İrsiyyət deyərkən valideynlərdən uşaqlara keçən keyfiyyət və xüsususiyyətlər nəzərdə tutulur. İrsiyyətin daşıyıcıları genlərdir. “Gen” yunan sözü olub “döğulan” deməkdir.
Övladların zahiri əlamətlərinə, səsinə, yerişinə, davranışına görə valideynlərinə oxşaması əsrlər boyu filosofları, psixoloqları və pedaqoqları düşündürmüşdür. Hər şeyin anadangəlmə olduğu ideyası min illər ərzində hakim təbəqənin əlində məhkum sinfi istismar etmək vasitəsinə çevirmişdir. O zamanlarda insanlar alın yazısına, qismətə daha çox inanırdılar.