İnsan dünyaya zəif bir varlıq kimi gəlir və qorunub bəslənməsə məhv olar. İkinci, uşaq dünyaya müəyyən genetik imkanlarla gəlir və tərbiyə etmək mövcud irsi imkanları inkişaf etdirməkdir. Tərbiyəetmə isə öz növbəsində təlim vasitəsilə həyata keçirilir. Üçüncüsü, tərbiyəetmə müəyyən dövrə qədər, yəni körpəlikdən yeniyetməliyə qədər, ikitərəfli xarakter daşıyır (tərbiyə verən və tərbiyə olunan). Yeniyetməlikdən sonra isə bu həmişə ikitərəfli olmur.