Şərq ruhunun Qərb həyatı



Yüklə 5,09 Mb.
səhifə19/101
tarix31.12.2021
ölçüsü5,09 Mb.
#29047
1   ...   15   16   17   18   19   20   21   22   ...   101
Dindirir əsr bizi, dinməyiriz,

Açılan toplara diksinməyiriz,

Əcnəbi seyrə balonlarla çıxır,

Biz hələ avtomobil minməyiriz.2
M.F.Axundovdan Cəmaləddin Əfqaniyə, Əfqanidən Sabirə və Ha­diyə, M.İqbala və ər-Reyhaniyə, Ca­­­vidə və C.Cübrana gedən ideya yo­lu, özünütənqid və vəhdətə çağırış yo­lu!

Məhz fikir tənbəlliyinin və əta­­lə­tin nəticəsidir ki, Avropa yeni-ye­ni tex­­niki nailiyyətlər əldə etdiyi bir vaxt­­da, bizimkilər ərəb əlifbası və ərəb sözlərinin təfərrüatları sa­hə­sin­­də baş sındırmaqla məşğul idi­lər. C.Əfqani elə bil ki, M.F.Axun­do­vun əlif­ba islahatı uğrunda mü­ba­ri­zə­si­nə səs ve­rə­rək, yazırdı: «Mü­səl­man­­lar təlim-tərbiyədən heç bir xe­yir gör­­mür­lər. Mə­sələn, onlar nəhv el­­mi­ni öy­rənməklə məşğul olur­lar. Nəhv el­min­də məqsəd də budur ki, ərəb söz­­lərini düzgün yazıb-oxu­ma­ğı öyrənsinlər. Halbuki, bizim zə­ma­nə­miz­­də müsəlman alimləri, nəhv elmini son məq­səd və qayə kimi qar­­şı­la­rına məqsəd qoy­muş­lar…».3 Bəli, dil məq­səd yox, vasitə ol­ma­lı­dır. Han­sı dildə oxumaq və yaz­maq deyil, nə barədə oxuyub, yazmaq önəm­lidir. Düşüncənin səhv isti­qamətdə yö­nəl­­dilməsi, vasitəni özünə məq­səd etməsi, hətta, elmi di­ni dəyərlərlə əvəz etmək təşəbbüsləri Şər­qin tənəzzül səbəblərin­dən­dir. «Qəribə bu­ra­sıdır ki, bizim alimlər elmi iki yerə bölmüşlər: mü­səl­man elmləri və Av­ropa elmləri. Buna gö­rə də, onlar camaatı xeyirli elm­lərin mənim­sə­nil­məsindən çə­kin­di­rir­lər. Onlar başa düşmürlər ki, şə­rafətli elm heç bir millətin malı deyil, kim ona yiyələnsə, onun­dur…»1



Şərq və Qərb düşüncə tərz­lə­ri­ni, qarşılıqlı maraqları üzvi su­rət­də birləşdirən sintetik təfəkkür siyasət sahəsində, beynəlxalq münasibətlər sahəsində həqiqətən yeni hadisə­dir...

Lakin daha geniş miqyasda gö­tür­dükdə, həyatımızın bütün sa­hə­lə­rini məhz bu yeni təfəkkür işığında nə­zərdən keçirmək istədikdə məlum olur ki, o heç də boş yerdə ya­ran­ma­mış, min illər­dən bəri dərin kök atmış dialektik təfəkkürün bəhrəsi ki­mi mey­da­na gəlmişdir.

Bu gün qarşıda duran vəzifə idrak sahəsində müvəffə­qiy­yət­lə­rin rəh­ni olan dialektik təfəkkür tərzinin praktik tətbiqinə nail olmaqdan, fə­aliyyət proqramını bu təfəkkür əsa­sın­da qur­maq­dan, dialektikanı “xalis zə­ka” sahəsindən “praktik zəka” sa­hə­si­nə keçir­mək­dən ibarətdir.

Sintetik siyasi təfəkkür dialektik idrak metodunun dövlət si­ya­sə­ti­nə tətbiqi deməkdir. Miqyaslar arasındakı uçurumun ara­dan götürül­mə­si, tam ilə hissənin əlaqələndi­rilməsi, fərdi problem­lə­rin qlobal ha­di­sələr kontekstində nəzərdən keçirilməsi və əksinə, qlo­bal hadisələrin həl­­lində hər bir adamın mənafeyinin nəzərə alın­ması sinte­tik təfək­kü­rün mühüm tərkib hissəsidir.

Dialektik təfəkkürün əsasında hərtərəflilik prin­sipi, sintetik­lik da­­yanır. Əksliklər müəyyən olunur, ancaq onlar mütləqləşdiril­mir, vəh­­dətdə nəzərdən keçirilir.

Bir fikir başqa fikirləri istisna etmir, əksinə, bir-birini qarşı­lıq­lı su­­rətdə tamamlayır. Sintetik tə­fəkkür müxtəlif konseptual sis­tem­lərin di­alektik sintezi olmaqla yanaşı, müxtəlif təfəkkür tərz­lə­ri­ni də özündə bir­ləşdirir. O, Şərq və Qərb təfəkkür tərzlərinin, mil­­li şüarların bir-biri­ni zənginləşdirməsini nəzərdə tutduğu kimi, el­mi və bədii təfəkkürün vəh­dəti üçün də meydan açır.

Ya yalnız sosial-mənəvi həyatın anlayışlarla inikasından çıxış edə­rək bədii ədəbiyyatdan, obrazlı təs­virdən imtina etmək, ya da yal­nız bədii ədəbiyyat və təxəyyül hüdudunda qalaraq real həyatın mən­ti­qi inikasına biganə qalmaq, – hər ikisi bir­tərəfli ya­xın­laş­ma­­dır. Sin­te­tik təfək­kür bunların vəhdətini tələb edir.

İnsan, onun mənəvi yüksəlişi, fər­di mənəvi dünya ilə ictimai hə­yat ara­sında qarşılıqlı əlaqə və ziddiyyət mə­sə­lələri əsrlər boyu yalnız fəl­sə­fənin deyil, həm də bədii ədəbiy­ya­tın, incəsənətin pred­me­tinə da­xil ol­muş­dur. Lakin fəlsəfənin məğ­zi­ni, əsas məsələsini təşkil edən bu pro­­b­lem bədii ədəbiyyatda bir növ dolayısı ilə, daha doğrusu, təza­hür­lər vasitəsilə işıqlandırılmışdır. Ədəbiyyatda ən çox tən­qid olunan Şərq öl­kələrini bürümüş olan mövhumat və cəhalət, elmi düşün­cə ənənə­lə­ri­nin zəifliyidir. Əmin ər-Reyhaninin və Mixail Nüaymənin əsərlərində də eynən Sabir, Mirzə Cəlil və Üzeyir Hacıbəyovda olduğu kimi bu cəhətlər özünün geniş bədii ifadəsini tapmışdır.

Bəli, Şərq təfəkkürü nöqsanlardan azad deyil. Lakin kim be­lə he­sab edirsə ki, müasir dövrdə xalqımızın tərəq­qisinə mane olan Şərq tə­fək­kür tərzidir, – səhv edir. Şərq təfəkkürünün müəyyən ça­tış­maz­lıq­la­rı varsa, bu onun üstün cəhətlərinə də neqativ planda bax­maq üçün əsas vermir. Digər tərəfdən də, ona qarşı qoyulan Qərb təfəkkür tərzi də özünəməxsus nöqsanlara malikdir. Əmin ər-Reyhani yazır: “El­min in­­san həyatını qaranlıq ma­ğara ilə soyuq məzar arasında mü­ha­si­rədə sax­layan təhlil üsulla­rın­dan artıq bezmişəm. Müasir mədəni üsull­­a ma­ğa­radan məzara doğ­ru! Nə gözəl səyahətdir! Ancaq xoşbəxt­lik­dən bu sə­yahət qısadır”.1

Lakin insanın cismani həyatını, cari problemlərini, praktik əqlini və hətta maddi aləm haqqında elmi-nəzəri düşüncələrini, yaşadığımız bu dünyanın həyati tələbata uyğun olaraq optimallaşdırılması yönündə qu­ruculuğunu və yaradıcılığını da əhatə edən bu “səyahət”lə yanaşı, in­­­­sanın mənəvi həyatını, mənəvi-estetik yüksəlişini, müqəddəslik duy­ğu­sunu əhatə edən ruhani bir “səyahət” də vardır ki, onun nə əvvəli, nə də sonu vardır. Həyatın bu ikinci tərəfini unudaraq ancaq qərbsayaği “sə­­yahət”lə kifayətlənmək, daha doğrusu, bunun naminə ruhani hə­yat­dan imtina etmək yolverilməzdir.

Doğrudan da, yağiş­dan çıxıb yağmura düşmək nailiyyət hesab olu­­­na bilməz. Təcrübə göstərir ki, biz Qərb mədəniyyətinin, Qərb tə­fək­kür tərzinin məhz nöq­sanlı cəhət­lərini qəbul etməyə daha çox meyl­li­yik. Maraqlıdır ki, bizim indi rast gəl­diyimiz situasiya o vaxt Li­van­da və Suriyada da müşahidə olu­nur­muş və bu vəziyyət ərəb romantik şa­ir­lə­rinin də tənqid hədəfində ol­muş­dur: “Suriyada geniş yayılmış fran­­sız mo­dası, daha doğ­rusu Paris bul­varlarının ənlik kirşanlı modası bur­dakı ic­timai qı­cı­ğı elə səviyyəyə çatdırmışdır ki, hətta gənclər belə na­ra­zı­lıqlarını və qə­zəblərini bil­di­rir­lər. Axı, gəzməyə, ya bazarlığa çı­xar­kən baş örtü­yü­nü əminlik üçün tax­mış, lakin eyni zamanda onların çıl­paq qollarını və ayaq­larını aş­kar­la­yan fransız geyimli qadınlar on­la­rın b­a­cı­ları və gənc xa­nım­la­rı­dır. Təbii ki, bu, eybəcərlikdir və dö­zül­mə­z­dir”.2

Müasirliyə gedən yolun diskoteka və videotekadan, hətta in­ter­net klublarından keç­diyini düşünənlər səhv edirlər. Belə qüsurlu mövqeyin yayılması bizim ümumiyyətlə mədəniyyət və müasirlik haqqında təsəvvürlərimizin məhdudluğu ilə əlaqədardır.



Bəziləri Avropa ilə bağlı olan hər şeyi mədəniyyət hesab edir, mü­asirliyi onunla ayaqlaşmaqda görürlər. Lakin bu zaman nə­dən­sə Av­­ropanın elmi, texnikası, maddi isteh­sal və xidmət mədə­niy­yə­ti yad­dan çıxır, Avropanı Avropa edən, onu irəlidə zənn etməyə va­dar edən əsl cəhətlər unu­dulur, Qərbin tərəqqisində həqiqətən böyük rol oyna­mış olan, onun maddi mədəniyyətini tamamlayan mütərəqqi mənəvi mə­də­niyyət nümunələri yaddan çıxır və əksinə, Qərbin tə­nəzzülünə, sü­­­­qutuna, mənəvi deqradasiyasına apa­rıb çı­xara bilən, onun ilkin tə­rəq­­­qi döv­rünün ənənələrinə əsaslan­mayan, yan­dançıxma (çox vaxt af­rik­asayaği) “mə­dəniyyət” nümunələri, o cüm­lə­dən, bayağı rok, var­ye­te, por­no­qra­fik musiqi lövhələri, gecə klubları, kazino, striptiz və s. “Av­ropa mə­də­niyyəti” kimi qəbul edi­­­lir.

Təsadüfi deyildir ki, hələ XX əsrin əvvəllərində – Ba­kıda ka­pi­talizmin meydana gəldiyi ilk dövrlərdə Qərb sivilizasiyasına, Av­ro­paya seçkili münasibətin zəruri­liyini dərk edən H. Cavid yazırdı:



Yüklə 5,09 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin