Şərq ruhunun Qərb həyatı



Yüklə 5,09 Mb.
səhifə18/101
tarix31.12.2021
ölçüsü5,09 Mb.
#29047
1   ...   14   15   16   17   18   19   20   21   ...   101
Gözəl!... Şu nəşələr dolu həşmət dünyası pek gözəl,

Hürriyyət gizləyən geniş, sağlam havası pek gözəl,

Yer deyil, göyləri sarsan yılmaz dehası pek gözəl,

Böyük-küçük hep tapınır ancaq və ancaq qüvvətə. 1
Lakin bu diyarda insanların qüvvətə tapınması ilk təəssüratdır. Çün­ki böyük uğurların əldə edilməsi böyük enerji və qüvvət israfı tə­ləb edir. Bu qüvvət isə öz bətnində əql və fəzilət eşqi saxlayırmış: “Fə­qət həp üstündür fəzilət eşqi zillətə.” 2

Bu ideya daha çox Qərb düşüncə tərzini ifadə edir. Lakin onun li­rik-bədii planda qoyuluşuna biz məhz Şərqdən getmiş romantik şair­də – Əmin ər-Reyhanidə də rast gəlirik.

Sivilizasiyadan fərqli olaraq, milli mə­də­niy­yətlər dil və din mü­əy­­yənliyi ilə də seçilir. Bu baxımdan, milli mədəniyyətin aralıq mər­hə­lə kimi təsbit edilməsi, tamamilə qanunauyğundur. Şərq və Qərb böl­gü­sündə isə, dil və din amilləri istisna olunur. Yuxarıda göstərdiyimiz ki­mi, coğrafi amil də burada həlledici deyil. Bəs bu bölgü, nəyə əsas­la­nır? – İlk növbədə, düşüncə tərzinə, fərdi və ictimai şüurun qarşılıqlı əla­qəsinə və bu əlaqəni təmin edən ictimai təşkilatlanma formalarına!

Şərq və Qərb arasında fərqi qısaca ifadə etmək istəsək, belə de­mək olar: “Şərq təfəkkürü təəssüratçılıqla, Qərb təfək­kürü təfər­rü­at­çı­lıq­la səciyyələnir” (Əbu Turxan). Bəli, Qərb düşüncəsi, konkret təhlilə, his­si təcrübəyə, təfərrüat­la­rın öy­rə­nil­mə­si və ümumiləşdirilməsinə, induktiv me­toda, subyek­tin ob­yekt­dən ayrıl­ma­sı­na əsaslanır. Şərq düşüncəsi isə, daha çox fitrətə, duyğuya, bütövlüyün his­si və əqli sezgi ilə mənimsənilmə­sinə, obyektin sub­yek­tə itməsinə əsaslanır.



Lakin bu xüsusiyyətlər, ancaq dü­­şüncənin daxili mexaniz­mi­nə aid­dir. Nə­zərə alınmalıdır ki, qərarlaşmış so­­si­al mədəni durum, də­yər­lər sistemi də düşüncə tərzinə təsir göstərir. Mü­hit özü, in­sa­nın fəal­laş­ma­sı və tən­bəl­ləş­məsi üçün şərt ola bi­lər. Mühit ide­ya­nı, düşüncəni, tə­şəb­bü­sü stimul­laş­dıra da bilər, onun qar­şı­sı­nı ala da bilər. Düşüncənin inert­ləş­mə­si, fikir tənbəlliyi bu gün Şər­qin əla­­mət­­lərindən birinə çev­ril­miş­dir. Halbuki, məhz Şərqdə düşüncə so­yuq ağla deyil, qaynar zəkaya, qəl­bin döyüntüsünə, şövq və ehtirasa söy­kənir. Əql məhəbbət kontekstində ortaya çıxır…

Və bütün bunlar Şərq poeziyasında yüksək bir dəyər, böyük mə­ziy­yət kimi tərənnüm olunur. Halbuki, Şərqin ətalətini şərtləndirən də, onun elə məhz hərarətidir. Adi məntiqlə düşünmək, ölçüb-biçmək, in­san­dan böyük daxili enerji tələb etmədiyi halda, hər bir məqamda, bü­tün varlığı ilə obyektə doğru yönəlmək (fenomenolo­gi­ya­da buna – in­ten­siallıq deyirlər), obyekti öz «mən»ində ərit­mək, idrakı sevgi mə­qa­mı­na yüksəltmək, çox çətindir. Məhz buna gö­rə­dir ki, Şərqdə əqli fə­a­liy­yət istənilən insanın deyil, seçil­miş­lərin nəsibi olur. Fəhmlə dərk et­mək üçün, ağıldan ziyadə fəhmə, intuisiyaya malik olmaq gərəkdir. Bö­yük həqiqətləri, qəlbin işıqlanması məqamında görmək üçün, alışıb-yanmaq, nur­lan­­maq siqləti tələb olunur.

Fərdi müstəvidə, əlbəttə, hər şey aydındır. Şərq düşüncə tərzi daha yüksək, daha ali bir məqamı ifadə edir. Lakin bu yüksək məqama hamı yüksələ bilmirsə, onda ictimai şüurun seçilmişlərin fərdi şüur­larından geri qalması kimlərinsə dalınca getmək, kimə isə kor-koranə inanmaq zərurətini də ortaya çıxardır. İctimai təşkilatlanmadakı fərqlər də, düşüncə tərzindəki fərqlərdən irə­li gəlir. Şərqin ictimai müs­təvi­də geri qalması, onun həqiqət məzən­nə­sini çox yüksəklərə qaldırması ilə bağlıdır və bu yüksəklik icti­mai müs­tə­vidə öz əksliyinə çevrilir.

Hər dəfə fikirləşmək üçün sə­ma­ya qalxmaq, daxili yüksəliş ke­çir­mək zərurəti, geniş kütləni fikir tən­bəl­liyinə sürükləyir. Və fi­kir tən­bəl­­liyi kütlə miqyasında Şərqin bir gös­təricisinə çevrilir. İctimai mü­­hi­tin, sosial infras­trukturun ənə­nə­vi­ləş­miş təsir formaları Şərq an­la­yı­şına və səhvən «Şərq düşüncə tər­zi» an­layışına da daxil edilir.

Halbuki burada Şərqin iki­ləş­mə­si, yaxud “iki Şərq” konsepsiyası nəzərə alındıqda bütün an­la­şıl­maz­lıqlar aradan qalxır. C.Cübranın, Ə. Rey­haninin tərənnüm etdiyi Şərq, yuxarıda göstərdiyimiz kimi, ancaq klassik Şərqdir. Onlar öz döv­rlərində Şərq ölkələrindəki vəziyyəti nə­in­­ki nümunə göstərmir, kəskin tənqid edir və öz ideallarını itir­dik­lə­ri­nə gö­rə, Qərb dəyərlərinin təqlidçisinə çevrilmələri ilə heç cür razı­laş­mır­lar. Əsas məsələ düşüncə tərzindəki deformasiyanı aradan qaldırmaq­dır.

Yeni dövrdə müsəlman dünyasında ideoloji infrastrukturun dü­şün­cə tərzi ilə yanaşı, dü­şün­cənin məzmununa da təsir etməsi, Cə­maləddin Əfqani tərəfindən gözəl şərh edilir: «Təfəkkü­rün tərzi və me­yarı olan məntiq elmini, hər kəs öyrənməlidir ki, həqiqəti yalandan, dü­zü əyridən seçə bilsin. Halbuki, bizim mü­səl­man məntiqçilərinin ba­şı mövhumatla və boş-boş şeylərlə doludur. Bun­ların təfəkkürü ilə, avam­ların təfəkkürü arasında heç bir fərq yox­dur. Hikmət elmi ət­ra­fı­mız­dakı mövcud səbəblərdən və əla­qə­lər­dən bəhs edir. Qəribə bu­ra­sı­dır ki, bizim alimlər «Sədri» və «Şəm­sül-bariə» oxuyurlar və fəxrlə öz­lərini hikmət sahibi hesab edir­lər. Di gəl,… soruşmurlar ki, biz ki­mik və nəyik? Elektrik, bu­xar gəmisi, dəmir yolu nədir?»1 M.Ə.Sa­bi­rin məşhur satirası yada düşür:


Yüklə 5,09 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin