Səslər haqqında. Musiqili səslərin fiziki xususiyyətləri


Əsas musiqi janrları, vokal instrumental janrlar



Yüklə 191,07 Kb.
səhifə24/71
tarix11.06.2023
ölçüsü191,07 Kb.
#128329
1   ...   20   21   22   23   24   25   26   27   ...   71
musiqi1 kopyası kopyası

Əsas musiqi janrları, vokal instrumental janrlar

Janr fransız sözü olub “cins”, “növ” deməkdir. Musiqidə əsas 3 janr mövcuddur: vokal, instrumental, vokal-instrumental, (qarışıq) janr.


Musiqinin vokal-instrumental (qarışıq) janrları.
Opera – teatr sənətinin bir növüdür ki, burada səhnədə baş verən hadisələr musiqi dili ilə (yəni vokal, orkestr musiqisi ilə) açıqlanır. Bir sözlə, opera musiqili teatr üçün yazılmış əsərdir. (Opera italyanca “əsər” deməkdir). Bu əsərin süjeti var, səhnədə ifa olunur, ona dekorasiya qurulur və müğənni və orkestrin vasitəsilə ifa olunur. XVI-XVII əsrlərdə İtaliyada yaranmış (opera-seria“ciddi opera”), XVIII əsrdə köklü dəyişikliyə məruz qalmış (K.Qlük “Orfey”) bununla da klassik opera yaranmışdır.
Operetta (Musiqili komediya) – kiçik opera deməkdir. Komik xarakterli musiqili səhnə əsəri vokal və instrumental musiqini rəqs və danışıq dialoqları ilə birləşdirir.
Balet – (fransızca “ballet” sözü, italyanca “ballo” – rəqs etmək sözündən əmələ gəlmişdir). Musiqi, rəqs, dramatik fəaliyyət və təsviri incəsənətin elementlərini özündə birləşdirən xoreoqrafik tamaşadır. Balet səhnə üçün yazılmış əsərdir ki, onun məzmunu rəqs, ritmika, pantomima vasitəsilə açıqlanır.
Oratoriya – (latınca “oratorio” – natiqlik deməkdir) solist, xor və orkestr üçün yazılmış çoxhissəli vokal-simfonik əsərdir. XVI-XVII əsrlərdə yaranıb, xor epizodlarından, simfonik fraqmentlərdən, tamamlanmış vokal nömrələrindən (ariya, ansambllar, reçitativlər və s. ibarətdir).
Kantata – (italyanca “cantare” – oxumaq deməkdir) solis, xor və simfonik orkestr üçün yazılmış, müəyyən məzmuna əsaslanan, səhnə hərəkəti olmayan silsilə mahiyyətli əsərdir. Təntənəli, epik xarakterli olur, çoxhissəli vokal-simfonik əsərdir.
Musiqidə rəqs forması da geniş yayılmışdır. Çox zaman rəqs adını daşıyan belə əsərlər oynamaq üçün deyil, dinləmək məqsədi ilə yazılır.
Vals – Öz mənşəyini vaxtilə Avstriyada geniş yayılmış olan “Lendlera” adlı xalq rəqsindən götürmüşdür. Həm forması, həm də ölçüsü 3 hissəli olur. Opera, balet və başqa janrlarda valsdan geniş istifadə edilir. Polyak bəstəkarı F.Şopenin valsı dünyada şöhrət tapmışdır. Vals 3/4 saya gedir.
Mazurka – Polşa mənşəlidir. 3 hissəli ölçüyə malikdir, yüngül, iti, sürətli, adətən II ya da III hissə nəzərə çatdırılaraq ifa olunur.
Polonez – Qədim Polşada təntənəli rəqs kimi yayılmışdır. Rəqsin 3 hissəli olması və I hissənin xırdalanması xarakterik xüsusiyyətlərdəndir.
Marş – marşlar cürbəcürdür: hərbi, təntənəli, fantastik, dəfnəməxsus. Adətən 2 və ya 4 hissəli ölçüyə malik olub, 3 hissəli formada yazılır.




  1. Yüklə 191,07 Kb.

    Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin