Şərq ruhunun Qərb həyatı



Yüklə 5,09 Mb.
səhifə27/101
tarix31.12.2021
ölçüsü5,09 Mb.
#29047
1   ...   23   24   25   26   27   28   29   30   ...   101
və digər şeirlər”

kitabından



Sufi nəğməsi
Mənim qəlbim tarladır, Sənin üçün səpmişəm,

Sənin üçün suvarılır, yığılır.

Mənim qəlbim evdir, Sənin üçün açmışam

Sənin üçün havalanır, tozlanır, təmizlənir.

Mənim qəlbim xalçadır, Sənin üçün sərilib,

Sənin üçün üzərində rəqs edilir, dua oxunur, yatılır.

Mənim qəlbim mirvaridir, Sənin üçün düzmüşəm,

Sənin üçün taxılır, sındırılır, qorunur.

Mənim qəlbim sehrli şeylərin yatağıdır –

Sehrli xalılar, badələr, üzüklər –

Sənin üçün bu xəzinə ta uzaqdan,

Ta Dərindən gətirilir.

Uzaqların Allahı, bizi dinlə

(şeirdən parçalar)


I
Uzaqların Allahı, bizi dinlə –

Dinlə bizi, bu gün bizə yol göstər.

Sənin heç vaxt bizə yaxın olmayan addımların

Çarpışmaların toz-dumanında itib.

Sənin həmişə danışmış uca müqəddəslərinin

Diqqətdə saxlanılan sözləri laldır.

Onların işığı söndürülüb; onların işarətinə

Şübhə yaranıb, fikir ayrılığına, müəmmaya düşüb,

Uzaqların Allahı heç vaxt insan olmayıb.

Hələ zindanda olsa da, o, elə azaddır ki,

Öz ulduzu ilə meydan oxuyur,

Özünü keçmişdən də, səndən də ayırır.

Ancaq ruhlarımız sındırılsa da,

Yenə, həmən səni arayır;

Biz Sənə güvənirik, Allah,

Sənin ayətin səhraya, əhdin günəşə dönsə də.

Uzaqlar daim bizi çağırır –

Uzaqlar xəyallarla örtülüb;

Biz gəlirik başımıza nə gəlsə də,

Sənin bizdəki, əmanətin bizi qoruyur.

Biz gəlirik; tez-tez dəyişsək də

İstiqamətimiz qorxunun qapılarınadır.

Biz heç vaxt keçmişə, səhvlərə baxmırıq,

Heç vaxt yolumuzdan peşman deyilik.

Uzaqların Allahı, bizi dinlə –

Dinlə bizi, bu gün bizə yol göstər.

­


Yüklə 5,09 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin