Şərq ruhunun Qərb həyatı



Yüklə 5,09 Mb.
səhifə22/101
tarix31.12.2021
ölçüsü5,09 Mb.
#29047
1   ...   18   19   20   21   22   23   24   25   ...   101
Umapati “Qəlbin aydınlanması” fəslində “bədən qəlblə vəh­dət­də yaşayır; demək ki, cisimləşmiş qəlb xalis düşüncə ilə vəhdətdə ya­şa­yır”, – deyir.

Bu spirituallığın ən yüksək və ən gözəl formasıdır. Bu ilahi əsasa yal­­nızca bəsirət yolunu sədaqətlə izləyənlər, göz və qəlb arasındakı qa­­ranlığı körpü ilə birləşdirən, işığı axtaranlar nail ola bilərlər. Zira, bu işıqsız heç bir görmə mümkün deyil. Lakin bütün qarşında olan­lar­da mövcud olan və adi spirituallıq adlandıra biləcəyimiz şey də var. İçi­­­mizdəki işığı kəşf etmək üçün dövrlərin praktiki ruhuna güzəştə get­mək­­dən qorxmamalıyıq. Səbr və fədakarlığa yol göstərməyəndə, bəsi­rət yolu fərdi müəyyən müddət təcrid edir, lakin nəticədə onun sufidəki kimi, insanlıqla Tanrının vəhdətini tamamlamasına səbəb olur.

O zaman ona aydın olacaq ki, hansısa bir əvəz gözləmədən ver­mək günəşin, havanın və dağ çaylarının hədiyyəsini qəbul etmək qədər tə­biidir. Həqiqətən də, biz din şüura sahib olmadan dindar ola bilərik; di­nilik olmadan dindar ola bilərik. Toronun dediyi kimi, qəlb sər­ma­yə­mizi insanlığın fitri yaxşılığına qoymaq, batan üzgüçünü xilas edərək yo­lumuza davam etmək (lazımdır). Bu, bizə bəsirət yolunu gös­tə­rən və ya­xud da daha böyük bir mükafat olan və dünyadakı hər hansı bir şe­yin verəcəyindən daha çox dözümlülük verən, öz gizli sirlərindən bir və ya daha çoxunu aydınlanma dərəcəmizə görə önümüzə qoyan adi prak­tiki spirituallıqdır. Bu, öz daxilimizdə əldə etdiyimiz har­mo­ni­ya, sağ­lamlıqla hiss etdiyimiz məmnuniyyət, dözümlülük verən təsir, bü­tün nə­cib və təmənnasız hərəkətləri meydana gətirən bilik və güc, zə­fər­lə­ri­mizin nəticəsindəki yeganə mükafat və məğlubiyyətimizdəki tək tə­səl­li­dir.

Üstəlik, öz içində harmoniyaya nail olanlar üçün məğlubiyyət adın­­da bir şey yoxdur. Ən nəcib fitri daxili mənliyi doğuran fə­da­kar­lı­ğı sevməyə davam edənlər üçün ümidsizlik adında bir şey yoxdur. Qəlb idea­lının potensialına sərmayə qoyanlar üçün müvəffəqiyyətsizlik adın­­da bir şey yoxdur. Fərqi yoxdur, nə qədər təvazökar və donuq, ye­rin maddi şeyləri baxımından nə qədər kasıb və ya varlı olursa olsun, ruh­­la idarə olunan insanlar tarixin dahiləri arasında sayılmamaları müm­kün olsa da, insanlığın həqiqi qəhrəmanları, Ruh Dünyasının təm­sil­çiləridir.


Yüklə 5,09 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin