Fiziki cəhətdən normal olub fərdi psixoloji xassələri (temperament, xarakter, təfəkkür və s.) olan və ictimai vəzifələri (real varlığa, adamlara, cəmiyyətə, əməyə münasibəti, ictimai fəaliyyəti və s.) yerinə yetirən, müəyyən ictimai-tarixi dövrdə (zaman kəsiyində) yaşayan konkret insana şəxsiyyət deyilir.
Azərbaycan məktəb və pedaqoji fikri tarixində şəxsiyyətin inkişafı problemi, əsasən uşaqların tərbiyəsi kimi başa düşülmüşdür. Azərbaycan maarifpərvərləri şəxsiyyətin ən müsbət cəhətlərini onun cəmiyyətdəki münasibət və fəaliyyətində axtarmışlar.