərqindən deyil, həm də Şərq və Qərb düşüncə tərzinin fərqindən və zid­diyyətindən hasil olur.

Əmin ər-Reyhani (1876-1940), Məhəmməd İqbal (1876-1937), Hü­­­­seyn Cavid (1882-1937/1941) və Cübran Xəlil Cübran (1883-1931) təx­­minən eyni dövrdə yazıb-yaratmaqla xeyli ümumi cəhət­lə­rə ma­lik­dir­lər. Hər kəsin öz ölkəsi miqyasında konkret prob­le­ma­tikası ol­sa da, bu böyük düha sahibləri bütövlükdə bəşəriyyətin taleyinə biganə qal­ma­yıb, onun yeganə nicat yolu olan «vəhdət» ideyasından çıxış et­mişlər.



Lakin biz onların bütövlükdə həyatına, yaxud bu həyatın geniş bir zaman kə­si­yi­nə yox, ancaq bir illik fraqmentə – o dövrdə yaşayan da­hilərin sim­vo­lik­ləş­­miş qürub çağına – 1937-ci ilə nəzər salmaq is­tər­dik. Nə qə­dər işıqlı həyatların sonu olan, özü ilə nə qədər parlaq si­ma­la­­rı ya­ra­­dıcı dünyadan qoparıb aparan, tarix salnaməsində şəxsiy­yət­lə­rin və milliyyətlərin taleyinə qəsd məqamı kimi qalan acılı-ağrılı hə­min 37-ci il, sən demə təkcə, So­vet­lər çərçivəsində yox, bütün planet­də; Şərqdə və Qərbdə, Şimalda və Cə­­nubda – hər yerdə öz məhşum mis­­siyasını yerinə yetirirmiş.

Həmin bu dəhşətli ildə Av­ro­pa­­da faşizmin timsalında gələ­cək fa­ciə­­lə­rin təməli qoyulurdu. Hərbi­ləş­miş qüv­vələr, təpədən dır­na­ğa qədər si­lah­lan­mış, beyni zəhərli gənclər tək­­­­cə yə­­hudiləri deyil, bü­tün parlaq dü­­­­şün­cə sahiblərini sıxışdırıb qov­maq­­­­dan, qət­­lə ye­tir­məkdən həzz alır­­­­dı­lar. Haqq sözünü deməyə ça­lı­­şan­lar Av­ro­­­pa­nın mərkəzində bir yolla, So­vet­lər­də isə başqa yolla tə­qib olu­nur­du; ma­hiyyət isə eyni idi. İşıqlı simalar qaba qüvvətin, dikta­tu­ra­nın qə­zə­­bi­nə tuş gəlmişdi. Böyük düşüncə adamları, söz sahibləri ya qətlə ye­­ti­ri­lir, ya da Avropanın mərkəzindən Qərbə, oradan da Ame­­­rikaya – uzaq Qərbə doğru, Sovetlərin mərkəzin­dən isə uzaq Şər­qə – Sibir çöl­lə­rinə doğru sıxışdırılırdılar.

Lakin hadisələr formaca eyni, simmetrik olsa da, nəticələr fərqli ol­du. Uzaq Şərqə sürgün edilənlər «qaranlıq» dünyasına, uzaq Ame­ri­ka­ya qaçıb gedənlər isə «işıq» dünyasına düşdülər. Kimlərsə ya­ra­dı­cı­lıq­dan məhrum edildi, kimlərsə yaradıcılıq üçün daha əl­ve­riş­li bir mü­hit əldə etdi. Qərbin yeni inkişaf potensialı yarandı və onun ağırlıq mər­­kəzi Avropadan Amerikaya köçdü. ABŞ-ın tim­sa­lında bu gün dün­ya­da ən böyük güc mərkəzinə çevrilmiş olan ifrat Qərb ideo­logiyası və tex­nologiyası formalaşdı. Sibir sindromu isə qoca Şər­qin dərdlərinə da­ha bir dərd gətirdi.

Bu gün nə Hitler var, nə Stalin, nə də sürgünlər. Lakin parlaq si­ma­ların köçü yenə də davam edir. Bu dəfə köç əsasən Şərqdən Qər­bə­dir. Qərbdən Şərqə kapital, yeni ideologiya və «kütləvi mədəniyyət» Şərq­dən Qərbə isə fərdi azadlıq vurğunları keçir. «SS» və «ÇK» öz işi­ni gördü – getdi. Lakin əsası hələ o vaxt qoyulan proseslərin təsiri hələ də tam silinib getməmişdir. Bu gün dün­­ya ikiqütblü yox, birqütblüdür. Şər­­qə sürgün edilənlər yoxdur, an­caq Qər­bə «könüllü» gedənlər var və bu yolun yolçuları yenə də işıqlı si­malar, parlaq zəka sa­hib­lə­ridir. Bu gün bu prosesin adı dəyişmiş – «ağıl­la­rın axı­nı» ol­muş­dur.

1937-ci ildə Cavid uzaq Şərqə sürgün edilmiş, könüllü uzaq Qərbə ge­dən M.İqbal da elə həmin ildə öm­­­rü­nü başa vurmuşdu. Lakin bu şəx­­­­siy­yətləri birləşdirən sadəcə il deyil, həyat amalı, tale yolu, ideya ya­xınlığıdır.

«Həqiqət və güc», «Peyğəmbər və iblis» mövzusu bu bö­yük mü­tə­­fəkkirlər üçün bir növ ümumi mövzu olmuşdur. Aida Iman­qu­li­ye­va­nın Cübranın «Şeytan» he­kayəsinə işarə ilə yazdığı ki­mi, «iki mütləq baş­lanğıcın – xeyir və şərin əbədi bir­gə möv­cud­lu­ğu və mü­ba­rizəsinin la­büdlüyü»1 demək olar ki, bu şəxsiyyətlərin ha­mısı üçün əsas ya­ra­dı­cı­lıq problemi idi. Cübranda da, Caviddə də «İIblis» («Şey­tan») əs­lin­də dövrün naqis cəhət­lə­ri­nin ümumi­ləş­miş obrazı idi. Hər ikisinin ya­rat­­dı­ğı «peyğəmbər» obrazı isə haq­qın, ədalətin ifadəsinə xidmət edir­di. Cavid kon­kret tarixi gerçəkliyi daha çox saxlamış və ümumbəşəri prob­lemləri tarix kon­teks­tin­də şərh etmiş, Cübran isə tarixi və coğrafi kon­kret­lik­dən, habelə hətta milli və di­ni müəyyənlikdən azad, ümu­mi­ləş­miş peyğəmbər obrazı yaratmışdır. Cübranda bu obraz əslində şəx­siy­yət­dən daha çox ideyadır, müəyyən bir idealdır. Burada bö­yük dini ide­al­ların XIX əsr konkret­liyində həm Şərqi, həm də Qərbi ehtiva et­mək əz­mi ifa­də olunur, ümumiyyətlə insan idealının panoramını ya­rat­maq təşəb­bü­sü göstərilir.

Maraqlı burasıdır ki, həm şa­ir, həm də filosof olmalarına bax­ma­­ya­raq, daha çox şair kimi tanınan Ca­­vid və Cübrandan fərqli olaraq məhz fi­lo­sof və siyasi xa­dim kimi ta­nı­nan Mə­həmməd İqbal yara­dı­cı­lı­ğın­da da ey­­ni problemlər və hətta ey­ni sü­jet­lər nə­zərə çarpır. M.İqbalın fəl­sə­fi görüşlərini təhlil edən al­man təd­qi­qat­çısı Anne­mari Şimmel pey­ğəm­bər mövzusunun şərhi ilə bağ­lı onu İ.Gö­te ilə mü­qayisə edə­rək ya­zır: «İqbalın Göte ilə olan mü­na­­­si­bəti da­ha genişdir – ümumi fikir bən­zər­­lik­lərinə xüsusi əhəmiyyət ver­­məsək be­lə, Götenin «Mə­həm­mə­din tə­rənnümü» adlı məşhur bir şe­i­­rini oxu­yar­kən istər-istəməz M.İqbalın «Ca­­vid­na­mə»də Zin­derud (ya­şayan ir­mak) ismi ilə ifadə etdiyi tə­səv­vür­lər yada düşür. Həqiqi mömin pey­ğəm­bər­də ən yüksək mərtəbədə mövcud olan bu irmak sifətini özündə görməlidir».1

Peyğəmbər və İblis mövzusunun, haqqa, düz yola çağıran və düz yoldan azdıran qüv­və­lə­rin ümumiləşmiş obrazlarının neçə əsr keç­dik­dən sonra, onların yenidən gündəmə gəlməsi təsadüfi deyil. Xe­yir və Şər, İşıq və Qaranlıq, Əql və Nəfs, Zəka və Ehtiras əsrlər bo­yu ancaq qar­şı-qarşıya duran, mübarizə aparan tərəflər kimi təq­dim və təsvir edil­mişdi. Vəhdət məqamı hələ çatmamışdı. Bu mü­ba­rizə XIX əsrdə də davam edirdi. C.X.Cübran «Pey­ğəm­bər» əsə­ri­nin «Zəka və Ehtiras» böl­­­məsində Peyğəmbərin dili ilə deyir: «Sizin qəlbiniz çox vaxt zəka və düşüncənin ehtiras və aludəçiliyə qarşı müharibə apardığı döyüş mey­­danını xatırladır».2

Cavidin İblisi də müəyyən mənada inteqrativ xarakter daşıyır. Hə­­yatda Şərin, pisliyin bir zərurət olması və onun sanki Xeyir, Haqq-Əda­­lət ideyasını canlandırmağa xidmət etməsi əsas xətlərdən biri kimi çı­­xış edir. Şər o zaman ayaq açıb ye­riyir ki, ona müqavimət yoxdur. Yə­­ni Haqqı müdafiə etməmək, məz­lum­luq göstərmək özü də şərə xid­mət­dir.



Cavidə görə, əzilənlərin faciə­si­nin kökündə onların zəif­liyi da­ya­nır. Haqqı müdafiə etmək üçün bu haq­qın ke­şiyində duran güc-qüd­rət la­zımdır. Cavidin «əzməyən əzi­­lər» tezisi əslində heç də əzməyin tə­rən­nü­mü olmayıb, əzil­mə­yən an­ti­­te­zi ki­mi ortaya çıxır. Onun «Məz­­lum­­lar üçün» şeirində irəli sürdüyü «kim ki, məzlum olu­rsa, zalım odur» fik­ri ol­duq­ca də­rin dialektik bir zid­diy­yəti, tə­zadı ifa­də edir. İlk baxışda ağla gə­lən budur ki, məzlum ha­ra, za­lımlıq ha­ra? Yə­ni Cavidin müd­də­a­sı ağ­la­bat­­maz görünür. Ən bö­yük hə­­qiqət də bu ağ­la­bat­maz­lıq­da, bu təzadda gizlən­miş­dir. Mübarizə apar­­­mayan, haq­qını mü­dafiə et­mə­yən, passiv, ətalətli olan tərəf özü məz­­lum ol­maq­la yana­şı, öz soy­daş­­la­rına, nəslinə, xalqına qarşı nə kimi bir miras qoy­duğunu, on­­ları nə kimi bir fəlakətin ixtiyarına buraxdığını an­la­yar­sa, bu məz­lum­luğun əslində kimlərə qarşı nə kimi bir zalımlıq ol­duğu üzə çıxar. Kim­sə özü əziyyətə qatlaşmağı tərcih edə bilər. Am­ma onun öz öv­ladları üçün bu aqibəti seçmək haq­qı varmı?

Bu kontekstdə çox mühüm bir məsələ də ortaya çıxır. Axı, gücün müs­bət dəyəri də vardır. Güclə ancaq əzmirlər. Haqqı qorumaq, əzi­lən­ləri müdafiə etmək üçün də güc lazımdır.

“Həqiqət və güc” probleminə C.X.Cübran öz münasibətini belə bildirmişdir:
ﻗﻭﻳﺕ ﺇﻥ ْﺮﻭﺍﺡُ ﻭﺍﻷ ﻠﻠﻌﺰﻡ ﻭﺍﻠﺤﻖّ

1.ﺍﻟﻐﻳﺮ ﺒﻬﺎ ﺤﻟﺕ ﺿﻌﻔﺕ ﺇﻥ ﺴﺎﺪﺕ
Biz bu şeir parçasına ona görə ərəb orijinalında istinad edirik ki, onun türkcəsində və ruscasında müəllif mövqeyi bir qədər fərqli ifadə olunur.

Məsələn, bu misralar türkcəyə belə çevrilmişdir:



Yüklə 5,09 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin